Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

 
9
Eyni ilə bir neçə yardımçı informasiyalar (yardımçı infor-
masiya bloku) bir əsas informasiyanın məlumat tutumuna nisbi 
bərabər ola bilir.  
Dədə Qorqut aydır:  
Qarşu yatan qara tağını  aşmağa gəlmişəm (I). Aqındılı 
görklü suyını keçməgə  gəlmişəm (II). Gen ətəgünə, tar qoltu-
ğına qısılmağa gəlmişəm (III). Tənrinin buyruğilə, peyğəm-
bərin qövlilə, aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi 
Bamsı Beyrəyə diləməgə gəlmişəm! (IY) –dedi (III b., s. 56).  
Verilmiş mətn parçasının sonuncu tərkib hissəsi olan cümlə 
əsas informasiyanı,  əvvəlki üç cümlə vahidi isə yardımçı in-
formasiya blokunu əmələ gətirir: 
 
                        I            II           III 
                    cümlə     cümlə    cümlə  
 
 
              
 
 
                            
                                   IV  
                                cümlə 
 
 
 
 
Mətnin informativ strukturunda informativ mərkəz və 
ümumi informasiya süjeti mühüm yer tutur. Ümumi informativ 
süjet daxilində adresant və adresat üçün köhnə  və yeni olan 
informasiyaların növbələnməsi bədii mətnin təşkili mexanizmi 
kimi özünü göstərir. Müxtəlif qrammatik əlamətlər, xəbərlərin 
zamana görə uzlaşması, ayrı-ayrı nitq hissələrinə  mənsub xü-
susi leksik vahidlər, sintaktik quruluşun təkrarı, dialoji nitq 
Йардымчы  информасийа блоку 
    Ясас      информасийа


 
10
strukturu, tematik və rematik informasiyaların bir-birini iz-
ləməsi, mətn komponentlərinin xüsusi sıralanma qaydası da 
mətnə, bədii mətnə məxsus komponentlərin daxili rabitəsini bir 
qayda olaraq davamlı edir. 
Şer–mətnlə  nəsr–mətnin kontekstdaxili kompozisiyası bir-
birindən fərqlənir. Mətn-nəsrdə əhvalat, təsvir, birbaşa ifadə və 
əsas informasiyalar mühüm yer tutur. Mətn-şerdə isə birbaşa 
olmayan ifadə  tərzi,  əhvalatın olmaması, tərənnüm özünü 
göstərir və bir qayda olaraq, yardımçı informasiyalar teksti 
müşayiət edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
11
§1. MƏTN VƏ İNFORMASİYA 
 
Q
ədim və orta əsrlər türk yazılı abidələrinin dili üzərində 
apardığımız müşahidələr göstərir ki, türk bədii mətni funk-
sional-məzmun və struktur forma elementlərini özündə birləş-
dirən xüsusi kontekstual struktur ilə xarakterizə olunur. Bunu 
ilk növbədə  mətnin funksional təyinatı  tələb edir. Yəni YI—
YIII əsrlərə aid Orxon-Yenisey abidələrindən tutmuş orta əsrlə-
rin ümumtürk ədəbi dilinə (türki) qədər bütün yazılı  mətnlər 
üslubi funksionallıq nümayiş etdirirlər; bəzilərində (məsələn: 
Orxon-Yenisey abidələri) aparıcı funksional üslublar inteqrativ 
fakt səviyyəsində eyni mətn daxilində, digərlərində di-
ferensiativ fakt şəklində başqa-başqa mətnlər içərisində möv-
cud olur və ümumi tekst ilə xüsusi kontekstin aparıcı  əla-
mətlərini müəyyən edir. Bu isə öz növbəsində  bədii üslub 
materialını, misal üçün, rəsmi üslub materialından fərqləndir-
məyə gətirib çıxarır. Fərqli materialların spesifik əlamətləri üs-
tünlük təşkil etsə  də, məzmun və forma planındakı seçilmələr 
xüsusilə nəzərə çarpır. 
Türk bədii mətninin strukturu iki əsas komponenti birləş-
dirir: informasiya və informasiyanın ifadəsi.  İnformativ struk-
tur şer və ya nəsr mətninin bazisini təşkil edir. İstənilən mətn 
və ya sintaqmatik hüdudları olan dil vahidi informAasiyasız 
mümkün deyil. İnformasiyanın azlığı  və ya çoxluğu yarımçıq 
sintaqmdan tam sintaqma doğru  ən müxtəlif dil vahidlərinin 
(söz birləşməsi, sadə cümlə, mürəkkəb cümlə, qarışıq tipli mü-
rəkkəb cümlə, mürəkkəb sintaktik bütöv) yaranmasını şərtlən-
dirir. Yəni informasiyanın həcmliliyi sintaktik vahidin quru-
luşca mürəkkəbliyini müəyyən etmiş olur. Məsələn, aşağıdakı 
mürəkkəb sintaktik bütövdə informasiya predikativliyə, bitmə 
intonasiyasına, modallığa malik dörd sintaktik vahidlə (cümlə 
ilə) ifadə edilir: 


 
12
Kafər aydır [I]: «Bəglər, Qazanın tölə-tölə  şahbaz atlarını 
binmişüz [II], altun-aqçasını yağmalamışuz [III], qırq yigidlən 
oğlı Uruzı tutsaq etmişüz [IY], qatar-qatar dəvələrini yetmişüz 
[Y],  qırq incə belli qızlan Qazanın həlalını tutmışız [YI]. Bu 
heyfləri biz Qazana etmişüz [YII]», -dedi  (5, s. 43). 
Əgər mətnin  əvvəli və sonundakı aydır, dedi fellərinin 
sintaktik təyinatı da nəzərə alınsa, onda mətnin bir sintaktik 
vahid ilə – iki baş cümləyə malik tamamlıq budaq cümləli 
tabeli mürəkkəb cümlə ilə ifadə edildiyi aydınlaşar. 
Gördüyümüz kimi, mətn daxilində informasiyaların kəmiy-
yəti ilə sintaktik vahidlərin - cümlə formalarının sayı üst-üstə 
düşməyə bilir. Bu müxtəlif variasiyalarla müşayiət olunur: 
-bir sintaktik vahid bir informasiyanı bildirir; Altı yüz kafər 
atlandı, qoyunun üzərinə alğar vardı (II b., s. 43); 
-bir sintaktik vahid bir neçə informasiyanı bildirir; Kafər 
aydır: «Bəglər, Qazanın tölə-tölə  şahbaz atlarını binmişüz
altun-aqçasını yağmalamışuz,  qırq yigidlən oğlı Uruzı tutsaq 
etmişüz (5, s. 43); 
-bir informasiya bir neçə sintaktik vahidlə ifadə olunur; Hey 
ana!  Ərəbi atlar olan yerdə bir qulunı olmazmı olur? Qızıl 
dəvələr olan yerdə bir köşəgi olmazmı olur? Ağca qoyunlar 
olan yerdə bir quzucığı olmazmı olur? Sən sağ ol, qadın ana! 
Babam sağ olsun! Bir mənim kibi oğul bulunmazmı olur?  (5, s. 
47).  
Sonuncu varianta daha çox «Kitabi-Dədə Qorqud»dakı  şer 
mətnlərində, tərkibində frazeoloji vahidlərin, məcazların iştirak 
etdiyi cümlələrdə təsadüf olunur. 
«Kitabi-Dədə Qorqud»dakı sintaktik mətnlər mürəkkəb 
sintaktik bütövlərdə informasiyanın inkişafını izləmək baxı-
mından daha çox maraq doğurur. Mətnlərdə informativ struk-
turun genişlənməsi, bir qayda olaraq, informasiyanın sayca 
çoxalması hesabına baş verir. Proses iki xətlə gedir. Birinci 
halda yeni olan informasiya köhnə olan informasiyadan intişar 
tapır, bir-biri ilə  əlaqəli iş, hərəkət, proses, hadisələrin ardıcıl 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə