Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə69/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

267
 
 
Bu üsul vaxt kəsiyində xərc və gəlirin müqayisəsi-
nə də imkan verir. Bugünkü xərc və gəlirlər onların növ-
bəti illərdəki  analoji  miqdarından çoxdurlar. Vaxt amili 
nəzərə  alınmaqla,  diskontlaşdırma  nisbətləri  aşağıdakı 
şəkildə yazıla bilər: 
   
 
 
        n 
NPV = ∑
 

-   X
t  
 
   
 
 
    
t=0       
(1 + r)

Bu nisbət zaman üzrə dəyişən xərclər və nəticələri 
eyni  ölçüyə  gətirməyə  imkan  verir.  İqtisadiyyatda  bu 
nisbət  layihə  və  proqramların  səmərəliliyinin  ölçülməsi 
üçün  geniş  yayılmışdır  və  xalis  (gətirilmiş)  cari  dəyər 
(NPV) adlanır. Xalis  gətirilmiş dəyər göstəricisinin kə-
miyyəti sıfırdan yuxarı olduğu halda layihə səmərəli he-
sab  edilir  və  onun  tətbiqi  məqsədəuyğun  hesab  olunur. 
Gəlir və xərc arasındakı fərq mənfəət və ya layihənin 
keçirilməsindən  əldə  edilən  səmərə  kimi  müəyyən 
edilir.  Layihənin  səmərəliliyi  üçün  gətirilmiş  gəlirin 
müsbət cəmi zəruridir.  
Tutaq ki, hər hansı bir layihənin fəaliyyət müddəti 
5 ildir. Bu  hal üçün xərclər, gəlirlər və mənfəət  aşağı-
dakı kimi olacaq. 
Cədvəl 12. 
 
İllər 





Xərclər 
30 
10 



Gəlir 


15 
15 
15 
Mənfəət 
-30 
-5 
15 
15 
15 
Aydındır ki, diskontlaşdırma amilini nəzərə almaya-
raq illər üzrə xərc və gəlirləri toplasaq, layihə səmərəlidir: 
mənfəət 10-a (50-40) bərabərdir və sıfırdan yuxarıdır. 


268
 
 
Ancaq  hesabat  xalis  dəyər  düsturu  əsasında  aparı-
larsa, nəticə (-0,5) olacaqdır, bu isə layihənin səmərəsiz 
olduğunu və onun həyata keçirilməsinin məqsədəuyğun 
olmadığını göstərir. Gələcəkdə əldə ediləcək yüksək gə-
lir ilk illərdə qoyulan xərcləri ödəmir. Bu isə “gələcək” 
pulların  onların  hazırkı  ana  gətirilməsi  zamanı  “cari” 
pullardan az olduğuna əyani misaldır. 
Təbiətdən  səmərəli  istifadə  üzrə  tədbirlərin  səmə-
rəliliyi göstəricilər sistemi ilə səciyyələnir. Onlar nəticə-
lərlə  (alınmış  yaxud  gözlənilən)  və  xərclərin  (ehtiyatla-
rın) nisbətini əks etdirirlər. Onlar arasında təbiəti müha-
fizə  qurğularının  fond  verimi,  təbiət  tutumu,  istehsal 
edilən məhsulun tullantısı və s. göstərmək olar. 1992-ci 
ilin iyununda Rio-de Janeyroda BMT-nin ətraf mühit və 
inkişaf üzrə keçirilən konfrans bizim nəsil üçün əlamət-
dar  hadisə  hesab  olunur.  Konfrans  dövlət  başçıları  ilə 
birlikdə  dünyanın  179  hökumət  nümayəndələrini,  BMT 
idarələrini,  beynəlxalq  təşkilatları  bir  yerə  topladı. 
Konfransın nəticəsində Rio-de Janeyroda beynəlxalq sa-
zişlər  bağlandı.  Onlardan  aşağıdakı  əsasları  göstərmək 
olar: 
1.
 
Ətraf  mühit  və  inkişaf  üzrə  Deklarasiya,  onun 
27 prinsipi, dayanıqlı inkişafın təminatı işində ölkələrin 
hüquq  və  vəzifələrini  müəyyənləşdirir.  Deklarasiyada 
bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqinin yeganə yo-
lu,  ətraf  mühitin  mühafizəsi  ilə  əlaqələndirməkdən  iba-
rətdir; 
2.
 
İnkişafı sosial, iqdisadi və ekoloji baxımdan da-
yanıqlı etmək proqramı. Proqramda ətraf mühitdə dəyiş-
kənlik yaradan hərəkətedici amillər nəzərdə tutulur


269
 
 
3.
 
Qüvvələrin  əhali,  istehlak  və  texnologiya  oldu-
ğu izah edilir
4.
 
İqlim  dəyişməsi  haqqında  BMT–nin  konvensi-
yası. O istixana qazanının dünya iqlim sistemində təhlü-
kəli  disbalansına  səbəb  olmayan  səviyyədə  stabilləşdir-
məyi nəzərdə tutur; 
5.
 
Bioloji  müxtəliflik  üzrə  Konvensiya,  dünya  öl-
kələrindən biomüxtəlifliyi qoruyub saxlamaq üçün, təd-
birlərin görülməsi tələb olunur. 
İqtisadi  inkişafı  təmin  etmək  və  bütün  həyat  for-
malarını  saxlamaq  üçün  bütün  meşə  tiplərinin,  ekologi-
yanın  idarə  olunması,  mühafizəsi  və  dayanıqlı  inkişafı 
prinsipləri  haqqında  bəyanat  ətraf  mühitdən  istifadənin 
səmərəliliyinə yönəldilib. 
Bəşəriyyət  təbii  mühitə  və  sosial-iqtisadi  inkişafa 
təcrid  edilmiş  halda  baxmamalıdır.  Yüksək  keyfiyyətli 
təbii mühitə və dünyanın bütün xalqları üçün sağlam iq-
tisadiyyat  kimi  bu  iki  məqsədə  nail  olmaq  olduqca  va-
cibdir. 
 
 
 
 
 
 
 
 
 
 
 


270
 
 
XII FƏSİL. 
 ƏTRAF MÜHİTİN MÜHAFİZƏ 
FƏALİYYƏTİNİN İDARƏ EDİLMƏSİ  VƏ  
EKOLOJİ SAHİBKARLIQ 
 
1.
 
Ətraf  mühiti  mühafizənin  idarə  edilməsi 
alətləri; 
2.
 
Ətraf  mühiti  mühafizənin  idarə  edilməsi 
növləri; 
3.
 
Ekoloji sahibkarlığın mahiyyəti; 
4.
 
Ekoloji sahibkarlığın formaları; 
5.
 
Ekoloji biznesin səmərəliliyi. 
 
1. Ətraf mühiti mühafizənin idarə edilməsi alətləri 
 
Sahibkarlıq fəaliyyətində, təbiətdən səmərəli is-
tifadəyə  təsir  iki  yolla  həyata  keçirilir:  inzibati  me-
todlarla, birbaşa tənzimləmə və iqtisadi təsir yolu ilə. 
Ölkələr ekoloji siyasətdə ətraf mühitdən səmərəli istifa-
də sahəsində iqtisadi həvəsləndirməyə çalışırlar və buna 
daha  çox  səy  göstərməlidirlər.  Ətraf  mühitdən  istifadə 
fəaliyyətində iqtisadi həvəsləndirmə elə bir vasitədir ki, 
iqtisadiyyatın gələcək inkişafının mənafeyi ilə ətraf mü-
hitin mühafizəsini birləşdirir. 
Ətraf mühitdən səmərəli istifadənin həvəsləndirmə 
sistemi  bütün  təsərrüfat  subyektlərinin  təbiəti  mühafizə 
tələblərinin  yerinə  yetirilməsində,  təbii ehtiyatlardan is-
tifadənin  norma  və  qaydalarına  riayət  edilməsində  ma-
raqlarının artırılmasına yönəldilir. Təbiəti  mühafizənin 
həvəsləndirilməsi  əsasən  iki  üsulla  həyata  keçirilir: 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə