Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu



Yüklə 177,5 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü177,5 Kb.
#8129


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

FƏNN SİLLABUSU 

 

 

“Təsdiq edirəm” 

Əmək və ekologiya hüququ kafedrasının müdiri 

Prof. A.M.Qasımov   

“_____”yanvar 2015–ci  il 

 

Kafedra: Əmək və ekologiya hüququ 



 

Fakültə: Hüquq 

 

I.



 

Fənn haqqında məlumat 

Fənnin adı:Sosial təminat hüququ  

Tədris yükü (saat) cəmi: 45 saat(mühazirə - 30 saat,  seminar – 15 saat)  

Tədris ili 2014/2015,semestr-VI,bölmə: azərbaycan, məşğələ qrup 1414 

 

Kredit sayı - 3 kredit 



 

II.

 

Əliyev Mayis Nəbi oğlu, hüquq üzrə elmlər doktoru, professor  

III.

 

Məsləhət günləri və saatları: I günsaat 12-00 – 14-00 

E-mail ünvanı: 

aliyev.mayis@mail.ru

 

İş telefonu: 0125387432 



Tələb olunan dərsliklər və dərs vəsaitləri:

 

Əsas: 

1.Əliyev M.N. Sosial təminat hüququ: Dərslik. Bakı: Adiloğlu, 2007 

2.Qasımov A.M., Əliyev M.N. Azərbaycan Respublikasının pensiya hüququ: Dərs vəsaiti. Bakı: 

Digesta, 2001. 

3.Əliyev  M.N.  Sosial  xidmət  sosial  təminat  hüququnun  institutu  kimi.  Dərs  vəsaiti.  Bakı: 

Təknur, 2008 

 



 

 



Əlavə: 

İsmayılov İ.İ., Mürşüdov R.İ. Sosial təminat hüququ və onun tətbiqi problemləri. Bakı: Qanun, 2001 

Kərimov D.F. Ailə başçısını itirməyə görə əmək pensiyaları. Bakı: Təknur, 2009 

Əliyev  M.  N.  Yaşa  görə  pensiyalar:  müasir  vəziyyəti,  hüquqi  problemləri,  inkişaf  perspektivləri. 

Bakı: Bakı Universiteti nəşriyyatı, 2003 

Əliyev  M.N.,  Mürşüdov  R.İ.  «Sosial  müavinətlər  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 

elmi və praktiki kommentariyası. Bakı: İlay, 2008 

Mürşüdov R.İ. Yaşa görə əmək pensiyaları. Bakı: Təknur, 2007 

Mürşüdov Ü.İ. Sosial müavinət və təqaüdlərin hüquqi tənzimi. Bakı: Avropa, 2013 

 

IV.



 

Fənnin təsviri və məqsədi: 

(Fənn  haqqında  qısa  məlumat,  onunla  şərtləşən  fənlər  (bilavasitə  bağlı  olan/uyğun  gələn), 

fənnin tədrisinin məqsədləri. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və 

hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir) 



Kursun qısa təsviri: Sosial təminat hüququ ümumi hüquq sistemində müstəqil sahə kimi ötən 

əsrin ortalarında formalaşmışdır. Hələ XX əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində sosial 

təminat  hüququnun  anlayışı,  predmeti  və  hüquqi  tənzimetmə  metodu  barəsində  elmi  diskusiyalar 

aparılırdı.  Müasir  dövrdə  isə  bu  sahənin  tam  mənada  fəaliyyət  göstərməsi  artıq  reallıqdır  və    bu 

hüquq  sahəsinin  müstəqil  bir  hüquq  sahəsi  kimi  qəbul  edilməsi  məsələsi  alimlər  arasında  heç  bir 

mübahisə  yaratmır.  Sosial  təminat  hüququ  hər  bir  kəsə  şamil  edilən  hüquqdur.  O,  hər  bir  şəxsi 

doğulduğu  andan  həyatının  axırına  kimi  müşayət  edir,  çünki  sosial  təminat  sahəsində  hüquq 

münasibətlərinin  yaranması  əsasını  insanın  doğulması,  onun  ölümü,  xəstəliyi,  qocalığı,  işsizliyi, 

sosial  yardıma  ehtiyacı  və  s.  təşkil  edir.  Sosial  təminat  hüququ  müstəqil  hüquq  sahəsi  olub  sosial 

təminat sistemi üzrə pul ödəmələri (pensiya, sosial müavinət, sosial yardım, təqaüd və s.) və natural 

növlərin  (sosial  xidmət,  tibbi  yardım,  dərman  yardımı  və  s.)  münasibətləri  tənzimləyir.  O,  əmək 

hüququ,  inzibati  hüquq,  konstitusiya  hüququ  sahələri  ilə  bilavasitə  bağlıdır.  Bu  fənnin  tədrisinin 

məqsədi  kimi  sosial  təminat  hüququ  ilə  bağlı  nəzəri  müddəaların,  əsasən  də  Azərbaycan 

Respublikasının  sosial  təminat  qanunvericiliyinin  öyrənilməsi    çıxış  edir.  Bütövlükdə  bu  sahənin 

normalarını hər bir şəxs, daha çox isə hüquqşünaslar ətraflı və dərindən bilməlidirlər. Bunları bilmək 

insana ünvanlanmış sosial müdafiədən vaxtında və tam istifadə etməyə, zərurət yarandıqda isə – öz 

hüquqlarını  düzgün  müdafiə  etməyə  imkan  verir.  Hər  bir  müəssisənin,  idarənin,  təşkilatın  hüquqi 

xidməti  sosial  təminat  hüquq  normalarını  kompleks  şəkildə  mənimsəməlidirlər.  Sosial  təminat 

hüququ  fənnini  öyrənməklə  tələbələr  AR-nın  sosial  təminat  sahəsində  qanunvericiliyini  (pensiya, 

müavinət,  tibbi  yardım,  sosial  xidmət,  sosial  yardım  və  s.)  biləcəklər,  pozulmuş  sosial  təminat 

hüquqlarının bərpasına nail olacaqlar və sosial təminat hüquq normalarını tətbiq etmək vərdişlərinə 

yiyələnəcəklər. 

«Sosial təminat hüququ» fənni üzrə tədris proqramının mənimsənilməsi prosesində tələbələr  

Malik olmalıdır 

a) hüquq elmləri sistemində «Sosial təminat hüququ» fənninin rolu haqqında; 

b) normativ-hüquqi aktların tətbiqi və təfsiri qaydası haqqında təsəvvürlər; 

Bilməlidir:  «Sosial  sığorta  haqqında»,  «Əmək  pensiyaları  haqqında»,  «Sosial  müavinətlər 

haqqında», «Tibbi sığorta haqqında» və s. Azərbaycan Respublikasının Qanunlarının normalarını. 

b) Sosial təminat qanunvericiliyinin tətbiqi ilə əlaqədar olan digər normativ-hüquqi aktları. 

Bacarmalıdır: 

a) qanunları və digər normativ-hüquqi aktları təfsir və tətbiq etməyi

b) faktları və halları hüquqi cəhətdən düzgün tövsüf etməyi. 

c) hüquqi xarakterli sənədləri  hazırlamağı, ixtisaslı hüquqi məsləhətlər və rəylər verməyi. 

ç) qanunauyğun olaraq hüquqi qərarlar qəbul etməyi və digər hüquqi hərəkətləri həyata keçirməyi. 

Mənimsəməlidir:  a)  Azərbaycan  Respublikasının sosial  təminat  qanunvericiliyində  istifadə olunan 

terminləri və əsas anlayışları. 

 

 



 

V.



 

Fənnin təqvim planı: 

Həftələr 

Mövzunun adı və qısa icmalı 

Müha


zirə 

Məşğ


ələ 

Saat 


Tarix 

 

Mövzu  №  2.  Sosial  təminat  hüququnun 



anlayışı, predmeti, metodu və sistemi 

Qısa  icmalı:Hüququn  müstəqil  sahəsi  kimi 

sosial  təminat  hüququnun  anlayışı.  İlk 

nöbədə  sosial  təminat  hüququnun  müstəqil 

hüquq sahəsi kimi xarakterik əlamətləri izah 

edilir.  Ona    sosial  sığorta  və  sosial  təminat 

qaydasında pul ödəmələrini, tibbi və dərman 

yardımını, qanunvericiliklə müəyyən edilmiş 

qaydada  və  normada  sosial  xidmət,  yaxud 

sosial  güzəştləri  səlahiyyətli  orqanların  əha-

liyə  təqdim  etməsi  yolu  ilə  ümumi  daxili 

məhsulun  bölüşdürülməsi  üzrə  ictimai  mü-

nasibətləri,  həm  də  vətəndaşların  sosial  tə-

minata  olan  konstitusion  hüquqlarının  real-

laşdırılması,  müdafiəsi  və  bərpası  üzrə  mü-

nasibətləri  xüsusi  metodlarla  tənzim  edən 

hüquq  normalarının  məcmusu  kimi  anlayış 

verilir. Sosial təminat hüququnun ümumi və 

ya  xüsusi  elm  sahəsinə  aid  olması  məsələsi 

də izah edilir.     

Sosial  təminat  hüququnun  predmetinə 

daxil  olan  ictimai  münasibətlərin  xarakterik 

əlamətləri və onların dairəsi göstərilir. Sosial 

təminat  hüququnun  predmetini  sosial  təmi-

nat  sistemi  vasitəsilə  ümumi  daxili  məhsu-

lun  bölüşdürülməsi  ilə  bağlı  yaranan  maddi 

və  prosedur-prosessual  xarakterli  mürəkkəb 

kompleks  ictimai  münasibətlər  təşkil  edir. 

Burada  predmetə  daxil  olan  münasibətlərin 

mahiyyəti göstərilir və təhlil edilir. 

Sosial  təminat  hüququnun  metodu. 

Burada sosial təminat hüququnun metoduna 

anlayış  verilir  və  aşağıdakı  xüsusiyyətləri 

təhlil edilir: 

Sosial təminat hüququnun metodlarının aşa-

ğıdakı xarakterik əlamətlərini göstərmək 

olar: 

1)  İmperativ-dispozitiv  tənzimetmənin 



uzlaşması; 

2)  Mərkəzləşdirilmiş  və  lokal  tənzimet-

mənin uzlaşması; 

3) Bir qayda olaraq müqavilə vasitəsi ilə 

tənzim edilmənin yolverilməzliyi; 

4)  Sosial  təminat  hüquq  münasibətləri-

nin  spesifik  hüquqi  faktlar  (əsasən  də  insan 

iradəsindən  asılı  olmayan  hadisələr)  əsasın-

da  yaranmasının, dəyişməsinin və xitamının 

 



29.01.15 

 

 



 

şərtlənməsi; 



5)  Sosial  təminat  hüquq  münasibətləri 

subyektlərinin  bir-birindən  mütləq  şəkildə 

asılı olmaması, yəni onların muxtariyyəti; 

6)  Sosial  təminat  hüquq  münasibətləri-

nin subyekti kimi vətəndaşların hüquqlarının 

mütləq xarakter daşıması və sosial təminatın 

bu  və  ya  digər  növünü  təqdim  etməli  olan 

orqanın  tövsiyə  xarakterli  qərarlar  qəbul  et-

məsinin yol verilməzliyi; 

7) Vətəndaşların pozulmuş hüquqlarının 

inzibati və məhkəmə qaydasında  müdafiəsi, 

bu  zaman  hüquqbərpaedici  və  hüquqməh-

dudlaşdırıcı sanksiyaların tətbiq edilməsi. 

Sosial təminat hüququnun sistemi.Sosial tə-

minat  hüququnun  sistemi  dedikdə  sosial  tə-

minat  hüquq normalarının bu hüquq sahəsi 

daxilində elmi və məntiqi cəhətdən əsaslan-

dırılmış  düzülüşü  başa  düşülür.  Həmçinin 

sosial  təminat  hüququnun  ümumi  və  xüsusi 

hissələrinə daxil olan institutlar izah edilir. 

Sosial təminat hüquq elminə onların anlayış 

verilməklə  onun  predmeti,  hüquq  elmləri 

sistemində  yeri  və  elmi-tədqiqat  metodları 

göstərilir. 



Oxu  materialları  (kitabın  adı,  müəlliflər 

və lazımi səhifələr göstərilməklə): 

1.  Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.69-110 

2.Əliyev  M.N.  Sosial  təminat  hüququ 

hüququn müstəqil sahəsi kimi // AMEA-nın 

Fəlsəfə  və  Siyasi-Hüquqi  Tədqiqatlar 

İnstitutunun  elmi  əsərləri.  Elmi-nəzəri  və 

ictimai  siyasi  jurnal,  2006,  №  1-2,  s.  358-

365 

Əliyev  M.N.  Sosial  təminat  hüququnun 



sistemi / Azərbaycan Respublikasında dövlət 

və 


hüquq 

quruculuğunun 

aktual  

problemləri.  Elmi  məqalələr  məcmuəsi.  16-

cı  buraxılış.  Bakı,  Adiloğlu,  2006,  s.  100-

102 


Əliyev  M.N.  Sosial  təminat  hüququnun 

metodu  /  Azərbaycan  Respublikasında 

dövlət  və  hüquq  quruculuğunun  aktual  

problemləri». Elmi məqalələr məcmuəsi. 17-

ci  buraxılış.  Bakı,  Adiloğlu,  2007,  s.  127-

133 


Əliyev  M.N.  Sosial  təminat  hüququ    və 

sosial  hüquq:  qarşılıqlı  əlaqə  və  müasir 

baxışlar//AMEA-nın  Xəbərləri.  Humanitar 

və ictimai elmlər seriyası, Bakı, 2006, № 2, 

s.244-253 



 

Həftələr  Mövzunun adı və qısa icmalı 



Müha

zirə 


Məşğ

ələ 


Saat 

Tarix 


 

Mövzu  №  4.    Sosial  təminat  hüququnun 

mənbələr 

Qısa icmalı:Sosial təminat hüququ 

mənbələrinin anlayışı verilməkləonların 

müxtəlif əsaslara görə (subyektlərinə, təsir 

dairəsinə, aktı qəbul edən orqana, formasına 

və s. görə) təsnifatı aparılır 

Sosial  təminat  hüququnun  mənbələri  dedik-

də  dövlətin  vətəndaşlara  sosial  təminat  sis-

temi üzrə pensiyaların, müavinətlərin, sosial 

xidmətlərin  və  digər  sosial  təminat  növləri-

nin  təqdim  edilməsi  ilə  bağlı  olan  ictimai 

münasibətlərin  tənzim  olunmasına  yönəldil-

miş  iradəsinin  ifadə  formaları  və  üsulları 

başa  düşülür.  Burada  sosial  təminat 

hüququnun mənbələrinin müəyyən meyarlar 

baxımından  təsnifatı  aparılmış,  ayrı-ayrı 

mənbələrin iyerarxiyası göstərilməkləonların 

geniş şəkildə ümumi xarakteristikası verilir. 



Oxu  materialları  (kitabın  adı,  müəlliflər 

və lazımi səhifələr göstərilməklə): 

1.

 



Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.127-157 

2.

 

Əliyev  M.N.,  Ələsgərova  L.Ə.  Sosial 



təminat hüququnun mənbələrinin anlayışı və 

xüsusiyyətləri  //  Qanun,  Bakı,  1997,  №7,  s. 

16-17 

3.

 



Əliyev  M.N.  Sosial  təminat  hüququnun 

əsas mənbəyi kimi Azərbaycan Respublikası 

Konstitusiyasının  ümumi  xarakteristikası  // 

Qanunçuluq, Bakı, 2007, № 8, s. 15-20 

4.

 

Əliyev  M.N.  Sosial  təminat  hüququnun 



mənbələri  kimi  beynəlxalq  hüquqi  aktların 

ümumi  xarakteristikası  //  Beynəlxalq  hüquq 

və inteqrasiya problemləri, Bakı, 2006, № 1 

(05), s. 28-31 

5.

 

Əliyev  M.N.Sosial  təminat  hüququnun 



mənbəyi kimi lokal xarakterli  

aktların  xüsusiyyətləri//Bakı  universitetinin 

xəbərləri.  Sosial-siyasi  elmlər  seriyası,  

2007, №4, s. 24-29 

6.

 

Sadıqov  R.H.  Sosial  təminat  haqqında 



qanunvericiliyin 

məcəlləşdirilməsi 

perspektivləri / Keçid dövründə Azərbaycan 

Respublikasında 

dövlət 

və 


hüquq 

quruculuğunun  aktual  problemləri.  Elmi 

məqalələr  məcmuəsi.  14-cü  buraxılış,  Bakı, 

Adiloğlu, 2006, s. 231-243 

 





 

 

 



12.02.15 

 

 



 

Mövzu № 6.  Sosial sığorta stajı 

Qısa icmalı:Burada ilk növbədə sosial sığor-

 



 



 

26.02.15 



 


 

ta stajının anlayışı və növləri izah edilir.  



Sığorta  stajının  leqal  anlayışı  ilk  dəfə 

«Sosial  sığorta  haqqında»  AR-nın  Qanunda 

təsbit edilmişdir. Həmin qanunun 8-ci mad-

dəsinə  görə  sığorta  olunanın  sığorta  stajı  - 

sığorta  olunanın  xeyrinə  məcburi  dövlət 

sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti 

dövrlərinin  ümumi  müddətidir.  «Əmək pen-

siyaları  haqqında»  AR  Qanununun  1-ci 

maddəsində  isə  sosial  sığorta  stajına 

əməkpensiyası  hüququnun  müəyyən  edil-

məsi  zamanı  nəzərə  alınan  işvəyadigər  fəa-

liyyət  dövrlərinin  (müvafiq  icrahakimiyyəti 

orqanına  məcburi  dövlət  sosial  sığorta  haq-

ları ödəmək şərti ilə) vəeləcə dəmüvafiq qa-

nunvericiliklə sığorta stajına daxil edilən di-

gər  dövrlərin  məcmusu  kimi  anlayış  veril-

mişdir.  Pensiya  qanunvericiliyi  sığorta  sta-

jına  daxil  edilən  dövrlərin  hesablanmasının 

iki  qaydasını  müəyyən  edir:  sığorta  stajının 

adiqaydada hesablanması;sığorta stajının gü-

zəştli qaydada hesablanması. 

Məcburi dövlət sosial sığorta haqlarının ödə-

nilməsi  barədə  verilən  sənədlə-dövlət  sosial 

sığorta  şəhadətnaməsi  ilə  sübut  olunması 

göstərilməklə onun hüquqi rejimi izah edilir. 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər 

və lazımi səhifələr göstərilməklə): 

1.

 



Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.199-221 

2.

 

Əliyev  M.N.  Sosial  sığorta  stajının 



anlayışı,  növləri  və  hesablanması  qaydası  / 

Azərbaycan  Respublikasında  dövlət  və 

hüquq  qurulucuğunun  aktual    problemləri». 

Elmi  məqalələr  məcmuəsi.  20-ci  buraxılış. 

Bakı: Adiloğlu, 2008, s. 102-110 

3.

 



Zeynallı  S.G.  Sosial  sığorta  üzrə  hüquq 

münasibətlərinin 

subyektləri 

və 


məzmunu/Azərbaycan 

Respublikasında 

dövlət  və  hüquq  quruculuğunun  aktual 

problemləri.  Elmi  məqalələr  məcmuəsi. 

Bakı: Adiloğlu, 2009, № 01, s.259-265 

4.

 



Zeynallı  S.G.  Sosial  sığorta  hüquq 

münasibətlərinin 

obyektləri/Azərbaycan 

Respublikasında 

dövlət 

və 


hüquq 

quruculuğunun  aktual  problemləri.  Elmi 

məqalələr  məcmuəsi.  Bakı:  Adiloğlu,  2009, 

№ 03, s.149-156 

5.

 

Əliyeva  P.A.  İcbari  tibbi  sığorta 



sistemində 

islahatların 

əsas 

istiqamətləri/Azərbaycan 



Respublikasında 

dövlət  və  hüquq  quruculuğunun  aktual 

 

 

 



 

 

 



 

 



 

problemləri.  Elmi  məqalələr  məcmuəsi. 



Bakı: Adiloğlu, 2009, № 01, s.259-265 

 

Mövzu № 9.  Əlilliyə görəəmək pensiyaları 

Qısa icmalı: Burada ilk növbədə əlilliyin an-

layışı, onun qrupları, səbəbləri və hüquqi əhə-

miyyəti göstərilir. 

Əlillik dedikdə, anadangəlmə, xəstəlikdən və 

ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar 

nəticəsində  həyat  fəaliyyəti  məhdudlaşan 

sosial  yardıma  və  müdafiəyə  ehtiyacı  olan 

şəxs  başa  düşülür.  Əlilliyin  dərəcələri  (qrup-

ları),  səbəbləri  və  müddəti  Azərbaycan  Res-

publikası  Nazirlər  Kabinetinin  1997-ci  il  19 

avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edil-

miş  «Tibbi  sosial  ekspert  komissiyaları  haq-

qında» Əsasnaməyə uyğun olaraq tibbi sosial 

ekspert  komissiyaları  tərəfindən  müəyyən 

olunur.  Tibbi  sosial  ekspert  komissiyasının 

anadangəlmə  xəstəlikdən  və  ya  xəsarətdən 

doğan  əqli  və  fiziki  qüsurlar  nəticəsində  fəa-

liyyəti  məhdudlaşan,  sosial  yardıma  və  mü-

dafiəyə  ehtiyacı  olan  şəxsi  ekspert  müayinə-

sindən keçirdikdən sonra qəbul etdiyi rəy əlil-

liyə  görə  əmək  pensiyası  hüquq  münasibəti-

nin yaranması üçün hüquqi fakt hesab olunur. 

«Tibbi sosial ekspert komissiyaları haqqında» 

Əsasnamənin 1.5-ci bəndinə əsasən isə əlilli-

yin aşağıdakı səbəbləri göstərilir: ümumi xəs-

təlik  nəticəsində  əlillik;əmək  zədəsi,  peşə 

xəstəliyi  nəticəsində  əlillik;uşaqlıqdan  əlil-

lik;Çernobıl  AES-də  qəzanın  ləğvi  ilə  bağlı 

əlillik;Çernobıl AES-də hərbi xidmətlə əlaqə-

dar əlillik;1990-cı il yanvar hadisələri ilə əla-

qədar  əlillik;hərbi  xidmət  dövrü  ilə  əlaqədar 

əlillik;hərbi  xidmət  vəzifəsini  yerinə  yetir-

məklə  əlaqədar  əlillik;hərbi  əməliyyatlar  ke-

çirilən  zonada  olmaqla  əlillik;müharibə  əlil-

liyi;Azərbaycan  Respublikasının  ərazi  bütöv-

lüyünün müdafiəsi ilə əlaqədar əlillik. 

Müasir  pensiya  qanunvericiliyi  baxımın-

dan  əlilliyə  görə  əmək  pensiyasına  aşağıdakı 

kimi anlayış verilir: əlilliyə görə əmək pensi-

yası  dedikdə  qanunla  müəyyən  edilmiş  qay-

dada  əlil  kimi  tanınan  və  əlillik  baş  verdiyi 

zaman  müvafiq  sosial  sığorta  stajına  malik 

olan şəxslərə, yaxud müddətindən asılı olma-

yaraq  müəyyən  xidməti  fəaliyyəti  (məsələn, 

hərbi  xidməti)  həyata  keçirən  şəxslərə  təyin 

edilən aylıq pul ödənişi başa düşülür. Əlilliyə 

görəəməkpensiyasının bazahissəsinin məbləği 

yaşagörəpensiyanın  bazahissəsinin  məbləği-

nin  Iqrupəlillərə  120  faizi  (Iqrupgözdən  əlil-

 



 

 



 

12.03.15 

 

 



 

lərə  200  faizi),  IIqrupəlillərə  100  faizi, 



IIIqrupəlillərə isə 55 faizi həcmində müəyyən 

edilmişdir. 



Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1.

 



Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.256-267 

2.

 

Əliyev  M.N.  Azərbaycan  Respublikasında 



pensiya  təminatı  sisteminin  təşəkkülü  və 

inkişaf  perspektivləri  (hüquqi  problemlər). 

Bakı: Bakı Universiteti nəşriyyatı, 2003  

3.

 



Əliyev  M.N.  Əlilliyə  görə  pensiyalar: 

müasir  vəziyyət  və  problemlər  //  Kazus, 

2003, № 1, s. 8-14 

4.

 



Həsənzadə 

S.B. 


Azərbaycan 

Respublikasında  əlillərin  sosial  müdafiəsinin 

hüquqi tənzimi. Bakı: Elm, 2006 

5.

 



Həsənzadə  S.B.  Əlilliyə  görə  əmək 

pensiyalarının 

hesablanması 

qaydası/Azərbaycan  Respublikasında  dövlət 

və  hüquq  quruculuğunun  aktual  problemləri. 

Elmi  məqalələr  məcmuəsi.  Bakı:  Adiloğlu, 

2009, № 01, s. 132-138 

6.

 



Həsənzadə 

S.B. 


Əlillərin 

sosial 


müdafiəsinin 

hüquqi 


tənzimlənməsinin 

təkmilləşdirilməsi 

məsələləri/Azərbaycan 

Respublikasında 

dövlət 

və 


hüquq 

quruculuğunun  aktual  problemləri.  Elmi 

məqalələr  məcmuəsi.  Bakı:  Adiloğlu,  2009, 

№ 02, s.115-122 

7.

 

Həsənzadə S.B. Əlillərin reabilitasiyasının 



praktiki 

aspektləri/Azərbaycan 

Respublikasında 

dövlət 


və 

hüquq 


quruculuğunun  aktual  problemləri.  Elmi 

məqalələr  məcmuəsi.  Bakı:  Adiloğlu,  2009, 

№ 03, s.160-165 

 

Mövzu  №  10.    Ailə  başçısını  itirməyə 



görəəmək   pensiyaları 

Qısa  icmalı:Burada  ailə  başçısını  itirməyə 

görə əmək pensiyasının anlayışı, bu pensiyanı 

almaq  hüququ  olan  şəxslərin  dairəsi  və  onun 

təyin edilməsi şərtləri və məbləği izah edilir. 

Mövcud  pensiya  qanunvericiliyi  baxı-

mından  isə  ona  aşağıdakı  kimi  anlayış  ver-

mək  olar:  ailə  başçısını  itirməyə  görə  əmək 

pensiyası  dedikdə  qanunla  müəyyən  edilmiş 

qayda  və  şərtlərlə  dövlət  sosial  müdafiə  fon-

dunun  vəsaitləri  hesabına  ailə  başçısının  öl-

məsi ilə əlaqədar olaraq  onun öhdəsində (hi-

mayəsində)  olan  əmək  qabiliyyəti  olmayan 

ailə üzvlərinin əmək haqqı və digər gəlirləri-

nin  kompensasiyası  məqsədilə  təyin  edilən 

 



 

 



 

26.03.15 

 

 



 

aylıq pul  ödənişi başa düşülür. Ailə başçısını 



itirməyə  görə  əmək  pensiyasının  təyin  edil-

məsi  üzrə  hüquq  münasibətlərinin  yaranma 

əsası olan hüquqi tərkibdə həm ailə başçısının 

özünə,  həm  də  onun  ailə  üzvlərinə  aid  olan 

faktları  ayırmaq  lazımdır.  Ailə  başçısının  iti-

rilməsi dedikdə onun ölümü və ya xəbərsiz it-

kin düşməsi başa düşülür. Ölüm faktı VVAQ 

orqanları  tərəfindən  verilən  şəhadətnamə  ilə 

təsdiq  olunur  və  ya  məhkəmə  tərəfindən 

müəyyən  edilir.Ailə  başçısının  itirilməsi  de-

dikdə nəinki onun fiziki cəhətdən ölümü, həm 

də onun xəbərsiz itkin düşməsi başa düşülür. 

Ailə  başçısını  itirməyə  görə  əmək  pensiyası 

hüquq  münasibətlərinin  subyekti  qismində 

bütövlükdə  ailə  çıxış  edir.  Həmin  qanunun 

14-cü maddəsinə görə vəfat etmiş və ya həlak 

olmuş  ailə  başçısının  öhdəsində  olan  (vəfat 

edənin tam təminatında olan və ya ondan öz-

lərinin  yaşayışı  üçün  daimi  və  əsas  vəsait 

mənbəyi  kimi  kömək  alan)  aşağıdakı  ailə 

üzvlərinin  ailə  başçısını  itirməyə  görə  əmək 

pensiyası hüququ vardır:vəfat etmiş və ya hə-

lak  olmuş  şəxslərin  övladları:  18  yaşına  çat-

mamış;    18  yaşına  çatanadək  I  və  ya  II  qrup 

əlil olmuş 18 yaşdan yuxarı;təhsil müəssisələ-

rinin  əyani  şöbəsində  təhsil  alanlar,  lakin  ən 

çoxu 23 yaşına çatanadək;ata, ana, ər (arvad) 

pensiya  yaşına  çatmışdırsa,  yaxud  I  və  ya  II 

qrup əlildirsə;yaşından və əmək qabiliyyətin-

dən asılı olmayaraq valideynlərdən biri və ya 

ər (arvad), yaxud baba, nənə, qardaş, bacı və-

fat  etmiş  və  ya  həlak  olmuş  ailə  başçısının  8 

yaşına çatmamış uşaqlarına, qardaşlarına, ba-

cılarına, nəvələrinə baxırsa və işləmirsə. 



Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1.Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.268-278 

2.Qasımov  A.M.,  Əliyev  M.N.  Azərbaycan 

Respublikasının  pensiya  hüququ.  Dərs 

vəsaiti. Bakı: Digesta, 2001 

3.Əliyev  M.N.  Azərbaycan  Respublikasında 

pensiya  təminatı  sisteminin  təşəkkülü  və 

inkişaf  perspektivləri  (hüquqi  problemlər). 

Bakı: Bakı Universiteti nəşriyyatı, 2003 

4.  Əliyev  M.N.  Ailə  başçısını  itirməyə  görə 

pensiyaların  bəzi  məsələləri  //  «Gender 

mədəniyyəti»  məqalələr  toplusu,  Bakı: 

Adiloğlu, 2003, s. 305-312 

5. Kərimov D.F. Ailə başçısını itirməyə görə 

əmək pensiyaları. Bakı: Təknur, 2009 




10 

 

 



Mövzu  №  11.    Əmək  pensiyalarının  təyin 

edilməsi, 

hesablanması 

vəödənilməsi 

qaydası 

Qısa  icmalı:  Əmək  pensiyalarının  təyin  edil-

məsi qaydası, onun təyin edən orqanın statusu 

və sənədlərin siyahısı açıqlanır. 

Əmək  pensiyalarının  hesablanması  qaydası 

baza, sığorta və yığım hissələrinə bölünməklə 

izah  edilir.  Əmək  pensiyalarının  ödənilməsi 

qaydaları  isə  ümumi  və  xüsusi  qaydalara 

bölünməklə izah edilir. 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1.  Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.279-311 

Qasımov  A.M.,  Əliyev  M.N.  Azərbaycan 

Respublikasının  pensiya  hüququ.  Dərs 

vəsaiti. Bakı: Digesta, 2001 

Əliyev  M.  N.  Yaşa  görə  pensiyalar:  müasir 

vəziyyəti, 

hüquqi 

problemləri, 



inkişaf 

perspektivləri. 

Bakı:  Bakı  Universiteti 

nəşriyyatı, 2003 

Əliyev M.N. «Dövlət qulluqçularının pensiya 

təminatı haqqında» Azərbaycan Respublikası 

Qanununun Kommentariyası. Bakı: Bakı 

Universiteti nəşriyyatı, 2005 

 



 



 

 

 



 

 



 

 

09.04.15 



 

 

 



 

Mövzu № 12.  Sosial müavinətlər  

Qısa  icmalı:  Burada  sosial  müavinətlərin  an-

layışı  verilir,  onların  təsnifatı  aparılır  və  hər 

birinin  məbləğinin  müəyyən  edilməsi  metod-

ları  göstərilir.«Sosial  müavinətlər  haqqında» 

AR  Qanununda ilk dəfə  olaraq sosial müavi-

nətə  leqal  anlayış  verilmişdir.  Həmin  qanu-

nun  1-ci  maddəsinə  görə  sosial  müavinətlər 

dedikdə  qanunla  müəyyən  edilmiş  qaydada 

ayrı-ayrı  kateqoriya  şəxslərə  sosial  yardım 

göstərilməsi  məqsədilə  aylıq  və  ya  birdəfəlik 

ödənilən pul vəsaiti başa düşülür. Sosial müa-

vinətləri məqsədinə görə,ödənilmə müddətinə 

görə,sosial  müavinətləri  alan  vətəndaşların 

kateqoriyalarına görə təyinatına və əhəmiyyə-

tinə  görə,  maliyyələşdirmə  mənbələrinə  görə 

təsnifləşdiririk.Sosial müavinətlərin aşağıdakı 

növləri fərqləndirilir:əmək qabiliyyətinin mü-

vəqqəti  itirilməsinə  görə  müavinət;işsizlik 

müavinəti,dövlət 

qulluqçularına  ömürlük 

müavinət,yaşa, əlilliyə (16  yaşadək əlil  uşaq-

lara) və ailə başçısının itirilməsinə görə müa-

vinətlər,bəzi  kateqoriya  şəxslərə  kommunal, 

nəqliyyat  və  digər  xidmətlərə  görə  müavi-

nət,hamiləliyə  və  doğuşa,  uşağın  anadan  ol-

masına  və  uşağın  üç  yaşı  tamam  olanadək 

 



 

 

 



 

 



 

 

 



23.04.15 

 

 



 


11 

 

ona qulluq etməyə görə verilən müavinət,bəzi 



kateqoriya  şəxslərin  16  yaşadək  (ümumtəhsil 

müəssisələrində  əyani  təhsil  alanlar  üçün  18 

yaşadək)  uşaqlarına  və  bir  yaşınadək  uşağı 

olan aztəminatlı ailələrə verilən müavinət,va-

lideynlərini itirmiş və valideyn himayəsindən 

məhrum  olmuş  uşaqların  qəyyumlarına  (hi-

mayəçilərinə)  müavinət,radiasiya  qəzasının 

ləğvində  iştirak  etmiş  və  həmin  qəza  nəticə-

sində  zərər  çəkərək  əlil  olmuş  şəxslərə  hər  il 

müalicə  üçün  müavinət,dəfn  üçün  müavi-

nət,ölümə  səbəb  olan  postvaksinal  fəsadlara 

görə 


müavinət,cəza 

çəkmədən 

azad 

edilmişşəxslərə  verilən  müavinət,  insan 



alverindən  zərər  çəkmişşəxslərə  verilən 

müavinət. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilmə-

sinə  görə  müavinət  dedikdə  əmək  funksiya-

sını və ya digər fəaliyyəti səhhətin qısa müd-

dətə pozulması ilə əlaqədar olaraq yerinə ye-

tirmək mümkün olmadıqda, əmək haqqına və 

ya  digər  gəlirə  mütənasib  olaraq  ödənilən 

ödəniş başa düşülür.Əmək qabiliyyətinin mü-

vəqqəti itirilməsinə görə müavinət əmək mü-

qaviləsi  bağlayan  və  bununla  bağlı  xeyrinə 

məcburi dövlət sosial sığorta fəaliyyəti həyata 

keçirilən şəxslərə ödənilir. Bu müavinət  xey-

rinə sosial sığorta fəaliyyəti həyata keçirilmiş 

işləyən  vətəndaşların  digər  kateqoriyalarına 

da  eyni  əsaslarla  təyin  olunur.Əmək  qabiliy-

yətinin müvəqqəti itirilməsinə görə müavinət, 

əmək  qabiliyyətinin  itirildiyi  birinci  gündən 

başlayaraq sağalanadək və ya tibbi-sosial eks-

pert  komissiyası  (TSEK)  tərəfindən  əlillik 

müəyyən  edilənədək,  lakin  qanunvericilikdə 

müəyyən  edilmiş  müddətdən  çox  olmayan 

dövr üçün Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin «Xəstəlik vərəqələrinin verilməsi 

və  müalicə-sağlamlıq  məqsədlərinə  ödənişlə-

rin  təyin  edilməsi  və  verilməsi  qaydalarının 

təsdiqi haqqında»  8  yanvar 1993-cü il tarixli 

9№-li qərarı ilə müəyyən edilmiş qaydada ve-

rilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini 

itirmək  vərəqəsi)  əsasən  təyin  edilir.  İşsizlik 

müavinətinin  hesablanması  və  ödənilməsi 

qaydaları  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2002-ci  il  22  yanvar  tarixli  12 

saylı qərarı ilə təsdiq edilmiş ’’İşsizlik müavi-

nətinin  hesablanması  və  ödənilməsi  qaydala-

rı’’ ilə müəyyən olunur. Müavinət 1 il ərzində 

180 gündən (26 təqvim həftəsi) çox olmayan 

müddətdə  ödənilir.  Müavinət  alan  vətəndaş 




12 

 

ayda  1  dəfə  məşğulluq  xidməti  orqanında 



qeydiyyatdan  keçməlidir.  Müavinət  təyin 

olunmuş 1 il bitdikdən sonra vətəndaş müna-

sib işlə təmin olunmayıbsa, onda onun təkra-

rən  müavinət  almaq  hüququ  yaranır.  Bu  za-

man  işsizlik  müavinəti  təsdiq  olunmuş  müa-

vinətin  minimum  məbləğində  müəyyən  olu-

nur.  

Əmək  pensiyası  hüququ  qazanmayan 



dövlət  qulluqçularının  ömürlük  müavinət  al-

maq  hüququ  aşağıdakı  şərtlər  olduqda  yara-

nır:dövlət  qulluqçusunun  pensiya  yaşına  çat-

ması və  ya əlilliyə görə işdən çıxması;dövlət 

qulluğunda  xidmət  illərinin  minimum  həd-

dinə  (5  il)  malik  olmaması.Bu  müavinətin 

miqdarı  isə  «Pensiya  yaşına  çatmasına  və  ya 

əlilliyinə görə könüllü işdən çıxmış və dövlət 

qulluğunda  xidmət  illərinin  minimum  həd-

dinə malik olmayan dövlət qulluqçularına tə-

yin  edilən  ömürlük  müavinətin  miqdarı  haq-

qında»  Azərbaycan  Respublikası  Prezidenti-

nin  22  oktyabr  2003-cü  il  tarixli  fərmanına 

əsasən dövlət qulluqçusunun axırıncı əsas və-

zifəsi  üzrə  dövlət  məvacibinin  15  faizini  təş-

kil edir. 

«Sosial  müavinətlər  haqqında»  qanun 

yaşa  görə  müavinəti  sosial  müavinətlərin  bir 

növü kimi təsbit etmişdir. Həmin qanunun 7-

ci  maddəsinə  əsasən  yaşa  görə  müavinət 

əmək qabiliyyəti olmayan şəxslərə əmək pen-

siyası  hüququ  olmadıqda  və  işləmədikdə  tə-

yin edilir. Yaşa görə müavinətlərin təyin edil-

məsi  üçün  kişilər  67  yaşa,  qadınlar  isə  62 

yaşa çatmalıdırlar.  

Bu  müavinətlər  2006-cı  il  yanvar  ayının 

1-dək əlilliyə görə sosial pensiya kimi təqdim 

edilmişdir.  Həmin  tarixdən  etibarən  isə, 

«Sosial müavinətlər haqqında» AR Qanununa 

əsasən sosial müavinətlərin bir növü kimi təs-

bit edilmiş əlilliyə görə (16 yaşadək əlil uşaq-

lar  da  daxil  olmaqla)  sosial  müavinət  həmin 

qanunun  7-ci  maddəsinə  görə  əmək  qabiliy-

yəti  olmayan  əlil  şəxsin  əmək  pensiyası  hü-

ququ  olmadıqda  təyin  edilir.  Əlilliyə  görə 

müavinət  tibbi  sosial  ekspert  komissiyası 

tərəfindən müəyyən edilmiş əlillik müddətinə 

təyin  edilir.  Əlilliyə  görə  əmək  pensiyaların-

dan  fərqli  olaraq  əlilliyə  görə  sosial  müavi-

nətlərin  məbləği  müəyyən  edilərkən  əlilliyin 

səbəbi hüquqi əhəmiyyət kəsb edir. 

«Sosial 


müavinətlər  haqqında»  AR 

Qanununda  sosial  müavinətlərin  növü  kimi 




13 

 

təsbit  edilən  ailə  başçısını  itirməyə  görə 



müavinətin  təyin  edilməsi  şərtləri  də 

müəyyən 


edilmişdir. 

Həmin 


şərtlərə 

aşağıdakılar aiddir: əmək qabiliyyəti olmayan 

şəxsin əmək pensiyası hüququnun olmaması; 

yaşından  və  əmək  qabiliyyətindən  asılı 

olmayaraq valideynlərdən, qardaş, bacı, baba 

və  nənələrdən  biri  vəfat  etmiş  şəxsin  8 

yaşınadək uşaqlarına baxması və işləməməsi. 

Azərbaycan Respublikası Əmək Məcəllə-

sinin 125-ci maddəsinə görə hamiləlik və do-

ğuma  görə  ödənişli  məzuniyyətlər  aşağıdakı 

müddətlərdə  verilir:  hamiləlik  dövründə  və 

doğumdan  sonrakı  dövr  üçün  işləyən  qadın-

lara 126 təqvim günü müddətində (doğumdan 

əvvəl 70 təqvim günü və doğumdan sonra 56 

təqvim günü); doğum çətin olduqda, iki və ya 

daha artıq uşaq doğulduqda 140 təqvim günü 

müddətində  (doğumdan  əvvəl  70  təqvim 

günü  və  doğumdan  sonra  70  təqvim  günü). 

Müavinət  bütün  hallarda  əmək  haqqının  (qa-

zancın)  100  %-i  miqdarında  hesablanır  və 

müraciət  müddəti  məhdudlaşdırılmadan  ödə-

nilir. 


Uşağın  anadan  olmasına  görə  birdəfəlik 

müavinət valideynlərinin sosial vəziyyətindən 

asılı  olmayaraq  hər  bir  doğulan  uşağa  görə 

ödənilən  sosial  müavinətlərdən  biridir.  Bu 

müavinəti həm işləyən, həm də işləməyən və-

təndaşlar ala bilərlər. 

Uşağın  üç  yaşı  tamam olanadək ona qul-

luq  edilməsinə  görə  haqqı  qismən  ödənilən 

məzuniyyət qadına hamiləliyə və doğuşa görə 

məzuniyyətin  başa  çatdığı  günün  sonrakı  gü-

nündən  başlayaraq  təqdim  olunur.  Bu  zaman 

həmin məzuniyyət qadına onun arzusuna görə 

tam və ya hissə-hissə təqdim oluna bilər. 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər 

vəlazımi səhifələr göstərilməklə): 

1.  Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.367-389 

2.Əliyev M.N.   Müavinətlərin 

anlayışı, 

təsnifatı  və  onun  məbləğinin  müəyyən 

edilməsi  metodları  /  Keçid  dövründə 

Azərbaycan Respublikasında dövlət və hüquq 

qurulucuğunun  aktual    problemləri.  Elmi 

məqalələr  məcmuəsi.  10-cu  buraxılış.  Bakı: 

Səda, 2004,  s. 96 -101 

3.Əliyev M.N.   İşsizlik 

müavinatı 

Azərbaycan Respublikasında dövlət və hüquq 



qurulucuğunun  aktual    problemləri.  Elmi 

məqalələr  məcmuəsi.  8-ci  buraxılış.  Bakı: 




14 

 

Adiloğlu, 2004. s. 108-113 



4.Əliyev M.N.   Əmək 

qabiliyyətini 

müvəqqəti 

itirməyə 

görə 

müavinət/Azərbaycan Respublikasında dövlət 



və hüquq qurulucuğunun aktual  problemləri. 

Elmi  məqalələr  məcmuəsi.  11-ci  buraxılış. 

Bakı: Adiloğlu, 2005. s. 104-111 

5.Əliyev  M.N.,  Mürşüdov  R.İ.  «Sosial 

müavinətlər 

haqqında» 

Azərbaycan 

Respublikası  Qanununun  elmi  və  praktiki 

kommentariyası. Bakı: İlay, 2008 

6.Mürşüdov 

R.İ. 

«Sosial 


müavinətlər 

haqqında» 

Azərbaycan 

Respublikası 

Qanununun elmi və praktiki kommentariyası. 

Bakı: İlay, 2012 

 

Mövzu  №  13.    Sosial  xidmətlər  və  dövlət 

sosial yardımı 

Qısa  icmalı:  Burada  ilk  növbədə  sosial  xid-

mətin  anlayışı  verilir,  onun  prinsipləri 

göstərilməklə 

mahiyyəti 

açıqlanır 

və 

subyektlərinin  hüquqi  vəziyyəti  göstərilir. 



Sosial  xidmət-çətin  həyati  vəziyyətdə  (sosial 

şəraitdə)  olan  şəxslərin  sosial  xidmətə  olan 

tələbatlarının  ödənilməsi  məqsədilə  onlara 

mülkiyyət  növündən  və  təşkilati-hüquqi  for-

masından  asılı  olmayaraq  sosial  xidmət 

müəssisələrində  və  evdə  qulluq,  iaşənin  təş-

kili,  tibbi,  sosial,  psixoloji,  hüquqi  və  digər 

yardımların  göstərilməsinə,  habelə  onların 

sosial  adaptasiya  və  reabilitasiyasına  (fiziki 

və mənəvi gücün bərpa edilməsinə) nail olun-

masına yönəlmiş fəaliyyətdir. Sosial xidmətin 

prinsiplərinə  daxildir:  ünvanlılıq,  mümkün-

lük,  könüllülük,  humanizm,  məxfilik,  profi-

laktik  yönümlü  olması  prinsipi.  Sosial 

xidmətə  dair  qanunvericilik  sosial  xidmətin 

aşağıdakı formalarını fərqləndirir: evdə sosial 

xidmət,yarımstasionar sosial xidmət stasionar 

sosial  xidmət,  fərdi  qaydada  peşəkar  sosial 

xidmət,  sosial-məsləhət  yardımı.  Əlillərin 

reabilitasiyası,  təhsili  və  məşğulluğunun  tə-

mini.    Protez-ortopedik  yardım  və  əlillərin 

nəqliyyat  vasitələri ilə  təmin edilməsi.  Sosial 

yardımın  anlayışı  verilir,  yaşayış  minimumu 

sosial  yardımın başlıca şərti kimi izah olunur 

və  sosial  yardımın  təyin  olunması  və  veril-

məsi qaydası göstərilir.  

Sosial 

yardımla 



bağlı  münasibətləri 

tənzim  edən  «Ünvanlı  dövlət  sosial  yardımı 

haqqında»  Azərbaycan  Respublikasının  21 

oktyabr  2005-ci  il  tarixli  Qanununun  1  –ci 

maddəsində  ünvanlı  dövlət  sosial  yardımına 

 



 

 

 



 

 



 

07.05.15 

 

 



15 

 

aztəminatlı  ailələrə  dövlət  tərəfindən  göstəri-



lən  pul  yardımı  kimi  anlayış  verilmişdir. 

Azərbaycan  Respublikasında  dövlət  sosial 

yardımının  əsas  forması  kimi  pul  ödəməsi 

şəklində  təqdim  edilən  ünvanlı  dövlət  sosial 

yardımı  çıxış  edir.  Bu  yardımın  təqdim  edil-

məsinin  əsasları  «Ünvanlı  dövlət  sosial  yar-

dımı haqqında» qanunla müəyyən edilmiş və 

bu  yardım  növü  aztəminatlı  ailələr  üçün  nə-

zərdə  tutulmuşdur.  Həmin  qanunda  aztəmi-

natlı ailə orta  aylıq gəlirləri  hər bir ailə üzvü 

üçün  ehtiyac  meyarının  məcmusundan  aşağı 

olan  ailə  kimi  təsbit  edilmişdir.  Qanunla 

sosial  yardım  almaq  hüququna  orta  aylıq  gə-

liri  onlardan  asılı  olmayan  səbəblərdən  (ailə 

üzvlərinin  əmək  qabiliyyətsiz  olması,  ailənin 

əmək  qabiliyyətli  üzvünün  əhalinin  məşğul-

luğu mərkəzlərində işsiz kimi qeydə alınması, 

vəfat  etməsi,  məhkəmə  tərəfindən  itkin  düş-

müş və yaxud ölmüş hesab edilməsi, azadlıq-

dan  məhrum  edilməsi,  ailə  üzvünün  olduğu 

yerin məlum olmaması və s.) hər bir ailə üzvü 

üçün  ehtiyac  meyarının  məcmusundan  aşağı 

olan  aztəminatlı  ailələr  malikdirlər.  Ehtiyac 

meyarına  isə  həmin  qanunda  əhalinin  əsas 

sosial-demoqrafik qrupları üzrə yaşayış mini-

mumundan  asılı  olaraq,  ünvanlı  dövlət  sosial 

yardımının  təyin  edilməsi  məqsədilə  dövlət 

büdcəsi  ilə  birgə  hər  il  üçün  təsdiq  olunan 

hədd  kimi  leqal  anlayış  verilmişdir.  Ailənin 

orta  aylıq  gəliri  ailənin  gəlirinin  orta  aylıq 

göstəricisidir. 

Təqaüdlər qanunvericiliklə müəyyən edil-

miş  qaydada  ayrı-ayrı  kateqoriya  şəxslərə 

sosial  yardım  göstərilməsi  məqsədilə  dövlət 

tərəfindən  ödənilən  pul  vəsaitidir.  Müasir 

dövrdə  təqaüdlərin  aşağıdakı  növlərini  fərq-

ləndirmək olar: 

a) tələbə və şagirdlərə verilən təqaüdlər

b) fərdi təqaüdlər; 

c) fəxri adlara görə verilən təqaüdlər; 

ç)  Azərbaycanın  Milli  Qəhrəmanlarına  veri-

lən təqaüdlər; 

d) şəhid ailələri üçün verilən təqaüdlər. 

Oxu materialları (kitabın adı, müəlliflər və 

lazımi səhifələr göstərilməklə): 

1.

 



Əliyev  M.N.  Sosial  təminat  hüququ: 

Dərslik. Bakı: Adiloğlu, 2007, s.390-408 

2.

 

Əliyev M.N. Sosial xidmətin anlayışı və 



prinsipləri/Azərbaycan 

Respublikasında 

dövlət  və  hüquq  qurulucuğunun  aktual 

problemləri. Elmi məqalələr məcmuəsi. 12-ci 




16 

 

 



 

 

VI.



 

İmtahanın keçirilməsi forması -yazılı, şifahi, dialoq və ya test. 



VII.

 

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü: 

           Balların maksimum miqdarı – 100 bal. 

 

 

 



 

 

A)



 

Semestr ərzində toplanan maksimum bal – 50 (imtahana keçid bal – 17) 

Dərsə davamiyyətə görə 

10 bal 

Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə  



10 bal 

buraxılış. Bakı: Adiloğlu, 2005,  s. 158-162 

3.

 

Əliyev  M.N.  Sosial  xidmətin  dövlətin 



sosial 

funksiyası 

ilə 

qarşılıqlı 



əlaqəsi/Azərbaycan  Respublikasında  dövlət 

və  hüquq  quruculuğunun  aktual  problemləri. 

Elmi  məqalələr  məcmuəsi.  Bakı:  Adiloğlu, 

2009, № 02, s.96-102 

4.

 

Əliyev A.Ə., Əliyev İ.A., Qasımov N.Ə. 



Azərbaycanda  bazar  münasibətləri  şəraitində 

əhalinin sosial problemləri. Bakı, 1998, s. 89-

109 

5.

 



Əliyev  M.N.  Vətəndaşların  layiqli  həyat 

səviyyəsinə  olan  hüququnun  bəzi  məsələləri 

// Hüquq+Gənclik, Bakı, 2003, № 1, s. 15-19  

6.

 



Əliyev  M.N.  Yoxsulluq  probleminin 

həllində    sosial  təminat  hüququnun  rolu  / 

Azərbaycan  MEA  Fəlsəfə  və  Siyasi-Hüquqi 

Tədqiqatlar  İnstitutunun  60  illiyi  və 

YUNESKO-nun 

«Ümumdünya 

Fəlsəfə 

Günü»nə  həsr  olunmuş  Elmi  Konfransın 

Materialları. Bakı, 2005, s. 294-315   

7.

 



Əliyev  M.N.  Yoxsulluq  probleminin 

sosial  təminat  hüququ  normalarında  həlli  / 

Keçid dövründə Azərbaycan Respublikasında 

dövlət  və  hüquq  qurulucuğunun  aktual  

problemləri».  Elmi  məqalələr  məcmuəsi.  14-

cü buraxılış. Bakı: Adiloğlu, 2006, s. 81-88 

8.

 

Əliyev M.N. Sosial xidmət sosial təminat 



hüququnun institutu kimi. Dərs vəsaiti.  Bakı: 

Təknur, 2008 

9.

 

Hacıyeva  M.A. Sosial xidmətin dövlətin 



sosial fəaliyyəti ilə nisbəti / Azərbaycan Res-

publikasında  dövlət  və  hüquq quruculuğunun 

aktual  problemləri.  Elmi  məqalələr  məcmuə-

si. 16-cı buraxılış. Bakı,2006, s. 184-188 




17 

 

Qeyd:  Plagiat  halları  qəti  qadağandır!  Sərbəst  işlə  əlaqədar  bütün  tapşırıqların  qısa 



təsviri, təqdim olunma şərtləri, vaxtı və qiymətləndirmə üsulu dəqiq göstərilir. 

Seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə (eyni fəndən həm 

seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər 

birinə 10 bal ayrılır). 

20 bal 

Kurs işinin hazırlanmasına və müdafiəsinə görə (fənn üzrə kurs işi (layihəsi) nəzərdə 



tutulmayıbsa,  ona  ayrılan  10  bal  seminar  (məşğələ)  və  ya  laboratoriya  dərslərinə 

əlavə olunur).   

10 bal 

 

B)

 

Semestr imtahanı  nəticəsinə görə - maksimum 50 bal 

Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir 

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. 

C)

 

Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar əsasında): 

91 – 100 bal 

əla 



81 – 90 bal 

çox yaxşı 



71 – 80 bal 

yaxşı 



61 – 70 bal 

kafi 



51 – 60 bal 

qənaətbəxş  



51 baldan aşağı 

qeyri-kafi  



 

Müəllim:prof. 

Əliyev Mayis Nəbi oğlu 

İmza:_____________

 

 



Tarix: 09.01.2015 

 

Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə