Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   89

25
 
 
üçün ehtiyat mənbəyidir. İnsan cəmiyyəti həmin ehtiyat-
lardan istifadə üçün elmi əsaslarla təbiətə təsir metodla-
rını  müəyyənləşdirməyə  çalışmışdır.  Ətraf  mühitdən 
istifadənin metodları  müxtəlif elmlərin qarşılıqlı əla-
qəsi nəticəsində  mümkün olmuşdur. Bu elm təbiət və 
cəmiyyətdə baş verən iqtisadi və ictimai hadisələrin qa-
nunauyğunluqlarını  öyrəndiyi  üçün  iqtisadi,  ictimai  və 
dəqiq  elmlərlə sıx  əlaqəsi vardır. O cümlədən riyaziy-
yat,  iqtisadiyyat,  tarix,  coğrafiya,  geologiya,  kimya, 
fizika,  texnika və s. qarşılıqlı əlaqədə inkişaf edir, for-
malaşır. Bu elmlərin qarşılıqlı əlaqəsi özlüyündə təbiət-
dən  istifadənin  metodlarını  müəyyənləşdirməyə  şərait 
yaradır. Riyazi metoddan istifadə olunması geoloji axta-
rışlar  nəticəsində  müəyyən  olunmuş  təbii  ehtiyatların 
potensial  imkanlarını  müəyyən  edir.  Həmin  potensial 
imkanlar, ehtiyatlar əsasında ərazi daxilində müvafiq sə-
naye  sahələrinin  yerləşdirilməsi  üçün  əlverişli  şəraitdə 
olub-olmadığını  müəyyənləşdirir.  Bu  metoddan  istifadə 
mümkün  olan  bütün  yeraltı  və  yerüstü  təbii  sərvətlərə 
aid edilir. 
Ətraf mühitin iqtisadiyyatı iqtisad elmləri sırasında 
getməsinə  baxmayaraq  təbii,  əmək  ehtiyatlarından  isti-
fadə,  iqtisadi  sahələrdə  çox  mühüm  əhəmiyyət  kəsb 
edən  məhsuldar  qüvvələrin  ərazi  üzrə  yerləşdirilməsi 
məqsədilə  balans,  statistik,  tarixilik,  çöl  tədqiqatı  və  s. 
metodlarından istifadə etməklə təbii ehtiyatlardan istifa-
dənin  kəmiyyət  və  keyfiyyət  göstəricilərini,  istehsal  sa-
hələrinin inkişaf xüsusiyyətlərini, istiqamətlərini və illər 
üzrə dinamik inkişafını iqtisadi göstəricilərlə əks etdirir. 
Ətraf  mühitin  iqtisadiyyatında  tarixilik  metodu 
çox mühüm əhəmiyyət kəsb edir. Burada təbii ehtiyatla-


26
 
 
rın əmələ gəlməsi qanunauyğunluqları, təbiət və cəmiy-
yətin qarşılıqlı əlaqəsi, təbii ehtiyatların  istifadəsi, ayrı-
ayrı istehsal sahələrinin inkişaf tarixi və ərazi üzrə  yer-
ləşdirilməsi müəyyənləşdirilir. 
Coğrafi tədqiqatlardan istifadə etməklə ərazinin tə-
bii iqtisadi şəraitini,  yaşayış  məskənlərinə  yaxın,  yaxud 
uzaqlığı,  təbii  sərvətlərin  daşınmasında  əhəmiyyət  kəsb 
edən  nəqliyyat  sahələrinin  inkişaf  etməsi,  təbii  şəraitin-
dən  asılı  olaraq  ehtiyatların  istehsal  dövriyyəsinə  cəlb 
olunması  iqtisadi  səmərəliliyin  yüksəlməsinə  təsir  edən 
metodlardan biri kimi qiymətləndirilir. 
Təbii  ehtiyatların  ərazi  üzrə  yayılma  qanunauy-
ğunluqlarının  və  geoloji  xüsusiyyətlərinin  müəyyənləş-
dirilməsində geoloji tədqiqatlar  metodundan istifadənin 
özünəməxsus  xüsusiyyətləri  vardır.  Təbii  sərvətlərin 
əmələ gəlməsində hər bir ərazinin geoloji yaş tarixi əsas 
amillərdən  sayılır.  Geoloji  yaş  dedikdə  təbii  sərvətlərin 
əmələ gəlməsində təsiredici rola malik olan geoloji era-
lar  və  dövrlər  nəzərdə  tutulur.  Bu  metodlardan  istifadə 
etməklə  filiz  və  qeyri  filiz  təbii  ehtiyatlarının  yayıldığı 
süxurların  tərkibindən  asılı  olaraq  ehtiyatların  zəngin 
olub-olmaması,  sənaye  əhəmiyyəti  kəsb  etməsi  aşkara 
çıxarılır. 
İqtisadi  sahələrin  inkişafında  bioloji  ehtiyatların 
rolu  əhəmiyyətli  dərəcədə  artır.  Bioloji  ehtiyatlar  suda 
və quruda yayılmaqla insanın ən çox istifadə etdiyi ehti-
yatlardan hesab olunur. 
Təbiətdən  istifadənin  ən  mühüm  nailiyyətlərindən 
biri  təbii  ehtiyatların  hasilatı  və  istehsal  dövriyyəsinə 
cəlb  olunması  zamanı  texnikanın  yeni  nailiyyətlərinin 
mənimsənilməsidir. 


27
 
 
Ətraf  mühitin  iqtisadiyyatında  tətbiq  olunan  me-
todlardan  biri  statistik  metoddur.  Statistik  metod  təbii 
sərvətlərdən  istifadənin  dinamikasını  müəyyənləşdirir. 
Bu  metodun  əsas  məqsədi  təbii  ehtiyatların  potensial 
imkanlarına uyğun istifadəsi və tükənməsinin qarşısının 
alınmasında iqtisadi göstəriciləri aydın əks etdirir. 
Cəmiyyətin  həyatındakı  bütün  müsbət  cəhətlər  tə-
biətin  daha  düzgün  qiymətləndirilməsini,  ona  qayğıyla 
yanaşmasını  tələb  edir.  Təəssüf  ki,  bəzən  insanın  təsər-
rüfat  fəaliyyəti  təbiətə  mənfi  təsir  göstərir  və  nəticədə 
atmosfer  çirklənir,  şirin  su  mənbələri  yararsızlaşır,  me-
şələr  qırılır,  torpaqlar  korlanır  –eroziyaya  uğrayır,  şo-
ranlaşır, bataqlıqlaşır, flora-fauna ehtiyatları, faydalı qa-
zıntılar azalır və s. 
Ətraf  mühitin  iqtisadiyyatı  öz  aralarında  qarşılıqlı 
əlaqədə olan problemlərin iki qrupunu tədqiq edir: 
-
 
istehsalatda  və  istehlakda  zəruri  olan  təbii  ehti-
yatlardan iqtisadi baxımdan səmərəli istifadə edilməsi
-
 
ətraf  mühitin  çirkləndirilməsinin  qarşısının  alın-
ması və ya ləğv edilməsinin iqtisadi cəhətdən ən məqsə-
dəuyğun üsullarının seçilməsi. 
Bu problemləri məhsuldar qüvvələrin inkişafı, elm 
və  texnikanın  tərəqqisi  gedişində  tələbatın  dəyişməsini 
nəzərə almaqla həll edilməlidir. 
Hazırda təbiətin mühafizəsi dedikdə təkcə onun el-
mi, estetik, tərbiyəvi və insanların sağlamlığı üçün əhə-
miyyətli  obyektlərin  qorunub  saxlanması  nəzərdə  tutul-
mur. Bu təbiətlə cəmiyyət arasındakı qarşılıqlı  əlaqənin 
inkişafını nəzərdə tutur. Daha doğrusu istehsal proseslə-
rinə  cəlb  olunan  təbii  sərvətlərin  həcmi  və  miqdarı  art-
dıqca,  eyni  zamanda  elmin  yeni  nailiyyətləri  əsasında 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə