2
Monoqrafiya Bakı Biznes Universitetinin 20 illik
yubileyinə bir töhfədir.
Rəyçilər:
1.
İqtisad elmləri doktoru, professor Manafov Q. N.
2.
İqtisad elmləri doktoru, professor Əhmədov M. A.
Elmi redaktor: İqtisad elmlər namizədi, dosent Sadıqov R. F.
«RƏQABƏT VƏ MARKETİNQ» (monoqrafiya) – Bakı
Biznes Universitetinin nəşri, Səh 157
Məzmunu açıqlamaq məqsədilə elmi tədqiqat işinin mövzusu üç
fəslə və onun hər biri müəyyən paraqraflara bölünmüşdür.
I fəsildə bazar münasibətləri şəraitində rəqabətin mahiyyəti və məz-
munu, onun kapitalist təsərrüfatçılığı sistemində xüsusi yeri və aparıcı rolu
göstərilmişdir. Burada rəqabətin səviyyələri, əhatə miqyasları və növləri
(formaları) məntiqi dəlillərlə qruplaşdırılmış və təsnifləşdirilmişdir.
II fəsildə rəqabət və rəqabət mübarizəsinin aşkar və gizli qalan tərəf-
lərinin öyrənilməsi məqsədilə marketinq elminin imkanlarından necə və
hansı istiqamətdə istifadə ediləcəyi elmi nəzəri planda öz əksini tapmışdır.
III fəsildə əvvəlki iki fəsillərin elmi-metodiki bazasından istifadə
edərək əmtəələrin rəqabət qabiliyyətli olmalarının təcrübədə necə öyrənil-
məsi açıqlanmışdır. Həmin fəsildə məhsulların keyfiyyətlərinin, səviyyə-
lərinin və rəqabət qabiliyyətli olmalarının qiymətləndirilməsi metodları
ayrıca paraqraf kimi verilmişdir.
Nəticə və təklifləri diqqətəlayiqdir. Belə ki burada ölkəmiz üçün rə-
qabət və rəqabət mübarizəsinin elmi aktuallığı və praktiki əhəmiyyəti,
onların neqativ tərəfləri yığcam şəkildə təqdim edilmişdir.
Q 0605010006 qrifli nəşr
091-2012
© İ. M. Abbasov
Z. M. Məmmədova
E. N. Quliyev
© Bakı Biznes Universiteti
3
GİRİŞ
Rəqabət - yaşamaq, davam gətirmək uğrunda yarış-
maq, özünü təsdiq və ifadə etmək üsulu, sosial və iqtisadi
strukturun mövcud olma formasıdır. Rəqabət hər vaxt və
hər yerdə bu və ya başqa formada, təbiətdə, əhali içərisin-
də, ölkələr, millətlər, qitələr, müəssisələr arasında və onla-
rın daxilində, xalq təsərrüfatı sahələri arasında və onların
daxilində, satıcılar və alıcılar, əmtəələr və xidmətlər
arasında gedən mübarizədir.
Təbiətdə rəqabət heyvanların və onların növləri ara-
sında, flora, fauna və onların daxilində, yaşayış məkanı,
sahə və yer uğrunda mübarizədə özünü büruzə verir. So-
sial mühitdə, daha doğrusu insan cəmiyyətində rəqabət
real şəraitə uyğunlaşmaq və güclü olub qalib gəlmək üçün
təbii mühitdə gedən barışmaz və kəskin mübarizəni
xatırladır.
Kapitalizm dövründə daha doğrusu bazar iqtisadiy-
yatı şəraitində rəqabət sosial və iqtisadi sahədə geniş nü-
fuz keçərək böyük miqyaslar alır, dərinləşir və genişlənir.
Təbiət və insan cəmiyyəti özünün
tarixən mövcud ol-
duğu dövrdən mübarizəni hərəkətə gətirən və güclülərin
qalib gəldiyi sistemi, təbiətin müdafiəsinin və sosial-iqti-
sadi strukturlarda proqres aləti olan rəqabətdən başqa heç
bir yaxşı şey yaratmağı və fıkirləşməyi bacarmayıb.
Bazar münasibətləri şəraitində dövlət orqanları tərə-
findən rəqabət ictimai şüuru və iqtisadiyyatı səmərəli idarə
etməyə sövq edən təbii zərurət kimi qəbul edilir. Odur ki,
elə kapitalist təsərrüfat sistemində insan fəaliyətinin bütün