Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi



Yüklə 272,84 Kb.
səhifə1/3
tarix11.07.2018
ölçüsü272,84 Kb.
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya fakültəsi

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

FƏLSƏFƏ TARİXİ

kursu üzrə

P R O Q R A M

(fəlsəfə tarixi ixtisası üzrə doktoranturaya qəbul imtahanları üçün)

İxtisas şifri 7210.01– fəlsəfə tarixi

BAKI – 2016

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

FƏLSƏFƏ TARİXİ

kursu üzrə

P R O Q R A M

(fəlsəfə tarixi ixtisası üzrə doktoranturaya qəbul imtahanları üçün)

İxtisas şifri 7210.01– fəlsəfə tarixi

BAKI – 2016

Tərtib edən: Fəlsəfə tarixi və mədəniyyətşünaslıq

kafedrasının dosenti Q.C.Mürşüdlü
Elmi redaktor: Fəlsəfə üzrə elmlər doktoru,

prof. R.N.Aslanova
Rəyçilər: Fəlsəfə üzrə elmlər doktoru,

prof. F.Q.İsmayılov
Fəlsəfə üzrə elmlər doktoru, prof. S.Y.Hüseynov

İ Z A H A T V Ə R Ə Q İ

Fəlsəfi fikrin yaranması, formalaşması və inkişafı tarixi olan fəlsəfə tarixi öz quruluşuna görə fəlsəfi biliyin mürəkkəb sahəsidir. Fəlsəfə tarixi fundamental fəlsəfi təhsilin əsasıdır. Fəlsəfə tarixinin predmeti də fəlsəfənin özüdür. Bu mənada fəlsəfi və tarixi-fəlsəfi bilik məzmunca vəhdətdədir. Bununla yanaşı fəlsəfə tarixinin özünəməxsus spesifik xüsusiyyətləri də vardır.

Fəlsəfə tarixi fəlsəfə ixtisasının bakalavr və magistratura pillələrində tədris olunan mühüm tədris fənlərindəndir. Fəlsəfə tarixi ixtisası üzrə (İxtisas şifri- 7210.01) doktoranturaya qəbul imtahanları üçün nəzərdə tutulmuş bu proqram da məhz bakalavr və magistratura pillələrində fəlsəfə tarixi üzrə tədris olunan kursların proqramları əsasında tərtib olunmuşdur. Proqram iddiaçıları imtahana hazırlıq zamanı istiqamətləndirmək, onların öyrənməli olduqları mövzular və bacarıqlar haqqında məlumat vermək məqsədi ilə yazılmışdır.

Fəlsəfə tarixi ixtisası üzrə (İxtisas şifri-7210.01) doktoranturaya qəbul imtahanı verən iddiaçı:


  • Şərq, Qərb və Azərbaycan fəlsəfəsi tarixinə, həmçinin fəlsəfənin müasir inkişaf istiqamət və nailiyyətlərinə dair əsaslı biliklərə yiyələnməli;

  • fəlsəfi təlimlərin tarixi özünəməxsusluğu və onlar arasında qarşılıqlı əlaqə haqqında tam təsəvvürə malik olmalı;

  • fəlsəfi anlayışların spesifik xüsusiyyətlərini müəyyən edə bilməli;

  • fəlsəfi fikir tarixinin əsas mərhələləri və fəlsəfi təlimlərin tarixi-mədəni konteksti haqqında tam biliyə malik olmalı;

  • fəlsəfə tarixi üzrə ilk mənbələrlə işləmək vərdişinə sahib olmalı;

  • xarici ölkələr fəlsəfəsinin çağdaş konsepsiyaları ilə tanış olmalı;

  • əldə olunan bilikləri professional və gündəlik fəaliyyətdə istifadə etməyi bacarmalı;

  • qədim fəlsəfi mətnlərin məna tutumunu çağdaş terminologiyada ifadə edə bilməli;


I. FƏLSƏFƏ TARİXİNİN PREDMETİ, PROBLEMATİKASI VƏ DÖVRLƏŞDİRİLMƏSİ

Fəlsəfə tarixinin elm kimi formalaşması, onun predmeti və elmi və fəlsəfi biliklər sistemində yeri. Fəlsəfə tarixində fəlsəfə və fəlsəfə tarixinin predmeti haqqında mülahizələr. Fəlsəfə tarixinin nəzəriyyəsi, metodologiyası və metodları. Fəlsəfə tarixinin problemləri.

Fəlsəfə tarixində Şərq-Qərb münasibəti, “avropamərkəzçilik” və “asiyamərkəzçilik” ideyasının tənqidi. Filosofların Şərq-Qərb dialoqu. “Məntiqi düşünən Qərb” və “intuitivist” Şərq iddiasına tənqidi münasibət. Şərq və Qərb fəlsəfələrinin “sintezi” ideyasından “bir-birini başa düşmə” ideyasına. Fəlsəfi-tarixi prosesin vəhdətinin fəlsəfi mədəniyyətlərin plüralizmi kontekstində dərk olunması problemi.

Tarixi-fəlsəfi idrak strukturunda komparativistikanın yeri və rolu. Şərq və Qərb fəlsəfəsinin bir-birinə qarşılıqlı təsiri. Varislik tarixi-fəlsəfi biliyin inkişafının qanunauyğunluğu kimi.

Fəlsəfə tarixinin dövrləşdirilməsinə müxtəlif yanaşmalar. Fəlsəfənin tarixi inkişaf mərhələləri. Azərbaycan fəlsəfəsi tarixinin dövrləşdirilməsi məsələləri.

H.Ə.Əliyev dünya fəlsəfəsinin, o cümlədən Şərq və Azərbaycan fəlsəfi, ictimai-siyasi və dini fikir tarixinin öyrənilməsinin zəruriliyi və əhəmiyyəti haqqında.



Ədəbiyyat
H.Ə.Əliyev. 1993-cü il sentyabrın 21 və 22-də ziyalılarla və gənclərin nümayəndələri ilə görüşü. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Bakı, 1997.

H.Ə.Əliyev. Ölkə gənclərinin birinci respublika forumunda nitq. Müstəqilliyimiz əbədidir. İkinci kitab. Bakı, 1998.

Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika). Bakı, 2006.

Xəlilov S.S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. Bakı, 2004.

Zeynalov M.B. Xarici ölkələrin fəlsəfə tarixi. Dərslik. Bakı, 2008.

Алиева Ч.Э. Компаративистское наследие: европейская компаративистская философия XIX века

antropology.ru/ru/texts/alieva/modern_02.html

Гегель Г.В.Ф. Лекции по истории философии. Кн.1.- СПб., 1993. С.63-350.

Колесников А.С. Философская компаративистика: Восток-Запад. Учеб. пособие. СПб., 2004.

Кулизаде З. Концептуальные проблемы исследования социокультурного развития (конец ХХ-начало ХХI вв.). Ч. II. Баку, 2009.

Макаров М.Г. Основные особенности философских традиций как отражение специфики культур // Философия и академическая наука. СПб., 2000.


II. QƏDİM DÖVR FƏLSƏFƏSİ

1. ŞƏRQ XALQLARININ FƏLSƏFƏSİ

Şərq fəlsəfəsi, onun səciyyəvi xüsusiyyətləri. Antik mənbələr elmin və fəlsəfənin Şərq müdrikliyindən bəhrələnməsi haqqında. Qərb filosofları Şərq fəlsəfəsi haqqında. Şərq fəlsəfəsində ənənəvilik və sinkretizm: fəlsəfənin, dinin və mifologiyanın vəhdəti.

Misirdə və Babilistanda fəlsəfi fikirlərin yaranması. Fəlsəfi fikrin meydana gəlməsi və inkişafının iki istiqaməti - Teoqoniya və Kosmoqoniya. Allahların meydana gəlməsi və dünyanın mənşəyi haqqında əfsanələr və rəvayətlər. Kortəbii naturialist baxışların meydana gəlməsi. Misir və Babilistan ədəbi abidələri "Arfaçalanın nəğməsi", "Ağanın qul ilə söhbəti" və s. Şərqin fəlsəfi fikir tarixində Misir və Babilistan müdriklərinin yeri və rolu.

Qədim Hindistanda fəlsəfi fikrin meydana gəlməsi. Veda ədəbiyyatı - Upanişadların fəlsəfi məzmunu. Upanişadlarda Brahman canlı mifoloji Allah və mücərrəd fəlsəfi başlanğıc kimi. Atman anlayışının şərhi. Brahman–atman–insanın eyniliyi konsepsiyası. Sansara, karma qanunu, mokşa, dharma təliminin şərhi. Upanişadlarda idrak problemi. İdrakın dörd səviyyəsinin təhlili.

Qədim hind fəlsəfi məktəblərinin və sutraların formalaşması dövrü – təxminən e.ə. VI – IV əsrlər. Sutralar - fəlsəfi dünyagörüşün mahiyyətini əks etdirən kəlamlar məcmusu kimi.

Ortodoksal və qeyri-ortodoksal fəlsəfi məktəblər. Ortodoksal məktəblər:

Vedanta məktəbi. Badarayananın “Vedanta-sutra” əsəri. Mütləq Brahman nəzəriyyəsi. Bu təlimə görə Brahmanın dərki və azadolmanın yolları.

Mimansa təlimi. Caymininin “Mimansa-sutra” əsəri. Bu təlimdə Vedalara qayıdış və azadolmanın yolları. Idrak nəzəriyyəsi.

Sankhya məktəbi. Sankhya fəlsəfəsinin dualist xarakteri. Kapilanın materialist təlimi. Teist sankhya. Sankhyanın qnoseologiyası.

Yoqa dini-fəlsəfi təlimi. Pətəncəlinin "Yoqa-sutra" əsəri. Fərdi ruhla mütləq ruhun, allahın qovuşması nəzəriyyəsi. Ruhun azad olmasında fiziki və psixoloji təmrinlərin rolu. Yoqanın daha çox yayılmış formaları.

Nyaya məktəbi. Qautama Akşapadanın “Nyaya–sutra” əsəri. Nyaya idrak və məntiqi nəticə haqqında fəlsəfi sistemdir.

Vayşeşika fəlsəfi məktəbi. Kanadanın atomizm nəzəriyyəsi. Onun “Vayşeşika-sutra” əsəri. Kanadanın və Demokritin atomist təlimləri arasında fərq. Vayşeşiklər substansiya haqqında. Vayşeşikanın idrak təlimi.

Qeyri-ortodoksal məktəblər. Çaynizm. Vardhamana Mahavira caynizmin son rəhbəri kimi. Qədim caynist mətnləri – “Açaranqa-sutra” (e.ə. IY-Y əsrlər) və “Tattvarthadhiqamma-sutra” (təxm. b.e. II əsri). Caynizmdə substansiya konsepsiyası. Karma haqqında təlim. Caynizmdə idrakın təbiəti və növləri. Caynistlərin etik təlimi.

Buddizm. Əsas buddist ədəbiyyatı:“Tripitaka”. Siddihartha Qautamanın etik təlimi. Dörd nəcib həqiqət və əzablardan xilas olmaq – nirvanaya qovuşmaq haqqında təlim. Buddizm fəlsəfəsində aləm və insan problemi, dharmalar haqqında təlim. Şüurun fasiləsiz axını konsepsiyası – yenidən doğulmaların izahı. Buddanın təlimində karma qanununun fərqli şərhi – karma ümumi səbəbiyyət qanununun təzahürü kimi.

Brihaspatinin çarvaka-lokayata təlimi. Dörd maddi element - mahabhuta haqqında təlim. Lokayatlar tərəfindən axirət dünyasının, fövqəltəbii, ilahi qüvvələrin mövcudluğunun inkarı.

Çində fəlsəfi fikrin meydana gəlməsi və inkişafı. Çunsyu və Çjanqo (e.ə. VIII – III əsrlər) dövründə Çin cəmiyyətində dəyişikliklərin fəlsəfənin inkişafına təsiri. İlk fəlsəfi ideyalar və məktəblər. Sıma Syanın “Tarixi qeydlər kitabı” və altı məktəb haqqında məlumatı.

Konfusiçilik etik-fəlsəfi təlimi. “Lun yuy” əsərinin məzmunu. Konfusinin etik təlimində “jen” konsepsiyası. Səma iradəsinin ilahiləşdirilməsi. Konfusinin insan haqqında təlimi. Konfusi cəmiyyət haqqında. Konfusi dövlət və dövlətçilik haqqında. Konfusi məktəbinin davamçıları.

Lao-szı və onun daosizm təlimi. Dao dünyanın mənbəyi və ümumdünya qanunudur. Lao-szının “Dao de szin” kitabında iki dao haqqında təlim. Lao-szı fəlsəfəsində dialektika məsələləri. Lao-szının idrak təlimi. Daosların etik təlimi və sosial idealı. Daosizm fəlsəfəsinin davamçıları.

Moizm fəlsəfi məktəbi. Mo Dinin “ümumi məhəbbət” ideyası. Moistlərin idrak nəzəriyyəsi. Məntiqə dair fikirləri. Moizmdə primitiv dialektika ünsürləri. Moistlər tərəfindən konfusiçiliyin tənqidi.

Legizm (qanunçular) məktəbi. Erkən legizmdə üç istiqamət: Li Kuy, Şen Buxay, Şan Yanın təlimləri. Erkən legistlərin nəzəri baxışlarının Xan Fey tərəfindən inkişaf etdirilməsi. Xan Feyin fəlsəfəsində “dao” anlayışı.

Naturfəlsəfə, yaxud “in” və “yan” təlimi tərəfdarlarının məktəbi. “İn” və “yan” anlayışı haqqında. Szou Yanın “beş elementin daimi dəyişməsi” nəzəriyyəsi. İn və yan qüvvələrinin bütün mövcudatın əsasını təşkil etməsi ideyası.

Nominalistlər məktəbi. Nominalizmdə iki istiqamət. Xuey Şinin “eyniliyn və fərqin birləşməsi” haqqında təlimi. Qunsun Lunun “mahiyyət və hadisələrin bölünməsi” təlimi.

Xan sülaləsi dövründə (e.ə. II - b.e. II əsrləri) fəlsəfi fikrin səciyyəvi xüsusiyyətləri. Dun Çjunşunun konfusiçiliyin inkişafında rolu. Van Çunun Kainatın yaranması haqqında materialist təlimi. Dao – gerçəkliyin inkişaf qanunauyğunluğudur.
Ədəbiyyat

Bilqamış dastanı. Bakı, 1985.

Bhaqavat-qita – olduğu kimi. 1991.

Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı, 2005.

Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. Bakı, 2004.

Şükürov A. Mifologiya. I-YI kitablar. Bakı, 1995-1996.

Şükürov A. Şərq fəlsəfəsi və filosofları. Bakı, 2005.

Zeynalov M. Fəlsəfə tarixi. Bakı, 2000.

Zeynalov M. Xarici ölkələrin fəlsəfə tarixi. Bakı, 2008.

Великие мыслители Востока. М., 1999.

Древнекитайская философия. В 2-х т. М., 1994.

Древнекитайская философия. Эпоха Хань. М., 1990.

Джей Стивенсон. Восточная философия. М., 2005.

История философии в кратком изложении. М., 1991.

История китайской философии. М., 1989.

Конфуций. Лунь юй. Изречения. М., 2007.

Лао-Цзы. Дао де-цзин. Алматы, 2004.

Мифология древнего мира. Сборник очерков (пер. с английского: древнеегипет, шумер, аккад…). СП., 2005.

Радхакришнан С. Индийская философия. т. I-II. М., 1993.

Томпсон М. Восточная философия. М., 2002.

Упанишады. М., 1967.

Чанышев А.Н. История философии древнего мира. Учебник. М., 2005.

Чаттерджи С., Датта Д. Индийская философия. М., 1994.

Чаттопадхьяя Д. История индийской философии. М., 1966.

Ясперс К. Всемирная история философии. СП., 2000.
2. YUNAN-ROMA FƏLSƏFƏSİ
Şərq və Qərb mədəniyyətlərində fəlsəfənin genezisində oxşarlıqlar və paralellər. Fəlsəfənin təşəkkülünün ilkin şərtlərinin ümumiliyi. Yunan fəlsəfəsinin meydana gəlməsi, onun dini-mifoloji təsəvvürlər və Şərqin elmi-fəlsəfi bilikləri ilə varislik əlaqəsi. D.Layertli yunan fəlsəfəsinin mənşəyi haqqında.

Yunan fəlsəfəsinin inkişafının sokrataqədərki mərhələsi. Milet məktəbi, Heraklitin naturalizmi, kortəbii dialektikası. Eley məktəbinin xüsusiyyətləri. Pifaqor və pifaqorçuların idealizmi. Empedokl və Anaksaqorun təlimi. Levkipp və Demokritin atomist konsepsiyaları.

Klassik mərhələ: Sofistlər. Sokratın insan fəlsəfəsi. Platon yaradıcılığının əsas mərhələləri. Onun kosmoloji baxışları, ideyalar haqqında təlimi, dialektikası və idrak nəzəriyyəsi. Aristotelin ensiklopedik fəlsəfi sistemi. Materiya və forma, dörd səbəb haqqında təlimləri. Aristotelin məntiqi, dialektikası, idrak nəzəriyyəsi, kosmoloji baxışları, cəmiyyət haqqında təlimi və əxlaqi görüşləri.

Ellinizm və Roma dövrünün fəlsəfəsi. Yunanıstanın iqtisadi-siyasi və mədəni cəhətdən süqutu. Mistika və fəlsəfi sinkretizm dövrü. Akademik və peripatetik fəlsəfi məktəblərinin fəaliyyəti. Stoisizm və skeptisizm məktəbləri. Epikürün atomizmi və etik təlimi. Antik fəlsəfənin Roma dövrü. T. L. Karın atomist təlimi təbliğ və inkişaf etdirməsi; onun fəlsəfəsində təbiətin rasionalist-determinist izahı. Yeniplatonçuluq fəlsəfi məktəbi. Plotinin emanasiya nəzəriyyəsi.

Qədim dövr Şərq və Qərb fəlsəfi sistem və təlimlərinin inkişafında fərq və oxşarlıqların aşkar olunması. Müqayisənin meyarları. Şəxsi (personal) və coğrafi yanaşmalar. Qədim Şərq və Qərb fəlsəfi mədəniyyətlərində kateqoriya və anlayışların məzmun adekvatlığı problemi.

Qərb fəlsəfi-tarixi ədəbiyyatında yunan fəlsəfəsinin genezisi haqqında fərqli, zidd mülahizələr. Sokrataqədərki fəlsəfənin Şərq mənbəyi haqqında fikirlər. Yunan fəlsəfəsinin Misir mədəniyyətindən mütləq asılılığı haqqında nəzəriyyə. Hind mədəniyyətinin ali bəşəri müdrikliyin mənbəyi kimi dəyərləndirilməsi. Babilistanın dünya mədəniyyətinin beşiyi olması haqqında mülahizələr. İran-midiya dini-mifoloji və fəlsəfi təlimlərinin yunan elminə və fəlsəfəsinə təsiri məsələsi. Erkən yunan fəlsəfəsinin inkişafına Midiya maqlarının həlledici təsiri haqqında ehtimallar.

Qədim dövrdə müxtəlif mədəni ənənələrin qarşılıqlı əlaqəsi və təsiri məsələsi.

Ədəbiyyat
Aristotel. Metafizika. Bakı, 2008.

Demokratiya: Gediləsi uzun bir yol / Antologiya. İkinci nəşr. Bakı, 2002.

Gökberk M. Felsefe tarihi. İst., 1996.

Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi. Bakı, 2008.

Zeynalov M. Xarici ölkələrin fəlsəfə tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2008.

Асмус В. Античная философия. М., 2005.



Гегель Г.В.Ф. Лекции по истории философии. Кн.1. СПб., 1993.

История философии. Запад-Россия-Восток, кн.1. Философия древности и средневековья. М., 1995.

История философии в кратком изложении. М., 1991.

Лаэртский Д. О жизни, учениях и изречениях знаменитых философов. М., 1986.

Лосев А.Ф. Комментарии к диалогам Платона. М., 1990.

Понятие парадигмы в космогонических текстах Ведической традиции и философии Платона http:www.paradaigma.ru/clause/pavlov/1html

Фрагменты ранних греческих философов, в 2-х томах. М., 1989.

Хрестоматия по истории философии, ч.1. М., 1997.

Чанышев А.Н. История философии древнего мира. М., 2005.

Шахнович М.М. Происхождение греческой философии и восточная традиция: проблема влияний



http://antropology.ru/ru/texts/shakhn/symp2-55html

Шейнман-Топштейн С.Я. Платон и ведийская философия. М., 1978.

Шохин В.К. Ф.И.Щербатской и его компаративистская философия. М., 1998.


III. ORTA ƏSRLƏR FƏLSƏFƏSİ: BAŞLICA MEYLLƏR VƏ CƏRƏYANLAR

1. ŞƏRQ ÖLKƏLƏRİNDƏ FƏLSƏFİ FİKİR

Hindistan. Qədim fəlsəfi ənənələrin davam etdirilməsi. Mimansa və lokayata fəlsəfi sistemlərinin inkişafı. Buddizmin mühüm fəlsəfi məktəbləri. Caynizm fəlsəfəsində qnoseologiya məsələləri. Haribhadranın “Altı fəlsəfənin toplusu” traktatı. Nyaya təlimində qnoseologiya və məntiq məsələləri. Vedanta fəlsəfi sistemində üç əsas istiqamət. Advayta-vedanta təliminin ilk sistematik şərhçisi Qaudapada və onun “Mandukya-karika” əsəri. Advayta-vedanta təlimində Şankara xətti. Şankaranın “saf monizminin” Ramanuca tərəfindən məhdudlaşdırılması. Ramanucanın vişişta-advayta-vedanta təlimi. Madhvanın dvayta-vedanta, Nimbarkanın dvayta, Vallabhanın şuddha-advayta təlimləri.

XV-XVI əsrlərdə fəlsəfi fikrin zəifləməsi, dini-idealist dünyagörüşün güclənməsi. Feodalizmə qarşı bhakti bidətçilik hərəkatı.

Çin. III-X əsrlərdə Çində fəlsəfi fikrin inkişafı. Daosizm və buddizmin təsirinin artması. Daosizmdə materialist və idealist istiqamətlər. Buddizmin rəsmi təlimə çevrilməsi. Bodhidharmanın Çan təlimi. Xuey Nen tərəfindən Çan təliminin təkmilləşdirilməsi. Konfusiçilik təliminin inkişaf etdirilməsi. Xan Yuy tərəfindən buddizmin və daosizmin tənqidi. Çen Xao və Çen İ qardaşlarının obyektiv idealist fəlsəfəsi. Yeni konfusiçiliyin Çju Si tərəfindən inkişaf etdirilməsi. Çju Si “Ali prinsip” və “Böyük hədd” kareqoriyaları haqqında. Çjan Szayın maddi hissəciklər haqqında təlimi. Lu Szyuyuanın və Van Şoujenin subyektiv idealizmi. Van Fuçjinin (1619-1692) materializmi, “gerçəklik” kateqoriyası. “Vahidin ikiyə bölünməsi” tezisində dialektik fikirlər. Van Fuçjinin idrak təlimi.

Yaponiya. Yapon fəlsəfəsində əsas istiqamətlər. Yapon fəlsəfi fikrinin formalaşmasına çin və hind fəlsəfəsinin təsiri. Dzen-buddizmin müstəqil təlimə çevrilməsi. Dzyodo və Dzyodo-sin buddizm məktəbləri. Tokuqava mərhələsində neokonfusiçiliyin rəsmi ideologiyaya çevrilməsi. Fudzivara Seyka və Xayasi Radzanın obyektiv idealizmi. Nakae Todzyunun subyektiv idealizmi. Yapon fəlsəfəsində materialist istiqamət. Buddizm və neokonfusiçiliyin tənqidi. İto Dzinsay, Kaybara Ekkenin materializmi. Muro Kyusonun subyektiv idealizm və mistika əleyhinə mübarizəsi.

İslam Şərqində fəlsəfənin formalaşması. Islam dininin yayıldığı ərəfədə Yaxın və Orta Şərqdə ideoloji mühit. Bütpərəstlik. Zərdüştiliklə bağlı təlimlər: manilik, məzdəkilik. Xristian təriqətləri: nestorçuluq, yəqubilik. Qədim yunan elmi və fəlsəfəsinin öyrənilməsi və yayılması. Elmi-fəlsəfi məktəblər. “Hikmət evi” məktəbinin fəaliyyəti. Ərəbdilli fəlsəfənin formalaşması, onun səciyyəvi xüsusiyyətləri. Ərəbdilli fəlsəfə ilə orta əsrlər Qərbi Avropa fəlsəfəsinin müqayisəsi. Müsəlman Şərqində fəlsəfi fikrin inkişafının əsas istiqamətləri. İslam fəlsəfəsi, yaxud əl-kəlam. Kəlamla fəlsəfə arasında fərq. Kəlamın ideya mənbələri: sifatilik, cəbərilik, qədərilik. Islam fəlsəfəsinin iki forması: mötəzililik və əşərilik. Mötəzilik məktəbinin formalaşması və əsas nümayəndələri. Mötəziliyin əsas prinsipləri, ontoloji-qnoseoloji və etik-siyasi təlimi. Əşəriliyin formalaşması. Ə.Əşərinin maddi aləmin atomist strukturu haqqında təlimi. Islam fəlsəfəsinin Əl-Qəzali tərəfindən inkişaf etdirilməsi.

Sufilik fəlsəfəsi. Sufilikdə zühd (asketizm) və fəqirlik. Ilk sufi mütəfəkkirləri. Sufizmdə özünü kamilləşdirmə yolunda mərhələlər, hallar və məqamlar. Təsəvvüfdə mötədil və ifrat istiqamətlər və onların nümayəndələri. Sufi ordenləri: sührəvərdilik, qadirilik, kübravilik, yəsəvilik, mövləvilik, məlamilik, şazilik, nəqşbəndilik və s. Sufiliyin ədəbiyyat və incəsənətə təsiri, sufi poeziyasının inkişafı.

Şərq peripatetizminin əsas xüsusiyyətləri. Ilk ərəb peripatetiki Yaqub Kindi fəlsəfəsində varlığın deist izahı. Əbu Reyhan Biruninin peripatetik fəlsəfənin inkişafında rolu. Biruni təbiət və onun qanunları haqqında. Əbunəsr Fərabinin fəlsəfi yaradıcılığında iki istiqamət: orijinal əsərlər və şərhlər. Onun emanasiya nəzəriyyəsini ilk dəfə işləyib hazırlaması. Peripatetik fəlsəfənin inkişafında İbn Sinanın rolu. Varlıq və təbiət haqqında təlimi. İbn Baccə, İbn Tüfeyl və İbn Rüşdün Müsəlman Qərbində peripatetik fəlsəfənin yayılması və inkişafında rolu. İbn Rüşdün varlıq haqqında təlimi. “İkili həqiqət” nəzəriyyəsi.

“Saflıq qardaşları və vəfa munisləri” cəmiyyətinin fəlsəfi sistemi. “Saflıq qardaşları” cəmiyyətinin təbii-elmi və fəlsəfi biliklərin yayılmasında rolu. Dini fəlsəfə ilə birləşdirmək ideyaları.

Ibn Xəldunun ictimai dəyişikliklər nəzəriyyəsi və fəlsəfi görüşləri.

İşraqilik fəlsəfəsi. Şihabəddin Yəhya Sührəvərdinin işraq fəlsəfəsi. Mövcudatın mütləq işıqdan- İşıqlar işığından emanasiya yolu ilə vücuda gəlməsi təlimi.

F.Nəiminin panteist təlim olan hürufiliyi təbliğ etməsi. Hürufiliyin sufilik və ismaililik təlimlərindən bəhrələnməsi. Hürufiliyin İ.Nəsimi tərəfindən inkişaf etdirilməsi.


2. QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ FƏLSƏFİ FİKİR
Orta əsrlərdə Qərbi Avropa ölkələrində fəlsəfənin formalaşması və əsas səciyyəvi xüsusiyyətləri. Xristianlıq fəlsəfəsinin yaranması. Aleksandriyalı Kliment və onun tərəfindən idealist antik fəlsəfənin xristianlığa xidmət etdirilməsi cəhdi. Origen və xristianlığın yeni platonçuluq və stoisizm ruhunda anlaşılması. Patristika. Avreliy Avqustin qərb patristikasının ən böyük nümayəndəsi kimi. Avqustinin fəlsəfi-tarixi konsepsiyası. Orta əsrlər fəlsəfəsinin inkişafına Avqustinin təsiri.

Sxolastika fəlsəfəsi və onun əsas inkişaf mərhələləri. Sxolastikanın ümumi səciyyəsi. Sxolastikanın əsas problemləri: allah və dünya münasibəti, bilik və inam, universaliya problemi. Erkən sxolastika. Iohann Skot Eriugena və onun “Təbiətin bölünməsi haqqında” əsəri.

Kenterberili Anselmin ifrat rasionalizmi və allahın mövcudluğunun ontoloji sübutu. Nominalizmin yaranması. Pyer Abelyarın mötədil nominalizmi və ifrat realizmə qarşı çıxması.

Sxolastikanın tərəqqi dövrü. XII-XIII əsrlərdə fəlsəfənin inkişafı. Yaxın Şərq ölkələri ilə mədəni əlaqələrin genişlənməsi. Ərəbdilli mədəniyyətin nailiyyətlərinin Qərbi Avropada nüfuzu. Brabantlı Siger və latın averroizmi. Albert fon Bolştedt və onun katolik aristotelizmi. Albertin təbii-elmi ideyaları. Tomas Akvinalının fəlsəfi təlimi.

Son dövr sxolastikası. İohann Duns Skot və Uilyam Okkamın fəlsəfəsi. XIV əsr nominalizmində subyektiv-idealist ənənələrin yaranması və nominalizmin gələcək tarixində onların təzahürü.

İntibah humanizminin formalaşması və onun əsas istiqamətləri. Italiya intibahın beşiyi kimi. Italiyada humanizm. Humanizm dünyagörüşünün yaranmasında Dante Aligyerinin, F.Petrarkanın və Lorenso Vallanın rolu. Intibah dövrünün platonizmi və aristotelizmi. Reformasiya. Florensiyada Platon Akademiyasının fəaliyyətində platonizm və yeniplatonçuluq. Marsilio Fiçino və Piko della Mirandolanın fəlsəfi ideyalarının dini azadfikirliliyin inkişafında rolu.

Antisxolastik aristotelizm. Pyetro Pomponassinin təlimi.

Intibah dövrünün naturfəlsəfəsi və yeni təbiətşünaslıq. Leonardo da Vinçi. Nikolay Kopernikin heliosentrik nəzəriyyəsi. Qalileo Qalileyin astronomik kəşfləri. Təbiət fəlsəfəsi. Nikolay Kuzanskinin mistik və naturalist panteizmi. Bernardino Telezionun antik təbiət fəlsəfəsi görüşlərindən asılılığı. Cordano Brunonun sxolastika və Roma-katolik kilsəsinə qarşı mübarizəsi. Bruno fəlsəfəsinin panteist xarakteri və onun xüsusiyyətləri.



Ədəbiyyat

  1. Şərq fəlsəfəsinə dair

Azərbaycan fəlsəfə tarixi, I c. Bakı, 2014.

Azərbaycan fəlsəfə tarixi, II c. Bakı, 2014.

Belyayev Y.A. Müsəlman təriqətləri. Bakı, 1990.

Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika). Bakı, 2006.

Məmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978.

Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 2006.

Məmmədov Z. Eynəlqüzat Miyanəci. Bakı, 1992.

Məmmədov Z. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983.

Masse. İslam. Bakı, 1991.

Şeriati Ali. Medeniyet tarihi. Ankara, 1998.

Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, 1999.

Sührəvərdi Ş.Y. Filosofların görüşləri. Bakı, 1986.

Sührəvərdi Ş.Y. İşıq heykəlləri. Bakı, 1989.

Şükürov A. Şərq fəlsəfəsi və filosofları. Bakı, 2005.

Lydia Brüll. Yapon fəlsəfəsi. İstanbul, 1997.

Бациева С.М. Историко-социологический трактат Ибн Хальдуна. «Мукаддима». М., 1965.

Великие мыслители Востока. М., 1999.

Диноршоев М. Натурфилософия Ибн Сины. Душанбе, 1985.

Ибн Рушд. Опровержение опровержения. М. 1977.

Ибн Сина. Избранные философские произведения. М., 1980.

Игнатенко А.А. Ибн Хальдун. М., 1980.

Из истории общественной мысли в Японии XVII-XIX вв. М., 1991.

Ислам. Энциклопедический словарь. М., 1991.

Исаева Н.Б. Шанкара и индийская философия. М., 1991.

История китайской философии. М., 1989.

Керимов Г.М. Аль-Газали и суфизм. Баку, 1969.

Кули-заде З.А. Закономерности развития восточной философии ХIII-XVI вв. и проблема Запад-Восток. Баку, 1983.

Кобзев А.И. Философия китайского неоконфуцианства. Восточная литература РАН. М., 2002.

Мел Томпсон. Восточная философия. М., 2002.

Радхаккришнан. Индийская философия в двух томах. М., 1993.

Суфизм в контексте мусульманской культуры. М., 1989.

Торчинов Е.А. Даосизм. СПб, 1993.

Фен Юлань. Краткая история китайской философии. СП., 1998.

Фролова Е. Л. Арабо-мусульманская философия. Средние века и современность. М., 2006.

Шаймухамбетова Г.Б. Арабоязычная философия средневековья и классическая традиция. М., 1979.

Ясперс Карл. Всемирная история философии. СП., 2000.






  1. Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə