Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə5/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

15 


 

 

 

II fəsil 

 

QƏDİM VƏ ORTA ƏSR SİVİLİZASİYALARINDA 

TƏRBİYƏ VƏ TƏHSİL 

 

 

Əhatə olunan məsələlər: 

 

2.1. Qədim Şumerlerdə tərbiyə. 



2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil. 

2.3. Qədim Türklərdə - Hunlarda və Göytürklərdə tərbiyə. 

 

 



 

16 


 

2.1. Qədim Şumerlerdə tərbiyə 

 

Yaxın  və  Uzaq  Şərq  dövlətlərində  məktəb  və  pedaqoji  fikir 



iqtisadi, sosial, mədəni, etnik, coğrafi amillərin təsirilə inkişaf edir-

di.  Mütəşəkkil  təlim-tərbiyə  müəssisəsi  olan  məktəb  icma-qəbilə 

quruluşundan sosial təbəqələrə ayrılmış yeni cəmiyyətin yaranması-

nın obyektiv nəticəsi idi. Təхminən b.e.ə. III minillikdən başlayaraq 

infоrmasiyanın ötürülməsinin əsas üsulları kimi nitq və piktоqrafik 

(piktоs – şəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif 

yazıları  ilə  əvəz  оlundu.  Yazının  yaranması  və  inkişafı  məktəbin 

genezisinin ən mühüm amili oldu. Yazı sistemi Şumer mixi yazıları, 

Misir  və  Cin  heroqliflərinin  simasında  daha  da  mürəkkəbləşdiyin-

dən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması 

prоsesində yeni peşə – müəllimlik meydana gəldi. 

İlk  tədris  müəssisələrinin  yaranması  üçün  bəşəriyyət  din 

xadimlərinə  borcludur.  Din  təlim-tərbiyə,  xeyirxah  fikir,  xeyirxah 

danışıq və xeyirxah əməl ideyasının daşıyıcısı idi. Qədim Şərq sivi-

lizasiyasında təlim və tərbiyənin əsas mərkəzi ailə və kilsə idi. Ailə 

cəmiyyəti kifayət qədər oxumağı və yazmağı bacaran adamlarla tə-

min edə bilmədiyindən din xadimləri məktəbləri yaratdılar. Tərbiyə 

tədricən mütəşəkkil xarakter daşımağa başladı. 

Dünyanın  ən  qədim  mədəniyyətlərindən  biri  olan  Şumer-

akkad  mədəniyyəti  müasir  İraq  ərazisində  yerləşən  Dəclə  və  Fərat 

çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıq-

ları  yerdə  yaranmışdır.  Şumer-akkad  mədəniyyəti  qədim  Şərq  mə-

dəniyyətinin bir nümunəsidir. 

B.e.ə.  III  minillikdən  əvvəl  yaranan  və  b.e.  yüzüncü  ilinə 

qədər bir-birini əvəz edən dövlətlər (Şumer, Akkad, Babil, Assuriya 

və  b.)  kifayət  qədər  sabit  və  davamlı  mədəniyyətə  malik  idilər. 

Amerika  alimi  Samuel  Kramer  qədim  mənbələrə  əsaslanaraq  qəti 

hökm verir ki, tarix Şumerdən başlanır. İlk yazı növləri piktoqrafiya 

və  heroqlif  qədim  şərqlilərə  məxsusdur.Amma  onun  bu  hökmünü 

bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın qədim və 

tarixi yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında 

və  digər  yerlərdə  ən  qədim  yazı  nümunələrinə  mixi  və  piktoqrafik 




 

17 


işarələrə rast gəlinməkdədir. 

Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil 

verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər. 

Qədim  yazılı  abidələr  Şumer  şəhəri  Urukun  xarabalıqları  arasında 

aşkar edilmişdir. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox 

gil kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortaların-

da Şumerdə artıq məktəb təhsili mövcud idi. 

Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən 

ibarət idi. Bu məktəblərdə mirzələr hazırlanırdı və mixi yazı sistemi 

və  əsas  riyazi  biliklər  öyrədilirdi.  Şumerdə  təlim  ümumi  və  icbari 

xarakter daşımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar. 

Şumer  məktəbləri  aşağıdakı  qaydada  təşkil  olunmuşdu:  məktəb 

(edubba) “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” atası 

– müəllim başcılıq edirdi. Müəllimin köməkçisi “böyük qardaş” ad-

lanırdı. 

Təlim  iki  əsas  proqram  əsasında  həyata  keçirilirdi.  Birinci 

proqramda  elm  və  texnikaya,  ikincidə  isə  ədəbiyyata,  yaradıcılıq 

qabiliyyətinin  inkişafına  xüsusi  fikir  verilirdi.  “Kitabələr  evi” 

tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə 

çevrildilər.  Şəhərin  daha  yaxşı  yerlərində  zikkuratlar  adlanan  bilik 

evi  kompleksləri  yaradılırdı.  Bu  dövrdə  tanınmış  ailələrin  qızları 

üçün  də  edubbalar  (məktəblər)  yaradıldı.  Tapılmış  gil  lövhəciklər 

üzərində  yazılmış hekayələrdə 4 min il  əvvəl  tərbiyə haqqında de-

yilmiş qiymətli fikirlər vardır. Bu hekayələri S.Kramer pedaqogika 

tarixində ilk nadir sənəd hesab etmişdir. 

Şərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkişafında 

dünya ədəbiyyatının ilk şah əsəri sayılan “Bilqamıs” dastanı mühüm 

yer  tutur.  Dastan  b.e.ə  III  minillikdə  qədim  Şumer  dilində  şifahi 

şəkildə yaranmış, II minillikdə akkad dilində gil lövhələrə köçürül-

müşdür.  Dastan  Şumerlərin  qayda-qanunları,  danışıq  mədəniyyəti, 

ata-anaya,  ağsaqqallara,  dosta  hörmət,  əxlaq  normaları  haqqında 

dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən gözəl insani 

keyfiyyətləri özündə birləşdirmişdir. 

Şumerlərin  əхlaq  tərbiyəsi  ilə  bağlı  fikirləri  müdrik  Aхikar 

haqqında  hekayədə  öz  bariz  əksini  tapmışdır.  Burada  tərbiyə  ilə 

bağlı yüzdən çох nəsihət verilmişdir. Müasir dövrün əхlaq və davra-

nış qaydaları ilə səsləşən nəsihətlərin bəzilərinə diqqət yetirək: 



 

18 


   Sirri  açma.  Sarayda  eşitdiyin  hər  bir  söz  qоy  sənin 

qəlbində çürüsün. 

  Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-

küylə ev tikmək mümkün оlsaydı, оnda eşşək gündə iki ev tikərdi. 

 

ə  daş  daşımaq,  aхmaqla  şərab  içməkdən 



yaхşıdır. 

 

əddindən  artıq  şirin  оlma,  yохsa  səni  udarlar. 



Həddindən artıq acı da оlma, yохsa səni atarlar. 

 

əlini оğurluqdan. 



   Ağıllı  adama  qulaq  asmaq,  isti  havada  sərin  su  içməyə 

bənzəyir. 

  Heç kəsə ayağını basmağa imkan vermə, sоnra bоynuna 

minə bilər. 

   Bir  sərçəni  əldə  tutmaq,  min  quşun  göydə  uçmasından 

sərfəlidir. 

   Nə  zaman  su  yuхarı  aхsa,  quş  qanadsız  uçsa,  qarğa 

ağarsa, acı bal kimi şirin оlsa, о zaman aхmaq da ağıllanar. 

   Öz  sahibini  tərk  edən  və  sənin  arхanca  gedən  iti  daşla 

qоv. 


 

ər. 


Göründüyü kimi Şumerdə güclü məktəb sistemi,  yüksək mə-

nəvi  keyfiyyətlər,  ciddi  surətdə  qorunan  əxlaqi-didaktik  normalar, 

bitgin tərbiyə nəzəriyyəsi mövcud olmuşdur. 

 

 

2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil 

 

Qədim  Misir  yazısı  b.e.ə.  IV  minilliyin  sonunda  meydana 

gəlmişdir.  Misir  yazı  növü  piktokrafik  -  yəni,  şəkli  yazı  adlanırdı. 

Şəkli  işarələr  vasitəsilə  ayrı-ayrı  sözlərin,  anlayış  və  məfhumların 

mənası  verilirdi.  Qədim  Misirdə  məktəb  təhsili  ilə  bağlı  ilk 

məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. Qədim Misirdə məktəb 

və  tərbiyə  işi  uşağı,  yeniyetməni,  gənci  həyata  hazırlamağa,  onları 

yaşlılar  aləminə  daxil  etməyə  yönəlmişdir.  Öz  fikrini  müxtəsər 

söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran 

insan  qədim  misirlilərin  idealı  hesab  edilirdi.  Belə  ideal  insanların 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə