Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   32


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 

A.Ş.İBRAHİMOV, Z.A.ABDULOVA, 

L.N.MEHDİYEVA 

 

 

 

 

MİKOLOGİYA

 

(dərslik) 

 

 



 

Azərbaycan Respublikası  Təhsil Nazirinin 

24.06.2008-ci il tarixli 808 saylı əmri ilə dərslik 

kimi təsdiq edilmişdir. 

 

 

 

 

 

 BAKI - 2008 

 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 

A.Ş.İBRAHİMOV, Z.A.ABDULOVA, 

L.N.MEHDİYEVA 

 

 

 

 

MİKOLOGİYA

 

(dərslik) 

 

 



 

Azərbaycan Respublikası  Təhsil Nazirinin 

24.06.2008-ci il tarixli 808 saylı əmri ilə dərslik 

kimi təsdiq edilmişdir. 

 

 

 

 

 

 BAKI - 2008 


 

 

M44 



 

Elmi redaktor:   b.e.d., prof. N.A.Qasımov 

 

 

Rəyçilər:    

b.e.d., prof.  E.M.Qurbanov 

 

             

b.e.d., prof. R.A.Abuşov 

 

 

 

 

A.Ş.İbrahimov, Z.A.Abdulova, L.N.Mehdiyeva.  Mikologi-

ya. Dərslik. B.: «Bakı Universiteti» nəşriyyatı, 2008, 324 səh. 

 

 

Azərbaycan dilində ilk dəfə yazılan bu dərslikdə, 

göbələklərin fiziologiyasının  ən mühüm problemlərinə aid 

müasir məlumatlar verilmişdir.  

Dərslikdə, göbələklərin hüceyrəvi quruluşu, qidalanmaları, 

metabolizmi, su rejimi, böyüməsi, inkişafı, hərəkətləri və çox-

almaları barəsində ayrıca fəsillər vardır.  

Dərslik, məzmununa görə, nəinki universitetlərin bakalavr 

və magistratura şöbələrinin tələbələri üçün, həm də mikologiya 

sahəsində çalışan mütəxəssislər üçün də faydalıdır.  

 

 

 

 

 

2008


018

018


07

658


12

1906000000







)



(

M

I

 

 



         © «Bakı Universiteti» nəşriyyatı, 2008 

 

 



 

G  İ  R  İ  Ş

 

 

Son  illər  ərzində göbələklərə münasibət kökündən də-

yişmişdir. Belə ki, canlılar aləmində onların yeri artıq müəyyən 

edilmişdir. Lakin  göbələklərin təsnifatı, sayı, ayrı-ayrı qru-

pların yeri  məsələsi mübahisəli qalır. 

Göbələklər canlıların böyük qrupu olub, 100000-dən 

250000-ə  qədər nümayəndəni cəmləyir. Bir qrup mikoloqlar 

hesab edirlər ki, bu gün göbələklərin sayı  1,5 milyonu keçmiş-

dir. Bu mikoloqlar onu əsas götürürlər ki, bu gün dəniz və 

okeandakı yosunlar və su bitkiləri, su heyvanları, göbələk və 

digər orqanizmlər üzərindəki göbələklərin sayı  və növü 

öyrənilməmişdir. Göbələklərin insan həyatında rolu böyükdür. 

Onlar bitkilərdə və heyvanlarda bir çox xoşagəlməz xəstəliklər 

törədirlər. Onlar habelə  sənaye  məhsullarını,  ərzaq 

məhsullarını, optik cihazları  və kitabları xarab edib yararsız 

hala salıtlar. Bütün bunlarla yanaşı, göbələklər insan üçün bir 

çox bioloji aktiv maddələrin sintezində yaxından iştirak edirlər. 

Göbələklərin ən böyük rolu tibb aləmindədir. Bunlarla bərabər 

göbələklər fizioloqların, genetiklərin, biofiziklərin və  nəhayət, 

mikoloqların tədqiqat obyektidir. 

Bu kitabda ən son məlumatlar verilməklə, göbələklərin 

canlılar aləmində yeri verilir. Bu dərs vəsaitində göbələklərin 

müasir təsnifatı, quruluşu, fiziologiyası, biokimyası, çoxalma-

ları, ekologiyası, onların insan həyatında və  təbiətdəki rolu 

geniş şərh olunur. Bu şərhlər Z.V.Qaribova və N.P.Çerepanova 

(2005) tərəfindən verilir.  Dərs vəsaitində göbələklərin müasir 

təsnifatına dünya mikolqlarının baxışı verilir. Dünya mikolo-

qlarının  ən görkəmli nümayəndəsi sayılan alman mikoloqu 




 

  E.Müller və V.Zefflerin verdiyi təsnifat bütün dünya mikolo-

qları  tərəfindən qəbul edilmişdir (1995). Bu kitabda göbələyə 

bənzər protistlərin və  əsil göbələklərin quruluşu, canlılar 

aləmində onların yeri ətraflı  şərh edilir. Həmçinin 2008-ci ilə 

kimi dünya mikoloqlarının  ən son nailiyyətləri öyrənilmiş  və 

onlardan lazımınca istifadə edilmişdir (Dyakov Y.T., 2008). 

Dərs vəsaiti  bu sahədə ixtisaslaşan gənc bioloq-alimlər və 

tələbələr üçün, habelə pedaqoji, tibb və  kənd təsərrüfatı 

universitetlərinin müəllim və tələbələri üçün nəzərdə tutulub. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Göbələklərin fiziologiyası,  

onun predmeti və problemləri 

 

 Canlı orqanizmlərin  ənənəvi bölgüsü zamanı göbələkləri 



adətən bitkilər aləminə aid edirdilər. Bunun əsas səbəbi, 

bitkilərdə olduğu kimi, göbələklərdə  də qida maddələrinin 

məhlullardan (mühitdən) bütün səthi ilə absorbsiya olunması, 

yaxşı formalaşmış hüceyrə qılafı (divarı), vegetativ vəziyyətdə 

hərəkətsizlik və s. olmuşdur. Lakin bitkilərdən fərqli olaraq 

göbələklər heterotrof qidalanmağa qabildir və bu xüsusiyyət 

onlarda maddələr mübadiləsinin xarakterində də özünü göstərir. 

Belə ki, metabolik proseslərdə sidik cövhərinin əmələ gəlməsi, 

ehtiyat qida maddəsi kimi nişasta deyil, qlikogenin toplanması, 

həmçinin də, xitin maddəsinin olması göbələklərin heyvanat 

aləminə oxşarlığını sübut edən dəlillərdəndir. 

Beləliklə  də, bir sıra fizioloji və biokimyəvi 

xüsusiyyətlərinə görə göbələklərin həm bitkilərlə, həm də hey-

vanat aləminə oxşarlığı vardır. Bunları  nəzərə alaraq hazırda 

göbələkləri müstəqil aləm kimi eukariot orqanizmlərə aid 

edirlər. Göbələkləri, bitki və heyvanlardan əsaslı  şəkildə 

fərqləndirən cəhətlər də, mövcuddur. Bunlara: əsasən sporlarla 

çoxalma, qeyri-məhdud böyümə, özlərinə xas olan sitoxrom 

«C», sürətlə böyümə, səthin həcmə olan nisbətinin çox böyük 

olması və s. aiddir.  

     Hazırda mövcud məlumatlara görə göbələklərin 120.000-

dən çox növü məlumdur. Göbələk orqanizmində maddələr 

mübadiləsindəki spesifikliyin müəyyən edilməsi, həmçinin də, 

bu orqanizmlərdən praktiki məqsədlər üçün istifadənin effektiv-

liyi, onların fiziologiyasının daha ətraflı öyrənilməsi ilə 

bilavasitə bağlıdır. Məlumdur ki, fiziologiya, sözün geniş 

mənasında «orqanizmlərin həyat fəaliyyətinin qanunauy-

ğunluqları haqqında elmdir». Həyat fəaliyyəti anlayışı isə, canlı 

ilə onun mövcud olduğu mühit arasında spesifik münasibətlərin 

məcmuunu nəzərdə tutur. Belə bioloji münasibətlər çoxlu sayda 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə