Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

 
13
baş verməsindən doğur. Bu halda biri digərindən doğan və 
ondan sonra sıralanan informasiyalar ardıcıl sıralanan (və ya 
ardıcıl) informasiyalar adlanır. Mətnə baxaq:   
Oğlan böylə digəc bıldır-bıldır gözinin yaşı rəvan oldı. Boyı 
uzun, beli 
[incə] Burla xatun boynilə qulağın aldı, düşdi. Güz 
alması kibi al yanağın tutdı, yırtdı. Qarğu kibi qara saçını 
yoldı. «Oğul!» «Oğul!» deyübən zarılıq qıldı, ağladı (5, s. 47). 
İnformativ tutumu beş vahiddən ibarət olan mürəkkəb sin-
taktik bütövdə hər bir sonrakı informasiyanı ondan əvvəl gələn 
informasiya doğurur. Burada sayca beşinci informasiya dör-
düncü informasiyadan, dördüncü ondan əvvəl gələndən, üçün-
cü ikincidən, ikinci isə birincidən intişar tapır. 
İkinci halda  mətndəki informasiyalar bir informativ nüvə 
ilə bağlı olur və biri digərindən doğmur. Bu zaman infor-
masiyanın ifadə edildiyi cümlələrin semantikası vahid mərkəzi 
semanın  əhatə dairəsindən kənara çıxmır. Belə informasiyalar 
vahid sema ilə əlaqəli informasiyaları paralel şəkildə bildirdik-
lərindən  paralel sıralanan (və ya paralel) informasiyalar 
adlanır. Məsələn: 
Uruz aydır: «Ağzın qurısın, ana! Dilin çürisin, ana!» «Ana 
həqqi-tənri həqqi» denilməsəydi, qalqubanı yerimdən 
turaydım. Qaba öncəm altına salaydım. Ağ yüzini qara yerə 
dəpəydim. Ağzunla yüzindən qan şorladaydım. Can tatlusın 
sana göstərəydim. Bu nə sözdür? Saqın, qadın ana! Mənim 
üzərimə  gəlmiyəsin! Mənim üçün ağlamıyasan. Qoy bəni, 
qadın ana, çəngələ ursunlar! Qo ətimdən çəksünlər, qara 
qaurma etsünlər, qırq bəg qızının öginə ilətsünlər. Anlar bir 
yedigində sən iki yegil! Səni kafərlər bilməsünlər, tuymasınlar. 
Ta kim, sası dinlü kafərin döşəginə varmıyasan. Sağrağın 
sürmiyəsən. Atam Qazan namusını  sımayasan. Saqın!» - dedi 
(5, s. 47). 
İnformativ tutumu iyirmi dörd vahiddən ibarət olan mürək-
kəb sintaktik bütövdə heç bir sonra gələn (yeni gələn) infor-
masiyanı əvvəl gələn (köhnə olan) informasiya doğurmur. 


 
14
Üçüncü halda mürəkkəb sintaktik bütövün strukturundakı 
informasiyalar həm ardıcıl, həm də paralel sıralanır. Bu zaman 
ardıcıl (və ya paralel) sıralanan informasiyaların sərhəddi ilə 
paralel (və ya ardıcıl)  sıralı informasiyaların hüdudları fərqlə-
nir. Bu paralel-ardıcıl (və ya ardıcıl-paralel) informasiyalar 
adlanır. 
Kafərlər tərs tanışmışlar. «Qazan oğlı Uruzı  həbsdən 
çıqarun, boğazından orğanla asun. İki talusından cəngələ 
sancun, qıyma-qıyma ağ  ətindən çəkün. Qara qaurma edib, 
qırq bəg qızına ilətün. Hər kim yedi, ol degil. Hər kim yemədi, 
ol Qazan xatunıdır, çəkün döşəgimizə  gətürəlim, sağraq 
sürdirəlim! –demişlər. Sənin ətindən oğul-a, yeyəyinmi? Yoxsa 
sası dinlü kafərin döşəginə girəyinmi? Ağan Qazanın namusını    
sındırayınmı? Necədəyin, oğul, hey?!» - dedi (5, s. 47).  
Mətndə  əvvəl gələn ardıcıl, kursivlə verilmiş hissə isə 
paralel sıralanan informasiyalardır. 
İnformasiyanın ağırlıq mərkəzi heç də bütün mətnlərdə 
standart ünvanda yerləşmir. Bu baxımdan  şer və  nəsr 
nümunələri arasında fərqlənmələr nəzərə çarpır.  Əgər nəsr-
mətnlərdə vahid mərkəzi sema mətnin  əvvəlinə düşür və ya 
onun bütün üzvləri (cümlələr) arasında bərabər  şəkildə 
paylanırsa,  şer-mətnlərdə daha çox sonuncu misra (cümlə) bu 
vəzifəni üzərinə götürür. 
Bu məhəldə, sultanım, Salur Qazanla Qaraca çoban çapar 
yetdi. Çobanın üçyaşar tana dərisindən sapanının ayasıydı, üç 
keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən 
çatlağucıydı. Hər atanda on iki batman taş atardı. Atdığı taş 
yerə düşməzdi. Yerə  dəxi düşsə toz kibi savrılardı, ocaq kibi 
oyrulardı. Üç yıladaq taşı düşdigi yerin otı bitməzdi. Simüz 
qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın 
qorqusından. Elə olsa, sultanım, Qaraca çoban sapan çatlatdı. 
Dünya-aləm kafərin gözinə qarannu oldı (5, s. 48). 
Burada mərkəzi sema – Qaraca çobanla bağlı informasiya 
mətn boyu bütün komponentlərdə funksional olub, istər giriş, 


 
15
izahedici cümlələrdə, istərsə  də yekun cümlədə  bərabər 
səviyyədə qalır. Aşağıda nümunə göstərəcəyimiz başqa bir 
mətndə – şerdə isə informativ mərkəz yekun cümlədə üzə çıxır: 
 
Marə Şökli Məlik! 
Dünlügi altun ban evlərimi gətürüb durursan, 
                                                       sana kölgə olsun! 
Ağır xəzinəm, bol aqçam  gətürüb durursan,  
                                                    sana xərclıq olsun! 
Qırq incə bellü qızla Burla xatunı gətürüb durursan, 
                                                       sana yesir olsun! 
Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, 
                                                              qulun olsun! 
Tavla-tavla şahbaz atlarım gətürüb durursan, 
                                                       sana binət olsun! 
Qatar-qatar dəvələrim gətürüb durursan, 
                                                     sana yüklət olsun! 
Qarıcıq anamı gətürüb durursan, mərə kafər, 
                                                    anamı vergil mana 
Savaşmadın, uruşmadın qayıdayım – gerü dönəyim, 
                                      gedəyim, bəllü bilgil,- dedi  
                                                             (5, s. 48). 
 
Şerdə  sonuncu misralara qədər olan bütün sətirlər giriş 
cümlə xarakterində olub, əsas məqsədin – Qazan xanın qarıcıq 
olmuş anasını  əsirlikdən xilas etmək, düşməndən geri almaq 
arzusunun ifadəsinə xidmət edir. Mərkəzi sema isə son iki 
misrada açılır; yekun cümlə  həm də izahedici cümlə 
funksiyasını yerinə yetirir.   
Mətnin informativ mərkəzi və ümumiyyətlə, informasiya 
mətnin quruluş strukturunda iştirak etməklə  həm də ikili 
funksiya yerinə yetirir, mətnə quruluş ünsürü kimi də xidmət 
göstərir. Bütün sintaktik vahidlərdə olduğu kimi, mürəkkəb 
sintaktik bütövlərdə  də başlanğıc və son hissələr onun bütöv 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə