Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Təsdiq edirəm Fizika fakültəsinin dekanı



Yüklə 167,29 Kb.
tarix05.03.2018
ölçüsü167,29 Kb.
#30134

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Təsdiq edirəm
Fizika fakültəsinin dekanı
_________prof.M.Ə.Ramazanov
____”___________________2012

NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI

kafedrasında 2012-ci ildə elmi-tədqiqat

işlərinin yerinə yetirilməsi haqqında

H E S A B A T

B A K I 2 0 12
I . G i r i ş

BDU “Nanomaterialların kimyəvi fizikası” kafedrası Azərbaycan Respublikası Nazirlər Sovetinin 21/4-157 saylı 15 noyabr 1971-ci il tarixli sərəncamına əsasən Ali və Orta İxtisas Təhsili Nazirliyi Kollegiyasının 7/8 saylı 12 may 1972-ci il tarixli qərarı ilə “Atom və molekulların kvant mexanikası” adı ilə yaradılmış və 1988-ci ildən etibarən “Kimyəvi fizika” adlandırılmış kafedranın bazasında 2006-ci ildə BDU-nun Elmi Şurasının qərarı əsasında təşkil edilmişdir.

Kafedra Azərbaycan Respublikasında atom və molekul fizikası, nanotexnologiya və nanohissəciklərin fizikası ixtisasları üzrə elmi-pedaqoji kadrlar hazırlayan struktur vahididir. Hesabat ilində kafedranın əməkdaşları fakültənin və BDU-nun elmi, pedaqoji və ictimai həyatında fəal iştirak etmişlər. Kafedranın əməkdaşları 2012-ci ildə bir sıra beynəlxalq və respublika qrant layihələrinin hazırlanmasında iştirak etmiş, Elmin İnkişaf fondundan udulmuş layihə uğurla başlanmış və yekunlaşmışdır. İsveçrə Milli Elm fondundan 2011-2012-ci illərdə yerinə yetirilməsi nəzərdə tutulan qrant layihəsi İsveçrə Milli Elm Fondu tərəfindən vaxtı daha 1 il uzadılmış və ümumi məbləği artırılmışdır. Kafedranın əməkdaşları aspirantların və dissertantların elmi işlərinə, magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinə və bakalavr təhsil pilləsi üzrə kurs və buraxılış işlərinə rəhbərlik edir, fakültənin və BDU-nun ictimai işlərində fəal iştirak etmişlər. Kafedranın müdiri prof. f.e.d. M. Ə. Ramazanov fakultədə Dövlət Yekun Attestasiya Komissiyasının və magistr dissertasiyasının müdafiəsi üçün yaradılmış Elmi Şuranın üzvü, fakültə elmi şurasının sədri və Fizika Problemləri ETİ-nin elmi şurasının, AMEA-nın Fizika İnstitutunda və BDU-da fəaliyyət fəaliyyət göstərən Dissertasiya Şuralarının elmi seminarının və Elmi Texniki Şuranın və Müdafiə Sənayesi Nazirliyinin Elmi Texniki Şurasının üzvüdür. Kafedra müdiri prof., f.e.d. M.Ə.Ramazanova 2012-ci ildə AAK-ın qərarı ilə ona Kimyəvi fizika üzrə professor elmi adı verilmişdir. Professor Ramazanov Məhəmmədəli Əhməd oğlu Beynəlxalq Alimlər Şurasının üzvü seçilmişdir. Prof. M.Ə.Ramazanov BDU Böyük Elmi Şurasının qərarı ilə 2011 ildə elmi işlərin yerinə yetirilməsinə görə BDU üzrə "İlin alimi" adına layiq görülmüşdür. Kafedranin əməkdaşı Haciyeva Flora Vidadi qızı 2012-ci ildə MDB ölkələrinin "Debütların birliyi" mükafatına və 2011-ci ildə elm və təhsil sahəsində qazandığı uğurlara görə Gəncəl Mükafatı lauriatı adına layiq görülmüşdür. Kafedranın dos. f.r.e.n. Paşayev F.H, dos. f.r.e.n.N.S.Nəbiyev, dos. f.r.e.n. Vahabova M. R. və dos. Vəliyeva L.İ. BDU-da keçirilən imtahanlarda nəzarətçi-koordinatordur. Dosent N.S.Nəbiyev BDU-da Fizika fakültəsində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi seminarının üzvüdür. Hesabat ilində kafedranın nəzdindəki nanoaraşdırmalar laboratoriyasına ümumi dəyəri 1200000,0$ olan rentgen difraktometriskanedici elektron mikroskopu alınmışdır.

Prof. M.Ə.Ramazanov 03 aprel 2012-cı il tarixdən 06 aprel 2012-cı il tarixinə qədər dövrdə Dubna və Moskva şəhərlərində MDB ölkələrinin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin təşkil etdiyi "İnnovasiya. MDB. Sabah " adlı forumunun işində iştirak etmişdir. O, forumda "Azərbaycanın iqtisadiyyatının inkişafında nanotexnologiya sahəsində innovasiya layihələrinin rolu haqqında" məruzə ilə çıxış etmişdir.

Kafedra müdiri prof. Məhəmmədəli Ramazanov 3 may 2012-ci il tarixdən 9 may 2012-ci il tarixinə qədər Almaniyanın Carl Zeiss şirkətinin rəsmi dəvəti ilə şirkətin istehsal etdiyi cihazların texniki imkanları ilə tanış olmaq üçün onun nəzdində olan sınaq laboratorilarında olmuşdur. Həmin səfərin nəticəsində Carl Zeiss şirkəti BDU-ya 10 ədəd ümumi dəyəri 25000,0 avro olan Primo Star optik mikroskopu hədiyyə etmişdir.

Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, professor Məhəmmədəli Ramazanov və kafedranın dosenti, Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi b.e.n. İsmət Əhmətov 1 Avqust 2012-ci il tarixdən İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) Lozanna Politexnik Federal İnstitutunda (EPFL) elmi ezamiyyətdə olmuşlar. Ezamiyyətdə bu institutun əməkdaşları professor Lazslo Forro və professor Andrzej Sienkieviçlə birlikdə Mürəkkəb materialların fizikası laboratoriyasında nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti və hüceyrələrə təsirinin toksik effektləri EPR metodu tədqiqi ilə məşğul olmuşlar. SCOPES əməkdaşlıq layihəsi sayəsində nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən nəticələr alınmışdır.

Azərbaycan – Türkiyə Özəl Qafqaz gimnaziyasının şagirdləri Fidan Həsənzadə və Aytən Məhəməliyevanın Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında Prof.Məhəmmədəli Ramazanov və dosent İsmət .Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin bitkilərin cücərməsinə və inkişafına təsiri” mövzusunda layihəsi 2-7 May 2012 – ci il tarixində Amerikanın Hyuston şəhərində (Texas ştatı) 68 ölkənin iştirakı ilə keçirilən Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) Olimpiadasının Ətraf mühüt üzrə təqdim olunmuş 180 layihə içərisində qalib hesab edilərək qızıl medala layiq görülmüşdür.

Prof. M.Ə.Ramazanov 25 sentyabr 2012-ci il tarixdən 27 sentyabr 2012-ci il tarixinə qədər Kiyevdə Ukrayna Milli EA və Tokyo Boeki Technology Ltd. birgə təşkil etdiyi beynəlxalq forumun və sərginin işində iştirak etmişdir. Forum zamanı dünyanın müasir laboratoriya cihazlarının istehsalçıları olan Yaponiyanın Jeol, Hitaci, Rigaku, Shimadze, Almaniyanın Carl Zeiss, Brukker, İngiltərənin Oksford İnstruments Ukraynanın bir sıra materiallar və avadanlıqlar istehsalçıları olan şirkətlərin təqdim etdiyi laborator avadanlıqlarla və cihazlarla tanış olmuşdur və gələcəkdə yuxarıda adları qeyd edilən şirkətlətlə BDU arasında əməkdaşlıqlar barədə razılıqlar əldə edilmişdir.

Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nanomateriallarin kimyəvi fizikası" kafedrasının I kurs magistrantları Nəcəfova Afət Şirin qızı və Quliyeva Vüsalə Mirzəli qızı 17 iyun - 5 iyul 2012-ci il tarixlərində Dubna və Moskva şəhərlərində keçirilən MDB ölkələrinin gənc alim, aspirant və yuxarı kurs tələbələri üçün Nanosistem və materialların müasir tədqiqat metodlarına dair V Ali Kurs və Konfransında iştirak etmişlər.

2. Kafedranın strukturu və ştat cədvəli:
«Nanomaterialların kimyəvi fizikası» kafedrası BDU-nun əsas binasında 159, 161-cı otaqda yerləşir və kafedrada "Nanoaraşdırmalar mərkəzi", "Radiasiya və onun ətraf mühütə təsiri" ETL və bir tədris laboratoriyası vardır. Hesabat ilinin sonunda (2012) «Nanomaterialların kimyəvi fizikası» kafedrasının ştat cədvəli aşağıdakı kimi olmuşdur:




Soyadı, a.a.

Vəzifəsi, elmi adı

Anadan olduğu il, ay, gün

Ştat vahidi

1

Ramazanov Məhəmmədəli

Əhməd oğlu



Kafedra müd.(ictimai əsaslarla)

prof., f.e.d



31.10.1958

1,5 şt

2

Nəbiyev Naqif

Səftər oğlu



dos., f.r.e.n

29.07.1960

1 şt

3

Paşayev Faiq

Heydər oğlu



f.r.e.n., dos. əvəzi

27.03.1955

1 şt

4

Vahabova Mina

Rza qızı


f.r.e.n., dos. əvəzi

19.011944

1şt

5

Vəliyeva Lalə

İslam qızı



Dos., b.e.n.

19.03.1965

1şt

6

Hacıyeva Flora

Vidadi qızı



k.e.f.d., müəllim

26.01.1985

0,5 şt

7

Həsənov Arzuman

Qardaşxan oğlu



f.r.e.n., təd. lab.

müdiri


08.12.1959

1şt

Hesabat ili ərzində kafedrada elmi-tədqiqat işləri 2012-ci il üçün təsdiq olunmuş plan üzrə yerinə yetirilmişdir.



3. Qrantlar əsasında yerinə yetirilən elmi tədqiqatişləri

Bakı Dövlət Universiteti

Qrantlar əsasında yerinə yetirilən elmi tədqiqat işləri

(2012-ci il)



Layihənin adı

Layihənin rəhbəri

Donor təşkilat

Layihənin müddəti

Layihənin dəyəri

1

Abşeron yarımadası Bakı ətrafı ərazilərin radioekoloji tədqiqi Proje STCU №3998

Prof. Məmmədov Q.

Kanada

3 il

238898,0$

2

Nanotexnologiyanın neftçıxarmaya tətbiqi

KACST-BSU AZ/01



Prof. M.Ə.Ramazanov

Səudiyyə Ərəbistanı

2 il

442000,0$

3

Nanohissəciklərin ali su bitkiləri hüceyrələrinin membran sistemləri ilə qarşılıqlı təsiri-fito nanotoksikologiya

Dos. I.S.Əhmədov

İsveçrə

2 il

100000,0$

6

Maqnit sahəsinin polimer və nanomaqnetit əsaslı nanokompozitin mexaniki, termodinamik və elektrik xassələrinə təsirinin tədqiqi

Prof. M.Ə.Ramazanov

EİF

1 il

15000,0AZN

Cəmi

780898$, 15000AZN


4. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR

AMEA-nın Fizika, Radiyasiya Problemləri, Kimya Problemləri İnstitutu ilə nanocompozitlərin alınması, onların quruluşu və optik xassələrinin araşdırılması sahəsində, nanokompozitlərin radiyasiyaya davamlılığının tədqiqi istiqamətində birgə elmi tədqiqat işləri aparılmışdır.


5. Kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri, adı, sayı, qısa annotasiyası və yerinə yetirilməsi

İstiqamət: Nanotexnologia

Problem: Nizamlı quruluşlu aktiv polimer nanokompozisiyaların fiziki kimyəvi xassələri

Mövzu: Aktiv nanokompozit quruluşların alınma texnologiyasının işlənməsi və fiziki xassələrinin tədqiqi

Rəhbər: f.e.d., prof. Ramazanov M.Ə.

İş A: Nizmali quruluşa malik nanokompozisiyaların alınma texnologiyasının işlənməsi və tədqiqi.

Mərhələ 1 : Polimer təbəqələrinin agır ionlarla şüalandırılması və UB-şüaların və üzvi həlledicilərin vasitəsilə təbəqələrdə əmələ gələn oyuqların atom qüvvət mikroskopu ilə tədqiqi.

Son zamanlar polimer materillarda müxtəlif morfologiyalı və xassəli nanoquruluşların, o cümlədən, kvant naqillərin yaradılmasında nüvə texnologiyasına xüsusilə yer ayrılır. Bu texnologiyaya əsasən sürətli ağır ionlarla polimer materialarını şüalandıraraq diametri 5-10 nm ölçüdə yarıqlar əmələ gətirir. Polimer matrisdə əmələ gələn yarıqların böyük həcmdə konsentrasiyası onların əsasında nanoelektronika sahəsi üçün nanoquruluşların yaradılmasına imkan verir. Bu yarıqları qələvi məhlulda selektiv aşındıraraq və oyudularaq tərəfləri yüksək nisbətə malik 10000 yaxın kanallar əmələ gəlir. Əmələ gələn kanallara asanlıqla müxtəlif atomlar və birləşmələr yerləşdirmək mümkündür. Yarıqların qələvi məhlulda aşındırması və ya oyulması texnikası-polimer materiallarda verilmiş sahədə statistik paylanmış kanalların istehsalı üçün ən yaxşı vasitədir. Kanalların diametri istifadə olunan polimer təbəqələrin qalınlığından asılıdır. Oyulmuş kanalların həndəsi formalari (məsələn silindrik, konusa bənzər və sair) şüalanma şəraiti və oyulma texnologiyasından asılı olaraq müxtəlif ola bilər. Beləliklə bu texnologiyanın köməyi ilə əmələ gəlmiş kanallara müxtəlif yarımkeçirici aktiv maddələr yerləşdirərək polimer matrisalarda kvant naqilləri yaratmaq olar.

Ağır ionlarla polimer materialarını şüalandırılması zamanı polimer matrisada nanoölçülərə malik yarıqlar əmələ gəlir. Lakin şualanma zamanı dağılmaya məruz edilmiş yarıqlarda polimerin kimyəvi strukturunda və fiziki strukturunda baş verən dəyişilikləri təmizləmək üçün müxtəlif kimyəvi aşınma texnologiyalarından istifadə edilmişdir. Bu texnologiyanın vasitəsi ilə polimer matrisada məsamələr təmizlənir və bu məsamələrin konsentrasiyası təqribən (106-109) см-2 olur. Bu məsamələrin ölçülərini şualanma dozasını dəyişməklə istənilən həndəsi ölçüdə idarə etmək olur.

Hesabat ili ərzində polimer materiallarda yeni nizamlı kvant nanoquruluşları almaq məqsədi ilə polipropilen və polivinildenflüorid təbəqələri 1,3 МeV enerjiyə malik Xe ağır ionları ilə 108 до 1010 sm-2 flüensdə şüalanmaya məruz edilmiş və KOH məhlulu ilə aşılanması aparılmışdır.

Polipropilen matrisində şüalandırmadan sonra baş verən dəyişiklikləri atom-qüvvət mikroskopu ilə tədqiq edilmişdir. AQM-da alınan nəticələrdən müəyyən edilmişdir ki, Xe ionlarının flüensi artdıqca polipropilen təbəqələrinin səthində və həcmində məsamələrin miqdarı, diametri və dərinliyi artır. Həmçinin eksperimental olaraq təyin edilmişdir ki, KOH məhlulunun qatılığı dəyişdikcə polipropilen matrisində məsamələrin diametri və dərinliyi dəyişir. Beləliklə polipropilen və polivinilidenflüorid matrisinin sürətləndirilmiş ağır ionlarla nanomodifikasiyası nanoölçülü məsamələrə malik və idarə olunan fiziki-kimyəvi xassələrə malik polimer materialları almağa imkan verir.
İş II Nizamlı quruluşlara malik nanokompozit quruluşların nəzəri modelləşdirilməsi və kvant kimyəvi üsullarla tədqiqi

Mərhələ 1: Nizamlı quruluşlara malik polimer nanokompozitlərin elektron və fəza quruluşunun kvant mexaniki tədqiqi

İcraçılar: dos.Nəbiyev N.S., dos. Paşayev F.H., dos.Vahabova M.R. dos. Vəliyeva L.İ. lab./m Həsənov A.Q.

Hesabat dövründə kafedranın elmi planına uyğun olaraq mürəkkəb çoxatomlu sistemlərin, o cümlədən, bioloji aktiv birləşmələrin, nanoquruluşların quruluş-xassə məsələlərinin klassik və kvantmexaniki hesablama metodları vasitəsi ilə nəzəri tədqiqatları aparılmış, müxtılif üsullarla əldə edilmiş nanoölşülü qürülüşa malik nümunələrin optik və quruluş xassələri tədqiq edilmişdir.

Eyni zamanda sleyter atom orbitallarının eksponensial parametrlərini Sleyter qaydaları və Besis düsturu ilə hesablanması məsələsinə baxılmışdır. Eksponensial parametrləri hesablamaq üçün komputer proqramı tərtib olunmuş və sıra nömrəsi olan atomlar üçün parametrlərin qiymətləri hesablanmışdır. Çoxlu miqdar kompüter hesablamaları ilə müəyyən olunmuşdur ki, Besis düsturu ilə hesablamalar zamanı daha dəqiq nəticələr alınır.

İşdə molekulların potensial enerjisi(elektronların nüvələrlə və elektronların bir-biri ilə qarşılıqlı təsir enerjiləri) və elektronların kinetik enerjiləri üçün ümumi analitik ifadələr alınmışdır. Bazis funksiyaları kimi Sleyter atom orbitallarından (SAO) istifadə olunmuşdur. Xartri-Fok-Rutan (XFR) metodu tətbiq olunmaqla qapalı və açıq elektron təbəqəli bəzi ikiatomlu molekullar üçün hesablamalar aparılmışdır. Hesablamaların dəqiqliyi Virial teoremi vasitəsi ilə yoxlanılmışdır.

MO LKAO metodunun sadə variantı olan Hükkel metodu (π-yaxınlaşması ) əsasında qrup nəzəriyyəsi vasitəsilə fenantren və antrasen molekullarının simmetrikləşdirilmiş molekulyar orbitalları və enerji səviyyələri tapılmışdır.

Məlum olduğu kimi, Hükkel metodu doymamış karbohidrogen molekulların hesablanmasında tətbiq olunur, π-rabitələri yaradan karbon atomlarının 2pz – orbitalları üçün xətti kombinasiya qurulur. Aparılan hesablamalar zamanı bazis funksiyaları (π- orbitallar) Sleyter atom orbitalları kimi götürülmüşdür.

Fenantren molekulunun mənsub olduğu C2v nöqtəvi qrupunun və antrasen molekulunun mənsub olduğu D2h nöqtəvi qrupunun gətirilə bilən və gətirilə bilməyən təsvirləri təyin edilmişdir və hər iki molekul üçün C gətirən matrislərinin elementləri hesablanmışdır. Qrup nəzəriyyəsi metoduna əsasən gətirən matrislərin elementlərindən istifadə etməklə fenantren və antrasen molekulların simmetrikləşdirilmiş molekulyar orbitalları qurulmuşdur.

C-1HC oxşarlıq çevirməsi vasitəsilə fenantren və antrasen molekullarının Hamilton operatorlarının matrisləri diaqonal şəklə salınmış və baxılan molekullarıın nöqtəvi qruplarının gətirilə bilməyən təsvirlərinə uyğun enerji səviyyələri təyin edilmişdir.


  1. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI:

Hesabat dövründə dərc olunmuş məqalə və tezislərin siyahısı aşağıdakı cədvəldə göstərilmişdir:



Xarici indekslənən (Tomson Reyters agentliyi) jurnallarda çap olunmuş məqalələr:




Məqalənin adı

Nəşr

Jurnalın adı, səhifəsi, cildi, İmpact factoru

Müəlliflər

1

Synthesis and In-vitro Photodynamic Studies of the Superparamagnetic Chitosan Hydrogel/Chlorin E6 Nanocarriers

çap

Journal of Medicinal Chemistry, v.8, №6, 2012, Impact factor 1,603

Mohammad Reza Saboktakin , Abel Maharramov, Mohammad Ali Ramazanov

2

Intelligent Drug Delivery Systems Based on Modified Chitosan Nanoparticles

çap

"Letters In Organic Chemistry".Volume 9, 1 Issues, 2012, p.56-70 İmpact factor 0,785

Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Abel Maharramov, Mohammad Ali Ramazanov

3

Structural and Electronic Characteristics of iron (III) Oxide Complexes with Creka Peptide Analogs

çap

Journal of Materials Science and Engineering B 2 (2012) p.45-51 Impact factor 1,76


Maharramov Abel, Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar

4

Effect of the Structure of Piezoceramics on the Dielectric and Strength Properties of Composites Based on Polyvinylidene Fluoride

çap

Surface Engineering and Applied Electrochemistry, 2012, Vol. 48, No. 4, pp. 380–383. Impact factor 0,435


M. A. Ramazanov, Kh. S. Ibragimova and S. A. Abasov

5

Modification of the Charge State and Thicknesses of the Polymer Polyethylene Interlayer in Piezoceramics with Various Structures after their Electric Treatment

çap

Surface Engineering and Applied Electrochemistry, 2012, Vol. 48, No. 5, pp. 465–468 Impact factor 0,435


M. A. Ramazanov, Kh. S. Ibragimova, and S. A. Abasov

6

Formation of Nanoporous Structures of Polypropylene Irradiated by High Energy Heavy Ions

çap

J.Nanomedicine & Nanotechnology, 2012, 3:5 Impact factor 5,75


A.M. Maharramov, M.A. Ramazanov*, F.V. Hajiyeva and S.Q.Aliyeva

7

Synthesis of the Maxwell model based on nanoparticles

çap

Digest Journal of Nanomaterials and Biostructures Vol. 7, No. 2, April - June 2012, p. 817 – 822 Impact factor 2,03

М.А.Ramazanov, М. S. Aslanov

8

Synthesis and Characterization of Modified Starch Hydrogels for Photodynamic Treatment of Cancer,

çap

International Journal of Biological Macromolecules 51 (2012) 544– 549 Impact factor 2,66


M.R. Saboktakin, R.M.Tabatabaie,

P. Ostovarazar, A.M. Maharramov, M.A. Ramazanov




Xarici jurnallarda çap olunmuş məqalələr




Məqalənin adı

Nəşr

Jurnalın adı, səhifəsi, cildi, İmpact factoru

Müəlliflər

1

The Change of Surface Morphology of Polypropylene Irrardiated by High Energy Heavy ions.

çap

Academic Journal, v1, №2,2012, p.63-70


A.M.Maharramov, M.A.Ramazanov, F.V.Haciyeva, S.Q.Aliyeva

2

Эффект магнитосопротивления в полимерной нанокомпозитной системе на основе ПЭ Fe3O4

çap

ж. Наносистеми, наноматеріали, нанотехнологии, 2011, т. 9, № 3, сс. 583—588


А. М. Магеррамов, М. А. Рамазанов,

П. Б. Агакишиева, М. А. Нуриев



3

Synthesis of the Maxwell model based on nanoparticles

çap

Open Access Scientific Reports v.1.İssuse4, 2012

М.А.Ramazanov,

М. S. Aslanov



4

Экспериментальные исследование электрофизических свойств полимерных матричных композитов с наноструктурированным полупроводником на основе ZnS+ПП

çap

ж.Нанотехника, №2(30), 2012, стр.29-32


А.М. Магеррамов, М.А.Рамазанов, А.Х.Керимова

Respublika jurnallarında çap olunmuş məqalələr:




1

Формирование структуры и флуоресцентные свойства полимерных нанокомпозиций на основе полипропилена и сульфида цинка

çap

Bakı Universitetinin Xəbərləri, 2012, №1, Fizika-riyaziyyat elmləri seriyası səh.137-144

А.М.Магеррамов, М.А.Рамазанов, А.Х.Керимова

2

Влияние низкомолекулярной добавки PbCrO3 и Cr на структуры композиций ПЭ+ PbCrO3 и ПЭ+ Cr

çap

AMEA-nın Xəbərləri, Fizika-riyaziyyat, texnika və astronomiya 2012, №5, səh.67-70


М.А.Рамазанов, А.С.Гусейнов

3

Abşeron yarımadası ərazisinin torpaqlarında radioekoloji tədqiqatlar

çap

AMEA-nın Xəbərləri, Fizika-riyaziyyat, texnika və astronomiya 2012, №5, səh.114-119

Q.Q.Məmmədov, M.Ə.Ramazanov, V.H.Bədəlov, C.Ə.Nağıyev

4

Квантово-механический расчет и сравнителный анализ структурно-функциональной активности потенциальных ингибиторов ксантиноксидазы (КФ 1.1.3.22).

çap

Journal of Qafqaz University.Bioloji n 33. 2012

Н.С. Набиев, А.С.Годжаев, А.А. Кулиев, З.А. Тагизаде.

5

Cтруктурные осебенности наноразмерных пленок ZnSSe полученных химическим осаждением из жидкой фазы

çap

Journal of Qafqaz University. Phisics.n.34. 2012

Джафаров М.А., Набиев Н.С., Рамазанов М.А.

6

Molekulların potensial enerjisi və elektronlarinin kinetik enerjisinin sleyter funksiyaları bazisində hesablanması

çap

BDU-nun xəbərləri, № 3, 2012, s.145-150

Paşayev F.H.,

Həsənov A.Q Həsənov A.Q.,

Ali Tavfik Mahmood, Yunusova G.E.


7

Sleyter funksiyalarinin eksponensial parametrlərinin sleyter qaydalari və besis düsturlari ilə kompüterdə hesablanması

çap

SDU-nun xəbərləri, Cild 12 2012, №2, s.23-27

Paşayev F.H.

Həsənov A.Q.,

Quliyeva V.F.


8

Antrasen molekulunun simmetrikləşdirilmiş molekulyar orbitallarinin və enerji səviyyələrinin qrup nəzəriyyəsindən istifadə edilməklə tapilması


çap

BDU-nun xəbərləri, № 3, 2012, s.140-144

Vahabova M.R., Abdulov F.B., Həsənov A.Q.

9

Изучение пространственной структуры и конформационных свойств молекулы шистостатина Scg-AST7

çap

BDU-nun Xəbərləri (texnika elmləri seriyası), 2012, №3, səh. 151-156

Л.И.Велиева

У.Т.Агаева

Э.З.Алиев


10

nəzəri konformasİya analizi üsulu ilə BLAST1 molekulunun fəza quruluşunun tədqiqi

çap

Journal of Qafqaz University, 2012,

No. 34, p.23-26



L.I.Vəliyeva

11

Моделирование пространственной структуры молекулы соматоcтатин семейства аллатостатинов

çap

BDU-nun Xəbərləri (texnika elmləri seriyası), 2012, №1, səh.

L.I. Vəliyeva

N.A.Hənifəyeva



12

Исследование электронной структуры молекулы аллатостатина 2 (Dippu AST2)

çap

AMEA-nın “FİZİKA” jurnalı, 2012, №2, səh.24-27

Л.И.Велиева

И.Н.Алиева

Э.З.Алиев


13

Fenantren molekulunun birelektronlu dalğa funksiyalarının qrup nəzəriyyəsi metodundan istifadə edilməklə tapılması

çap

Journal of Qafqaz University, Number 32, 2011, s.56-58.

Vahabova M.R., Abdulov F.B.,

Beynəlxalq konfranslarındakı tezislər:






Adı

Nəşr

Adı, səhifəsi, cildi

Müəlliflər

1

Distribution of Radioactive Materials in the Absheron Peninsula

çap

ÜM2013 Conference, February 24-28, 2013,Phoenixs, Arizona USA, 14 p

T. T. Vandergraaf G.G.Mamedov

M. A.Ramazanov, J.Nagiyev,

A. Mehdiyeva

V. Badalov



2

Structure of nanocomposites on the basis polypropylene and zirconium dioxide nanoparticles.


çap

5th Szeged International WorkShop on Advances in Nanoscience 2012, p.177-178

A.M.Magerramov, M.A.Ramazanov, F.V.Hajiyeva

3

Пространственное структура и молекуляр-ная динамика молекулы BLAST 1

çap

IV съезд биофизиков России, г. Ниж-ний Новгород, Ниж.Гос. Универ. им. Н.И. Лобачевского , 20 - 26 августа 2012 г.стр.58

Л.И.Велиева


4

Роль инновационных проектов в области нанотехнологии в развитии экономики Азербайджана




Международный форум «Инновации. СНГ. Будущее».

http://www.gosbook.ru/node/53530

М.А.Рамазанов

Respublika konfranslarındakı tezislər:




1

Örtmə inteqrallarının hesablanmasında molekulyar funksiyaların tətbiqi

çap

Fizikanın Aktual Problemləri VII Respublika Elmi konfransı 26 noyabr 2012, s.102-103

Ramazanov M.Ə. Paşayev F.H.,

Əli Tofiq Mahmud



2

PP+ZnS əsaslı nanokompozisiya təbəqə nümunələrin quruluşu və fotolüminisensiya xassələri

çap

Fizikanın Aktual Problemləri VII Respublika Elmi konfransı 26 noyabr 2012, səh. 110-112

Ramazanov M.Ə. Nəcəfova A.S

3

Polimer və sirkonium dioksid nanohissəcikləri əsasındakı nanokompozisiyalarının SEM analizi


çap

“Fizikanın aktual problemləri” VII Respublika elmi konfransının materialları.26 noyabr 2012

F.V. Hacıyeva,

V.M. Quliyeva



4

AlH molekulunun elektron quruluşunun sleyter və qauss funksiyaları bazisində hesablanması

çap

“Fizikanın actual problemləri” resp. elmi konf. mat., Bakı, 25 noyabr 2012, s..

F.H. Paşayev

A.Q.Həsənov

V.F. Quliyeva

F.V. Mirələmova



5

PP+ZnS nanokompozitlərinin lokal quruluşlarının kvant mexaniki modelləri.

çap

“Fizikanın aktual problemləri” VII Respublika elmi konfransının materialları.26 noyabr 2012-ci il.,s.109-110

N.S.Nəbiyev,

S.F.Ramazanova



6

Fe atomlarını qrafen müstəviləri ilə komplekslərinin kvant mexaniki modelləri

çap

Fizikanın Aktual Problemləri VII Respublika Elmi konfransı 26 noyabr 2012, s.

N.S.Nəbiyev, D.B.Bayramova

7

H2Gly1Cys2Gly3CH2COO tripeptidlərinin CdS nanozərrəcikləri ilə komplekslərinin kvant-mexaniki modelləri.

çap

Fizikanın Aktual Problemləri VII Respublika Elmi konfransı 26 noyabr 2012, s.

N. S. Nəbiyev

M. N. Tola M.Ə. Ramazanov



9

Helicostatin 2 biomolekulunun modelləşdirilməsi və tədqiqi

çap

Həsən Əliyevin 105 illiyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” ІІ Beynəlxalq elmi konfrans. Bakı, BDU, 7-8 noyabr, 2012, səh.381-382

L.I.Vəliyeva

E.Z.Əliyev



Hesabat ilində kafedrada və kafedranın nəzdindəki laboratoriyalarda 8 məqalə Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 4 məqalə xarici jurnallarda, 14 məqalə respublika jurnallarında, 4 tezis beynəlxalq konfranslarda, 9 tezis respublika konfranslarında dərc edilmişdir.




  1. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSİSLƏRİ İLƏ ƏLAQƏLƏR

    1. Elmi-Texniki Əməkdaşlıq;

Nanomaterialların kimyəvi fizikası kafedrası İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə EPFL-lə Səudiyyə Ərəbistanı Elm və texnologiyalar mərkəzi ilə, Türkiyənin Hacatəppə Universiteti ilə, Rusiya Fedrasiyası Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə, Ruminiyanın Ovidus Universiteti ilə, Moskva Dövlət Universiteti ilə əməkdaşlıq edir. İsveçrənin Milli Elm Fondunun grantı ilə Ekoloji Politexnik Universiteti ilə “Ali su bitkilərinin hüceyrələrində plazmatik membran sisteminin nanohissəciklərlə qarşılıqlı təsiri –fitonanotoksikologiya” layihəsi üzrə birgə tədqiqatlar aparılır.



    1. Beynəlxalq konfranslarda, simpoziumlarda iştirak;

Kafedranın əməkdaşları 2012-ci ildə aşağıdakı beynəlxalq konfrans, simpoziumlarda və təcrübə keçmədə iştirak etmişlər:



  • Международный форум «Инновации. СНГ. Будущее».

  • 5th Szeged International WorkShop on Advances in Nanoscience

  • Opto-, nanoelektronika kondensə olunmuş mühit və yüksək enerjilər fizikası" VI Respublika elmi konfransı, 14-16 dekabr 2012-ci il

  • Fizikanın Aktual Problemləri VII Respublika Elmi konfransı 26 noyabr 2012

  • MDB-nin Nanotexnologiya üzrə innovasiyalar mərkəzinin konfransında

  • MDB ölkələrinin Gənc alimlərinin ixtisasartırma kursunda iştirak

  • 5th Szeged International WorkShop on Advances in Nanoscience

  • IV съезд биофизиков России, г. Ниж-ний Новгород, Ниж.Гос. Универ. им. Н.И. Лобачевского ,

  • Həsən Əliyevin 105 illiyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri



    1. Xaricdə çap olunmuş məqalələr (ottisklər əlavə olunur).

1. A.M.Maharramov, M.A.Ramazanov, F.V.Haciyeva, S.Q.Aliyeva The Change of Surface Morphology of Polypropylene Irrardiated by High Energy Heavy ions. Academic Journal, v1, №2,2012, p.63-70

2. А. М. Магеррамов, М. А. Рамазанов*, П. Б. Агакишиева*, М. А. Нуриев Эффект магнитосопротивления в полимерной нанокомпозитной системе на основе ПЭ+Fe3O4 журнал Наносистеми, наноматеріали, нанотехнологии, 2011, т. 9, № 3, сс. 583—588

3. М.А.Ramazanov, М. S. Aslanov Synthesis of the Maxwell model based on nanoparticles Open Access Scientific Reports v.1.Issuse4, 2012

4. А.М. Магеррамов, М.А.Рамазанов, А.Х.Керимова Экспериментальные исследование электрофизических свойств полимерных матричных композитов с наноструктурированным полупроводником на основе ZnS+ПП, ж. Нанотехника, №2(30), 2012, стр.29-32

7.4 İmpact-faktoru olan jurnallarda çıxan məqalələr haqqında məlumat

(ottisklər əlavə olunmaqla)


  1. Mohammad Reza Saboktakin , Abel Maharramov, Mohammad Ali Ramazanov Synthesis and In-vitro Photodynamic Studies of the Superparamagnetic Chitosan Hydrogel/Chlorin E6 Nanocarriers Journal of Medicinal Chemistry, v.8, №6, 2012, Impact factor 1,603

  2. Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Abel Maharramov, Mohammad Ali Ramazanov Intelligent Drug Delivery Systems Based on Modified Chitosan Nanoparticles "Letters In Organic Chemistry".Volume 9, 1 Issues, 2012, p.56-70 İmpact factor 0,785

  3. Maharramov Abel, Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar Structural and Electronic Characteristics of iron (III) Oxide Complexes with Creka Peptide Analogs Journal of Materials Science and Engineering B 2 (2012) p.45-51 Impact factor 1,76

  4. M. A. Ramazanov, Kh. S. Ibragimova and S. A. Abasov Effect of the Structure of Piezoceramics on the Dielectric and Strength Properties of Composites Based on Polyvinylidene Fluoride Surface Engineering and Applied Electrochemistry, 2012, Vol. 48, No. 4, pp. 380–383. Impact factor 0,435

  5. M. A. Ramazanov, Kh. S. Ibragimova, and S. A. Abasov Modification of the Charge State and Thicknesses of the Polymer Polyethylene Interlayer in Piezoceramics with Various Structures after their Electric Treatment Surface Engineering and Applied Electrochemistry, 2012, Vol. 48, No. 5, pp. 465–468 Impact factor 0,435

  6. A.M. Maharramov, M.A. Ramazanov*, F.V. Hajiyeva and S.Q.Aliyeva Formation of Nanoporous Structures of Polypropylene Irradiated by High Energy Heavy Ions j. Nanomedicine & Nanotechnology, 2012, 3:5 Impact factor 5,75

  7. М.А.Ramazanov, М. S. Aslanov Synthesis of the Maxwell model based on nanoparticles, Digest Journal of Nanomaterials and Biostructures Vol. 7, No. 2, April - June 2012, p. 817 – 822 Impact factor 2,03

  8. Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Parvaneh Ostovarazar, Abel Maharramov, Mohammad Ali Ramazanov Synthesis and Characterization of Modified Starch Hydrogels for Photodynamic Treatment of Cancer, International Journal of Biological Macromolecules 51 (2012) 544– 549 Impact factor 2,66



8 ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ

8.1. Kafedrada Nanotexnologiyanın neftçıxarmaya tətbiqi elmi tədqiqat işi laboratoriya şəraitində Səudiyyə Ərəbistanı Kral Əbdül Əziz King araşdırma mərkəzinin nümayəndələrinin iştirakı ilə sınaqdan çıxarılmışdır.

8.2. Hesabat ilində kafedrada təhsildə elmi tədqiqat işlərinin nəticələri təhsilin magistr pilləsində təhsil alan tələbələrə izah edilmiş və onlar tədqiqat işlərinə cəlb edilmişlər. Kafedrada multimedia vəsaitlərindən geniş istifadə edilmiş, bir sıra muhazirələr prezentasiyalar şəklində tələbələrə tədris edilmişdir. Mühazirə mətnləri kafedranın saytında yerləşdirilmiş, tələbələrə dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiyanın inkişafında informasiya texnologiyasının tətbiqinin əhəmiyyəti izah edilmişdir.

9 PATENT VƏ İNFORMASİYA İŞLƏRİ.

Hesabat ilində AMEA-nın Fizika İnstitutu ilə birgə 1 patent ekspertizaya təqdim edilmişdir.



10 DÖVLƏT PROQRAMLARININ İCRASI

Hesabat dövründə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"ndan irəli gələn məsələlərin həlli ilə bağlı işlərin yerinə yetirilməsidə aktiv iştirak edilmişdir.



11 ETİ, ETM-də KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN, SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASI


  • Gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” respublika elmi konfransının işində kafedranın magistrləri və Fizikanın müasir problemləri konfransında professor müəllim heyəti fəal iştirak edərək məruzələrlə çıxış etmişlər.

  • Международный форум «Инновации. СНГ. Будущее».

  • 5th Szeged International WorkShop on Advances in Nanoscience

  • Opto-, nanoelektronika kondensə olunmuş mühit və yüksək enerjilər fizikası" VI Respublika elmi konfransı, 14-16 dekabr 2012-ci il

  • Fizikanın Aktual Problemləri VII Respublika Elmi konfransı 26 noyabr 2012

  • MDB-nin Nanotexnologiya üzrə innovasiyalar mərkəzinin konfransında

  • MDB ölkələrinin Gənc alimlərinin ixtisasartırma kursunda iştirak

  • 5th Szeged International WorkShop on Advances in Nanoscience

  • IV съезд биофизиков России, г. Нижний Новгород, Ниж. Гос. Универ. им. Н.И. Лобачевского ,

  • Həsən Əliyevin 105 illiyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri konfranslarında məruzələrlə şıxış edilmişdir.


12 ETİ, ETM, ETL-də ELMİ və ELMİ-PEDAQOJİ KADRLARIN HAZIRLANMASI
Hesabat ilində kafedra fakultədə elmi və elmi-pedaqoji kadrların hazırlanması işində fəal iştirak etmişlər. Kafedra müdiri f.e.d.M.Ə.Ramazanov 2012-ci il tarixində Azərbaycan AAK-nın qərarı ilə Kimyəvi Fizika ixtisası üzrə professor elmi adını almışdır. Hal-hazırda 2 aspirantın dissertasiya işi müdafiəyə hazırdır. Kafedra 3 ixtisaslaşma ilə təhsilin magistr pilləsi üzrə kadr hazırlığı aparır və TEM 030032-nanohissəciklərin fizikası, TEM 03.00.12–atom və molekul fizikası ixtisaslaşması üzrə 6 nəfər dissertasiya işlərini müdafiə edərək magistr dərəcəsi almışlar. Kafedranin magistrləri Dubna şəhəri BNTİ-da, Kurçatov adina İnstitutda və Kiristollaqrafiya İnstitutunda Gənc alim, aspirant və yuxarı kurs tələbələri üçün “Nanositem və materialların müasir tədqiqat metodlarına” həsr olunmuş MDB ölkələri ali kurslarında iştirak etmişlər.
13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ DİSSERTASİYA

ŞURALARININ FƏALİYYƏTİ

Kafedra müdiri prof. M.Ə.Ramazanov, dos. Nəbiyev N.S. və dos.Paşayev F. H. fakultədə fəaliyyət göstərən müdafiə şurasının seminarının üzvüdür və müdafiələrdə fəal iştirak edir. Kafedra müdiri f.e.d. M.Ə.Ramazanov fakultədə fəaliyyət göstərən dövlət imtahan komissiyasının və magistr dissertasiya şurasının üzvüdür.




14. ELMİ AVADANLIQLAR HAQQINDA MƏLUMAT (Cədvəl 16). HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC DUYULUR.
15. Əsas nəticələr və təkliflər.


  1. Müəyyən edilmişdir ki, polipropilen və polivinilidenflüorid matrisinin sürətləndirilmiş ağır ionlarla nanomodifikasiyası hesabına nanoölçülü məsamələrə malik və idarə olunan fiziki-kimyəvi xassələrə malik polimer materialları almağa imkan verir ki, bu da nizamlı quruluşlara malik kvant naqillərinin alınmasında istifadə edilə bilər.

  2. Mürəkkəb çoxatomlu sistemlərin, o cümlədən, bioloji aktiv birləşmələrin, nanoquruluşların quruluş-xassə məsələlərinin klassik və kvantmexaniki hesablama metodları vasitəsi ilə nəzəri tədqiqatları aparılmış, müxtılif üsullarla əldə edilmiş nanoölşülü qürülüşa malik nümunələrin optik və quruluş xassələri tədqiq edilmişdir.

Nanomaterialların kimyəvi fizikası”

kafedrasının müdiri f.e.d, prof. M.Ə. Ramazanov
Yüklə 167,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə