Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 416,92 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix17.09.2017
ölçüsü416,92 Kb.
#405
1   ...   9   10   11   12   13   14   15   16   17

54 

 

 



 

 

“PEDAQOGİKA” FƏNNİ ÜZRƏ TƏLƏBƏLƏRİN 

“SƏRBƏST  İŞ” MÖVZULARININ YAZILMASINA 

DAİR METODİK MƏSLƏHƏT 

 

Tələbələrin “Sərbəst iş” mövzuları üzərində  işləməsi  

fənnin daha dərindən mənimsənilməsinə kömək etdiyi kimi 

onların, tədqiqatçılıq bacarığını da inkişaf etdirir, elmə həvəsini 

artırır, müstəqil çalışmaq vərdişlərini möhkəmləndirir. 

Ali məktəblərimizdə Bolonya prosesinin tətbiqi, təhsilin 

kredit sisteminə keçidi tələbələrin daha çox müstəqil 

çalışmasını  tələb edir. Müstəqil  çalışan,  əməli fəaliyyət 

göstərən tələbə  daha çox bilik qazanır və öyrənir.  

Psixologiyadan məlumdur ki, insan bilik üzərində  nə 

qədər hərtərəfli işləsə, ona müxtəlif cəhətlərdən yanaşsa, o bilik 

daha yaxşı  və daha möhkəm mənimsənilir. Çünki, tələbə 

material üzərində müstəqil  işləyərkən onu hərtərəfli təhlil edir, 

şüurunda eyni bir məsələyə bir neçə dəfə qayıtmalı olur, təhlil 

edir, ümumiləşdirmələr aparır. Bütün bunlar da qazanılmış 

biliyin praktik əhəmiyyət kəsb etməsinə kömək edir.    

Müasir gənc mütəxəssis yüksək bilik və  dünyagörüşə 

malik olmaqla bərabər, həm də  tədqiqatçılıq   qabiliyyətlərinə 

malik olmalı,  müstəqil  düşünməyi,  müstəqil qərarlar  

çıxarmağı  bacarmalıdır. Bunun üçün də indiki şəraitdə - 

təhsilin qlobal  xarakter aldığı bir dövrdə tələbənin pedaqogika 

üzrə proqram materialına sahib olması minimum tələb hesab 

edilə bilər,  geniş  nəzəri bilik və  dünyagörüşə  sahib olmaq 

üçün isə daha çox pedaqoji biliklər  əldə etməli, çox oxumalı, 




55 

 

əlavə və ilk mənbələrdən istifadə etməli və bilikləri müntəzəm 



olaraq genişləndirmək və tətbiq etmək lazımdır.  

Bu baxımdan pedaqogika fənnini tədris edən müəllim 

tələbələrə müstəqil  çalışmağı, daha çox düşünməyi  məsləhət 

görməli, onların tənqidi və yaradıcı pedaqoji təfəkkürünü 

inkişaf etdirməlidir.  

Təcrübələrdən məlum olur ki, tədris işi  yüksək təşkil 

edilən ali məktəblərdə tələbələr elmi-tədqiqat işlərinə də böyük 

həvəs göstərir, “Sərbəst iş” üzərində də fəallıqla çalışırlar.         

“Sərbəst iş” mövzuları  tələbələr tərəfindən  sərbəst 

şəkildə seçilir. Pedaqogika  fənni müəlliminin təklifi ilə  də 

tələbə mövzu götürüb üzərində  işləyə bilər. “Sərbəst iş” 

tələbənin kiçik elmi tədqiqat işidir – deyə bilərik. Tələbə 

mühazirədən eşitdiklərini, seminar məşğələlərindən 

öyrəndiklərini,  əlavə materiallardan mənimsədiklərindən 

istifadə edərək, sərbəst iş üzərində müstəqil olaraq yaradıcı 

fəaliyyət göstərir. Tələbənin sərbəst, müstəqil şəkildə çalışması  

bir tərəfdən proqram materialının nə dərəcədə mənimsədiyinin,  

o biri tərəfdən isə öz biliyini  tətbiq etmək bacarığına malik 

olub-olmadığının   göstəricisi hesab edilə bilər.   

Ali məktəblərdə  fənlərin tədrisi prosesində  tələbələr 

müstəqil işləməyi, ilk mənbələrdən baş açmağı bacarmalıdırlar. 

Aparılan elmi-pedaqoji tədqiqatlardan məlum olur ki, ali 

məktəb tələbələri hər gün 5-6 saat müstəqil zehni işlə  məşğul 

olmalı, mütaliə etməli, elmlə  məşğul olmalı, araştırmalar 

aparmalıdır. 

Tələbə kitab və ya başqa material üzərində  sərbəst  

çalışan vaxt oradakı    faktlar,    həqiqətlər artıq onun üçün tam 

aydın olur; o əldə etdiyi biliklərə möhkəm inanır. Belə bilik isə 

tədricən əqidə və inama  çevrilir. Buradan belə nəticə çıxarmaq  

olar ki, biz ali məktəb tələbələrini  biliklər üzərində  dərindən,  




56 

 

sərbəst, müstəqil işləməyə sövq etməklə, eyni zamanda onlarda 



elmi dünyagörüş, yeni pedaqoji təfəkkür, tədqiqatçılıq və 

müstəqil çalışmaq bacarıq və qabiliyyətləri də formalaşdırmış 

oluruq. Tələbələrin öz üzərində müntəzəm və müstəqil 

işləmələri onlarda geniş dünyagörüş,  əxlaqi keyfiyyətlər   

formalaşdırmaqla bərabər, həm də  faydalı vərdişlər yaradır.  

Tələbələr “Sərbəst iş” üzərində  işlərkən  bir deyil, bir 

neçə  mənbədən istifadə etməyi, xüsusilə ilk mənbələrdən, 

texnikadan,  internet xidmətindən məlumatlar toplamağı  

öyrənməlidir. Təcrübə göstərir ki, orta məktəbi qurtaran 

şagirdlərin  heç də hamısı  sərbəst  şəkildə elmi mənbələr 

üzərində, müxtəlif kitablar  üzərində    işləməyi bilmirlər. Ona 

görə  də birinci kurs tələbələrinə  fənn müəllimi tələbələrə 

müstəqil  çalışmaq üçün, elmi mənbələrdən istifadə etmək üçün 

lazımi məsləhətlər verməli, tədris etdiyi mövzularla bağlı 

ədəbiyyat siyahısı verməli və onlardan istifadə yollarını da 

göstərməlidir. Düzgün məsləhətlər, tövsiyələr nəticəsində  və 

tələbələrin müstəqil işləməsi sayəsində  tədricən yaradıcı 

fəaliyyət inkişaf edir və  tələbələr müstəqil və  sərbəst  şəkildə 

mənbələr üzərində    işləməyə alışırlar ki, bu da gələcəkdə 

onların elmi işlər, məqalələr yazmasına, buraxılış işləri üzərində 

daha yaxşı işləmələrinə  kömək etmiş  olur.         

Tələbə mövzunu seçdikdən sonra   fənn müəllimi ilə 

birlikdə plan və  ədəbiyyat siyahısını müəyyənləşdirir, daha 

sonra mövzu ilə bağlı  ədəbiyyat oxunur, təhlil edilir, qeydlər 

götürülür, çıxarışlar edilir, məntiqi nəticələr çıxarılır, 

ümumiləşdirmələr aparılar və yazıya alınır.  

Sərbəst iş yaradıcı  şəkildə yerinə yetirilməlidir. 

Kitabların, qəzet və jurnal məqalələrinin üzü köçürülməməli, 

müəlliflərin fikirləri olduğu kimi götürülməməlidir. Bütün 

mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas 




Yüklə 416,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə