Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89

5
 
 
I FƏSİL

“ƏTRAF MÜHİTİN İQTİSADİYYATI” FƏNNİNİN 
PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 
 
1.
 
“Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış; 
2.
 
“Ətraf mühitin iqtisadiyyatı” nın predmeti, metodu 
və vəzifələri; 
     3.  Ətraf  mühitdən  istifadənin  iqtisadiyyatı  kursunun 
əhəmiyyəti; 
4.“Ətraf  mühitin  iqtisadiyyatı”  nın  tədqiqi  prob-
lemləri. 
 
1. “Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış 
 
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində in-
san cəmiyyəti yeni sivilizasiya fazasına qədəm qoymuş-
dur.  Insan  cəmiyyətinin  bütün  tarixi  inkişaf  dövründən 
XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, ya-
vaş-yavaş  yeni  təfəkkürlərlə,  yəni  ekoloji  təfəkkürlərlə 
əvəz olunmağa başlamışdır.  
Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıq-
lı  sosial-iqtisadi  inkişaf  konsepsiyası  təşəkkül  tapmaq-
dadır.  Bu  konsepsiyanın  əsasını  sosial  sistemlərlə  ətraf 
mühit  arasında  daha  harmonik  qarşılıqlı  əlaqə  təşkil 
edən,  yəni  insan  cəmiyyətinin  gələcək  tələbatlarına  ca-
vab  verən  və  ətraf  mühitin  təbii-ehtiyat  potensialının 
keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək 
nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iq-
tisadiyyat formalaşdırılmalıdır. 
Beləliklə,  insan  cəmiyyətinin  yer  kürəsində  gələ-


6
 
 
cək  inkişafı  ancaq  ətraf  mühitin  dayanıqlı  bərabərlik 
çərçivəsində  mümkündür.  Təbiətdən  istifadə  və  təbiəti 
mühafizənin  səmərələşdirilməsi  cəmiyyətlə  təbiət  ara-
sında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlə-
rinin  tədqiqinin  labüdlüyünü  və  onların  həlli  yollarının 
axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehti-
yatlardan  istehsalat  və  qeyri-istehsalat  məqsədləri  üçün 
istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qar-
şısının  alınması  və  ya  onun  mənfi  təsirlərinin  aradan 
qaldırılması  məqsədilə  iqtisadi  üsullardan  istifadənin 
aktivləşdirilməsi məsələsi gündəmə gəlir. 
Ətraf  mühit  və  təbiətdən  istifadənin  iqtisadiyyatı, 
öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhət-
li problemlərlə üzləşir. Ona görə də, bu problem mərhə-
lələrlə həll olunmalıdır. 
“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və icti-
mai  ixtisas  verən  Universitetlərdə  və  onların  fakültələ-
rində  ətraf  mühit  və  təbiətdən  istifadənin  iqtisadiyyatı-
nın ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanu-
nauyğunluqlarının,  prinsiplərinin,  amillərinin  və  üsulla-
rının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun 
mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mü-
hitin  iqtisadiyyatı”  kursuna  dair  mühazirələr  oxunması 
və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil 
işi bu proqrama müvafiq olaraq keçirilir. 
Kursun  tədrisində  əsas  məsələlər  təbii  ehtiyatların 
iqtisadi  və  ya  qeyri-iqtisadi  qiymətləndirilməsi,  təbiət-
dən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqti-
sadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin 
edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən 


7
 
 
səmərəli  variantlarının  seçilməsi  və  təbiəti  mühafizə 
xərclərinin mütləq və nisbi səmərəliliyinin qiymətləndi-
rilməsi,  təbiəti  mühafizə  fəaliyyətinin  və  ətraf  mühitin 
mühafizəsinin maddi stimullaşdırılmasının idarə edilmə-
sinin iqtisadi üsullarının öyrənilməsidir. 
Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisa-
diyyatına dair biliklərin tələbələrə ən yeni materiallar və 
faktlar  əsasında  öyrənilməsini  aşılamaqda  başlıca  mən-
bədir.  Tələbələrdə  elmi  işə  həvəs  aşılamaqlada  bu  kur-
sun əhəmiyyəti böyükdür. Ona görə də, icmal mühazirə-
lərdən sonra, onun öyrənilməsi baxılan məsələlərin məş-
ğələlərdə müzakirə yolu ilə də ola bilər. Bu tədbirlər tə-
ləbələrdə müstəqil tədqiqat elementlərini aşılamaq üçün 
də  faydalıdır.  Xalq  təsərrüfatı  sahələrinə  aid  praktiki 
dərslər  gələcək  mütəxəssislərin  təcrübi  məlumatlarını 
artırır və əldə edilən bilikləri möhkəmlədir. 
Müasir  dövrdə  cəmiyyətin  və  təbiətin  qarşılıqlı 
əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji prob-
lemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın 
tarazlı  inkişafı,  onun  ekologiyalaşdırılması  və  səmərəli 
idarə  olunmasıdır.  Bununla  əlaqədar  son  dövrdə  “Ətraf 
mühitin  iqtisadiyyatı”  fənni  formalaşmış  və  bu  sahəyə 
tələb  artmaqdadır.  Bu  yeni  fənnin  yaradılmasında  əsas 
məqsəd  iqtisadiyyatın  təbiətə  təsirini  hərtərəfli  öy-
rənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamət-
lərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması 
yollarını müəyyən etməkdən ibarətdir. 
Təbiətdən  səmərəli  istifadə  edilməsi  ekologiya  və 
iqtisadiyyat  elmlərinin  iştirakı  olmadan  qeyri-mümkün-
dür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də 


8
 
 
təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mü-
təxəssislər də yiyələnirlər.  
Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisa-
di  və  ekoloji  məsələlərinə  dair  müstəqil  fənnlər: 
“Ekoloji  menecment”,  “Ekoloji  audit”,  “Ekoloji 
marketinq” və s. mövcuddur.  Bu dərslikdə yuxarıda adı 
çəkilən  sahələr  üzrə  geniş  məlumat  verilməsə  də,  ətraf 
mühit  və  təbiətdən  istifadənin  iqtisadiyyatı  və  ekoloji 
məsələləri  ətrafında  ümumi  nəzəri,  metodoloji  və  elmi-
metodiki məsələlər əhatə olunmuşdur. 
Qeyd  etməliyik  ki,  ətraf  mühit  və  təbiətdən  istifa-
dənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da ma-
likdir.  Hüquqi  əsaslar  ətraf  mühit  məsələsində  xüsusi 
yer  tutmaqla  təbiətdən  istifadə  sahəsində  iqtisadi  və 
ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. 
“Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox mə-
sələlər təhlil edilir: tarazlı inkişaf  konsepsiyasının ətraf 
mühit  və  təbiətdən  istifadənin  tədqiqində  yeri;  ekoloji-
iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar 
münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyə-
ti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırıl-
ması  və  planlaşdırılması;  ekoloji  və  iqtisadi  dəyərlərin 
qiymətləndirilməsi;  çirkləndirməyə  görə  ödəmələr;  ma-
liyyələşdirmə  və  ekoloji  sahibkarlıq;  təbiətdən  istifadə-
nin idarə edilməsi və s. 
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-
nın əsas anlayışları aşağıdakılardır: 
Təbiət –qapalı, özünü təmin edən, özü inkişaf edən 
bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyə-
tini  saxlaya  bilər.  Təbii  mühit  və  təbii  ehtiyatlar  an-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə