Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
  1   2   3   4   5   6   7   8   9   ...   12


AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ 

 

  

BAKI  SLAVYAN  UNİVERSİTETİ 

 

 

 

 

 

AZƏRBAYCAN  DİLİ  VƏ  ONUN  TƏDRİSİ  METODİKASI 

 

KAFEDRASI  ÜZRƏ 

 

PROQRAMLAR 

 

 

(Bakalavr  və  magistr  hazırlığı  üçün) 



 

 

 



 

 

 

 

 

 

 

 

 

BAKI – 2008  


AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ 

 

 

BAKI  SLAVYAN  UNİVERSİTETİ 

 

 

 

 

 

AZƏRBAYCAN  DİLİ  VƏ  ONUN  TƏDRİSİ  METODİKASI 

 

KAFEDRASI  ÜZRƏ 

 

PROQRAMLAR 

 

 

 (Bakalavr  və  magistr  hazırlığı  üçün) 



 

 

 



 

Àçÿðáàéúàí Ðåñïóáëèêàñû tÿùñèë  

íàçèðèíèí 11.06.2008-úè èë òàðèõëè 

752 ñàéëû ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð 

 

 



 

 

BAKI – 2008 

 

1




  

 

 

 

 

 

 

 

 

 

 

2




 

 

 

 

 

 

 

 

 

 

 

“AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ”  

fənni üzrə 

 

P R O Q R A M 

(Bakalavr hazırlığı üçün) 



 

 

 

 

 

 

 

 



 

 

 



                                                                       

 

 

 

3



 

Tərtib edən:  f.e.d., prof. S.Ə.Abdullayeva 

 

Rəyçilər: 

p.e.n. A.Y.Məmmədov 

f.e.n. Ş.Ə.Əhmədova 

 

Redaktor: 

p.e.n. A.Y.Məmmədov 

 

 

 

 

 



 

 

 



 

 

 



4


İzahat vərəqəsi 

 

Dilimizin gözəlliyini duymaq, mənimsəmək və bu gözəlliyi 

hər zaman hər yerdə təbliğ etmək, bu dildə düzgün danışmaqla ha-

mıya nümunə olmaq hər bir müasir gəncin ümdə vəzifəsidir. 

Tələbələrin hərtərəfli inkişafı, müasir tələblərə uyğun mütə-

xəssis kimi yetişmələri üçün öz ana dilləri haqqında biliklərə yiyə-

lənmələri zəruridir. Eyni zamanda hər bir tələbə düzgün yazı və nitq 

vərdişlərinə malik olmalıdır. Bu vərdişlərin yaradılmasında  “Azər-

baycan dili və nitq mədəniyyəti” fənninin xüsusi əhəmiyyəti vardır. 

“Azərbaycan dili və nitq mədəniyyəti” fənni ana dilimizin qayda - 

qanunularını öyrədir. Dilin müxtəlif səviyyələri üçün qəbul edilmiş 

normalar əsasında  təmiz, düzgün, dəqiq, yığcam, ümumiyyətlə, ka-

mil nitq vərdişlərini yaratmağa xidmət edir. 

Azərbaycan dili və nitq mədəniyyətinin müasir problemləri ilə 

əlaqədar yeni araşdırmalar aparıldığından bu fənnin nəzəri və 

praktik müddəaları daim təkmilləşir. Proqram tərtib edilərkən bu 

cəhətlər nəzərə alınmışdır. 

Proqramın tərkib hissələri məntiqi cəhətdən bir – birinə bağlı 

olub, bir- birini tamamlayır. Proqramın sonunda geniş  və  əhatəli 

ədəbiyyat siyahısı verilmişdir. Bu da proqramdan daha səmərəli isti-

fadə etmək üçün şərait yaradır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5




Azərbaycan dili və nitq mədəniyyəti - 90 saat 

                     

Dil haqqında ümumi məlumat.. 

 

Azərbaycan dili haqqında ümumi məlumat. Azərbaycan dili 

türk dillərindən biri kimi. Azərbaycan dilinin morfoloji quruluşu 

haqqında. Ahəng qanunu morfonoloji hadisə kimi. Dilin xalqın mə-

dəniyyəti, onun tarixi ilə bağlılığı. 

Azərbaycan dilinin inkişaf mərhələləri. Azərbaycan dilinin qə-

dim tarixinə dair. Azərbaycan ümumxalq dilinin formalaşması. Azər-

baycan respublikasının milli və dövlət dili. Azərbaycan dilinin özü-

nəməxsusluğu. 

Dil ictimai hadisə kimi. Ümumxalq dili, milli dil və ədəbi dil 

məfhumları.  Ədəbi dil, dialekt, danışıq dili anlayışları  və onların 

fərqli cəhətləri. Ədəbi dilin seçmə və əvəzetmə yolu ilə yaranması. 

Ədəbi dilin hamı tərəfindən başa düşülməsi, qəbul edilməsi, norma-

lara əsaslanması. Ədəbi dilin formalaşması və inkişafı. 

 

Nitq mədəniyyəti fənninin predmeti və vəzifələri 

 

«Nitq mədəniyyəti» termininin dilçilikdə  tətbiqi. Nitq mədə-

niyyəti və onun ictimai əhəmiyyəti. Nitq mədəniyyətinin öyrənilmə 

tarixi. Nitq mədəniyyəti danışıq etikasını öyrənən bir elm kimi. Nitq 

mədəniyyəti və  şəxsiyyət. Natiqlik sənətinin mahiyyəti. Natiqlik  

sənəti mədəni nitqin yüksək mərhələsi kimi. Natiqlik sənətinin inki-

şaf mərhələləri. Antik dövrün natiqlik sənəti. (Demosfen, Esxil, 

Sokrat, Aristotel). Aristotelin «Ritorika» əsəri. Roma natiqlik sənəti 

(Antoniy Mark, Mark Tulli Siseron və başqaları). XIX əsr Avropa 

natiqlik sənəti (K.Marks, F.Engels, Pol Lafarq, Vilhelm Libxnet və 

başqaları). Rusiyada natiqlik sənəti. Azərbaycan natiqlik sənəti. Bu 

sənətin formalaşması  və inkişafı. Azərbaycan klassikləri söz haq-

qında. Natiqliyin növləri: ictimai – siyasi natiqlik, akademik natiq-

lik, məhkəmə natiqliyi və dini natiqlik. Dövlətin idarə olunmasında 

nitqin rolu. Diplomatik nitqin əsas xüsusiyyətləri. 

 

6




Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə