Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89

9
 
 
layışları fərqləndirilir. 
Təbii  mühit  –  insanın  yaşadığı  və  istehsal  fəaliy-
yəti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın ya-
şamaq imkanını və fəaliyyət göstərməsini təmin edir. 
Təbii ehtiyatlar – təbiət prosesləri nəticəsində təbii 
mühitdə  yaranan  ehtiyatlardır.  Təbii  ehtiyatlar  təcrübi 
olaraq  tükənməyən  və  tükənən  hissələrə  bölünürlər.  Tü-
kənən  ehtiyatlar  öz  növbəsində  bərpa  oluna  bilən  və 
bərpa oluna bilməyən növlərə bölünürlər. 
Təbii ehtiyatlardan optimal istifadə edilməsini ida-
rə etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib 
hesab  edilir.  Təbii  ehtiyatların  keyfiyyəti  –  ehtiyatların 
əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tə-
ləblərə və bir sıra texnoloji tələblərə uyğunluğu səviyyə-
si ilə ölçülür. 
Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə 
ediləcək  bütün  təbii  ehtiyat  növləri  və  insan  həyatının 
təbii şəraitinin cəmi təbii rifah adlanır. Təbii rifah əmə-
yin məhsulu deyildir və iqtisadi qiymətə də malik deyil-
dir.  Lakin  insanlar  üçün  istehlak  dəyərinə  malikdir,  ya 
istehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifa-
də edilə bilər. 
Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi – fizi-
ki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahi-
də olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir. 
Ekoloji  itki  –  təbii  mühitin  şərti  ideal  optimal  və-
ziyyətində  qaçılması  mümkün  olan,  cəmiyyətin  iqtisadi 
və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir. 
Ekoloji-iqtisadi  itki  –  ətraf  mühitin    çirkləndiril-
məsi nəticəsində neqativ itkilərin  pul ifadəsində qiymə-


10
 
 
tidir. Ekoloji-iqtisadi itkinin kəmiyyətini  müxtəlif sahə-
lərdə  müxtəlif  xərclərin  (məsrəf  və  itkilərin)  cəmi  kimi 
ifadə etmək olar. 
İnsanın fəaliyyəti onu əhatə edən mühitlə əlaqədar-
dır.  Təbiət  həm  insanın  istehsal  fəaliyyəti  üçün  zəruri 
xammal  mənbəyidir,  həm  də  onun  ətraf  mühiti  çirklən-
dirən istehsal fəaliyyəti tullantılarını qəbul edəndir. 
 
İnsanın təbiətlə qarşılıqlı əlaqəsi 
 
                                                 
 
 
 
Son zamanlara qədər belə hesab edilirdi ki, insan-
lar  tərəfindən  təbiətin  bəxş  etdiyi  ehtiyatlardan  istifadə 
imkanları qeyri-məhduddur. Bu “təbii nemətlərin havayı 
olması” və təbiətin qeyri-məhdud regenerasiya gücü sa-
yəsində “tullantıların – çirkləndirilənlərin” fikri haqqın-
da  adi  mühakimələr  idi.  Tarixi  təcrübənin  nəticələrinə, 
ayrı-ayrı alimlərin və tədqiqatçıların (Maltus məktəbinin 
ardıcıllarının) etirazlarına məhəl qoyulmurdu. 
Ətraf  mühit  və  təbiətdən  istifadənin  iqtisadiy-
yatının  məsələləri    sənaye  istehsalı  ehtiyatların  məh-
dud  olması,  ənənəvi  olaraq,  iqtisadiyyat  elminin  təhlil 
obyekti olmuşdur. İqtisad elmi  məhdudiyyətlər çərçivə-
sində sahibkarlıq fəaliyyətinin təhlili üsullarına malikdir 
(dəyər nəzəriyyəsi və hüdudluq dərəcəsi nəzəriyyəsi). 
Ənənəvi iqtisadi nəzəriyyələrin gələcək inkişafı və 
onların təbii ehtiyatların əmtəə kimi keyfiyyətcə qiymət-
ehtiyatlar 
çirklənmə 
İNSAN FƏALİYYƏTİ
 
 
TƏBİƏT
 
 


11
 
 
ləndirilməsi – “Ətraf mühitin iqtisadiyyatının” qarşısın-
da duran əsas məsələdir. Beləliklə “Ətraf mühitin iqtisa-
diyyatı”  elmi  təbiətdə  əşyaların  dinamik,  mütənasib 
dövr  etməsi  üçün  insanın  təbiətə  yüksək  səviyyədə  sə-
mərəli təsir üsullarını öyrənən elmdir. 
Ətraf  mühitin  əsas  məsələləri  təkrar  istehsal  üçün 
normal  təbii  şəraitin  saxlanmasına  xərclərin  artımının 
təmini və təhlili, təbii ehtiyatların və insan fəaliyyətinin 
ətraf mühitə vurduğu ziyanların qiymətləndirilməsidir. 
 
2. “Ətraf mühitin iqtisadiyyatı” nın predmeti
metodu və vəzifələri 
 
“Ətraf mühitin iqtisadiyyatı” elmi yeni bir elm sa-
həsidir. Bu elmin ayrı-ayrı ideyaları hələ çox keçmişdən 
tətbiq  edilirdi.  Qədim  Maqadaha  hind  imperiyasının 
hökmdarı  Aşokanın  (e.ə.  268-232-ci  illər)  hakimiyyəti 
dövründə, bir çox heyvan və quşlar mühafizə olunmuş, 
boğaz və cavan heyvanların ovlanması qadağan edilmiş-
dir.  Eramızın  başlanğıcında  İngiltərədə  şimal  maralları 
və çöl donuzları azaldığından bu heyvanların ovlanması 
ciddi  qadağan  olunmuş,  hətta  onları  ovlayanlar  ölümlə 
cəzalanmışlar. 
İbtidai  icma  quruluşunda  yeganə  təsərrüfat  sahəsi 
ovçuluq  sayılırdı.  Buna  görə  də  insanların  dolanacağı 
ovun müvəffəqiyyətlə keçməsindən asılı idi. Balıqların, 
quşların  və  vəhşi  heyvanların  artması  üçün  bir  növ  ya-
saq yerləri ayrılır, müəyyən vaxtlar heyvan ovu qadağan 
edilirdi. Quldarlıq cəmiyyətində təbiətin mühafizəsi mə-
sələsinə diqqət yetirilirdi. 


12
 
 
Feodalizmdə  təbiətin  mühafizəsi  məsələsinə  qul-
darlıq  cəmiyyətində  olduğuna  nisbətən  bir  qədər  çox 
diqqət yetirilirdi. Feodallar torpağın, meşələrin və vəhşi 
heyvanların  öz  nəsilləri  üçün  də  qorunması  qayğısına 
qalırdılar.  Aşağı  təbəqədən  olan  adamlar  zadəganlara 
məxsus yerlərdə ov etdikləri üçün hətta ölümlə cəzalan-
dırılırdılar.  Feodalların  heyvanları  qorumaq  barədə  çı-
xartdıqları qanunlar müsbət nəticələr verirdilər. Avropa-
da zebr, xallı maral və nəcib maralların nəsli bu qanun-
ların  sayəsində  kəsilməmişdir.  Hələ  vaxtı  ilə  K.Linney, 
C.Darvin təbiətə öz münasibətlərini bildirmişlər. Fransa 
alimi Jan Jak Russo (1712-1778) insanın təbiətə təsirini 
göstərmişdir. 
1864-cü ildə Amerikalı Corc Marşın “İnsan və tə-
biət”  adlı  kitabı  dərc  edildi.  Bu  kitabda  insanın  təbiətə 
mənfi təsiri nəticəsində təbiətin müvazinətinin pozulma-
sı qeyd olunurdu. 1872-ci ildən dünyada ilk Yellouston 
Milli  parkı  yaradıldı.  Vəhşi  heyvanları  Mühafizə  Cə-
miyyəti  təşkil  edildi.  1910-cu  ildə  Cenevrədə  təsis 
edilmiş  Təbiəti  Mühafizə  Cəmiyyəti  böyük  şöhrət 
qazandı.  Həmin  cəmiyyətin  banisi  Saradaşın  təşəbbüsü 
ilə 1913-cü ildə Bern şəhərində təbiətin mühafizəsi üzrə 
1-ci Beynəlxalq müşavirə çağırıldı. XVIII-XIX əsrlərdə 
kapitalizmin  istehsal  üsulunun  inkişafı  ilə  əlaqədar 
olaraq  təbii  sərvətlərin  vəhşicəsinə  istismarı  başlandı. 
Avropalılar  Amerikaya  gəldikdən  sonra  böyük  sahələr-
də meşələri və heyvanları amansızcasına qırırdılar. Qısa 
dövr ərzində meşələr məhv edilmiş, torpaq eroziyası ge-
niş miqyas almışdı. Milyonlarla bizondan bir neçə yüzü 
qalmışdı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə