Azərbaycan Respublikasi Təhsil Nazirliyi Azərbaycan Universiteti



Yüklə 37,19 Kb.
tarix22.11.2017
ölçüsü37,19 Kb.

Azərbaycan Respublikasi Təhsil Nazirliyi

Azərbaycan Universiteti

E S S E

Fakultə: İqtisadiyyat və idarəetmə



İxtisas: Muhasibat uçotu və audit

Fənn: Mühasibat nəzəriyyəsi

Mövzu: Təşkilatın uçot siyasəti

Müəllim: Ibadov Habil

Tələbə: Rəhimli Tural

Qrup: 197


Bakı-2011


Giriş
Müəssisənin əmlakının, öhdəliklərinin, dövriyyə vasitələrinin, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin, kapitalların, maliyyələşmələrinin və s. yekun göstəriciləri istifadəçilər (sahibkarlar, səhmdarlar, Dövlət orqanları, kreditorlar və s.) üçün təyin edilmiş mühasibat (maliyyə) hesabatlarından heç bir istisnaya yol verilmədən düzgün əks etdirilməlidir. Maliyyə, Bank, vergi orqanları, investorlar, malsatanlar, mal alanlar, kreditorlar, Dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operatıv rəhbərlik və idarəetməni həyata keçirmək üçün təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri məlumatları düzgün təhlil etmək və müəssisənin gələcək inkişaf perspektivlərinin maksimum yollarını düzgün araşdırmaq məqsədilə uçot siyasəti açıqlanır. Müəssisənin kommersiya sirlərindən başqa bu açıqlamalar mühasibat (maliyyə) hesabatlarına əlavə edilən arayıəlarda öz əksini tapır.

Bu əsasnamədən sonra Respublikada 2005-2008-ci illərdə Milli Mühasibat Standartlarının tətbiqi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2005-ci il 139 №-li qərarı ilə təsdiq olunmuş Proqrama müvafiq olaraq 2007-ci ildə “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” kommersiya təşkilatları üçün 11 №-li Milli Mühasibat Uçotu Standartları hazırlanmış və o Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 23 iyul tarixli İ-173/1 nömrəli əmri ilə təsdiq edilərək təcrübəyə tətbiqi tövsiyə edilmişdir.

Təşkilatın uçot siyasəti


        1. Uçot siyasəti haqda anlayış və onun tərkibi.

Uçot siyasəti – mühasibat uçotunun aparılma üsulunun – ilkin müşahidə, dəyər ölçüsü, təsərrüfat fəaliyyəti hallarının cari qruplaşdırılması və yekun ümumiləşdirilməsinin məcmuudur.

Təşkilatda qurulan mühasibat uçotu onun müəyyən qaydalar üzrə aparılmasını nəzərdə tutur. Bu cür qaydanın məcmuunun təyin edilməsində başlıca problem uçotun aparılmasından alınan maksimum effektin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu cür halda effekt dedikdə maliyyə və idarəetmə informasiyalarının vaxtlı-vaxtında formalaşmasını, istifadə edən dairələr üçün yararlı və ehtibarlı olması başa düşülür.

Təşkilatın uçot siyasəti məsələsini aşağıdakılar araşdırmalıdır:

  • uçot siyasətini təsdiq edən müəssisə, təşkilat rəhbəri;

  • uçot siyasətini formalaşdıran, yəni onun məzmununu hərtərəfli və əsaslanmış şəkildə işləyib hazırlayan müəssisə, təşkilatın mühasibi;

  • uçot siyasəti audit yoxlamasının obyektlərindən biri olduğundan və yoxlama prosesi bilavasitə onun vasitəsilə həyata keçirildiyindən – auditor;

  • bu və digər vergiyəcəlbetmə qaydası uçot siyasətinin əksər prinsipindən asılı olduğundan vergi inspektoru.

Təşkilatın daxili həyatı və xarici istifadəçilər üçün əhəmiyyətli olan uçot siyasəti mühasibat informasiyalarında təşkilat və şəxslərin maddi marağını təmin edən ciddi nəzarət obyekti hesab edilir.

Beləliklə, təşkilatın uçot siyasəti – birinci mühasibat uçotu sisteminin liberallaşdırma prosesinin həyata keçirilməsini; ikinci mühasibat uçotu və mehasibat hesabatı üzrə normativ sistemin təkmilləşdirilməsinin baş verməsini; üçüncü beynəlxalq standarta müvafiq mühasibat uçotunun islahatı Proqramına müvafiq tədbirlərin həyata keçirilməsində qüvvədə olan qanunvericiliyin tətbiq edilməsini özündə əks etdirən qeyri adi vasitə hesab edilir.

Bu baxımdan digər ölkələrdə olduğu kimi bizim ölkədə də belə bir istiqamətverici sənəd hazırlanmış və ondan ölkənin uçot sistemində istifadə edilir.

1997-ci ilin 1 yanvar tarixindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 yanvar 1997-ci il 05 №-li əmri ilə təsdiq olunmuş mühasibat uçotu üzrə ilk “Təşkilatın uçot siyasəti”nə dair əsasnamə qüvvəyə minmişdir. Bu standartın ümumi məzmunu aşağıdakıları əhatə edir.
1. Ümumi müddəalar

1.1. Bu əsasnamə Azərbaycan Respublikası Prezidentinin 22 mart 1995-ci il tarixli fərmanı ilə qəbul edilmiş “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunu”nun 4-cü maddəsinə əsasən uçot aparmağa borclu olan bütün idarə, müəssisə, təşkilat və digər təsərrüfat subyektlərinin (bundan sonra müəssisə adlandırılacaq) uçot siyasətinin formalaşmasının əsaslarını və açıqlanmasını müəyyən edir.

Bu əsasnamə Azərbaycan Respublikasında Mühasibat uçotu sisteminin tənzimlənməsi üçün yaradılmış hüquqi normativ sənədlərdən biridir və bu sahədə yaradılmış hüquqi normativ sənədləri nəzərə almaqla mühasibat uçotu sisteminin tənzimlənməsinin ən ümumi əlaqə formalarını özündə əks etdirir.

1.2. Prezidentin 1995-ci il 22 mart tarixli fərmanı ilə qəbul edilmiş və Milli Məclisin 999 saylı 24 mart 1995-cii il tarixli qərarı ilə iyul ayının 1-dən qüvvəyə minmiş bu əsasnamə “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunu”na və qüvvədə olan digər mühasibat uçotu standartlarına əsaslanaraq müəssisələrdə mühasibat uçotunun aparılması üsullarının (mühasibat uçotunun aparılma üsullarına: qruplaşdırma və təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi metodları, sənədlərin dövriyyəsinin təşkili üsulları, inventarizasiya qaydaları, mühasibat uçotu hesablarının tətbiqi üsulları, uçot registrləri sistemi, məlumatların araşdırılması və digər müvafiq üsullar, metodlar aiddir) ən ümumi əlaqə formalarından bəhs edir.

  1. Uçot siyasətinin formalaşması.

2.1. Sözü gedən “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunu”nun 9-cu maddəsinə əsasən müəssisənin uçot siyasəti onun rəhbəri tərəfindən formalaşır. Müəssisə rəhbəri uçot siyasətini formalaşdırarkən bu əsasnamənin və mühasibat uçotu sistemini tənzimləyən digər hüquqi normativ sənədlərin tələblərinə əməl edir.

2.2. Uçot siyasətinin formalaşmasında əsasən aşağıdakılar nəzərdə tutulur:

müəssisə öz əmlakını və öhdəliklərini digər müəssisələrin əmlakından və öhdəliklərindən ayırır;

müəssisə uzun müddət fasiləsiz işinə, onun gələcək inkişafına, əmlak və öhdəliklərinə, həmçinin borclarının vaxtlı-vaxtında ödənilməsinə təminat verir;

müəssisənin uçot siyasətini Azərbaycan Respublikasının Mühasibat uçotu sistemini tənzimləyən qanunverici sənədlərə uyğun olaraq hesabat ili üçün qəbul edir;

müəssisə gəlir və xərclərin hesabat dövrünə düzgün aid etməli, bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registrlərində düzgün xronoloji qeydiyyatını təmin etməli, mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventarizasiyanın nəticəllərini uçotda tam və düzgün əks etdirməlidir.

    1. Müəssisənin uçot siyasəti əsasən aşağıdakıları özündə əks etdirir:

- müəssisə əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vasitələrinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarının natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqədə, mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün yığılması və qaydaya salınması sistemini təmin edir;

- müəssisə rəhbəri mühasibat uçotunun təşkili formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnoloigiyasını təmin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində nəzarət qaydasını sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir;

- müəssisə ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünü təmin edərək onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanmasını tələb edir;

- müəssisə maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin yaxud öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işini – ehtiyatlılığı təmin edir;

- müəssisə hər dəfə analitik uçot məlumatlarını sintetik uçot məlumatları ilə tutuşduraraq mühasibat uçotu və hesabatının düzgünlüyünü yoxlayır.

2.4. Uçot siyasətinin formalaşması zamanı mühasibat uçotunun təşkili və aparılması (daxili uçot və hesabat qaydalarının yaradılması), inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları, fondlar və ehtiyatların yaradılması, satışdan gələn gəlirin müəyyən edilməsi, ilkin uçot formalarının təşkili, aylıq, rüblük və illik hesabatların hazırlanması və s. işlərin görülməsi barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır.

2.5. Müəssisə rəhbəri uçot siyasətini formalaşdıran zaman “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununu əldə rəhbər tutaraq onun bütün tələlblərini yerinə yetirməlidir. Uçot siyasəti həmçinin Azərbaycan Respublikasının qanunverici orqanları tərəfindən qəbul edilmiş Mühasibat uçotu standartlarının tələblərinə uyğun olmalıdır.

2.6. Müəssisənin uçot siyasətində hər dəfə Azərbaycan Respublikasının qanunverici orqanları tərəfindən qəbul edilmiş mühasibat uçotu standartlarının tələblərinə uyğun əlavə və dəyişikliklər edilə bilər.

Nəticə
Təşkilatın uçot siyasəti təşkilat rəhbərinin əmri ilə təsdiq olunur və hüquqi qüvvə əldə edir. Bu baxımdan yuxarıda qeyd edilən bütün nöqteyi-nəzərlər müvafiq normativ sənədlərlə əsaslandirılmaqla ona daxil edilməlidir. Sadalanan siyahılar nümunə kimi verilmiş və onlar təsərrüfat fəaliyyətinin istiqamətindən və müəssisə və təşkilatların səviyyəsindən asılı olaraq artırıla yaxud azaldıla bilər.



Son illərdə Azərbaycanda mühasibat uçotunun qurulması sistemi xeyli dəyişikliklərə, əlavələrə və düzəlişlərə məruz qalmışdır. Buna görə təşkilatın uçot siyasətini hazırlayan zaman mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunu, digər Azərbaycan Respublikası qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan hökumətinin qərarları, Maliyyə Nazirliyinin əsasnamələri, əmrləri, təlimatları, məktubları və digər normativ sənədlər həmçinin 1995-ci il və 2006-cı ildə təsdiq olunmuş hesablar planı əsas götürülməli və onlara istinad edilməlidir.








Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə