0
AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
RÜFƏT HÜSЕYNZАDƏ
P E D A Q O G İ K A
fənni üzrə
P R O Q R A M
(Bolonya prosesi, kredit sistemi üzrə ali pedaqoji
məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur)
Bakı 2010
3
İZAHAT VƏRƏQİ
Müstəqil Azərbaycanın təhsil sistemində qlobal
islahatların aparılması hələ ötən əsrin sonlarına təsadüf
etmişdir. Bu strateji əhəmiyyətli, mühüm proses 1999-cu ildə
Ulu Öndərimiz Heydər Əliyevin “Təhsil sahəsində İslahatlar
Proqramı”nı imzalaması ilə başlamışdır. Əsasən həmin gündən
qoyulan və bu gün rеspublikаmızın həyаtındа yüksəlişə,
inkişafa doğru ardıcıl gеdən köklü dəyişikliklər, təhsil
sistemində aparılan geniş islahatlar, xüsusilə аli təhsil
sisteminin son vaxtlar həm məzmun və həm də formaca
yeniləşməsi təbii olaraq fənn prоqrаmlarının, dərslik və dərs
vəsaitlərinin də yeniləşməsini, təkmilləşməsini, fənlərin
tədrisində yeni texnologiyalardan, fəal təlim metodlarından
istifadə edilməsini tələb edir. Bu sahədə pedaqogika elmi,
pedaqogika fənni həmişə aparıcı mövqedə olmuş və tədris
olunan pedaqoji fənlərin təkmilləşməsinə ardıcıl diqqət
göstərilmişdir.
Bu gün “Pedaqogika” fənninin özünün də yeni tələblər
əsasında, xüsusilə tədrisin Bolonya prosesi, kredit sisteminin
tələbləri əsasında yenidən işlənməsi, təkmilləşdirilməsi
zərurətini meydana gətirmişdir.
Fənnin proqramının yeni tələblər əsasında işlənməsi
həmçinin tələbələrin bu fənn üzrə “Sərbəst işlər”in
mövzularının müəyyənləşdirilməsinə, işin yazılma qaydaları
haqqında metodik göstərişlərə, habelə məşğələlərin yeni,
interaktiv metodlarla təşkilinə və keçirilmə metodikasına
ehtiyac yaratmışdır.