Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə6/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

19 


əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyəli 

olması  hesab  olunurdu.  Qədim  Misirdə  ailə  tərbiyəsi  və  təlimi  qa-

dınla kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirirdi. 

Bu  qarşılıqlı  münasibətlər  bərabər-hüquqlu  əsaslar  üzərində  quru-

lurdu. Qədim Misirlilər heroqlifləri  daş,  ağac, dəri, heyvan sümük-

ləri üzərində  yazırdılar. Sonralar papirus əsas  yazı materialına çev-

rildi. Papirusların üzərində heroqliflər yazılırdı. Bu heratik yazı ad-

lanırdı.  Heratika  vasitəsi  ilə  ədəbi  və  elmi  əsərlər  tərtib  olunurdu. 

Tərbiyənin başlıca vəzifəsi uşaqları axirət dünyasına hazırlamaqdan 

ibarət  idi.  Şagirddən  hər  şeydən  əvvəl  dinləmək,  düşünmək  tələb 

olunurdu. Təlimin məqsədi peşələrə hazırlıq idi ki, bununla ənənəvi 

olaraq ailə üzvləri məşğul olurdular. Tacirlər, sənətkarlar, musiqiçi-

lər  öz  sənətlərini  uşaqlarına  öyrədirdilər.  Misirdə  ilk  məktəb  b.e.ə. 

III minillikdə fironların yanında yaranmışdır 

Qədim Misirdə yüksək təhsil verən müəssisələr də var idi bu-

na Həyat məktəbi deyilirdi. Tədris müəssisələrində kanalların çəkil-

məsi,  məbədlərin,  piramidaların  tikintisi,  məhsulun  miqdarının 

müəyyənləşdirilməsi üçün hesablama işləri aparmaq, xüsusilə Nilin 

daşmasını  proqnozlaşdırmaq  məqsədilə  istifadə  edilən  astronomik 

hesablamalar üçün zəruri olan biliklər öyrədilirdi. 



Qədim Çində həm ibtidai, həm də yuxarı dərəcəli dini səciy-

yəli fəlsəfi məktəblər olmuşdur. Çində ilk məktəblər b.e.ə. III minil-

likdə meydana gəlmişdir. Onlar syan (yaşlıların gəncləri öyrətdiklə-

ri yer) və syuy (gənclərin silah işlətməyi öyrəndikləri yer) adlanırdı. 

Çində təlimin əsas məqsədi heroqlif yazının öyrədilməsindən ibarət 

idi. Tərbiyənin əsas yeri ailə ənənələri tutur, hər bir ailədə həyat əsr-

lər  boyu  formalaşmış  adət  və  təsəvvürlərin  təsiri  ilə  davam  edirdi. 

Belə hesab edirdilər ki, hər bir evin öz himayədarı var. Çində əsrlər 

boyu  bilikli,  nəzakətli,  özünü  dərk  edən,  qəlbində  sülh  və  harmo-

niya yaratmağı bacaran insan təbiyəsini nəzərdə tutan pedaqoji ideal 

formalaşmışdır.  Təvazökarlıq,  böyüyə  hörmət,  müəllimə  itaət  yük-

sək mənəvi dəyərlər kimi təbliğ edilirdi. Həmin məktəblərdə böyük 

yazıçıların  və  şairlərin  əsərləri,  əxlaq  və  fəlsəfə,  bəzən  də  nücum 

elmi  öyrədilirdi.  Qədim  Çində  yüksək  mədəniyyət  və  xüsusilə  he-

roqlif  yazıları  öz  təsirini  qonşu  xalqlara,  I  növbədə  Hindistana  , 

Misirə və başqa ölkələrə də göstərmişdir. 



Qədim  Hindistan  tarixi  iki  əsas  dövrə  bölünür:  dravidari  və 


 

20 


buddizm.  Burada  b.e.ə.  III  minillikdə  mövcud  olmuş  mədəniyyəti 

protodravit və dravidlər yaratmışlar. Məktəb təhsili o dövrün mədə-

niyyət mərkəzi olan Harappa şəhərində meydana gəlmişdir. Burada 

təhsil haqqında ən qədim sənəd (upanişadlar) b.e.ə. VIII-VII əsrlərə 

aid  edilən  müqəddəs  nəsihətlər  hesab  olunur.  Hindlilərin  qədim 

eposu  olan  “Mahabharata”  dastanında  krişna  cəsur  döyüşçü  kimi 

təsvir  olunur,  xeyir  naminə  ədalətli  döyüş  aparır,  hərbi  bacarıq  və 

qabiliyyət  nümayiş  etdirir.  Digər  qəhrəman  Rama  da  Krişna  kimi 

ideal tərbiyənin daşıyıcısıdır. O, alimlikdə, tərbiyədə və müdriklik-

də  hamını  ötüb  keçmişdir.  Həmişə  yaxşılıq  edərək  heç  vaxt 

lovğalanmaz, başqalarında nöqsan axtarmazdı. Bhaqavadqita (b.e.ə. 

I  minillik)  qədim  hindlilərin  müqəddəs,  eyni  zamanda  tədris  kitabı 

idi.  Bu  kitabda  tərbiyə  və  təhsilin  məzmunu  ilə  bağlı  nümunələr 

verilirdi.  Bu  kitab  müdrik  müəllimin  öz  şagirdi  ilə  söhbəti  forma-

sında  yazılmışdır.  Burda  müəllimlərin  evində  təlim  qaydası  çox 

hallarda  ailə  münasibətləri  tipində  qurulurdu:  şagird  ailənin  üzvü 

hesab  edilirdi,  təhsil  almaqla  yanaşı,  birgəyaşayış  qaydalarını  da 

mənimsəyirdi. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. 

Təlim açıq havada keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq 

üçün ən münasib yer idi. Sonralar ailə məktəbləri yarandı ki, burada 

gənclərə şihafi yolla bilik verilirdi. Şagirdlər veda mətnləri dinləyir, 

əzbərləyir  və  təhlil  edirdilər.  Təlim  səs-heca  üsulu  ilə  aparılırdı. 

Hindistanda  palma  yarpaqları  üzərinə  yazırdılar  ki,  bunları  da  çox 

az  müddət  saxlamaq  mümkün  idi.  Ona  görə  də  yazıya  nisbətən 

şifahi  sözə daha çox üstünlük  verilirdi.  Şifahi  şərh biliklərin veril-

məsində  daha  etibarlı  üsul  hesab  olunurdu.  Vedaların  əsas  hissəsi 

arxaik  dildə  səslənirdi.  Buna  görə  də  təlim  fənləri  sırasında  qram-

matika, fonetika və etimologiya xüsusi yer tuturdu. Şagirdlərin vəzi-

fələri təkcə vedaları əzbərləməklə bitmirdi, onlar ev işlərinə kömək 

etməli, pəhriz saxlamalı, nəfslərini boğmalı idilər. 

Tərbiyənin  və  məktəb  təhsilinin  inkişafında  buddizmin  mü-

hüm  rolu  olmuşdur.  Buddizm  təliminin  əsasını  4  “nəcib  həqiqət” 

təşkil  edirdi.  1)  Həyat  özü  şərdir,  çünki  əzab-əziyyətlə  doludur;     

2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa 

və var-dövlətə sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son 

qoymaq üçün arzu və nəfsdən imtina etmək lazımdır; 4) Əzab-əziy-

yətə  son  qoymaq  üçün  insan  özünü  mənəvi  cəhətdən  təkmilləşdir-



 

21 


məli,  pis  hərəkətlərdən  çəkinməli,  arzularını  boğmaq  üçün  daxili 

müvazinətini itirməməli, düz danışmalı, yalan və böhtandan imtina 

etməli, pak əməl sahibi olmalıdır. 

Qədim  Hindistanda  mütəşəkkil  tərbiyə  və  təlim  uzun  bir 

inkişaf  yolu  keçmiş, təlim  proqramı tədricən praktik həyata  yaxın-

laşmış, nisbətən sadələşdirilmiş, təhsilə cəlb olunanların sosial dai-

rəsi genişlənmişdir. Burada elmin müxtəlif sahələri inkişaf etmişdi. 

Riyazi  biliklər  sahəsində  müəyyən  nailiyyətlər  qazanılmışdır.  1-9 

rəqəmlərini hindlilər kəşf etmiş, Pifaqor teoremini bilmişlər. 

 

 

2.3. Qədim Türklərdə – Hunlarda  

və Göytürklərdə tərbiyə 

 

Türklər (“Türk” sözünün mənası “güclü”, “möhkəm” demək-

dir) b.e.ə. II minilliyin əvvəllərində Qafqazda, Orta Asiyada, Altay-

Sayan  dağlarının  şimali-qərb  bolgəsində,  Yenisey  cayı  boylarında 

yaşayırdılar. Tarix boyunca bir çox türk dövləti qurulmuşdur. 

İlk türk dövlətlərindən biri Hun imperatorluğu olmuşdur. Onun 

ən qüdrətli dövrü Mete xaqanın hakimiyyət illərinə təsadüf edir. 

Türklərdə elə, obaya, xalqa bağlılıq yüksək olmuşdur. Alimlə-

rin  dediyinə  görə  qədim  türklər  –  hunlar  özlərini  “Qun”,  Gün”  ad-

landırmışlar  ki,  bu  da  “El-gün”,  “Gün”,  “Xalq”  mənalarında  işlən-

mişdir. 

Eramızdan əvvəl  II  əsrdə meydana gələn hunlar öz qonşuları 

Çin  səltənətini  və  xüsusilə  Tunqhu  tayfalarını  qorxuya  salmışdır. 

Hun dövlətinin ilk başçısı Tümen xan olmuşdur ki, oğlu Mete xan 

209-cu  ildə  onun  yerinə  keçərək  özünü  imperator  adlandırmış  və 

türk  adını  bütün  dünyaya  yaymaq,  türk  gücünü  bütün  aləmə  tanıt-

maq istəmişdir. 

Qədim türklər uşaqlarını 3 inam üzərində tərbiyə edirdilər: təbi-

ət qüvvələrinə inam;  at kultu; Göy  Tanrıya inam  (Göy  Allahı).  De-

məli türklərdə təkallahlılıq islamdan çox əvvəl mövcud olmuşdur. 

Qədim türklərin orijinal, zəngin, bitgin tərbiyə sistemi olmuş-

dur. Görkəmli türkoloq alim Ziya Göyalp yazırdı: “ Yunanlar esteti-

kada, romalılar hüquqda, israillilər və ərəblər dində, fransızlar ədə-



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə