Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89

17
 
 
qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir. Həmçi-
nin  təbii  ehtiyatların  kəmiyyət  və  keyfiyyət  göstəricilə-
rindən asılı olaraq iqtisadi cəhətdən qiymətləndirilməsi-
ni müəyyənləşdirir. Fənnin elmi əhəmiyyətinə gəldikdə 
qeyd olunmalıdır ki, həyatın inkişaf qanunauyğunluqla-
rı, müxtəlif proseslərin və təbii hadisələrin dərk olunma-
sı,  təbii  obyektlərin  müşahidəsi,  öyrənilməsi,  təhlili  və 
sintezi nəticəsində mümkün olur. 
İnsanlarla  təbiətin  qarşılıqlı  əlaqəsinin  təhlili  icti-
mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-
şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-
tiv  qiymətləndirilməsinin  elmi  əsasını  təbiətin  dialekti-
kası təşkil edir. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-
san şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf 
edirsə bu qanunlara əsasən təbii qüvvələri və prosesləri 
cəmiyyətin istifadəsinə verir. 
Təbiətdən istifadənin əsas vəzifələrindən biri isteh-
sal vasitələrinin təkmilləşdirməklə təbii ehtiyatların isti-
fadə  xüsusiyyətləri,  istifadə  dərəcəsi  və  səmərəliliyini 
müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan 
istifadə  zamanı  məhsuldarlığı  artırmaqla  yanaşı  insanın 
yaşadığı  mühitin  mühafizəsinə  riayət  olunmasıdır.  Ha-
zırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal mə-
sələləri kimi qiymətləndirilir. 
Təbii  sərvətlərdən  səmərəli  və  kompleks  istifadə 
edilməsində  əsas  vəzifə  müəyyən  əmək  və  məsrəf  mü-
qabilində istər ərazi, istərsə də istehsal sahələri üzrə on-
ların iqtisadi səmərəliliyinin artmasından, ətraf təbii mü-
hitə  dəyən  zərərin  əvvəlcədən  aradan  qaldırılmasını  tə-


18
 
 
min etməkdən ibarətdir. Bu,  hasilat və emal  vaxtı itiril-
miş  sərvətlərin  hesabına  torpağa,  suya,  havaya,  bitki  və 
heyvanat  aləminə,  əhaliyə  dəyən  zərərin  aradan  qaldırıl-
ması məqsədilə, sonradan görülən tədbirlərdən xeyli ucuz 
və səmərəli olar. 
 
3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı 
kursunun əhəmiyyəti 
 
Bizi  əhatə  edən  maddi  aləm  təbiət  adlanır.  Təbiət 
insanlardan  asılı  olmayaraq  həmişə  olub  və  olacaqdır. 
Təbiəti öyrənən elm-təbiətşünaslıq adlanır. Təbiətşünas-
lıq  elmi  canlı  və  cansız  təbiət  hadisələrini  öyrənir.  Tə-
biət dedikdə - günəş, ay, ulduzlar, torpaq, daş, qaya, su, 
bitki, heyvanlar və s. təsəvvür edilir. Təbiət iki yerə ay-
rılır: canlı təbiət və cansız təbiət. Günəş, ay, ulduz, bu-
lud,  su,  hava,  cansız  təbiətdir.  Bitki,  heyvan  və  insan 
canlı  təbiətdir.  Canlı  və  cansız  təbiətin  fərqi  çoxdur. 
Bitki  və  insan  qidalanır,  tənəffüs  edir,  çoxalır  və  məhv 
olur. Bu xüsusiyyətləri cansız təbiətə aid etmək olmaz. 
Cansız  təbiətin  sirlərini  öyrənməklə  maddi 
nemətlər əldə edirik. Filizlərdən qiymətli metallar alınır. 
Dəmirdən  maşınlar,  dəmir-yolları  relsləri  hazırlayırlar. 
Alüminiumdan  qab-qacaq,  müxtəlif  cihazlar  və  təyya-
rələr düzəldilir. Təbiət haqqında biliklərimiz artdıqca in-
sanlar  radio,  televizor,  telefon  ixtira  etmiş,  raketlər  dü-
zəldib kosmosa yol açmışlar. İnsanlar aya uçmuş, başqa 
planetlərə  avtomat  stansiyalar  göndərmişlər. 
Təbiəti
  öy-
rənməyin bizim sağlamlığımızı qorumaq üçün də böyük 
əhəmiyyəti  var.  Havanın  zəhərlənməsi,  suların  və  tor-


19
 
 
pağın çirklənməsi insanların sağlamlığı üçün qorxu  ya-
radır. Bizim hazırda öyrənəcəyimiz elm isə Ətraf Mühi-
tin  İqtisadiyyatı  (ƏMİ)  adlanır.  İqtisada  aid  müxtəlif 
elmlər  iqtisad  elminin  tərkibinə  daxildir.  Onlardan  biri 
də  ƏMİ  elmidir.  Bu  elmin  də  bir  çox  elmlər  kimi  öz 
predmeti, istiqaməti vardır. ƏMİ elmi təbiətdə baş verən 
bütün hadisələri, müxtəlif istehsal qurumlarında təsərrü-
fatın  təşkili,  inkişafı,  ətraf  mühitin  qorunması,  təbiətlə 
cəmiyyətin  qarşılıqlı  əlaqəsinin  qanunauyğunluqlarını 
öyrədir. ƏMİ elminin qarşısında duran əsas məqsədlər-
dən biri də bazar iqtisadiyyatı şəraitində daxili ehtiyatla-
rın  aşkara  çıxarılıb  səmərəli  istifadə  olunmasına,  ətraf 
mühitin qorunması üçün bütün vasitələrə - xüsusilə tul-
lantısız  məhsul  istehsalına,  minimum  əmək  və  vəsait 
sərf etməklə  maksimum  məhsul alınmasına  nail olmaq-
dır.  Bunlarda  ayrı-ayrı  istehsalçılar  arasında  gedən 
rəqabət  mübarizəsində  mühüm  amildir.  Odur  ki,  üstün-
lük əldə etmək üçün daha səmərəli metodlardan istifadə 
edilir. Rəqabət isə yüksək keyfiyyətli məhsul alınmasını 
təmin edən çox mühüm amildir. 
Ətraf mühitin iqtisadiyyatı (ƏMİ) elmi bir çox elm-
lərlə  sıx  bağlı  olub,  onların  nailiyyətlərindən  bəhrələnir, 
zənginləşir  və  inkişaf  edir.  Amma  predmet  baxımından 
onları  eyniləşdirmək  olmaz.  ƏMİ  elmi,  təbiətdə  baş  ve-
rən bütün hadisələrə kompleks baxımdan yanaşan elmdir. 
Bu  elm  sonralardan  yaranmış  və  özündə  bir  çox  elmləri 
(geologiya,  demoqrafiya,  torpaqşünaslıq,  təbiətşünaslıq, 
botanika,  meteoroloqiya,  coğrafiya,  fizika,  tibbi,  texniki, 
meşəçilik, kənd təsərrüfatı və s.) birləşdirmişdir. 
Bu  elmin  meydana  gəlməsinə,  cəmiyyətlə  təbiətin 


20
 
 
qarşılıqlı əlaqəsinin genişlənməsi, təbii sərvətlər ehtiya-
tından  istifadə  edilməsinin  daha  çox  aktuallaşması  və 
vacibliyi səbəb olmuşdur. Başqa sözlə desək – istehsal-
edici qüvvələrin inkişaf prosesinin dərk edilməsinin ge-
nişlənməsi  və  dərinləşməsi  yeni  bir  elmin  yaranmasına 
səbəb olmuşdur ki, bu da istehsal münasibətləri formala-
rının səmərəli istifadəsi, təbii sərvətlər istehsalını və ət-
raf mühitin mühafizəsi prosesini əks etdirir. Ətraf mühi-
tin  iqtisadiyyatı  (ƏMİ)  elmi  iqtisadi  coğrafiya  ilə  sıx 
əlaqədardır və xalq təsərrüfatı sahələrinin inkişaf etdiril-
məsinin planlaşdırılması məsələlərinin həllində əsas mə-
lumatları  formalaşdırır.  ƏMİ  -nin  formalaşması  əsasən, 
cəmiyyətin  əməyinin  fəaliyyəti  nəticəsində  əmələ  gəlir 
ki,  bu  da  ətraf  mühitə  təsir  edən,  onun  elmi-texniki  tə-
rəqqisini təmin edən çox mühüm amildir. 
Sistemli  (nizamlı)  yanaşma  prinsipi  –  obyekt  ele-
mentlərinin  qarşılıqlı  əlaqəsinin  tədqiqatlarının  komp-
leksli  təşkilidir.  ƏMİ-nin  problemlərinin  qarşıya  qoyul-
muş  məsələlərin  həllində  sistemli  yanaşma  olmadan, 
tədqiqat  aparılan  amillərin  ardıcıllığının  təmin  edilməsi 
mümkün  olmaz.  Bir  sıra  iqtisadi  elmlər  sahəsi  (ətraf 
mühitin  iqtisadiyyatı,  kənd  təsərrüfatının  iqtisadiyyatı, 
sənayenin  iqtisadiyyatı,  nəqliyyatın  iqtisadiyyatı  və  s.) 
iqtisadiyyat elmi kimi qəbul olunur. Ictimai elmlər sıra-
sına aid edilən bu biliklər sistemi bilavasitə siyasi iqtisa-
dın bir elm kimi meydana gəlməsi ilə  yaranmışdır. Cə-
miyyətin  iqtisadi  bazisini  tədqiq  edən  elmlər  sırasında 
əsas  yeri  siyasi  iqtisad  elmi  tutur.  Siyasi  iqtisad  insan 
cəmiyyətinin  müxtəlif  inkişaf  mərhələsində  maddi  ne-
mətlərin istehsalını, mübadiləsini, bölgüsünü və istehla-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə