1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
FƏNN SİLLABUSU
Təsdiq edirəm prof.S.R.Hacıyeva
26 .01. 201 5 il
Kafedra: Ekoloji kimya
Fakültə: Ekologiya və torpaqşünaslıq
I.
Fənn haqqında məlumat
II.
Fənnin adı: Atmosfer kimyası
Müəllim : akademik Əliyeva R.Ə.
Tədris yükü (saat) cəmi: 30 mühazirə 15 saat məşğələ
Tədris ili 2015 Semestr II Bölmə azərb.
Kredit sayı (hər 30 saata 1 kredit) 1,5
Əsas: Əliyeva R.Ə.,Hacıyeva S.R., Hüseyinli A.Q., Mamedov P.R., İbadov
İ.H., Bayramov Q.İ. Ətraf mühit kimyası Bakı 2013 – 280 s.
Əlavə: İsidirov V. A. Ekoloqiçeskaya ximiya. Ximiya, 2001, 287s.
IV. Fənnin təsviri və məqsədi:
Kursun qısa təsviri:
Atmosferdə fiziki-kimyəvi proseslərin getməsi, təbii mühitə texnogen təsirlərin
aktiv qaz və aerozolların qatılıqlarının antropogen faktorlarla dəyişməsini izah
etmək. Atmosferin təbəqəli quruluşa malik olması haqqında məlumat vermək,
ionlaşan şüalar və onun ətraf mühitə təsiri, radioaktiv parçalanma qanunlarını
tələbələrə izah etmək.
Kursun məqsədi:
Tələbələr bu kursu mənimsəməklə atmosferdə baş verən fiziki-kimyəvi
prosesləri,onun quruluşu , tərkibi, atmosferin davamlılığı, günəş şüasının fotosintez
prosesində tutduğu yer, yerin ionosferi ,atmosferdə ozon , ozon dövranları, ozonun
parçalanması , troposferdə sərbəst radikallar , üzvi və qeyri-üzvi maddələrin
transformasiyası, troposferdə azot birləşmələri , fotokimyəvi kəsafət və atmosferdə
dispers sistemlər haqqında tələbələrə ətraflı məlumat vermək.
2
Fənnin təqvim planı:
Həftə
Mövzunun adı və qısa icmalı
Müh.
Lab
Saat
Tarix
1
Mövzu 1.
Atmosferin quruluşu və
tərkibi
Təbii mühitə texnogen təsirlərin artmasını,
atmosferin yerlə əsasən də onun quru səthlərlə
müqayisəsi, atmosferin tərkibi, atmosferdə sabit
qatılıqlı və həcmli komponentlərin sabit qalması,
atmosferdə baş verən dinamik tarazlığın əmələ
gəlməsi və onların ümumi kütləsinin təyinini,
atmosferin tərkibində olan qazlar, atmosferin
quruluşunu tələbələrə izah etmək.
Müh.
2
19.02.16
2
Mövzu 2.
Atmosferin davamlılığı
Atmosferin davamlılığı, quru ideal qazınatmosferə
yaxınlaşmasını, atmosferin sıxlığının
termodinamikanın I qanununa görə ideal qazla
əlaqəli sistemini, standart vəya normal abiotik
vertikal qradiyent temperatur hesablanmasını,
atmosferin davamlılığına ətraf havanın qraduent
temperaturu, günəş şüalanmasını, rentgen bölgə
spektri,günəş şüası enerjisinin sıxlığı, günəş
aktivliyinin faza funksiyasını və atmosferin yuxarı
sərhəddində atomların, molekull və radikalların
ionlaşmasını tələbələrə izah etmək.
Müh.
2
26.02.16
3
Mövzu 3.
Yerin ionosferi
Güneş radiyasiyası ilə yerin ionosferin əmələ
gəlməsini, ionosferdə yüklü hissəciklərin qatılığı,
ionosferdə radio dalğaların paylanması və ionosfer
təbəqələrinə bölünməsini, müəyyən edilən D, E, F,
təbəqələrinin yer səthindən yuxarı olmasını, F
təbəqəsi yüksəkliyində ionların ionosferdə əmələ
gəlməsini, sərbəst elektronların qatılığının H
təbəqəsinə təsirini, ionosferin yerin maqnit sahəsini
dəyişməsiylə yer biosferində insan sağlamlığına
neqativ təsir etməsini tələbələrə izah etmək.
Müh.
2
04.03.16
4
Mövzu 4.
Stratosfer kimyası və azon təbəqəsi
Stratosferdə baş verən əsas fiziki-kimyəvi proseslər,
atmosferdə ozon qazının günəş şüalarına absorbsiya
etməsini, ozon təbəqəsinin biosferin qorunmasındakı
rolu, onun qatılığının Dobsen vahidi ilə müəyyən
edilməsini, atmosferdə ozon qazının əmələ gəlməsi
və parçalanması, hidrogen, azot, xlor və brom
dövranları, ozonun parçalanmasında dövranın qırılma
proseslərini tələbələrə izah etmək.
Müh.
2
11.03.16
3
5
Mövzu 5.
Antraktida üzərində ozon deşiyi
Ozon deşiyinin əmələ gəlməsini, Antraktida üərində
ozon qatılığının azalmasını, müasir zamanda onun
yaranma səbəblərini, antraktidada poyar qasırğa və
hava kütləsinin hərəkətləri ozon parçalayıcı
maddələrin ozon deşiyinin yaranmasında olan rolu,
daxili qasırğa zamanı hava temperaturunun aşağı
düşməsiylə bərk gümüş aerozolunun əmələ gəlməsi
ilə buzun səthində heterogen prosesin əmələ
gəlməsini, baharda günəş şüalarının görünməsi və
təsiri ilə CI
2
, HOCI və (CIO)
2
maddələrinin
parçalanmasını tələbələrə izah etmək.
Müh.
2
18.03.16
6
Mövzu 6.
Troposferdə sərbəst radikallar, üzvi maddələrin
kimyəvi çevrilmələri
Geoloji və bioloji proseslər nəticəsində planetimizin
səthində əmələ gələn qazabənzər qarışıqların
okssidləşmə prosesinə təsirini, müxtəlif qarışıqların
troposferdə qatılıqlarını, troposferdə sərbəst radikalın
əmələ gəlməsiylə sinqlet O atomu iştirakında O
2
, O
3
və NO qazlarının fotodissosiyasını, troposferdə üzvi
maddələrin kimyəvi çevrilmələrini izah etmək.
Müh.
2
25.03.16
7
Mövzu 7.
Troposferdə kükürd birləşmələrinin
transformasiyası
Antropogen yolla kükürdün qeyri- üzvi
birləşmələrinin aerozollar şəklində troposferə
keçməsini, kükürdün bioloji mənbəyini, troposferdə
kükürdün oksidləşməsini, maye və qaz fazada
absorbsiya prosesini, troposferdə kükürdün qeyri-
üzvi birləşmələrinin transformasiyasını, kimyəvi
transformasiya nəticəsində çöküntülərin əmələ
gəlməsini tələbələrə izah etmək.
Müh.
2
01.04.16
8
Mövzu 8.
Troposferdə azot birləşmələri
Troposferdə azot birləşmələrinin ammonium duzları
və nitratlar şəklində olmasını, oksigenli
birləşmələrinin davamlı olmaması nəticəsində
fotodissosiyasiya uğraya bilməsini, N
2
O qazında
oksigen ayomunun sinqlet həyacanlanmasını, əmələ
gələn gələn NO oksidinin yenidən oksidləşməyə
məruz qalmasını, troposferin yerə yaxın qatında
havada NH
3
qazının miqdarını və azotun atmosferdə
dövranını tələbələrə izah etmək.
Müh.
2
08.04.16
9
Mövzu 9.
Şəhər atmosferində fotokomyəvi kəsafət
Nəqliyyat vasitələrinin Atmosfer havasına atdığı
4
SO
2
qazı London kəsafətini, N
x
O
y
tərkibli qazlar isə
Los-Anjelis fotokimyəvi kəsafətinin əmələ
gəlməsindəki rolunu, avtomobillərin işlənmiş
qazlarının atmosfer havasında qatılıqlarının
dəyişməsini, çirklənmiş şəhər atmosfer havasında
ozon qazının qatılığının dəyişməsiylə azot
oksidlərinin çevrilmə prosesindən asılılığını,
atmosferdə dispers sistemlər, istixana effekti və
metan qazının azot oksidləri iştirakında oksidləşməsi
dövranını tələbələrə izah etmək.
Müh.
2
15.06.16
10
Mövzu 10.
İonlaşan çüalar və onların ətraf mühitə təsiri
İonlaşan şüaların əmələ gəlməsi, ionlaşdırıcı
şüalanmanın növləri, onun ölçü vahidləri, foton
şüalanması, radioaktiv nüvə parçalanmasında α, β
hissəciklərinin əmələ gətirdiyi nukleonlar, nüvədən
elektron çıxdığında neqativ yükün azalması,
neytronun protona çevrilməsini izah etmək,dövri
sistemdə transuran elementləri, nüvə radiyasiyası β
və γ şüalanmasının təhlükələri, doza ekvivalenti
proseslərini tələbələrə izah etmək.
Müh.
2
22.04.16
11
Mövzu 11.
Radioaktiv parşalanma qanunu
Radioaktiv nüvənin parçalanma sürəti, nümunədəki
radioaktiv nüvənin parçalanması, parçalanma əyrisi,
bəzi izotopların radioaktiv yarı ömürləri, karbon 14
izotopunun atmosferdə əmələ gəlməsi, neytronların
kainat şüalarının digər nüvələrlə toqquşması,
radioaktiv parçalanma sayının zamana görə
eksponensial dəyişməsi, nüvə enerjisi, ağır metalların
radioaktiv izotoplarının varlığını, radioaktiv
parçalanmada tarazlıq və radioaktiv parçalanmanın
növlərini tələbələrə izah etmək.
Müh.
2
29.04.16
12
Mövzu 12.
İonlaşan şüalanmanın təbii mənbələri
İnsanların aldıqları şüalanmaların əsas dozaları, yer
səthində radiasiyanın əmələ gəlmə səbəbləri,xarici
şüalanmada radioaktivlik, kainat şüaları, yer
radiasiyasının əmələ gəlməsində Th 234, U 238 və
235 izotoplarının rolu, kainat şüalanmaların təsiri,
daxili şüalanmada effektiv ekvivalentli dozaların
insan orqanizmasına daxil olmasının mənbələri, qida
maddələrində Pb 210 nuklidi və Po 210
izotopları,nuvə sınaqları və ionlaşan şüalanmanın
antropogen mənbələrihaqqında tələbələrə izah etmək.
Müh.
2
06.05.16
13
Mövzu 13.
Biosferdə azot birləşmələrinin rolu
Azotun bitkilərin inkişafı və həyat üçün rolunu, azot
5
birləşmələrinin fotosintez prosesindəki aktiv iştirak
etməsini, azot birləşmələrinin torpaqdakı mənbəyi,
biosferdə azot elementinin balansı, torpaqda
nitritlərinmiqdarı və onun parçalanması, torpağın
azot saxlayan üzvi birləşmələri, təbiətdə azot
dövranı, ammonifikasiya parçalanma prosesi,
biodesenozda azot dövranı, nitrifikasiya
prosesi,atmosfer azotunun torpaqdakı
transformasiyası, biogen azotun fiksasiya mexanizmi,
azot gebrələrinin növləri və bostan məhsullarında
nitratların miqdarı haqqında tələbələrə izah etmək.
Müh.
2
13.05.16
14
Mövzu 14.
Atmosferdə kükürd və fosfor birləşmələri
Kükürdün biogen element xassəli olmasını, müxtəlif
növ təbii sulfidlərin həll olmalarının redoks
proseslərində
iştirakı,ətraf mühitdə kükürdün
dövranı, torpaqda kükürdün transformasiya və
miqrasıyası, fosfor birləşmələrinin ətraf mühitə
daxilolma mənbələri, biosferdə fosforun miqdarı və
balansı, fosforun biosintez proseslərindəki rolu
haqqında tələbələrə izah etmək.
Müh.
2
20.05.16
15
Mövzu 15.
Kimyəvi maddələrlə çirklənməsinin əsas növləri
Hallogenlər və freonların biosferə təsiri və yaratdığı
problemlər, dağ süxurlarında yod və bromun
miqdarları, freonların xassələri, ozonun
parçalanmasındakı rolu, karbon oksidlərinin ətraf
mühitə təsiri, istixana effekti və şəffaf pəncərənin
əmələ gəlmə səbəbləri, ağır metalların biosferi
çirklənməsindəki rolu, müxtəlif elementlərin torpağın
çirklənmə mənbələri, torpaq havasında CO
2
parsial
təziqi, torpağa transformasiya prosesi ilə daxil olan
ağır metallar haqqında tələbələrə izah etmək.
Müh.
2
27.05.16
--------
1
Laboratoriya işləri
----------------------------------------------------------------
İş NO 1.
Laboratoriya ilə tanışlıq, nümunə və analizlərin
aparılması haqqında məlumat.
--------
-----
Lab
------
2
-----------
19.02. 16
2
İş NO 2.
Atmosferdə azot oksidlərinin təyini.
Lab 2
04.03. 16
3
İş NO 3.
Atmosferdə kükürd birləşmələrinin təyini
Lab 2
18.03. 16
4
İş NO 4.
Atmosferdə karbon oksidlərinin təyini.
Lab 2
01.04.
6
5
İş NO 5.
Havada zəhərli üzvi birləşmələrin təyini
Lab 2
15.04.16
6
İş NO 6.
Havada radioaktivliyin təyini
Lab 2
29.04.16
7
İş NO 7.
Havada C
1
-C
4
üzvi karbohidratların təyini
Lab 2
13.05.16
8
İşin davamı
Lab 1
27.05.16
İmtahanın keçirilməsi forması -yazılı, şifahi, dialoq və ya test.
III.
Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:
Balların maksimum miqdarı – 100 bal.
A)
Semestr ərzində toplanan maksimum bal – 50 (imtahana keçid bal – 17)
Dərsə davamiyyətə görə 10
bal
Mühazirə mətnlərinin tərtibatına görə
-
Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə
Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların
qısa təsviri, təqdim olunma şərtləri, vaxtı və qiymətləndirmə üsulu dəqiq
göstərilir.
10 bal
Seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə (eyni
fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə
tutulduğu halda onların hər birinə 10 bal ayrılır).
20 bal
Kurs işinin hazırlanmasına və müdafiəsinə görə (fənn üzrə kurs işi (layihəsi)
nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya
dərslərinə əlavə olunur).
10 bal
B)
Semestr imtahanı nəticəsinə görə - maksimum 50 bal
Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir
Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.
C)
Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar
əsasında):
91 – 100 bal
əla A
81 – 90 bal
çox yaxşı B
71 – 80 bal
yaxşı C
61 – 70 bal
kafi
D
51 – 60 bal
qənaətbəxş
E
51 baldan aşağı qeyri-kafi
F
akademik Əliyeva R.Ə.
Dostları ilə paylaş: |