lığı ilə qazanırdısa, yəni bir qayda olaraq bu dastanda qəh
rəman öz şücaəti, qorxmazlığı sayəsində ad alırdısa və eyni
zamanda seçilən ad həmin qəhrəmanlığın, şücaətin simvol-
laşmış mənasını əks etdirirsə1, «Ural batır» dastanında da
qəhrəman qoyulan şərtləri yerinə yetirdikdə batırlığa layiq
yemək şərəfinə nail ola bilərdi. Məhz Şulgen həmin qada
ğanı vaxtından tez pozduğuna görə şər qüvvələrin Vasitəçi
sinə çevrilərək batırlığa yüksələ bilmir. Aydın bir həqiqətdir
ki, batır adını da ancaq müqəddəs amallı insanlar və bu
amal uğrunda mübarizə apararaq qalib çıxan şəxslər qazana
bilərdi ki, bu da Urala nəsib olur. (Bu barədə bax: «Xeyir və
şər konflikti» bəhsinə). Batırlıq qazanmayınca qidalanma
normativinə görə onlar atanın nəzərində istifadə etdiyi hey
vanlarla bir səviyyədə dururlar. Dastandan aydın olduğu ki
mi, baş və ürəyini götürən ata qalan hissələrini uşaqlarına,
ov zamanı istifadə etdiyi heyvanlara və minik vasitəsi olan
şirə verir. Burada yeməyin rəmzi məna daşıdığı daha qaba
rıq nəzərə çarpır. Belə ki, atanın şərtlərini yerinə yetirdikləri
vaxt batırlara layiq yeməyə nail olaraq, heyvanlar ailəmin-
dən fərqlənə bilərlər.
Bu ailənin məişətinin təsvirində geyimin, sığınacaq
məskənlərinin (evin) olmaması qədim Şumer dastanı «Bil-
qamıs»la tipoloji müqayisədə arxaikliyi aydın nəzərə çarpır.
«Bilqamıs»ın mətninə əsasən deyə bilərik ki, orada yazı
sənəti var (səh. 8). Sənətkarlıq özünün müəyyən mərhələsinə
çatıb. Belə ki, hasar adi kərpicdən deyil, bişmiş kərpicdən
hörülür (səh. 9). Bəzək əşyaları; döymə sırğa, üzük (səh. 60),
əqiqdən, lacivərddən qablar düzəldilir. Memarlıqdan xəbər
ləri var; Bilqamıs gildən heykəlcik düzəldir (səh. 66). Dostu
Enkidu üçün layiqli, saçı lacivərddən, altı daşdan, üzü
əhəngdən, özü altundan baş daşı düzəldir (səh. 65). Uruk
kimi gözəl bir şəhər salınıb. Allahların şərəfinə məbədlər
tikilib (səh. 18). Musiqi mədəniyyəti mövcuddur: qədim şərq
1 Kitabi-Dədə Qorqud. Bakı, 1978, səh. 23. Buğanı yenən Dirsə xanın oğluna
Dədə Qorqud Buğac (xan) adı verdi.
54
aləti olan arfa və sincin adı çəkilir (səh. 15). Artıq ailələr
ibtidai formada deyil, müəyyən qaydalar əsasında evlənirlər.
Nigah aramgahı, hərəmxana mövcuddur (səh. 21,22). Yük
sək geyim mədəniyyəti öz əksini tapmışdır. Bədənə yaraşan
geyim, boyunbağı və s. bəzək əşyaları var (səh. 32). Evin
təmtəraq, cah-cəlalla bəzənməsi (səh. 47) və s. bütün bunlar
«Bilqamıs» dastanının mədəniyyətin inkişafının müəyyən
mərhələsində yarandığından xəbər verir1.
«Ural batır» dastanında dörd tərəfdən su ilə əhatələnmiş
bir adanın təsviri var. Bu dastanın məişət təsvirindəki ar
xaiklik başqa türk dastanları ilə tipoloji müqayisə zəmnində
daha çox aşkarlana bilər. Qədim türk dastanları: «Kö-
qüdey»də, «Maaday Qara»da, «Kitabi-Dədə Qorqud»da
məişət daha inkişaf etmiş səviyyədədir. Belə ki, bu das
tanlarda hər bir xalqın öz adət-ənənəsini əks etdirən məişət
təsvirləri geniş yer tutur. Həmin dastanların məişət təsvir
lərində «Ural batır»dan fərqli olaraq oddan istifadə üsulları
mövcuddur. Bu dastanlarda ovlanan heyvanlar hər bir tiirk
xalqının öz məişətinin, mətbəxinin tələbi səviyyəsində bi
şirilir. Məsələn: «Köqüdey» dastanında vurulmuş maral
ların əti yekə mis qazanlarda bişirilir, içki kimi araqdan, çe-
qendən2 istifadə edilir. «Maaday Qara» dastanında məişət
bir qədər təkmilləşməyə doğru irəliləyir. Maaday Qaranın
sürüləri, ilxıları, naxırları və s. var. 90 guşəli yurtası (ev) daş
dan tikilib. Pambıqdan 70 qatlı döşəyi, 7 qatlı yastığı, altın
dakı yataqda Ayın qızıl təsviri, qəhvəyi yorğanında Günün
təsviri var. Yemək gümüş qazanlarda bişirilir3 *
5
.
«Kitabi-Dədə Qorqud» dastanın məişətində təkmil
ləşmə bir qədər də irəli getmişdir. Otaqlar münasibətlərə
görə rənglənərdi.
1 Bilqamıs. Bakı, 1985. Buradan verilən çıxarışların səhifələri mətn daxilində
göstərilmişdir.
2 Arak-süddəıı düzəlmiş içki, реже. (Радлов В.В.Образы народной
литературы тюрских племен, т.1. 1986, сгр. 250). Çeqen-inək südündən
düzəldilmiş kumıs.
5 Маадай-Кара. Москва, 1973, сгр. 71.
55
«Oğlu olanı ağ otağa, qızı olanı qızılı otağa, oğlu-qızı
olmayanı qara otağa qondurun»1. Otaqlar, ala xalı,
ipəklə döşənmiş olur. Yemək mədəniyyəti son dərəcə
yüksəkdir. 7 illik şərab içkisindən istifadə edilir. Xalqın
qədim milli geyim növünün təsviri var2.
«Ural batır» dastanının arxaikliyini göstərən təsvirlər
dən biri də onların minik vasitəsi kimi atdan deyil, şirdən
istifadə etməsidir.
M enər enə-ar islandır, (s. ,56)
«Ural batır» dastanından fərqli olaraq, bütün türk das
tanlarında («Köqüdey» istisna olmaqla) bir qayda olaraq
minik vasitəsi kimi atdan istifadə edilir. Lakin bu das
tanda at hələ insanlara məxsus deyil. O, kosmoqonik
qüvvələrə məxsusdur. İnsan o vaxt həmin ata sahib ola
bilər ki, xeyir əməl sahibi olsun, xeyirə xidmət etsin. Das
tanın finalında Günəşlə Samrau quşunun övladı Humaya
məxsus Ağboz at yerə enəməklə, öz ilxısını yaradaraq in
sanlara xidmət eləməyə başlayır.
Köqüdeyin göy öküz minməsi də bir o qədər maraq
doğurmur. Belə ki, qoşqu vasitəsi kimi istifadə edilən bir
heyvanın minik vasitəsi kimi nəzərdə tutulması heç də
təəccüblü deyil. Lakin «Ural batır» dastanında qəhrəma
nın şir minməsi, heç bir silah növü tammaması arxaikliyi
təsdiq etmə baxımından maraqlı hal sayıla bilər. Onların
məişət tərzi ilk insanların (ilk əcdadların) yaşam tərzinə
uyğun gəlir. Bu hal Yənbirdə və Yənbikənin ov etmə səh
nəsində daha qabarıq nəzərə çarpır. Həmin ailə hələ heç
bir silah növü tanımır. Ov zamanı ox, yay götürmürlər3.
Kitabi-Dədə Qorqud. Bakı, 1978. səh. 19.
2 Yenə orada, səh. 31.
3 Lakin Ural əbədi həyat suyu axtarışı zamanı Humaya sahib olmaq üçün
ram etdiyi Ağboz atın tərkində bir almaz qılınca da sahib olur ki, bu da şər
qüvvələrə qarşı mübarizədə heç da az əhəmiyyət kəsb etmir. (Bu barədə geniş
məlumat «Dastanda mifik qiivvə və vasitələr» bölməsində veriləcək).
56
Əgər balıq ovlamaq istəyirlərsə, durna balığından, quş
tutmaq istəyirlərsə şahindən istifadə edirlər.
Balığına—sur tandır,
Koşka səy qən şonkarzı. (s.,56)
«Ural batır» dastanından fərqli olaraq «Maaday
Qara»da, «Kitabi-Dədə Qorqud»da, «Köqüdey»də hərb
sənəti ilə qarşılaşırıq. Bu dastanlarda qədim hərb sənəti
nin təsviri geniş əks olunmuşdur.
Şumer dastanı «Bilqamıs»da qədim hərb sənətinin ən
əsas elementi olan «cəng arabasının» adı çəkilir. İştar Bil-
qamısa alqış edərək:
Cəng arabanda atlar yürüşdə dönməz olsun! - deyir.1
Müxtəlif silah növlərindən söz açılır:
O, əmudu götürdü, oxdanı da doldurdu.
Anşan yayını alıb, kürəyinə apardı.
Xəncərləri kəmərə keçirdilər igidlər.2
Eyni zamanda həmin silahların düzəlmə texnologiya
sının əzəmətli təsviri onların hərb sənətində artıq ixtisas
laşdıqlarına əyani sübutdur.
Ustalar yığışdılar, məşvərət elədilər.
Nəhəng əmudlar töküb, üç talantlıq baltalar,
Xəncərlər düzəltdilər.
İki talantlıq bıçaq töküb hazırladılar.
Tiyələrin hər ağzı otuz minalıq idi,
Xəncərlərin dəstəsi otuz minalıq idi3.
1 Bilqamıs. Bakı, 1985, səh. 47.
2 Yenə orada, səh. 27.
3 Bilqamıs. Bakı, 1985, səh. 30.
57