Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə29/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   176

 

89 


düzgünlük cənnətə açılan qapılardan biridir: yalan danışmaq cəhən-

nəm  qapılarından  biridir;  Ağlına  gələni  danışmaq  günaha  yazılır; 

Çalış insanları  şərdən xilas et.  Bu sənin  özünə verdiyin qiymətdir: 

İslamda insanların mənəvi qiymətləri sahib olduqları əxlaqa görədir. 

Bir  hədisdə  deyilir:  “Sizin  imanca  ən  gözəliniz,  əxlaqca  ən  gözəl 

olanınızdır”. 

Peyğəmbər  (s)  insanın  bir  şəxsiyyət  kimi  formalaşmasında 

elmi  biliklərin  mənimsənilməsinə  xüsusi  diqqət  yetirirdi.  O  alimi, 

bilikli insanı qiyamət günü parlayacaq bir ulduza bənzədirdi, beşik- 

dən qəbrədək öyrənməyi, bilik ardınca Çinə belə getməyi məsləhət 

görürdü. O, bilik əldə etməyin ən yaxşı yolunu sual cavabda, soru-

şub, öyrənməkdə görürdü. 

Peyğəmbərimiz  (s)  deyirdi:  “Elm  elə  xəzinədir  ki,  açarları 

sualdır. Sual edin, sualda dörd adamın əcri var: sual edənin, alimin, 

qulaq  asanın  və  onları  sevən  adamın.  Yaramaz  ki,  cahil  bilmədiyi 

halda,  alim  bildiyi  halda  sussun.  Bir  alimin  məclisində  olmaq  min 

rükət  namaz  qılmaqdan,  min  xəstəyə  baş  çəkməkdən,  min  cənazə 

müşaiyət etməkdən yaxşıdır”. 

Soruşmuşlar  ki,  “Ya  Peyğəmbər,  “Quran”  oxumaqdanmı?  O 

demişdir:  “Biliksiz  “Quran”  fayda  verərmi?”  Peyğəmbərimiz  hər 

cür elmi öyrənməyi məsləhət görürdü. Elm və biliklərə yiyələnmək 

Allahın  yanında  oruc  tutmaqdan  da,  namaz  qılmaqdan  da,  həccə 

getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür. 

Peyğəmbərimiz (s) deyirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hör-

mət  edin,  ona  qarşı  mehriban  olun.  Kimə  bilik  öyrədirsinizsə,  ona 

qarşı da mehriban olun”. 



 

 

4.3. İslamda tərbiyə işinin prinsipləri 

 

İslam  dini  yarandığı  vaxtdan  insanları  əxlaqa,  mənəviyyata, 

kamilliyə  çağırır.  İslam  uzun  illər  boyu  müsəlman  ölkələrində 

nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuşdur. 

Ulu  öndərimiz  Heydər  Əliyev  deyirdi:  “Bizdə  dinə,  mənəvi 

dəyərlərimizə  hörmət  var.  Biz  ümumbəşəri  dəyərləri  öz  xalqımıza 

aşılamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılmama-



 

90 


lıyıq”. İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil 

etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. 

İslam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çat-

dırmaqdır.  Mükəmməl  və  ali  insan  Allaha  yaxın  olan  insan  hesab 

olunur. İslam insanı maddə və mənadan, bədən və ruhdan mütəşək-

kil bir varlıq kimi bütöv görür və insanı bütün təmayül və davranış-

ları ilə birlikdə öyrənir. 

O,  ilk  növbədə,  insanın  davranışlarını  idarə  edən  mərkəzləri 

tərbiyə  edir.  Buna  görə  də  qəlb  tərbiyəsinə  islam  birinci  dərəcəli 

əhəmiyyət verir. Çünki davranışlar qəlbə bağlıdır. İnsanın pis və ya 

yaxşı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu 

cəhətdən  qəlbin  düzgün  tərbiyəsi  və  təhsili  insanın  özünü  tanıma 

yollarını göstərir. 

İslamda  tərbiyə  insanın  özünü  tanımasına  kömək  etməlidir. 

İslama  görə,  özünü  tanıyan,  dərk  edən  insan  Allahını  tanıyır,  baş-

qalarını tanıyır və harada necə hərəkət  edəcəyini  yaxşı  bilir.  İslam 

tərbiyəsi  insanda  islam  əxlaqını,  islami  şərtlərə  uyğun  davranış 

normalarını  formalaşdırmağı  nəzərdə  tutur.  İslam  tərbiyəsi  insanın 

həm dini, həm də dünyəvi elmləri dərindən bilməyi, yüksək mənəvi 

keyfiyyətlərə  sahib  olmağı,  tələb  edir.  İslam  tərbiyəsi  insanın  əq-

linin, ruhunun, bədəninin bərabər səviyyədə inkişafını nəzərdə tutur. 

İslam tərbiyəsi görmüş şəxsin həm bədəni, həm də ruhu sağ-

lamdır.  Bədənin  sağlamlığı  ruha,  ruhun  da  sağlamlığı  bədənə  bağ-

lıdır. Bütün ilahi dinlər insanı ən yaxşıya, ən gözələ və üstün olma-

ğa  yönəldir.  Demək,  Allahın  insanlardan  istəyi  yaxşıya,  doğruya, 

gözələ, üstün əxlaqa malik olmaqdır. 

İslamda  tərbiyə  məsələsi  sadəcə  olaraq  uşağa  gözəl  əxlaq  və 

faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniş anlam-

da başa düşülərək insanın  yaşadığı  cəmiyyətin inkişafına öz töhfə-

lərini  verməsi,  xalqın  adət  və  ənənələrini,  dilini,  dinini  qoruması, 

ona hörmət etməsi,  cəmiyyətin iqtisadiyyatını, mədəniyyətini daim 

yüksəltməyə çalışmasıdır. 

Bu məsələ isə bütün  bəşəri mədəniyyəti, mənəviyyatı, əxlaqı 

əxz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləş- dir-

məklə mümkün ola bilir. “İslam dini insanın tərbiyəsi və nümunəvi 

cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəşər tarixinin 

min  illər  boyunca  əldə  etdiyi  təcrübə  və  sınaq  məktəblərinin  nə-



 

91 


ticələrinə istinad edərək müəyyənləşdirir və insanlara təqdim edir”. 

İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə ayrdır: 



1) Tədbiri dövr. 

2) Tətbiqi dövr. 

1.

 

Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər 

olan  dövrü  əhatə  edir.  İslamda  gələcək  nəslin  tərbiyəsi  doğumla 

deyil, hələ kişi və qadın evlənməyə qərar verməsi ilə başlayır. Belə 

ki, evlənəcək şəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla 

evlənməli, evlilik həyatında isə haram şeyləri yeyib içməkdən, zina-

karlıqdan  uzaq  olmalıdır  ki,  haram  xromosomlar  vasitəsilə  uşağın 

genlərinə keçməsin. 

Uşaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss 

edir. Bu dövrdə uşağa zərər verə biləcək şeylərdən-siqaret çəkmək-

dən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə işi uşa-

ğın  ana bətnindən başlayıb həyatı boyunca davam  edən və bir çox 

şərtlərin  gözlənilməsini  tələb  edən  uzunmüddətli,  mürəkkəb  bir 

prosesdir. 



2.

 

Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi 

dövrdə şəxsin yaşına, gücünə, fərdi-psixoloji xüsusiyyətlərinə, fiziki 

durumuna, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə dav-

ranışına təsir  göstərilir.  Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi 

təsirlər  onu  dəyişdirir,  formalaşdırır  və  onu  yaxşılığa,  gözəlliyə, 

doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır. 

Tətbiqi  dövrdə  də  yerinə  yetirilməsi  bir  çox  vacib  və  zəruri 

şərtlər vardır. Belə ki, uşaq doğularkən, ilk növbədə, ona gözəl bir 

ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq işlər görsün 

və  ata-anasının  ona  verdiyi  addan  sonralar  peşman  olmasın.  Uşaq 

danışmağa  başlayarkən,  ilk  öncə,  ona  müqəddəs  kəlmələr-ana,  ata 

kimi  sözlər  öyrədilməli,  yanında  gözəl  və  əxlaqi  söhbətlər  aparıl-

malıdır. 

Uşağın  yeməyinə,  geyiminə,  ünsiyyət  və  münasibətinə  ciddi 

diqqət  yetirilməlidir.  Əks  təqdirdə  mənəvi  sərvətlər  çox  çətinliklə 

əldə  olunar.  Uşağın  sağlamlığı  daim  diqqət  mərkəzində  olmalıdır. 

Tərbiyənin əsası sağlamlıqdan başlayır. Odur ki, uşaqların səhhətinə 

ciddi fikir verilməlidir. 

Doğuşdan sonrakı mərhələni beş əsas dövrə-uşaqlıq, yeniyet- 

məlik,  cavanlıq,  yetkinlik  və  qocalıq  dövrlərinə  bölmək  olar.  Hər 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə