Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


MÜASİR FƏLSƏFİ MƏKTƏBLƏR VƏ TƏLİMLƏR



Yüklə 275,44 Kb.
səhifə3/3
tarix20.09.2017
ölçüsü275,44 Kb.
#1092
1   2   3

MÜASİR FƏLSƏFİ MƏKTƏBLƏR VƏ TƏLİMLƏR

Marburq məktəbi (G.Kohen, E.Kassirer, P.Natorp). Marburq məktəbinin nümayəndələrinin Kant irsinə münasibəti. G.Kohenin idrakı məntiqiləşdirmək cəhdi. P.Natorpun əsas ideyalarının analizi. E.Kassirerin “Simvolik formalarının fəlsəfəsi”. E.Kassirerin neokantçıların “fəlsəfənin metodolojiləşdirilməsi” proqramına münasibəti. E.Kassirerin ontoloji baxışları. Idrakın predmeti haqqında.

Baden (Freyburq) məktəbi (V.Vindelband, H.Rikkert). Fəlsəfənin predmeti haqqında. Baden məktəbinin qnoseologiyası. V.Vindelband fəlsəfəsində “dəyər” anlayışı. H.Rikkertin “dəyər” i ontolojiləşdirməsi cəhdi. H.Rikkert idrakın predmeti haqqında.

Frankfurt məktəbi: siyasi-iqtisadi tənqiddən instrumental şüurun tənqidinə qədər. T.Adorno və M.Horkhaymerin “Maarifçilik dialektikası”: hakimiyyət prinsipi, mədəni sənaye, maarifçilik ideologiyası. T.Adornonun “neqativ dialektikası”. Dialektika estetika kimi.

E.Frommun psixoanalitik sosiologiyasında müstəqillik konsepsiyası: sosial xasiyyət, humanizm, məhəbbət prinsipi, azadlıqdan çəkinmə. Q.Markuzenin tənqidi nəzəriyyəsi: bir biçimli insan, “Böyük İmtina” nəzəriyyəsi.



Analitik fəlsəfə. Analitik fəlsəfənin istiqamətlərinin ümumi xarakteristikası və əsas xüsusiyyətləri. Analitik fəlsəfənin meydana gəlməsi və neopozitivist dövrdə inkişafı. Q.Freqin məntiqi-semantik proqramı: məna - əhəmiyyət – rəy. B.Rasselin məntiqi atomizmi: empirizm, idrak nəzəriyyəsində məntiq. C.Murun neorealist təlimində tənqidi faktlar: “sağlam fikir fəlsəfəsi” və etik mühakimələrin analizi. L. Vitqenşteynin məntiqi pozitivizmi: dilin əsas və metafizik problemlərin tənqidi. L. Vitqenşteynin “Fəlsəfi tədqiqatla”ında dil oyunları və mənası nəzəriyyəsi. R.Karnapın dil haqqında təlimi.

Müasir analitik fəlsəfənin əsas inkişaf xüsusiyyətləri. P.Strosonun “Deskriptiv metafizikası”. Q.Qudmenin “Dünyanı yaratma yolları”: məntiqi platonizmin tənqidi. K.Hempelin “Funksional analizinin məntiqi”. E.Nagelin naturalizmi.



Postpozitivizm müasir fəlsəfi elm kimi. Postpozitivizmin fərqli xüsusiyyətləri. K.Popperin tənqidi rasionalizmi: demarkasiya problemi və elmdə falsifikasiya, “üç dünya” nəzəriyyəsi. T.Kunun fəlsəfi elminin tarixi-təkamül nəzəriyyəsi: paradiqmaların elmi təkamülü və mövcudluğu. İ.Lakatosun elmi-tədqiqat metodologiyası proqramı. P.Feyerabendin epistemoloji anarxizmi. L.Laudanın tədqiqat metodları.

Strukturalizm paradiqması və poststrukturalizm. Struktur yanaşmanın əsasları və prinsipləri. K.Levi-Strossun antropoloji strukturalizmi. R.Bartın semiotik strukturalizmi. Sosiologika və müasir “mifologiya”. “Telkelizm” hərəkatı: mövzu və tarix. J.Lakanın psixoanalitik strukturalizmi: dil dərkolunmaz sfera kimi, dərkolunmaz Başqası kimi, real – xəyali – simvolik. M.Fukonun biliyin və subyektin arxeologiyası: “söz və şey”lərin əlaqələri epistemioloji struktur kimi. U.Ekonun strukturaloji semiologiyası. Strukturalizm və postmodernist fəlsəfə.

Neostrukturalizmin meydana gəlməsi şərtləri. Poststrukturalizmin əsas ideyaları, prinsipləri və istiqamətləri. J.Delezin və F.Qvattarın şizoanalizi. Y.Kristevin semanalizinin prinsipləri.



Postmodernizm istiqaməti. Fəlsəfədə “postmodern” anlayışı. Əsas prinsipləri: antisistematiklik, dekonstruktivlik, (sitat gətirmə, kollaj). Postmodern ideologiyasının fəlsəfi şərtləri (J.Batay, P.Klossovski): insan və şüur, (“iqra sinqulyarnosti”), hakimiyyət və maddilik. P.Sloterdaykın ədəbsiz ağlın tənqidi: biliyin, maarifçiliyin, subyektin tənqidi. F.Liotarın postmodernist vəziyyət və diskursivlik konsepsiyası. (Narrasiya və metanarrasiya, leqitimasiya), sosial praqmatika. M.Blanşonun hakimiyyət uğrunda semiotik əzm: hakimiyyət və qeyri-hakimiyyət.

J.Delez fəlsəfəsinin postmodernist konsepsiyaları. J.Bodriyarın simulyasiya və aldanma konsepsiyası. J.Derridanın dekonstruktivizmi: nüvə metafizikasının tənqidi.



Neomarksizm və postmarksizm. Klassik marksizmə transformasiya. Neomarksizmin yaranması. D.Lukaçın ictimai varlıq ontologiyası. A.Qramşın “Kulturoloji” marksizmi. “Ənənəvi” və “orqanik ziyalılar” prinsipi. Sosial-tarixi blok anlayışı.”Orqanik” ideologiya, “kollektiv intellek”.

Fəlsəfi antropologiya. Fəlsəfi antropologiyanın meydana gəlməsinin ideya şərtləri: romantizm, həyat fəlsəfəsi, fenomenoloqiya. M.Şelerin fəlsəfi antropologiyası: ruhun fenomenoloji analizi və psixofiziki dualizm nəzəriyyəsinin tənqidi. Dəyər sistemi və “maddi aprioriyalar”. Məhəbbət metafizikası və onun təzahür formaları. Materialist etika, aksiologiya və praksiologiya. Mədəniyyətin sosiologiyası və insan əxlaqı. A.Helenin fəlsəfəsində insan anlayışı canlı varlıq kimi. Insan “naqis” varlıq kimi. Insanın fəal təbiəti və mədəniyyətin formalaşması. Plüralist etika: Q.Plesnerin təlimində antropologiyanın kosmolojiləşdirilməsi. Əsas antropoloji qanunlar. Hermenevtika fəlsəfəsi. Müasir hermenevtika fəlsəfəsinin əsas xüsusiyyətləri. Hermenevtika fəlsəfəsində iki ənənə: rekonstruktiv və inteqrativ.

X.Q.Qadamerin hermenevtik ontologiyası: incəsənət əsərlərinin fenomenoloji təbiəti və onun oyun halında mövcudluğu. Hermenevtik təcrübənin əsas cəhətləri və ənənələri. Dil anlamanın universal vasitəsi kimi.

Hermenevtikanın inkişafının müasir ənənələri. P.Rikerin simvolun ekzistensialist – fenomenoloji hermenevtikası.

Ədəbiyyat

Ismayılov F. XX əsr Qərb fəlsəfəsi tarixi. I cild. B., 1999.

Ismayılov F. XX əsr Qərb fəlsəfəsi tarixi. II cild. B., 2000.

Ismayılov F. Müasir Qərb fəlsəfəsi. B., 1991.

Губин В.Д., Некрасова Е.Н. Философская антропология. СПб., 2000.

Ильин И.П. Постмодернизм от истоков до конца столетия: эволюция научного мифа. М., 1998.

Ильин И.П. Постструктурализи. Деконструктивизм. Постмодернизм. М., 1996.

История философии: Учебник для вузов. / Под ред. В. В. Васильева, А. А. Кротова, Д. В. Бугая — 2-е изд., испр. и доп...М., 2008.

Зотов А.Ф. Современная западная философия. М., 2002.

Социальная философия Франкфуртской школы. М., 1978.

Философия XX века. M.,1999.

Философия эпохи постмодерна. М., 1996.

Юшков К. Б. Краткая антология мировой философии. М., 2007.
YI. AZƏRBAYCAN FƏLSƏFƏSİ TARİXİ
Azərbaycanda dini-mifoloji, fəlsəfi və təbii-elmi baxışların yaranması. Kosmoqonik və kosmoloji təsəvvürlər. Dualist baxışların, əksliklər ideyasının yaranması prosesi. Ümumtürk dünyasının mifoloji təfəkkürünün mühüm abidələri: «Bilqamıs haqqında dastan», Orxan-Yenisey abidələri.

Zərdüştilik təliminin yaranması. Zərdüştiliyin dini-fəlsəfi, sosial-etik baxışlar sistemi. Təkallahlılığın təbliği, xeyirlə şərin əbədi mübarizəsi ideyası. Zərdüştilik etikasının əsas prinsipləri: xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl. Mağların atomistik təlimi.

Zərdüştiliyin müqəddəs kitablar külliyyatı olan «Avesta»nın dini-mifoloji və fəlsəfi məzmunu. Bizə qədər çatmış «Avesta» kitabları – «Yəsnalar», «Vispərəd», «Vendidad», «Yəşt».

Zərdüştilik zəminində meydana gələn dini-fəlsəfi təlimlər və onların ölkəmizdə ictimai fikrə təsiri. Zərvanilik – zərdüştiliyin fəlsəfi təkamülünün qanunauyğun nəticəsi kimi. Zərvaniliyin dini-fəlsəfi baxışlar sistemi. Zərdüştilik, buddizm və xristianlıq təlimlərini birləşdirməyə çalışan Maninin universal dini-fəlsəfi təlim yaratmaq cəhdi. Manilikdə dualizm prinsipi, işıq və qaranlığın bir-birinə qarışması ideyası. Məzdəkilik sosial bərabərsizliyə və ədalətsizliyə qarşı çevrilmiş dini-fəlsəfi təlimdir. Məzdəkiliyin fəlsəfi-etik prinsipləri.

Erkən orta əsrlərdə Atropatena və Qafqaz Albaniyası əhalisinin etnik tərkibi, dini-fəlsəfi görüşləri. Qafqaz Albaniyasında xristianlığın yayılması. Bidətçi nestorçuluq və yəqubiliyin ilahi ilə insanın birliyi məsələsində zidd mövqe tutmaları. Pavlikan bidətçiliyi, Pavlikanların təlimində manilik ünsürləri, islama və zərdüştliyə münasibət.
Ədəbiyyat

Avesta. Birinci kitab. Bakı, 1995.

Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.

Azərbaycan fəslsəfə tarixi. I c., B., 2014.



VII-XII əsrlərdə Azərbaycan fəlsəfi fikri. Azərbaycanda islam dininin yayılması. Xürrəmilik təliminin ideya mənbələri: zərdüştilik, manilik, məzdəkilik. Xürrəmiliyin fəlsəfi-etik baxışlar sistemi.

İslam xilafətində ictimai-siyasi və elmi-fəlsəfi fikrin inkişafı kontekstində Azərbaycan elminin və ideoloji düşüncəsinin yüksəlişi. İslamda yaranan cərəyanların və dini-fəlsəfi təlimlərin Azərbaycanda yayılması. Mənbələrdə azərbaycanlı sünni fəqihlər-hüquqşünaslar haqqında məlumatlar. Şiəliyin xaricilik və ismailik qollarının Azarbaycanda davamçıları. Mənbələrdə IX-X əsrlərdə yaşamış azərbaycanlı sufilər haqqında məlumat1ar. İslam fəlsəfəsinin müxalif qolu mütəzililiyin VIII əsrdən etibarən Azərbaycanda yayılması. Burada elmi-fəlsəfi fikrin, təbiət elmlərinin inkişafı. "Saflıq qardaşarı" cəmiyyətinin Azərbaycanla bağlılığı.

"Kitabi-Dədə-Qorqud" dastanlarının xalqımızın bədii-fəlsəfi təfəkkürünün formalaşmasında və inkişafında rolu.

XI-XII əsrlərdə Azərbaycanda mövcud olmuş fəlsəfi sistemlər. İslam fəlsəfəsinin azərbaycanlı fəqih-mütəkəllimlər tərəfindən təbliği və araşdırılması. Sufilik və əxilik. Sufiliyin mətədil istiqamətinə mənsub mütəfəkkirlər: Əbunəcib Sührəvərdinin /1097-1168/ əsas əsərləri və təlimi. Mötədil sufiliyin inkişafında Əbuhəfs Sührəvərdinin /1145-1234/ xidmətləri. Onun yaradıcılığının mötədil sufizmi öyrənmək üçün əhəmiyyəti. Sufiliyin ifrat qolunun ilk nümayəndələrindən Məhəmməd Bakuvinin /948-1058/ yaradıcılığı və fəaliyyəti. Azərbaycan filosofu Eynəlqüzat Miyanəci /1099-1131/ sufiliyin panteist sisteminin yaradıcısıdır. Onun təlimində sufi panteist ideyaları ilə elmi-təbii biliklərin birləşdirilməsi. Azərbaycanda elmi fəlsəfənin, məntiq və təbiət elmlərinin inkişaf etdirilməsi. Əbülhəsən Bəhmənyarın /993-1066/ Şərq peripatetizmi tarixində tutduğu mövqe. Onun Aristotel fəlsəfəsini yaradıçılıqla inkişaf etdirməsi. Peripatetik fəlsəfənin digər davamçıları. Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin yeni elmi-fəlsəfi təlimi - işraqilik, onun qədim Şərq və antik yunan fəlsəfəsi, eləcə də digər fəlsəfi təlimlərlə oxşar və fərqli cəhətləri.

Azərbaycanda fəlsəfi poeziyanın yaranması və inkişafı. Onun görkəmli nümayəndəsi Nizami Gəncəvinin /1141-1209/ allah, mövcudat və insan haqqında fəlsəfi görüşləri.
Ədəbiyyat

Azərbaycan fəslsəfə tarixi. I c., B., 2014.

Məmmədov Z.C. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. B., 1978.

Məmmədov Z.C. Bəhmənyarın fəlsəfəsi, B.1983.

Məmmədov Z.C. Eynəlqüzat Miyanəçi, B.1992.

Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.

Sührəvərdi Ş.Y. İşıq heykəlləri. B., 1989.

Şərq fəlsəfəsi (IX-XII əsrlər). B., 1999.



XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfi fikrinin inkişafı. Bu dövrdədə Azərbaycanda dağıdıcı müharibələrə, yadellilərin basqınlarına, gərgin ictimai-siyasi vəziyyətə baxmayaraq elmin, mədəniyyətin və fəlsəfənin inkişafı. Marağa rəsədxanası və onun təbiətşünas alimlərin böyük bir nəslinin yetişməsində rolu. Elmi və dini-fəlsəfi təlimlərin yayılması və inkişaf etdirilməsi. Sufi təriqətlərinin fəaliyyətinin genişlənməsi. Sufi panteist fəlsəfəsinin Mahmud Şəbüstəri /1287-1320/ tərəfindən inkişaf etdirilməsi. Filosofun varlıq və idrak haqqında orijinal fikirləri. Fəlsəfi poeziyanın görkəmli nümayəndələrindən olan Əhvədi Marağayinin /1274-1338/ yaradıcılığında panteist ideyaların üstünlüyü. F.Nəiminin /1339-1394/ panteist təlim olan hürufiliyi tətbiğ etməsi. Hürufiliyin sufilik və ismaililik təlimlərindən dəyərlənməsi. Hürufi panteizminin materialist istiqaməti. Hürufiliyin İ.Nəsimi /1369-1417/ tərəfindən inkişaf etdirilməsi. Nəsimi fəlsəfəsində insan problemi. Sünni hüquq məktəblərinin bu dövrdə yaşamış azərbaycanlı nümayəndələrindən Əminəddin Təbrizi /1163-1224/, Zəki Beyləqani /1186-1277/, Şəmsəddin Xoy1u /1187-1240/ və b. haqqında məlumat. Şafilik məktəbinin geniş yayılması.

Təbiət elmləri sahəsində irəliləyişlər. Şərq peripatetik fəlsəfəsinin azərbaycanlı alimlər tərəfindən inkişaf etdirilməsi. Bu sahədə Əfzələddin Xunəcinin /1194-1248/ fəaliyyəti. Onun idrak nəzəriyyəsi və məntiqə dair təlimi. Siracəddin Urməvi /1198-1283/ fəlsəfəsinin əsas cəhətləri. Varlıq təlimi, idrak və məntiq nəzəriyyəsi. Elmi-fəlsəfi fikrin inkişafında Nəsirəddin Tusinin /1201-1274/ xidmətləri. Onun fəlsəfi sistemində varlıq təlimi, idrak və məntiq nəzəriyyəsinin üzvi əlaqəsi.

XV-XVI əsrlərdə Azərbaycanın ictimai-siyasi durumu, Səfəvilər dövlətinin yaranması. Mədəniyyətin inkişafı. İdeologiyada səciyyəvi cəhət: dini, elmi və fəlsəfi ideyaların əsasən sinkretik şəkildə inkişafı. Şiə ideologiyasının genişlənməsi və onun panteist nəzəriyyələrlə yaxınlaşmaq cəhdi. Sufilik zəminində yaranmış xəlvətilik təliminin təbliği. Bu sahədə böyük filosof və ilahiyyatçı Seyid Yəhya Bakuvinin /...-1463/ və onun müridlərinin fəaliyyəti. Dini və dünyəvi elmlərin öyrənilməsində və təbliğində azərbaycanlı alimlərin rolu. Bədrəddin Laləvinin /1436-1506/ yaradıcılığı. Məhəmməd Qarabağinin /XV-XVI əsrlər/ fəlsəfi sistemində peripatetizmlə kəlam müddəalarının uyğunlaşdırılması. M.Füzulinin fəlsəfi görüşlərinin ideya mənbələri. Mütəfəkkir şairin varlığa və idraka dair baxışları, etik görüşləri.

XVII-XVIII əsrlərdə Azərbaycanın ictimai-siyasi və iqtisadi vəziyyəti, elmin və mədəniyyətin inkişaf səviyyəsi. Fəlsəfədə sufi-panteist təlimin və azadfikirlilik ideyalarının üstünlüyü. Bu dövrdə yaşamış alim və filosoflar haqqında ümumi məlumat. Yusif Qarabağinin /...-1644/ varlıq haqqında panteist təlimi. Onun idrak nəzəriyyəsinin Şərq peripatetizminə uyğunluğu. Rəcəbəli Təbrizinin /...-1669/ fəlsəfi sisteminin Şərq peripatetizmi ilə müqayisəli təhlili: oxşar və fərqli cəhətlərin araşdırılması.

XIII-XVIII əsrlər Azərbaycan fəlsəfəsinin ideoloji fikrin sonrakı inkişafında əhəmiyyəti.
Ədəbiyyat

Azərbaycan fəlsəfə tarixi, II c., Bakı, 2014.

Füzuli M. Mətlə əl-etiqad. B., 1987.

Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika). Bakı, “Azərbaycan Universiteti” nəşriy., 2006.

Əminzadə Ə.Ə. Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən. B.,1972.

Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.

Məmmədov Z.C. Siracəddin Urməvi. B., 1990.

Tusi Nəsirəddin. Əxlaqi-Nasiri. B., 1980.

Кулизаде З. Из истории Азербайджанской философии YII-XYI вв. Б., 1992.
Azərbaycan maarifçilik fəlsəfəsi və milli şüurun oyanışı. Azərbaycanda maarifçilik ideologiyasının və fəlsəfəsinin yaranması, onu doğuran sosial-siyasi və iqtisadi şərait. A. Bakıxanovun fəlsəfi və etik görüşləri. M.F.Axundovun varlıq təlimi. Onun sosial fəlsəfəsində azadlıq insanın təbii hüququ kimi. Maarifçilik fəlsəfəsinin inkişafında H.Zərdabinin rolu. C.Əfqaninin sosial-siyasi fəlsəfəsi.

XX əsrin əvvəllərində maarifçilik fəlsəfəsi. Maarifçilərin (F.Köçərli, S.M. Qənizadə, Ö.F.Nemanzadə, C.Məmmədquluzadə və b.) milli mədəniyyəti və dili inkişaf etdirmək sahəsində səyləri. Onların sosial tərəqqiyə dair fikirləri, mövhumat və cəhalətə qarşı çıxışları.

Milli şüurun oyanışında və milli-mənəvi ideyaların təbliğində H.Cavid, Ə.Cavad, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və b. ziyalıların səyləri. N.Nərimanovun fəlsəfəsi. Türkçülük və Azərbaycançılıq ideologiyasının formalaşması. “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideoloji-siyasi və fəlsəfi konsepsiyasının mahiyyəti. M.Ə.Rəsulzadənin milli dövlətçilik ideyası. Ə.Hüseynzadənin sosial-siyasi görüşləri. Ə.Ağaoğlunun sosial-siyasi düşüncəsində islamçılıq və millətçilik. İctimai ziddiyyətlərin həllində onun “milli sülh yolu” konsepsiyası.

Azərbaycanda Sovet hakimiyyətinin qurulması və marksist-leninçi fəlsəfənin təbliği. Bu sahədə partiya və dövlət xadimləri N.Nərimanov, Q.Musabəyov, Ə.H.Qarayev, S.M.Əfəndiyev, R.Axundov və başqalarının fəaliyyəti. «Materialistlər klubu»nun yaradılması. Marksist-leninçi fəlsəfə üzrə professional kadrlar hazırlanması. İlk kadrlardan C.Nağıyev, M.Hüseynov, M.Quliyev, H.Hüseynov və b.

N.Nərimanovun, R.Axundovun, C.Nağıyevin, M.Hüseynovun, Ə.Kazımovun, A.Sultanovanın və b. əsərlərində dialektik materializm məsələlərinin və materializm tarixinin araşdırılması.

Azərbaycan marksistlərinin tarixi materializmə dair əsərləri. Dinin birtərəfli tənqidi və ateizm təbliğatının genişləndirilməsi. «Mübariz Allahsızlar İttifaqı»nın fəaliyyəti.

Sovet dövründə marksist-leninçi fəlsəfənin siyasiləşməsi və totalitar rejimin hakim ideologiyasına çevrilməsi. Fəlsəfə üzrə dövlət qurumlarının (kafedralar, akademik institutular və s.) genişləndirilməsi. Kadr hazırlığına diqqətin artırılması və onun neqativ nəticələri. Marksist-leninçi fəlsəfəyə dair tədqiqatların istiqamətlərinin genişlənməsi: dialektik materializmə, məntiqə və təbiətşünaslığın fəlsəfi problemlərinə həsr olunmuş tədqiqatlar.

Tarixi materializmə və elmi kommunizmə dair aparılan tədqiqatlar. Dünya və Azərbaycan fəlsəfəsi tarixinin öyrənilməsi sahəsində qazanılmış nailiyyətlər. Elmi ateizm, etika və estetikanın marksist fəlsəfənin müstəqil sahələrinə çevrilməsi.

Sovet dövründə Azərbaycan fəlsəfəsinin milli-mənəvi ənənələrdən ayrı düşməsi.

Müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanda fəlsəfi fikrin inkişaf yolları. H.Ə.Əliyev dünya və Azərbaycan fəlsəfəsi tarixinin öyrənilməsinin zəruriliyi haqqında.

Marksisit-leninçi fəlsəfədən imtina və milli-mənəvi dəyərlərə yenidən qayıdış. Fəlsəfə və fəlsəfə tarixi problemlərinin tədqiqində yeni metodologiya və metodların tətbiqinin zəruriliyi.

Fəlsəfə və fəlsəfə tarixi kursları üzrə yeni proqram və dərsliklərin hazırlanması, bu sahədə çatışmayan cəhətlər. Dünya və Azərbaycan fəlsəfəsinin görkəmli nümayəndələrinin əsərlərinin tərcüməsi və nəşri məsələləri.



Ədəbiyyat

Ağamirov M.M. M.Hadinin fəlsəfəsi. B., 1987.

Ağayev Ə. İran qadınları. «Xəzər» jurnalı, 1990, №2.

Ağayev M.B. Məmməd Əmin Rəsulzadə. B., 2006.

Ахмедов Э. Философия Азербайджанского просвещения. Баку: "Азернешр", 1983.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. I və II cildlər.

B., 2004-2005.

Cəfərov N. Milli ictimai fikir tariximizdən. B., 1993.

Əliyev H. Müstəqilliyimiz əbədidir. Birinci kitab. B., Azərnəşr, 1997.

Əfqani C. Seçilmiş əsərləri. /Tərtib edən prof. Ş.Qurbanov. B., 1998.

Əhmədli R. Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi.Türkçülük. Müasirlik. İslamçılıq. Bakı, “Elm”, 2007.

Əsədov S. Heydər Hüseynov. B., 1998.

Hacıbəyov Ü. Seçilmiş əsərləri. B., 1985.

Hüseynov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Şərq-Qərb, 2007.

Hüseynzadə Ə. Siyasəti-fürusət. B., 1994.

Xəlilov S. Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). B., 2006.

Xəlilov S. H.Əliyev və Azərbaycançılıq məfkurəsi. B., 2002.

Касумов М.М. Очерки по истории передовой философской и общественно-политической мысли азербайджанского народа в XIX веке. B., 1959.

Köçərli F.Q. Nəriman Nərimanov (Həyatı, fəaliyyəti və dünyagörüşü). B., 1965.

Кулизаде З. Концептуальные проблемы исследования социокультурного развития (конец XX-начало XXI вв.), ч.II. Баку: "Текнур", 2009.

Геюшев З.Б. Философская мысль в Советском Азербайджане. Краткий очерк. Баку: "Элм", 1979.

Маковельский А.О. Авеста. Б., 1960.

Mehdiyev R. XX əsrdə milli dövlətçilik. B., 2003.

Məmmədquluzadə C. Hansı elmlər lazım? / Əsərləri, c.2. B., 1967.

Məmmədquluzadə C. Qərbdən məktub. / Əsərləri, s. 2, B., 1967.

Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. B., 1992.

Nadir M.F. XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti. B., 1992.

Nərimanov N. Məqalələr və nitqlər. c.1, B., 1971.

Nemanzadə Ö.F. Bizə hansı elmlər lazımdır? / Seçilmiş əsərləri. B., 1992.

Rəsulzadə M.Ə. Əsərləri, II c. B., 2001.

Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. B., 1991.

Rəsulzadə M.Ə. Panturanizm haqqında. /«Azərbaycan»jurnalı, 1991, №6.

Rüstəmov İ.Ə. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX əsr – XX əsrin əvvəli). B., 2001.

Səttarov M. N.Nərimanov və din. B., 1995.

Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. B., 2004.

Vəliyeva S. Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası. B., 2003.





Yüklə 275,44 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə