44
Kutilərdə isə qüvvətli hərbi dəstələrin olması burada hərbi
təlimin səviyyəsindən, vuruş texnikasmdan xəbər verir. Kuti hərbi
dəstələrinin başçısına Nippur şəhərində mixi yazılarla yazılmış bir
abidə də qoyulmuşdur ki, üstündə yazılmışdır: “Qüdrətli Kutium və
dünyanm dörd səmtinin hökmdarı”. Yenə də möhtəşəm bir abidənin
qoyulması şübhəsiz xüsusi təlim, təhsil görmüş bir memarın,
mühəndisin işidir. Belə bir abidənin yaradılması və oradakı məntiqi
yazılar insanların xüsusi bir təhsil keçdiyini deməyə əsas verir.
Zaman keçdikcə Azərbaycanm dövlətçilik mədəniyyəti daha
da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri
əhatə edən yeni dövlətlər yaranmışdır. Eramızdan əvvəl I minillikdə
- bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında
Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi
qüvvətli dövlətlər yaranmışdır. Bu dövlətlər Azərbaycanda dövlət
idarəçiliyi mədəniyyətinin, maarifinin daha da yüksəldilməsində,
ölkənin iqtisadi- mədəni tarixində, mühüm rol oynamışlar.
Manna ərazisində tapılmış eramızdan əvvəl VIII əsrə aid qab-
lardan birinin üzərində saz və və ya tənburu xatırladan bir musiqi
alətində çalan insan şəkli təsvir olunmuşdur. Musiqiçinin aləti tutma
qaydası və onun çalğı manerası ifaçının Azərbaycan ərazisində
yaşadığına şübhə yeri qoymur.
Urmiyanın ətrafında miladdan əvvəl IX-VIII əsrlərə aid əldə
edilmiş arxeoloji tapıntılar - qızıl cam, qızıl döşlük, qızıl bilərzik,
gümüş piyalə və onların üzərindəki naxışlar Mannada rəssamlığın,
sənətkarlığın, incəsənətin olmasından xəbər verir. Mannalıların əlif-
bası və yazısı olmuşdur. Manna-Mad dövlətinin bilavasitə qonşulu-
ğunda Şumer, Akkad, Babil, İlam, Assur, Hurri, Urartu kimi böyük
xalqlar, hökümətlər olmuşdur ki, onların hərəsinin özünəməxsus
rəsmi dövlət dili, əlifbası, yazısı, mədəniyyəti, təhsili olmuşdur. Be-
lə bir dövr, mühit və şəraitdə Yaxın Şərq məntəqəsinin ən qüdrətli
höküməti olmuş Assur höküməti ilə yanaşı yaşamış, həmişə onlara
qarşı uğurla mübarizə aparmış Manna dövləti kimi mütərəqqi xalq
daxilindən doğan qüdrətli bir dövlətin rəsmi idari dövlət dili, yazısı
və əlifbasının olmaması mümkün ola bilməzdi.
Cənubi Azərbaycan alimi Doktor Məhəmmədtağı Zöhtabi
“İran türklərinin əski tarixi” (Təbriz,1379 hicri) adlı kitabında yazır
ki, Mannalıların müəyyən yazı və əlifbaya malik olmalarını bəzi
45
Assur mənbələrindən görmək olur. Bu əlifbanın və yazının necə
olduğu məlum olmasa da, hər halda Assur mənbəyi göstərir ki,
Manna hakim dairələri və şahlarının müəyyən yazısı olmuşdur.
Zöhtabi yazır ki, bu əlifba mixi, yazının isə İlam dilində olması eh-
timalı güclüdür.
Mannalıların yazısı olması haqqında tapılmış maddi - mədə-
niyyət nümunələri də bunu təsdiq edir. Urmu gölünün qərbində
Zeyvə məntəqəsindən tapılmış xəzinə şeyləri içərisində olan bir
gümüş boşqabdakı yazı diqqəti cəlb edir. Rus alimi İ.Dyakonovun
ehtimalına görə bu heroqlif yazı Mannalılara aiddir. Ola bilsin ki,
bu heroqlif deyil müəyyən əlifbadan ibarət yazıdır, bəlkə də heroq-
lifdən əlifbaya keçid dövrünə aid tarixi bir yazıdır.
Görkəmli Qazax alimi, şairi, türkoloq Oljas Süleymenov “Az-
ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki,
onun bilavasitə xalqımızın yazı mədəniyyəti ilə bağlılığı vardır:
“Eramızdan əvvəl III əsr Çin salnaməçisi göstərir ki, Kanqyu
(“Kanqlı”) xalqı ənənəvi Çin yazısından fərqli olaraq eninə - hori-
zontal xətlə yazırmış”. Kanqlı tayfası bu gün Azərbaycanda yaşayan
Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I
əsrdə və bizim eranm I əsrində Strabon və Plini yazmışdır. Eramızın
ilk əsrlərində Çin, Bizans, Alban, ərəb tarixçiləri öz əsərlərində
Kəngərlilər haqqında maraqlı məlumatlar vermişlər. Kəngərlilər
“Kitabi-Dədə-Qorqud”da “Kanqlı” adı altında xatırlanır. Türk şu-
meroloq alimi İlmiyyə Müəzzəz internet çıxışında və “Kəngərlər”
adlı kitabında maraqlı bir məsələyə toxunmuş və demiş ki, Şumerlər
özlərinə Kəngər demişlər.
Mannalıların zəngin şifahi xalq ədəbiyyatı - ağız ədəbiyyatı
olmuşdur. Bu xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müx-
təlif janr xalq şeirləri, bayatıları olmuşdur ki, bu ədəbiyyat nümunə-
ləri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki, dəyərli pedaqoji
əsərlər sayıla bilər. Əlimizdə o dövrün ədəbiyyatına dair nümunələr
olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən mə-
lumat, təsəvvür əldə etmək mümkündür. Qədim yunan və rum tarix-
çiləri yazırlar ki, Manna şahlarının saraylarında şairlər olmuşdur ki,
onlar mövzularını, öz şeirlərini milli, şifahi xalq dastanları və
rəvayətlərindən almışlar.
46
Eramızdan əvvəl VI əsrin əvvəllərində artıq Midiya dövlətinin
qüdrəti artmış və əraziləri xeyli genişlənmişdi. Jan Şarden “Səyahət-
namə”sində yazır ki, Midiya şahlarının möhüründə yunan yazıları və
təsvirləri var idi. Möhürdəki yazının Dağyanus olduğu xatırlanır.
Midiya iki yerə - “Böyük Midiya” və “Kiçik Midiya”ya bö-
lündü. “Kiçik Midiya” Atropatena adlandı ki, bu Azərbaycanın cə-
nubunda yerləşirdi. Atropatenanın xeyli inkişaf etmiş kənd təsərrü-
fatı, sənayesi var idi. Atropatenanın qonşu ölkələrlə geniş ticarət
əlaqələri mövcud idi. Bu ölkənin 30-dan artıq iri şəhərləri yaran-
mışdı, xalqın yüksək əxlaqı, mənəviyyatı və mədəniyyəti var idi.
Atropatenanın özünəməxsus dili, yazısı, adət və ənənəsi var idi.
Əhalisi əkinçiliklə, maldarlıqla, ticarətlə, toxuculuqla məşğul idi.
Atropatena dövlətində sinfi cəmiyyət, təbəqələşmə sürətlə inkişaf
etdiyindən yüksək səviyyəli mütəxəssislərə ehtiyac duyulurdu. Bu
sahədə lazımi ixtisaslı kadr “Saray məktəbi”ndə hazırlanırdı. Bura-
da hakim sinfin uşaqları 16 yaşdan başlayaraq müvafiq ixtisas təhsi-
li alırdılar.
Atropatena ilə bərabər Azərbaycanın şimalmda Albaniya döv-
ləti də mövcud idi ki, buranın mərkəzi əvvəlcə Qəbələ sonra Bərdə
şəhəri olmuşdur. Albaniya dövründə Azərbaycanın dövlət idarəçili-
yi, maarif və mədəniyyəti xeyli yüksəldi. Alban hökmdarları ölkə-
nin dünyəvi və dini başçısı hesab olunurdular. Onlar, eyni zamanda,
qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlə-
tin ordusu 80 min nəfərdən artıq idi. Alban dövləti hərbi-fiziki ha-
zırlığa xüsusi diqqət yetirir, onun döyüşçüləri düz qılınclarla düş-
mənlərə qarşı amansız olmuş, vuruşlardan şərəflə çıxmışlar. Düş-
mənlərə qarşı döyüşdə kişilərlə bərabər qadınlar da döyüşür və igid-
lik göstərirdilər. Albanlar beş yaşından başlayaraq iyirmi dörd yaşı-
na kimi kamandan ox atmağı, nizə tullamağı və at çapmağı, hətta
qaçış hərəkətlərini də öyrənirdilər.
O dövrdə Sasanilərin siyasətinə qarşı Zərdüşt dininə qarşı
xristianlıq geniş yayılırdı və IV əsrdə Albaniyda xristianlıq dövlət
dininə çevrilmişdi. Burada kilsə məktəblərində İncil Alban dilinə
tərcümə edilərək ana dili üzrə dərs vəsaiti kimi istifadə edilir və Al-
ban əlifbasının yaranma prosesi qüvvətlənirdi.
Beləliklə V əsrdə 52 hərfdən ibarət alban əlifbası meydana
gəldi və VI-VII əsrlərdə artıq zəngin alban ədəbiyyatı yaranmışdı.
Dostları ilə paylaş: |