Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 
108 
fiyyətinin  dönmədən  yüksəlməsi  probleminin  aktuallığı 
nail  olunmuş  iqtisadi  potensialla,  həmçinin  ölkənin  tə-
sərrüfat  fəaliyyətinin  təkmilləşdirilməsi  səviyyəsi  ilə  
müəyyənləşdirilir. 
Xalq  təsərrüfatında  məhsulun  keyfiyyətinin  planlaş-
dırılması  və  idarə  edilməsi  üzrə  nəzəri  tədqiqatların  və 
təcrübəvi  -  praktiki  işlərin  inkişafı,  dövlət  standartlaşdı-
rılması sistemi qarşısında bu sahədə müəyyən terminlərin 
və  əsas  anlayışların  qaydaya  salınması  məsələsini  irəli 
sürür.  Bunun  zəruriliyi  həmçinin  o  halla  şərtləndirilir  və 
diktə  olunurdu  ki,  yaxın  keçmişə  kimi  «keyfiyyət» 
anlayışı  bir  çox  alimlər  və  mütəxəssislər  tərəfindən  eyni 
mənada şərh olunmurdu. Məsələn, hələ sovetlər ölkəsində 
nəzəriyyədə  və  təcrübədə  dövlət  standartlaşma  sistemi 
meydana gəlməzdən əvvəl, keyfiyyətin  300-ə yaxın tərifi 
mövcud  idi.  Keyfiyyətin  səviyyəsinin  təyin  olunmasının 
vahid terminologiyaları, göstəriciləri və metodları arasında 
vəhdətlilik - birlik çoxlu normativ-texniki sənədlərin işlə-
nib hazırlanması  və tətbiqinin köməyi ilə təmin olunmuş-
dur.  Onlardan  ən  vacibləri  bunlardır:  15467-79  DÖST 
«Məhsulun  keyfıyyətinin  idarə  olunması.  Əsas  anlayışlar, 
terminlər,  təriflər  və  50-149-79-RD  «Sənaye  məhsulunun 
texniki  səviyyəsinin  qiymətləndirilməsi  üzrə  metodik 
göstəricilər».  Bu  sənədlərin  əsas  metodik  müddəalarına 
uyğun  olaraq  «keyfıyyət»  anlayışının  tərifi  verilməzdən 
əvvəl  onunla bağlı olan «məhsul» və «məhsulun  xassəsi» 
kimi terminlərin mənaları nəzərdən keçirib açıqlanmalıdır.  
Məhsul  dedikdə,  faydalı  xassələrə  malik  olan, 
istehlakçılar  tərəfindən  onların  həm  şəxsi,  həm  də  ictimai 


 
109 
təlabatlarının  ödənilməsi  məqsədi  ilə  istifadə  təyinatlı 
əmək  fəaliyyətinin  maddiləşmiş  nəticəsi  başa  düşülür. 
Məhsul    maddiləşmiş  (xammallar,  materiallar,  detallar, 
texniki  qurğular),  həm  də  müxtəlif  növ  maddiləşməmiş 
əməklərin  nəticələri  (informasiyalar,  xidmətlər  və  s. 
müxtəlif növləri) kimi təqdim edilə bilər.  
Öz  tərkibinə  görə  maddiləşmiş  sənaye  məhsulları 
məmulatlar  və  məhsullardan  ibarətdir.  Bu  cür  bölgünün 
əsasını onun kəmiyyətinin hesablanmasının ölçü vahidləri 
təşkil edir. Məmulat - əmək fəaliyyətinin maddiləşdirilmiş 
nəticəsidir  ki,  onların  da  miqdarı  ədədlə  və  ya  nüsxələrlə 
ifadə edilən diskret (fasiləli) kəmiyyətlə xarakterizə oluna 
bilər.  Onlara  dəzgahlar,  mexanizmlər,  detallar,  cihazlar, 
kitablar  və  s.  aiddir.  Məhsullara  (ədəd  məhsulların)  isə 
kütləsi - miqdarı, uzunluğu, sahəsi, həcmi fasiləsiz kəmiy-
yət  ifadəsində  müəyyən  edilən  əməyin  nəticələri  aiddir. 
Bunlar  faydalı  qazıntılar,  qara  və  əlvan  metallar,  yanacaq 
və  tikinti  materiallarıdır.  Onların  miqdarı  adətən  tonlarla, 
poqonmetrlərlə,  kvadrat  -  və  kubmetrlərlə    ölçülür.  Bəzi 
hallarda  məmulatların  ayrı-ayrı  növləri  də  həmçinin  fasi-
ləsiz  kəmiyyət  ifadəsi  ilə  xarakterizə  olunurlar.  Məsələn, 
bərkidici  (möhkəmləndirici)  detallar  kütlə  vahidinin  kö-
məyi ilə hesablanır. 
Milli  iqtisadiyyat  sahələrində  istehsal  edilən  bütün 
sənaye  məhsulları  təyinatlarından  və  istifadə  xarakter-
lərindən  asılı  olaraq,  iki  sinfə  bölünə  bilərlər.  Birinci  sin-
fə-istifadə  vaxtı  sərf  olunan  məhsullar  daxil  edilir 
(xammal,  material,  təbii  yanacaq,  sərf  edilən  sürgü  mate-
rialları və s. məmulatlar), ikinci sinfə isə - istifadə zamanı 


 
110 
öz resursunu sərf edən məhsullar aiddir (təmir olunmayan 
və təmir olunan məmulatlar). 
Birinci sinfə daxil olan məhsulların istifadəsi zamanı 
onların  emalında  dönülməz  proses  baş  verərək,  onların 
əsas maddələri yeni yaradılan məhsulların  özünə sərf edi-
lir və əsas tərkib element kimi onlara daxil olur.  
İkinci  sinfə  daxil  olan  məhsullar  –  qrupuna  istehsal 
prosesində  istismar  edilən  məhsullar  daxildir.  Onlar  isti-
fadə  vaxtı  öz  resurslarını  istismar  edir,  daha  doğrusu 
müəyyən  məqsədlərə  xidmət  edərək,  ona  qoyulan  imkan-
ları  reallaşdırır,  lakin  onun  kütləsi,  material-əşya  tərkibi 
praktiki  olaraq  dəyişmir.  Onların  tərkibinə  daxildir:  dəz-
gahlar,  motorlar,  cihazlar,  traktorlar  və  s.  İstismar  edilən 
məhsullar, təmir olunan və təmir olunmayan məmulata ay-
rılır.  Birincilərin  tərkibinə  uzun  müddət  istifadə  edilən 
mürəkkəb  maşın  və  cihazların  hissələri,  mebel,  ayaqqabı 
və  s.  aiddir.  Təmir  olunmayanlara  isə  elə  məmulatlar  aid 
edilir  ki,  sıradan  çıxdıqdan  sonra  onların  işləmə  qabi-
liyyəti  bərpa  olunmur.  Onların  sırasına  bərkidici  (möh-
kəmləndirici) detallar, elektrovakuum və yarımkeçirici ci-
hazlar, elektrik naqilləri və s. daxildir.  
Məhsulun hər bir növü çoxlu sayda xassələrə malik-
dir.  Xassə  məhsulun  obyektiv  xüsusiyyəti  olaraq,  özünü 
istismar vaxtı və ya istifadə edildikdə bürüzə verir. Həmin 
xüsusiyyətlər  adətən  məmulatların  və  məhsulların  işlənib 
hazırlanması, istehsalı, sınağı,  yüklənilməsi, boşaldılması, 
nəql edilməsi, saxlanılması və istismarı vaxtı aşkar edilir. 
Məhsulun bütün  xüsusiyyətlərini  şərti olaraq  sadə və  mü-
rəkkəb  hissələrə  bölmək  olar.  Sadə  xüsusiyyət  -  məmu-


 
111 
latın  hər  hansı  bir  tərəfıni  -  yönümünü  xarakterizə  edir, 
misal  üçün,    əmək  məhsuldarlığını,  yükqaldırma  qabiliy-
yətiıni,  xidmət  müddətini,  rəngini  və  s.  Mürəkkəb  xassə 
bir  neçə  sadə  xassələri  özündə  birləşdirir.  Bu,  məsələn, 
maşının  etibarolığını  təşkil  edən,  həmişə  işləklik,  təmirə 
yaralılıq,  saxlanılmalıq,  uzımmüddətlilik  kimi  xassələri 
özündə cəmləşdirir. Məhsulun sadə və mürəkkəb xassələri 
söz, say, qrafıklər, cədvəllər və düsturların köməyi ilə xa-
rakterizə edilə və ifadə oluna bilərlər. Məhsulun hər hansı 
bir əlamətinin kəmiyyət ifadəsi onun parametrləridir, yəni 
ölçüləridir.  Məsələn,  qurğunun  hazırlanmasında  istifadə 
olunan  poladın  kimyəvi  tərkibi  struktur  parametrlərinə 
xidmət edir, yonma bucağı isə - həndəsi. 
Məhsulun  ayrı-ayrı  xassələrinin  xarakteristikalarının 
qiymətləri, onun keyfıyyət ölçülərinin əsasını təşkil edir. 
Keyfiyyət  dedikdə  15467-79  DÖST  məhsulun  təyi-
natına  uyğun  olaraq  müəyyən  təlabatın  ödənilməsinə  ya-
rarlığını şərtləndirən xassələrin cəmi başa düşülür. 
Bu tərifdən aşağıdakı xarakterik cəhət ortaya çıxır: 
Əvvəla, məhsulun bütün xassələri onun keyfiyyətini 
formalaşdırmır.  Yalnız  onun  funksional-faydalı  xassələri 
nəzərə  alınır:  məhsulun  müxtəlif  konstruktiv  və  texnoloji 
xösusiyyətləri,  onun  texniki  xidmətə,  təmirə,  saxlanılma-
ya,  nəql  edilməyə  və  s.  uyğunluğu.  Keyfiyyətin  yüksəl-
məsi  məhsulun  bütün  xassələrini  yox,  yalnız  məmulat  tə-
rəfindən əsas funksiyalırın yerinə yetirilməsinə təsir edən-
lərin yaxşılaşdırılması əsasında həyata keçirilir. 
İkinci, keyfiyyət  ictimaiyyətin təlabatı  ilə  müəyyən-
ləşdirilir.  İctimai  təlabat  olmadan  məhsul  hansı  xüsusiy-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə