Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

28
 
 
təbiət  qanunları,  təbiətlə  cəmiyyətin  qarşılıqlı  əlaqəsi 
qanunauyğunluqları  daha  dərindən  dərk  edildikcə  mə-
lum  olmuşdur  ki,  təbiətin  mühafizəsi  yalnız  ayrı-ayrı 
obyektlərin konservasiyası və mühafizəsindən ibarət ol-
mayıb, daha geniş miqyaslı bir problemdir. Bu təbii eh-
tiyatlardan səmərələri istifadə, onların qorunması və tə-
biət  qanunlarına  əsaslanmaqla  bərpa  edilməsi  üzrə  təd-
birlər  kompleksidir.  Bu  problemin  həcmi  müxtəlif  so-
sial-  iqtisadi  quruluşda  müxtəlif  cür  həll  olunmuşdur. 
Hazırki cəmiyyətdə təbii ehtiyatlar üzərində xüsusi mül-
kiyyət hökm sürdüyü üçün təbiətin mühafizə problemlə-
ri kompleks həll edilir. Yeni iqtisadi münasibətlərdə tə-
biətin  mühafizə problemləri ilə əlaqədar olan bütün və-
zifələrin  yerinə  yetirilməsi  elmi  metodologiyası  əsasın-
da  cəmiyyətlə  təbiətin  ahəngdar  qarşılıqlı  əlaqələrinin 
təmin olunmasına yönəldilmişdir. Yalnız şüurlu demok-
ratik qanunlar təbiətlə cəmiyyət arasında obyektiv, düz-
gün,  ahəngdar  qarşılıqlı  əlaqə  yaradılmasına  imkan  ve-
rir.  Təbiətin  mühafizəsinin  elmi  əsaslarına  yiyələnmək 
üçün təbiətin təbii mühitin tərkib hissələrini və xüsusiy-
yətlərini  bilmək,  planetimizin  təbii  sərvətlərini  və  ətraf 
mühitin  mühafizəsi üzrə  planetar və  regional  miqyasda 
təzahür edən problemləri araşdırmaq lazım gəlir. 
 
 
 
 
 


29
 
 
II FƏSİL.  
İQTİSADİ İNKİŞAFIN 
EKOLOGİYALAŞDIRILMASININ ƏSAS 
İSTİQAMƏTLƏRİ VƏ DAYANIQLI İNKİŞAF 
 
1.
 
Ətraf mühit və təbiətdən istifadə barədə ümumi 
məsələlər; 
2.
 
İqtisadiyyatda davamlı (dayanıqlı) inkişaf; 
3.
 
 Ekoloji-iqtisadi sistem. İqtisadi inkişafın ekolo-
giyalaşması; 
4.
 
Təbiətdən istifadə və təbiəti mühafizə
5.
 
Təbii mühitə dəyən ziyan; 
6.
 
Təbii  mühit  üzərində  monitorinq,  ekspertiza, 
onun  vəziyyətinin  proqnoz  və  modelləşdirilməsi  məsə-
lələri. 
 
1.Ətraf mühit və təbiətdən istifadə barədə 
ümumi məsələlər 
 
“Ətraf mühit və  təbiətdən istifadə”  cəmiyyətlə  tə-
biətin  qarşılıqlı  münasibəti  şəraitində  bir-birinə  təsir 
prosesidir.  Bu  istifadə  təbii-resurs  potensialının  istis-
marının bütün formalarının və onun qorunması təd-
birlərinin  cəmini  əhatə  edir.  Ətraf  mühitdən  istifadə 
özündə aşağıdakıları birləşdirir: 
-
 
təbii ehtiyatların hasili  və emal edilməsi, onların 
bərpası və təkrar istehsalı; 
-
 
təbii  həyat  mühiti  şəraitindən  istifadə  və  onun 
mühafizəsi; 
-
 
təbii  sistemlərin  ekoloji  balansının  saxlanması, 


30
 
 
təkrar istehsalı (bərpası) və sərfəli dəyişdirilməsi bu cə-
miyyətin  inkişafı  üçün  təbii-ehtiyat  potensialının  saxla-
nılmasına xidmət edir. 
Təbii  ehtiyatlar  potensialı  müxtəlif  amillər  üzrə  - 
öz mənbələri və yerləşmə məntəqələrinə, tükənmə sürə-
tinə,  özünübərpa  imkanına,  bir  ehtiyatın-sərvətin  digəri 
ilə əvəz olunma imkanına və s. görə səciyyələndirilir. 
İnsanın  həyat  tərzi  və  istənilən  fəaliyyət  növü, 
əməli olaraq təbii ehtiyatlarından istifadə edilməsi, ətraf 
mühitin  vəziyyətinin  dəyişdirilməsi,  daha  doğrusu,  ta-
razlığının  pozulmasına  səbəb  olur.  Ətraf  mühit  və  tə-
biətdən  istifadənin  öyrənilməsi  və  istifadə  edilməsi-
nin  nizamlanması  müəyyən  ixtisaslaşmalar  əsasında 
təbii  ehtiyatlardan  səmərəli  istifadə  etməklə  ətraf 
mühiti  mühafizə  deməkdir.  Eyni  zamanda  təbiətdən 
istifadə insanların həyat fəaliyyətləri və təsərrüfatdan is-
tifadə prosesində təbii mühitə təsir kimi qəbul edilməli-
dir. Ətraf mühit və təbiətdən istifadə həm də elmi sahə-
dir, istiqamətdir  və  özünəməxsus üsullarla, yollarla in-
sanların öz tələbatını ödəmək üçün təbii mühitdən istifa-
də məsələləri araşdırılır və öyrənilir. 
Hazırda ətraf mühit və təbiətdən istifadəyə əsasən 
aşağıdakı kimi baxmaq olar: 
1.
 
Cəmiyyətin  təbii  ehtiyatlara  tələbatını  təmin  et-
mək və ətraf mühitin zəruri ekoloji keyfiyyətini qoruyub 
saxlamaq; 
2.
 
Cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqə və ya 
təsir prosesində münasibətlər sistemini qiymətləndirmək. 
Ətraf mühit və təbiətdən istifadəni birbaşa və ya 
dolayısı  olaraq  təbii  mühitin  dəyişdirilməsində  insan 


31
 
 
fəaliyyətinin  xüsusi  bir  növü  kimi  hesab  etmək  də 
olar. Ətraf mühit və təbiətdən istifadənin aşağıdakı növ-
lərini də ayırırlar: əsas (kənd təsərrüfatı, meşə təsərrüfatı, 
su  təsərrüfatı,  hidroenergetik  və  s.);  yardımçı  (istehsal 
prosesində  təbii  ehtiyatlardan  istifadə  və  s.);  əlavə-ətraf 
mühiti mühafizə. 
Hüquqi  nöqteyi-nəzərdən  təbiətdən  istifadə  iki 
istiqamətdə  həyata  keçirilir:  ümumi  və  xüsusi.  Ümumi 
təbiətdən  istifadəyə  hər  hansı  bir  xüsusi  icazə  olmadan 
həyata keçirilə bilər. Bu fəaliyyət vətəndaşlar tərəfindən 
onlara  doğulduğu  gündən  və  yaşadığı  müddət  ərzində 
mənsub  olduğu  təbii  hüquqlar  əsasında  həyata  keçirilir. 
Təbiətdən  xüsusi  istifadə  isə  vətəndaşlar  və  təsərrüfat 
subyektləri (müəssisələr, firmalar, təşkilatlar) tərəfindən 
o zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qərar-
lar,  qaydalar  və  səlahiyyətli  dövlət  orqanlarının  icazəsi 
verilmiş  olsun.  Bu  istiqamətli  təbiətdən  istifadə,  məq-
sədyönlü  xarakter  daşıyır  və  torpaqdan,  Yer  təkindən, 
sudan,  meşədən  istifadə,  heyvanat  və  bitki  aləmindən, 
habelə atmosfer havasından istifadə etmək istiqamətində 
həyata keçirilir. 
 
2. İqtisadi inkişafda davamlı (dayanıqlı) inkişaf 
 
Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbi-
ni  ödəyən  gələcək  nəsillərin  tələbinin  ödənilməsini 
təhlükə altına almayan inkişaf başa düşülür. Davamlı 
inkişaf konsepsiyası ilk dəfə 1987 ci ildə BMT Beynəl-
xalq  Komissiyasının  məruzəsində  təklif  edilmişdir.  Bu 
sənədin işlənməsində 200- dən çox dövlət iştirak etmiş-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə