Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə2/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

 
6
turuna malik mətndə bədiilik göstəricisi ardıcıl sıralanan infor-
masiyalar strukturuna malik mətndə olduğundan güclüdür. 
Aşağıdakı mətnlərə baxaq:  
I. –Dərsə xan oğlana bəglik verdi, təxt verdi. Oğlan təxtə 
çıqdı, babasının qırq yigidin anmaz oldı. Ol qırq yigit həsəd ey-
lədilər. Bir-birinə söylədilər: «Gəlün, oğlanı babasına quvlıya-
lum. Ola kim öldürə, genə bizim izzətimiz– hörmətimiz  olun 
babası yanında xoş ola, artıq ola», -dedilər (I b., s. 36). 
–Oğlan anasının sözin sımadı. Buğac bəg yerindən uru turdı. 
Qara polat uz qılıcın belinə quşandı. Ağ tozlıca qatı yayını əli-
nə aldı. Altun cidasın əlinə aldı. Bədəvi atın tutdu, durdı, bütün 
bindi. Qırq yigidin boyına aldı. Babasının ardınca yortub getdi 
(I b., s. 40). 
II. –Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün müxən-
nətlər sapa yer közətdi. Ol gün bir qiyamət savaş oldı, meydan 
tolu baş oldı; başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar 
yügürdi, nalı düşdi. Ala-ala köndərlər süsəldi. Qara polat uz qı-
lıclar çalındı, yılmağı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəm-
rəni düşdi. Qiyamətin bir güni ol gün oldı. Bəg nökərindən, 
nökər bəgindən ayrıldı (II b., s. 50). 
Baybörə bəgin dünlügi altun ban evinə 
[şivən] girdi. Qızı-
gəlini qas-qas gülməz oldı. Qızıl qına ağ  əlinə yaqmaz oldı. 
Yedi qız qardaşı ağ çıqardılar, qara tonlar geydilər. «Vay, bə-
gim qartaş! Muradına-məqsudına irməyən yalnuz qardaş!» -de-
yib ağlaşdılar – bögürişdilər (III b., s. 57-58). 
 Birinci iki mətnin informasiya bazaları ilə sonrakı iki mət-
nin informativ blokları biri digərindən fərqlənən iki müxtəlif 
model (quruluş) nümayiş etdirirlər.  İlk iki mətni təşkil edən 
cümlələrin hər birinə  ən azı bir informasiya təhkim olun-
muşdur. Birinci hər iki mətnin strukturunu səkkiz informasiya 
və təxminən bir o qədər də cümlə vahidi təşkil edir. Buradakı 
cümlələrin hər biri bir informativ nüvə ilə xarakterizə olu-
nurlar. Sonrakı mətnlərdən birincisi doqquz cümlədən, ikincisi 
beş cümlədən ibarət olsa da, mətnlərin hər birini bir semantik 


 
7
nüvə  səciyyələndirir. Birinci mətnin cümlələri oğuzlarla 
kafərlərin döyüşünü, ikinci mətnin vahidləri Beyrəyin itkin 
düşməsini, yəni ayrı-ayrılıqda vahid semaları ifadə edirlər.  
Xarakterinə görə  əsas və yardımçı informasiyalar fərq-
ləndirilir. Yardımçı informasiyanın iştirakını  mətnin bədii 
təyinatı  şərtləndirir və çox zaman o, bədii fiqur və ya obrazlı 
ifadə tərzindən ibarət olur: Dərin olsa, baturdır, qalabalıq qor-
xudır. At işlər, ər öginür. Yayan ərin umurı olmaz. Otuz toquz 
yigidlən Beyrək tutsaq getdi (III b., s. 57). Verilmiş nümunədə 
ilk üç cümlə ancaq sonuncu cümlənin informativ strukturunu 
ifadə etməyə, onu zənginləşdirməyə xidmət edir. Deməli, IY 
cümlə əsas informasiyanı, atalar sözlərindən ibarət olan I, II, III 
cümlələr isə yardımçı (vasitəçi) informasiyalar blokunu əmələ 
gətirir.  
Əsas və yardımçı informasiya tutumları arasındakı tarazlıq 
birincinin xeyrinə dəyişə bilir.  
Səgrək məst oldı. Tışra ayaq yolına çıqdı. Gördi kim, öksiz 
oğlan bir qızanı  çəkişür. «Mərə, noldınız?» deyü bir sillə bi-
rinə, bir sillə birinə urdı. Əski tonın biti, öksüz oğlanın dili acı 
olur. Biri aydır: «Mərə, mizim öksüzligimiz yetməzmi, bizi ni-
yə urarsan? Hünərin var isə, qartaşın Əlincə qələsində əsirdir, 
var, anı qurtar!» -dedi (X b., s. 111).  
Kursivlə verilmiş atalar sözündən ibarət cümlənin in-
formativ tutumu özündən sonra gələn beş əsas informasiya da-
şıyıcılarının leksik məna tutumu üçün yardımçı vasitə rolunu 
oynayır. 
Əsas və yardımçı informasiyalar arasındakı  həcm balansı 
pozulmaya bilir.  
At ayağı külük, ozan dili çevik olur. İyəgülü ulalur, qa-
bırğalı böyür. Oğlan on beş yaşına girdi. Oğlanın babası Ba-
yındır xanın ordısına qarışdı (I b., s. 36). 
Bu cür nisbətlərin bədii mətn quruluşu üçün ciddi əhə-
miyyəti olmur, bütün hallarda eyni funksionallıq nümayiş et-


 
8
dirir; məzmunu (əsas informasiya) tamamlayan forma (yardım-
çı informasiya) rolunu oynayır. 
Yardımçı informasiyalar əsas informasiyadan törəyir və heç 
bir halda bunun əksi baş vermir. Ən azı bir (və  ən çoxu iki) 
yardımçı informasiya daşıyıcısı  mətnin bir neçə  əsas infor-
masiya daşıyıcıları ilə bərabər şəkildə əlaqələnir. Bu halda bir 
yardımçı informasyia informativ tutumuna görə bir əsas infor-
masiya blokuna bərabər ola bilir.  
Qalaba qorxudar, dərin olsa baturar (I). Yayanın umudı ol-
maz (II). Sağın-solun Uruzın çevirdilər (III). Qırq yigidin şəhid 
etdilər (IY). Oğlanın üzərinə düşdilər, tutdılar (Y). Qarusından 
ağ əllərin bağladılar (YI). Qıl orğan ağ boynına taqdılar (YII). 
Yüzi üzərinə saluban sürdilər (YIII). Ağ  ətindən qan çıqınca 
dögdilər (IX). «Baba» deyü ağlatdılar, «ana» deyü bozlatdılar 
(X).  Əli bağlu, boynı bağlu yüzi üzərinə salıb aldılar, yürüyü 
verdilər (XI). Uruz tutsaq oldı (XII) (YI b., s. 71). 
Mətndən gətirdiyimiz parçanın ilk iki cümləsinin verdiyi 
bilgi yardımçı informasiya hüququndadır. Ondan sonra gələn 
cümlələr əsas informasiya blokunu təşkil edir. Hər iki qəbildən 
olan informasiyaların əlaqələnməsini bu cür ifadə etmək olar.  
 
                           I                                II 
                        cümlə                       cümlə                   
 
 
   
 
   
 
 
III      IY      Y       YI     YII    YIII     IX      X       XI      XII 
cümlə  cümlə cümlə cümlə cümlə cümlə  cümlə cümlə cümlə cümlə 
 
 
 
 
       
Йардымчы        информасийа
                  Ясас         информасийалар         блоку


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə