127
“B” hərfi “bismillahi rəhmani” kəlməsindən,
Açar kimi vəhy olmuşdur Allah səsindən,
“Bismillah” kimi olmamışdır heç bir açar,
O, sözlər ölkəsinin qapısın hər zaman açar”.
Hürufilər sözləri varlığın əsası kimi qəbul edirlər. Sözlər
“Quran”da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı ya-
ratmışdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi
Hürufilik ideyasının əsasını təşkil edir.
Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilərək açar hesab edi-
lir. Bu Qurandakı Fatihə surəsinin ayətlərini, insanın üzündəki yed-
di nöqtə 7 rəqəminə işarət edir ki, insan da həqiqət üçün açar hesab
edilir.
Hərflərin və rəqəmlərin texniki tərəfləri ilə bağlı görüşləri
inkişaf etdirməklə hərfləri müqəddəsləşdirən, hürufiliyi bir fəlsəfi-
dini fikir sistemi olaraq quran, yayan şəxs azərbaycanlı Fəzlulluah
Nəimi Astarabadi (1340-1394) olmuşdur. Bəzi mənbələrə görə As-
tarabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində şəhər olmuş-
dur. Bu şəhər sonralar Araz çayının sularına qərq olmuşdur.
Nəimi ömrünün müəyyən hissəsini səyahətdə kеçirmişdir.
1369-cu ildə İsfahana, 1373-cü ildə Məkkəyə səfər еtdiyi məlumdur.
İsfahana bir nеçə dəfə səyahət еtmişdir. Hətta müəyyən müddət İsfa-
han ətrafındakı Toğçı adlı yеrdə məskən saldığı, bir mağarada inzi-
vaya çəkildiyi, sonra hürufilik еtiqadını yaymağa başladığı və burada
ətrafına xеyli mürid topladığı barədə məlumatlar da mövcuddur.
Nəimi bir nеçə dili və bir sıra еlmləri, o cümlədən qədim yu-
nan və şərq fəlsəfəsini, Quranı və dini еlmləri mükəmməl mənimsə-
mişdi.
Nəimi öz hürufi düşüncələrini “Cavidan-namə”(Əbədilik haq-
qında), “Ərş-namə”(Səltənət haqqında), “Məhəbbət-namə”, “Novh-
namə” (Yuxu görmə haqqında), “İskəndər-namə”, “Vəsiyyət-na-
mə”, “Nəsihət-namə” adlı əsərlərində izah etmişdir. Nəiminin əsər-
ləri İstanbulda “Aya-Sofiya” kitabxanasında, Paris Milli kitabxa-
nasında, Britaniya muzeyində, Kembric Universitetində, Tehran
Milli kitabxanasmda, İrəvan Mətndaranında və digər kitabxanalarda
saxlanılır. Nəiminin həyatında Bakının xüsusi rolu olub. Belə ki, o
burada hürufi hərəkatının mərkəzini yaratmışdı. Əli-ül Əlanın
128
“Qiyamətnamə” əsərində göstərilir ki, Fəzlullah Nəimi Bakıdan
getdikdən sonra da bu mərkəz hürufiliyi yaymış və təbliğ etmişdir:
Bakı tərəfdən səs gəlsə ayağa dur, əlini-əlinə vurub sevin,
Ora bizim sevimli yerimiz özü getsə də yeri orada qalır.
“İnsan yer üzünün əşrəfidir!” Quran ayəsindən irəli gələrək,
hürufilər insan şəxsiyyətinə yüksək qiymət verir və belə hesab
edirdilər ki, Quran ayələri elə insanın üzündə yazılmışdır. İnsanın
burnu ərəb əlifbasında “Əlif”dir ( ا ) burunım yanları “Lam” ( ل ),
gözlər “he” (H) dir. “Əlif”, “Lam “ he” “Allah” - kəlməsini yaradır.
Nəimi Teymirilər tərəfindən Naxçıvanda edam edilmişdir.
Nəsimi bu hadisədən çox mütəəssir olmuş və bu münasibətlə yanğı
və iztirab hissi ilə dolu məşhur “Ayrılır” rədifli qəzəlini yazmışdır:
Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır,
Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.
Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Nəiminin qəbri hal-hazırda Naxçıvanda Culfa rayonunun
Xanağa kəndində, Əlincə çayının sol sahilində Əlincə qalası ilə
üzbəüz yamacda yеrləşən köhnə qəbristanlıqdadır. Qəbrin üstündə
kərpicdən tikilmiş künbəz vardır və o, ziyarətgaha çеvrilmişdir.
Nəiminin ideyaları, əqidə düşüncəsi onun davamçısı və mü-
ridi XV əsrin böyük Azərbaycan şairi Nəsimi (1369-1417) tərəfin-
dən geniş yayılmış və davam etdirilmişdir.
Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə
cavab verəcək bir dərəcədə kamil təhsil almışdır. O, klassik Şərq və
qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş,
İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş,
tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də-
rindən yiyələnmişdir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbay-
can, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi.
Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq
nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri və zərb-məsəllər, hikmətli
sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan
xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin
poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur
alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sina-
nı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəi-
129
mini, Şeyx Mahmud Şəbüstərini, Əvhədi Marağalını və başqalarını
göstərə bilərik.
Hürufilik böyük ideya cərəyanı və möhtəşəm hərəkat kimi ilk
dəfə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda
və Astrabadda (Fəzlullah Nəiminin vətənində) yayılmışdır.
Bütövlükdə insan şəxsiyyəti, onun yüksək dəyərləndirilməsi,
humanizm ideyaları Nəsimi yaradıcılığının əsas ana xəttini təşkil
etmişdir. O yazırdi:
Ey daşa, turabə gövhər deyən insan,
İnsan öz lütfü-hüsnüylə gövhər deyilmi.
Bu gün pedaqoji elmin ən mühüm problemlərindən biri kimi
təhsilin humanist, demokratik prinsiplər əsasında qurulması, insan
şəxsiyyətinə böyük hörmət və məhəbbət Nəsimi ideyaları ilə həma-
həng səsləşir.
Nəsiminin “Bəhrül-əsrar”əsəri bir çox illər, hətta XVIII-XIX
əsrlərə qədər məktəb və mədrəsələrdə tədris edilmişdir ki, buradakı
qəsidələr didaktik və tərbiyəvi əhəmiyyətli olmuşdur.
Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Tür-
kiyə və İran xalqları arasında geniş yayılmışdır. Həllac Mənsurla
birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq
rəmzinə çevrilmişdir. Onun əsərləri bir çox dillərə çevrilmiş və
həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid etmişlər. Nəsiminin
şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını
təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından
da belə keçmişlər.
Şairin əsərləri ilə tanış olduqda Nəsimi Şamaxıda o dövrün ən
yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil
təhsil almışdır. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə
ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin
əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya-
ya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri
elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni
dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin
dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar
sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir.
Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan
bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, elə-
Dostları ilə paylaş: |