Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

 
16
sintaqmatik hüdudlarını müəyyn edir. Bəzən həmin informativ 
mərkəz bir dəfə  mətnin  əvvəlində  və bir dəfə  də sonda ifadə 
edilməklə  mətn komponentlərini konstruktiv çərçivəyə salır; 
həm onların əlaqələnməsini bir daha təmin etmiş olur, həm də 
mürəkkəb sintaktik bütövü başlayır və tamamlayır. 
 
Bir gün Qam ğan oğlı xan Bayındır yerindən turmışdı. 
Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə 
aşanmışdı. Bin yerdə ipək xalicəsi döşənmişdi. 
Xanlar xanı Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin 
qonaqlardı. Genə toy edib atdan-ayğırdan, dəvədən buğra, 
qoyundan qoç qırdırmışdı. Bir yerə ağ otağ, bir yerə qızıl otağ, 
bir yerə qara otağ qurdırmışdı. «Kimün ki oğlı-qızı yoq, qara 
otağa qondurın, qara keçə altına döşən, qara qoyun 
yəxnisindən öginə  gətürün. Yersə, yesün, yeməzsə, tursun-
getsün», -demişdi. «Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa, 
qondurın. Oğlı-qızı olmıyanı allah-təala qarğayıbdır, biz dəxi 
qarğarız, bəllü bilsün» -demiş idi. 
Oğuz bəgləri birin gəlüb yığnaq olmağa başladı. Məgər 
Dirsə xan deyirlərdi, bir bəgün oğlı-qızı yoxdı. Soylamış, 
görəlim, xanım, nə soylamış: Salqum-salqum tan yelləri 
əsdigində, saqallu boz ac turğay sayradıqda, saqalı uzın tat əri 
banladıqda, bədəvi atlar issini görüb oğradıqda, ağlı-qaralı  
seçən çağda, köksi gözəl qaya tağlara gün dəgəndə, bəg 
yigitlər, cılasınlar bir-birinə qoyulan çağda, alar sabah Dirsə 
xan qalqubanı yerindən uru turıb, qırq yigidin boyına alub, 
Bayandar xanın söhbətinə gəlürdi. 
Bayındır xanın yigitləri Dirsə xanı qarşuladılar. Götürüb 
qara otağa qondurdular, qara keçə altına döşədilər, qara 
qoyun yəxnisindən öginə götürdilər. «Bayandar xandan buyruğ 
böylədür, xanım», -dedilər. Dərsə xan aydur: «Bayandar xan 
bənim nə əksüglügüm gördi? Bəndən alçaq kişiləri ağ  otağa, 
qızıl otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa 
qondurdı?» -dedi.  


 
17
Ayıtdılar: «Xanım, bu gün Bayındır xandan buyruq şöylədir 
kim, oğlı-qızı olmıyanı  tənri-təala qarğayıbdır, biz dəxi 
qarğarız, -demişdir» -dedilər (5, səh. 34). 
Mətnin bütün struktur-semantik tutumu bir informasiyaya 
əsaslanır: «oğlı-qızı olmıyanı  tənri-təala qarğayıbdır, biz dəxi 
qarğarız». Həmin informativ mərkəz bir dəfə mətnin əvvəlində 
gəlməklə onu başlayır, ikinci dəfə mətnin sonunda işlənməklə 
onu qapayır. 
Mətnin informativ mərkəzi bir informasiyalı (bir xətli) 
olduğu kimi, çox informasiyalı (çox xətli) da ola bilər. Bu 
halda həm əsas informasiya, həm də ondan asılı şəkildə mətnin 
ümumi informasiya süjeti ayrı-ayrı xətlərə şaxələnirlər. 
Ozan aydır: «Qarılar dörd dürlidü: birisi soldıran soydır 
(II), birisi toldıran toydır (III), birisi evin tayağıdır (I), birisi 
necə söylərsən, bayağıdır» (IY). 
(I) Ozan, evin tayağı oldır ki, yazıdan-yabandan evə bir 
qonaq gəlsə,  ər adam evdə olmasa, ol anı yedirər–içirər, 
ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım. 
Anun bəbəkləri bitsün. Ocağına buncılayın övrət gəlsün. 
(II) Gəldin ol kim soldıran soydır, sapadanca yerindən uru 
turar,  əlin-yüzin yumadan toquz bozlamac ilən bir küvlək 
yoğurd gəvəzlər, toyınca tıqa- basa yeyər,  əlin bögrinə urar, 
aydar: «Bu evi xərab olası!  Ərə varalıdan bərü dəxi qarnım 
toymadı, yüzim gülmədi. Ayağım başmaq, yüzim yaşmaq 
görmədi». Deyər: «Ah, noleydi, bu öleydi, birinə  dəxi 
vareydim. Umarımdan yaxşı-uyar oleydi», -deyər. Anun 
kibinin, xanım, bəbəkləri bitməsün, ocağına buncılayın övrət 
gəlməsün. 
(III)  Gəldin ol kim toldıran toydır, dəpdincə yerindən uru 
turdı,  əlin-yüzin yumadan obanın ol ucından bu ucına – ol 
ucına çarpışdırdı. Quv quvaladı, din dinlədi. Öyləyədəncə 
gəzdi. Öylədən sonra evinə gəldi. Gördi kim, oğrı köpək, yekə 
tana evini bir-birinə qatmış, tauq komasına, sığır tamına 
dönmüş. Qonşılarına çağırar ki, Yetər! Zəlixə! Zübeydə! 


 
18
Ürüydə can-qız can! Paşa! Ayna Mələk! Qutlu Mələk!   
Ölməgə-yitməgə getməmişdim, yatacaq yerim genə bu xərab 
olasıydı. Noleydi, bənim   evimə bir ləhzə baqaydınız. «Qonşı 
həqqi – tənri həqqi» -deyü söylər. Bunın kibinin, xanım, 
bəbəkləri bitməsün. Ocağına bunın kibi övrət gəlməsün. 
(IY) Gəldin ol kim necə söylərsən, bayağıdır. Evinə yazıda-
yabandan bir udlu qonaq gəlsə, ər adam evdə olsa, ana disə ki, 
tur  ətmək gətür yeyəlim, bu da yesün; disə bişmiş  ətməgün 
bəqası olmaz, yemək gərəkdir, övrət aydar: «Neyləyəyim, bu 
yıqılacaq evdə un yoq. Ələk yoq. Dəvə dəgirməndən gəlmədi»
-diyər; «nə gəlürsə, bənim sağrıma gəlsün» deyü əlüyin… urur, 
yönin anaru, sağrısın  ərinə döndürür. Bin söylərsən, birisini 
quymaz – ərin sözini qulağına qoymaz. Ol Nuh peyğəmbərin 
eşəgi  əslidür. Andan dəxi sizi, xanım, allah saqlasun. 
Ocağınıza buncılayın övrət gəlməsün (5, s. 33).  
Verilmiş  mətnin informativ strukturunda dörd əsas mənbə 
müşahidə olunur. Yəni mərkəzi sema bir-biri ilə bağlı dörd 
müxtəlif semanı birləşdirir. Bu, mətnin giriş cümləsində aydın 
ifadə olunur və  mətnin özünü də kiçik mətnlərə parçalayır, 
dörd tərkib hissəyə (abzasa) ayırır. Mətnin giriş cümləsindəki 
bu informativ tutum ayrı-ayrı hissələri – dörd abzası bir-birinə 
bağlayır. Hər abzas isə qarılara aid dörd əlamətdən birini 
xatırladır; onun kontekstual açımına həsr olunur. Birinci abzas 
üçüncü  əlamətə, ikinci abzas birinci əlamətə, üçüncü abzas 
ikinci əlamətə, dördüncü abzas dördüncü əlamətə işarə edir. 
Məlumdur ki, mürəkkəb sintaktik bütövlərin informativ 
strukturu köhnə (məlum) və yeni (naməlum) olan 
informasiyaları birləşdirir.  
Bayındır xan aydır:  «Mərə, niyə  ağlarsız? Biz bunı 
tanımazız. Adaqlusına aparın, görsün. Ol yaxşı bilür. Zira ol 
dikübdir, yenə ol tanır», -dedi.  
Vardılar, kömləgi Banıçiçəgə ilətdilər. Gördi, tanıdı. 
«Oldur -dedi. Tartdı, yaqasın yırtdı. Acı  tırnaq ağ yüzinə 
aldı-çaldı. Güz alması kibi al yanağını  yırtdı.  «Vay göz açub 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə