Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
  1   2   3   4   5   6   7   8   9   ...   37


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL 

NAZİRLİYİ  BAKI DÖVLƏT UNİVERSİTETİ

NƏZAKƏT  HÜSEYNOVA

QƏDİM  TÜRK QƏHRƏMANLIQ 

DASTANLARININ TİPOLOGİYAS!

(«Ura!  batır» əsasında)

M o n o q ra fiy a

-  i  W

 -

Bakı-2009


и

Elmi  redaktor:  Xəlilov  P.İ.  filologiya  elmləri  doktoru, 

professor



Rəyçilər: 

Paşayev  Q.  Filologiya  elmləri  doktoru,

professor.



Hacıyev  V.Ə.  Filologiya  elmləri  doktoru,

professor.



N.H.Hüseynova.  Qədim  türk  qəhrəmanlıq  dastanların  tipolo­

giyası («Ural batır» əsasında). Ali məktədlər üçün dərs vəsaiti.



Bu  monoqrafiya  1996-cı  ildə  filologiya  elmləri  namizədi  ali­

mlik  dərəcəsi  almaq  üçün  müdafiə olunan  dissertasiya  əsasında 

formalaşıb.

Əsər  qədim  türk  qəhrəmanlıq  dastanlarının  tipologiyasına  həsr 

olunub.  Tədqiqatın  əsas  obyekti  «Ural  batır»  dastanıdır.  Bu  tədqiqat 

Azərbaycan  ədəbiyyatşünaslığında  ümumtürkoloji  əhəmiyyət  kəsb 

edən  yeni  bir  istiqamətdir.

Monoqrafiyada  «Ural  batır»  dastanının  mənşəyi,  formalaşması 

və  təkamülü,  habelə  ilk  yaradılış.  «əbədi  həyat»,  xeyir  və  şərin  əzəli- 

ədəbi  mübarizəsi,  mifik  qüvvə  və  vasitələr  və  s.  süjetlər  türk  xalq­

larının  və  yeri  gəldikcə  başqa  xalqların  əfsanə  və  nağılları  ilə  tipoloji 

araşdırmaya  cəlb edilmişdir.

Tipoloji  araşdırma  «Ural  batır»,  «Bilqamış»,  «Avesta»,  «Mahab- 

harata»,  «Kitabi-Dədə  Qorqud»,  «Maaday  Qara»,  «Köqütey»,  «Şan 

kıxı».  «Alpamış»  və  s.  ədəbi-bədii  abidələrin  materialları  əsasında 

aparılmışdır.  Əsərdə  abidələrin  tipoloji  təhlili  zamanı  nəinki  ədəbi- 

bədii  məsələlər,  habelə  tarixi-etnoqrafik.  sosial-siyasi  və  fəlsəfi  nəti­

cələr  də  əldə  edilmişdir.  Bu  tədqiqat  qədim  türklərin  həyat  tərzi, 

dünyagörüşü  və  özünəməxsus  xüsusiyyətlərinin  analogiyasını  epos­

larda  üzə  çıxarmaqla  onların  eyni  genetik  kökə  dayandığını  bir  daha 

təsdiq  edir.

ISBN  5-87459-130-3

© Həzakət Hüseynova. 2009 

©Apostrof. 2009

MÜNDƏRİCAT

ÖN ÖZ

5

Türk xalqları folklorunun tədqiqi sahəsində uğurlu addım.... 9



Qədim türk xalqlarının fəlsəfi dünyagörüşünü, milli-mənəvi

dəyərlərini əks etdirən əsər................................................... 14

İlk tədqiqat.......................................................................... 17

Ümumtürk müstəvisində araşdırma...................................... 19



GİRİŞ..................................................................................20

I  FƏSİL.  "URAL BATIR"  DASTANININ MƏNŞƏYİ,

FORMALAŞMASI VƏ TƏKAMÜLÜ................................ 25

1.1.  "Ural batır" dastanının zamanı və məkanı..................... 25

1.2.  Türk  əsatir  və  dastanlarında mifik obrazlar.  Başqırd

torpağında ilk  əcdad və onun törəmələri.  Bunun mifoloji 

tipologiyasındakı oxşarlıq  və özünəməxsusluğu.  (Adəm-Həvva, 

Tarqıtay süjetləri ilə müqayisə).............................................41

1.3.  "Ural batır"  dastanında ilk başqırd ailəsinin  ibtidai

məişəti................................................................................. 48



II  FƏSİL.  "URAL BATIR"  DASTANINDA ƏBƏDİ

HƏYAT PROBLEMİ......................................................... 62

2.1.  "Ural  batır" dastanında əbədi həyat axtarışı və bu süjetin

başqa türk dastanlarında analogiyası.  İlk  başqırd ailəsinin 

ibtidai dünyagörüşü..............................................................62

2.2. Qardaşların əbədi  həyat axtarışı zamanı rastlaşdıqları

maneələrdə sınaqlar............................................................. 87



III  FƏSİL. XEYİR VƏ ŞƏR ZİDDİYYƏTİ.....................100

3.1.  İki qardaşın timsalında xeyir və şər qüvvələrin

təzahürü..............................................................................100

3.2.  Yeraltı dünyanın şər, göylərin xeyirxah qüvvələri arasında

əzəli-əbədi mübarizənin dastan və əsatirlərdə əksi............... 109

3.3. Dastanda mifik qüvvə və vasitələr, (at, quş, sehrli çubuq,

sehrli qılınc, daş).................................................................124



IV  FƏSİL.  "URAL BATIR"  DASTANININ POETİKASI

(Şeir quruluşu və hiperbola özünəməxsusluğu)....................134

NƏTİCƏ............................................................................ 141

ƏDƏBİYYAT.....................................................................114

РЕЗЮМЕ.......................................................................... 153

SUMMARY....................................................................... 154

ÖN SÖZ

«Qədim  türk  qəhrəmanıq  dastanları  tipologiyası»  əsəri 



yalnız  Azərbaycan  ədəbiyyatşünaslığında  deyil,  türko­

logiyada  ilk  elmi-tədqiqatdır və  məhz  ilkinliyinə görə  həll 

etdiyi  bütün  problemləri  türk dastanları  tipologiyası  baxı­

mından elmi yenilikdir.

«Ural  batır»  eradan  əvvəlki  Başqırd  dastanı  kimi 

mərkəzdə  olmaq  şərtilə  onun  orbitində  «Köqüdey»,  «Şan 

qızı»,  «Maaday  Qara»,  «Mähabharata»,  «Avesta»  mifo­

logiyası,  «Bilqamıs» və  bir sıra orta əsr dastanları («Kita- 

di-Dədə  Qorqud»,  «Öğuznamələr»,  «Alpamış»  və  s.) 

mətnlərini  müəllif  bütövlükdə  tədqiq  edib,  öyrənmişdir. 

Təkcə  bu tədqiqat  bizə deməyə haqq verir ki,  N.H.Hüsey­

nova  Qədim  və Orta əsr  türk  dastanlarının  orijinaldan və 

rusçaya  tərcüməsindən  mətinlərini  qavramış,  səriştəli  bir 

mütəxəssis  kimi  sözünü  demişdir.  Eləcə  də  kökləri  çox 

dərindən  türk  xalqları  dastanlarına  bağlı  olan  yuxarıda 

adı  çəkilmiş  bir  sıra  dastanların  mətnini  də  dərindən 

öyrəndiyini  nəzərə almalıyıq.

Mən,  şəxsən  bunu  xüsusi  vurğu  ilə  yazıram  ki,  müəllif 

elmi-tənqidi  və  mətnşünaslıq  materiallarını  əsərin  möv­

zusunun  tələbi  çərçivəsində  öyrənmiş,  ona  xülasə  vermiş 

və lazım olan yerdə əsaslanmışdır.

«Tipologiya»  yunanca  «tupos»  və  «loqos»  söz  birləş­

məsindən  olub  «şeylərin  və  ya  hadisələrin  hər  hansı 

ümumi  xüsusiyyətlərinə  görə  təsnifı»  mənasında  işlənir 

(«Azərbaycan  dilinin  izahlı  lüğəti»,  IV  cilddə.  III  cild, 

Bakı,  Elm,  1987,  səh.187)  «Tipologiya» sözündən  «tipo- 

loji»  sifəti  törəyir.  Bu  da  «şeylərin,  hadisələrin»  əlamətlə­

rini  müəyyənləşdirməyə  əsaslanan  tədqiq  və  təhlil  üsulu 

mənasında işlənir.

N.H.Hüseynova  bu iki  məna çalarına uyğun  bir ağır və 

çətin  tədqiqat  aparmışdır.  O,  başqırdca  və ruscaya çevril­

miş mətnin  «Başkort xalık aposı»  və  «Башкирский  народ­

ный  эпос»  əsərinin  Moskva  nəşrini  (1977)  bu  seriyadan

5



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə