AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Təsdiq edirəm
Fizika fakültəsinin dekanı
_________prof.M.Ə.Ramazanov
“____”________________2015-ci il
NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI
kafedrasında 2015-ci ildə elmi-tədqiqat
işlərinin yerinə yetirilməsi haqqında
H E S A B A T
B A K I - 2 0 1 5
1. GİRİŞ
2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ (professor-müəllim heyətinin yaş
göstəricilərini əlavə etməklə)
3. KAFEDRALARDA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN ƏSAS
İSTİQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASİYASI VƏ YERİNƏ
YETİRİLMƏSİ
4. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
Dərc olunmuş elmi işlər (məqalə, tezis), monoqrafiyalar (annotasiyası), dərslik və
dərs vəsaitləri haqqında məlumat (kitablar əlavə olunmaqla)
5. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN ELMİ-TƏDQİQAT
İŞLƏRİ
5.1. Azərbaycan Respublikasıi Prezidenti yanında Elmin İnkişafı Fondu ilə
əlaqələr;
5.2. Respublikadaxili qrantlar;
5.3. Beynəlxalq qrantlar.
6. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR
7. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSİSƏLƏRİ İLƏ
ƏLAQƏLƏR
7.1. Elmi-texniki əməkdaşlıq;
7.2. Beynəlxalq konfranslarda, konqreslərdə və simpoziumlarda iştirak;
7.3. Beynəlxalq proqramlar üzrə təkliflər; alınmış qrantlar haqqında məlumat;
7.4. Xaricdə çap edilmiş məqalələr (ottisklər əlavə olunmalıdır).
7.5. İmpakt-faktoru olan jurnallarda çıxan məqalələr haqqında məlumat
(ottisklər əlavə olunmaqla).
8. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ
8.1. Dövlət və özəl strukturlarda tətbiq olunmuş elmi nəticələr;
8.2.Təhsildə elmi-tədqiqat işlərinin nəticələrinin və informasiya
texnologiyasının tətbiqi.
8.3. İstehsalatda tətbiq üçün hazır olan işlər haqqında məlumat. Elmi-tədqiqat
işlərinin səmərəliliyi.
9. PATENT VƏ İNFORMASİYA İŞLƏRİ
10. DÖVLƏT PROQRAMLARININ İCRASI:
10.1.“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”;
10.2.“Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”;
10.3.“Azərbaycan Respublikasında 2015-cü ilin “Sənaye ili” elan edilməsi ilə
bağlı Tədbirlər Planı;
10.4. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”;
11. FAKÜLTƏDƏ KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN,
SEMİNARLARIN,
SİMPOZİUMLARIN XARAKTERİSTİKASI
12. FAKÜLTƏDƏ ELMİ VƏ ELMİ-PEDAQOJİ KADRLARIN HAZIR-
LANMASI
13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ DİSSERTASİYA ŞURALARININ
FƏALİYYƏTİ
14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRLƏRİN)
ELMİ-TƏDQİQAT İŞLƏRİ (KONFRANSDA İŞTİRAKI)
15. 2015-ci İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC
DUYULUR (ADI, ALINACAQ AVADANLIQLARIN SAYI, TƏXMİNİ
QİYMƏTİ, manatla)
16. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR
1 . G İ R İ Ş
BDU “Nanomaterialların kimyəvi fizikası” kafedrası Azərbaycan
Respublikası Nazirlər Sovetinin 21/4-157 saylı 15 noyabr 1971-ci il tarixli
sərəncamına əsasən Ali və Orta İxtisas Təhsili Nazirliyi Kollegiyasının 7/8 saylı 12
may 1972-ci il tarixli qərarı ilə “Atom və molekulların kvant mexanikası” adı ilə
yaradılmış və 1988-ci ildən etibarən “Kimyəvi fizika” adlandırılmış kafedranın
bazasında 2006-ci ildə BDU-nun Elmi Şurasının qərarı əsasında təşkil edilmişdir.
Kafedra Azərbaycan Respublikasında atom və molekul fizikası,
nanotexnologiya və nanohissəciklərin fizikası ixtisasları üzrə elmi-pedaqoji kadrlar
hazırlayan struktur vahididir. Hesabat ilində kafedranın əməkdaşları fakültənin və
BDU-nun elmi, pedaqoji və ictimai həyatında fəal iştirak etmişlər. Kafedranın
əməkdaşları 2015-ci ildə bir sıra beynəlxalq və respublika qrant layihələrinin
hazırlanmasında iştirak etmiş və bir sıra qrant layihələrini uğurla yerinə yetirməyə
başlamışdır. Dəyəri 10000 ABŞ dolları olan qrant layihəsi İSESCO-nun maliyyə
dəstəyi ilə uğurla yerinə yetirilir. 2015-cü ildə ümumi dəyəri 655000 Avro olan
TEMPUS qrant layihəsi Avropa Birliyinin maliyyə dəstəyi ilə yerinə yetirilmiıdir.
İtaliyanın La Sapienza, Fransanın Paris-13, Yunanıstanın Patras universitetləri və
Azərbaycan Təhsil Nazirliyi, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat
Universiteti və Azərekolab şirkəti ilə birgə “Nanoekologiya” adlı postmagistr
proqramı üzrə kadr hazırlığına həsr edilmiş layihə uğurla yerinə yetirilmişdir. Bu
layihədə BDU baş kordinator olan universitetdir. Azərbaycan Respublikası
Müdafiə Sənayesi Nazirliyi ilə ümumi dəyəri 130000 manat olan 3 müqavilə
yerinə yetirilmişdir. Hal hazırda ümumi dəyəri 120000 man olan 2 yeni müqavilə
yerinə yetirilir. 2015-ci ildə ümumi dəyəri 994056,0 avro olan Avropa Birliyinin
Erasmus+ proqramı çərçivəsində "Nizami" adlı layihəsinin qalibi olmuşdur. AB-
nin dəstəyi ilə yerinə yetirilən "Nizami" layihəsi Azərbaycanda təhsilin
doktorantura pilləsini Avropa Birliyinin standartlarına uyğunlaşdırmaq məqsədini
həyata keçirməyi nəzərdə tutur. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutundan
hər birinin dəyəri 500000 rubl olan 2 innovasiya xarakterli qrant layihəsi
udulmuşdur. Kafedranın dosent əvəzi k.ü.f.d Flora Hajiyeva 2015-ci ildə
Yaponiyanın Matsumae Beynəlxalq Fondunun elan etdiyi qrant layihəsinin qalibi
oluşdur. Layihə çərçivəsində F.V.Hajiyeva 4 ay müddətində tədqiqatçı kimi
Yaponiyanın Kumamoto Universitetində elmi-tədqiqat işi yerinə yetirəcəkdir. Eyni
zamanda Flora Hajiyeva 2015-ci ildə nanotexnologiyalar istiqamətində Horizon
2020 Avropa Birliyinin Mariya Sklodovskaya Küri fonduna qrant layihəsi
hazırlayıb vermişdir.
Kafedranın əməkdaşları elmlər doktoru, fəlsəfə doktoru və dissertantların
elmi işlərinə, magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinə və
bakalavr təhsil pilləsi üzrə kurs və buraxılış işlərinə rəhbərlik edir, fakültənin və
BDU-nun ictimai işlərində fəal iştirak etmişlər. Kafedranın müdiri prof. f.e.d. M.
Ə. Ramazanov BDU-nun Elmi Şurasının üzvü, fakultədə Dövlət Yekun Attestasiya
Komissiyasının və magistr dissertasiyasının müdafiəsi üçün yaradılmış Elmi
Şuranın üzvü, fakültə elmi şurasının sədri və Fizika Problemləri ETİ-nin elmi
şurasının, BDU-da fəaliyyət fəaliyyət göstərən Dissertasiya Şurasının sədr