Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə6/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

 
19
gördigim, könül verib sevdigim! Vay al duvağım iyəsi! Vay 
alnum-başım umudı, xan Beyrək!» -deyü ağladı (5, s. 53) . 
Burada ilk abzas adresant (məlumatı göndərən) və adresat 
(məlumatı  qəbul edən) üçün məlum olan informasiyanı ifadə 
edir. Son abzas isə adresant üçün köhnə olsa da, adresat üçün  
yenidir.  
Bu baxımdan mətnin təşkili mexanizmlərindən biri köhnə və 
yeni informasiyaların  əvəzlənməsinə  əsaslanır. Bəzən bunlar 
makromətni təşkil edən ayrı – ayrı mikromətnlərin 
əlaqələnməsini də  təmin edir. Yəni birinci mətnin yeni 
informasiyası ikinci mətnin də informativ tutumuna daxil olur
lakin bu zaman yeni yox, köhnə informasiya funksiyasını 
daşıyır, ikinci mətnin yeni informasiyası isə öz növbəsində 
üçüncü mətnin  köhnə informasiyasına çevrilir və s. İnformativ 
struktur komponentlərinin  düzülüşünü sxemlə bu cür ifadə 
etmək olar: 
M
1
 = A
K
 + B
Y 
 
M
2
 = B
K
 + C
Y 
M
3
 = C
K
 + D
Y     
və s. 
 
Qeyd: 
K
 – köhnə informasiyanı, 
Y
 – yeni informasiyanı, M – 
mətni bildirir. Ayrı-ayrı mikromətnlər (mürəkkəb sintaktik bü-
tövlər) birləşərək bir makromətni (bədii  əsəri)  əmələ  gətir-
dikləri kimi, mikromətnin özünün də informativ bazasını ifadə 
edən tərkib hissələr – mətndən kiçik sintaktik vahidlər (söz bir-
ləşməsi, cümlə) mövcuddur. Bu struktur komponentlərin ver-
diyi informasiyalar mürəkkəb sintaktik bütövlərin informativ 
strukturunu və ya mətndaxili kompozisiyanı təşkil edir. 


 
20
Oğlan anasının sözin sımadı. Büğac bəg yerindən uru turdı. 
Qara polat uz qılıcın belinə quşandı. Ağ tozlıca qatı yayını 
əlinə aldı. Altun cilasın  əlinə aldı. Bədəvi atın tutdı, durdı, 
bütün bindi. Qırq yigidin boyına aldı. Babasının ardınca yortıb 
getdi (5, s. 40).  
Burada səkkiz cümlənin bildirdiyi doqquz informasiya 
mətnin informasiya strukturunu verir. Ancaq komponentlər 
mətn vahidi kimi məzmun daşıyıcısı olsalar da, dil vahidi kimi 
kommunikasiyaya xidmət edirlər. Bu baxımdan kommunikativ 
vahidlərin birliyi kimi informasiya strukturu bütün mətnlərdə 
eynidir. Ancaq mətn vahidlərinin funksionallığı mürəkkəb 
sintaktik bütövlərdə eyni olmaya da bilir. Bu daha çox şer olan 
mətnlərlə  nəsr olan mətnlər arasında üzə  çıxır. «Kitabi-Dədə 
Qorqud»da şer-mətnlə nəsr-mətnin mətndaxili kompozisiyası – 
giriş, final hissələri və s. bir çox hallarda fərqlənir. Mətn-
nəsrdə əhvalat, təsvir, birbaşa ifadə əsas yer tutur:  
Qırq yigidinə dilbənd saldı, əl eylədi. Qırq yigit bədəvi atın 
oynatdı, oğlanın üzərinə yığnaq oldı. 
Oğlan qırq yigidin boyına aldı, at dəpdi, cəng və savaş etdi. 
Kiminün boynın urdı, kimini tutsaq elədi. Babasını qurtardı, 
qayıtdı, gerü döndi. 
Dərsə xan burda oğlancığın sağ idügin yenə bildi. Xanlar 
xanı  oğlana bəglik verdi, təxt verdi. Dədəm Qorqud boy 
boyladı, soy soyladı. Bu oğuznaməyi düzdi-qoşdı, böylə dedi (5, 
s. 41). 
Mətn-şerdə isə birbaşa olmayan ifadə  tərzi,  əhvalatın 
olmaması, tərənnüm özünü göstərir və ifadə üsulu, bir qayda 
olaraq, əsas mətləbin açılmasına kömək edən yardımçı vasitə-
lərlə müşayiət olunur. 
      
 
 
Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər
 
 
Bənim də içində binədim var,  
 
 
qomağım yoq qırq namərdə!  
 
 
Qaytabanda qızıl dəvə sənin gedər, 


 
21
 
 
Mənim də içində yüklətim var,  
 
 
qomağım yoq qırq namərdə!  
 
 
Ağayıldı tümən qoyun sənin gedər, 
 
 
Mənim də içində şişligim var,  
 
 
[qomağımyoq qırq namərdə
 
 
Ağ yüzlü, ala gözlü gəlin sənin gedərsə,  
 
 
Mənim dəxi içində nişanlım var,  
 
 
qomağım yoq qırq namərdə
 
 
Altun başlu ban evlər sənin gedərsə,  
 
 
Mənim də içində odam var,  
 
 
qomağım yoq qırq namərdə
 
 
Ağ saqallu qocalar sənin gedərsə,  
 
 
Mənim dəxi içində bir əqli şaşmış,  
 
 
biligi yetmiş qoca babam var;  
 
 
qomağım yoq qırq namərdə! (5, s. 41). 
 
Verilmiş  şerin sonluq hissəsindəki baba sözü əsas infor-
mativ mərkəzin mikrokomponentidir. Əvvəl gələn misraLar-
dakı at, dəvə, qoyun, gəlin, ev elementləri isə  əsas informasi-
yanın ifadəsində köməkçi vasitə rolunu oynayır. Bununla belə, 
bütün elementlər assosiasiya yaradaraq ümumi informativ 
strukturu təşkil edirlər.  
Mürəkkəb sintaktik bütövlər bədii mətni (makromətni) 
başladıqda, başqa sözlə, ilk cümlə, yaxud daha iri sintaktik 
vahidlər – mətn  əvvəl gəldikdə oxşar informativ tutum əmələ 
gətirirlər. Belə ki, qədim türk (runik) yazılı abidələrində ilk 
cümlə xüsusi funksional-semantik məzmun daşıya bilir. Burada 
adətən xaqanın adı  çəkilir və ya xaqan haqqında bilgi –
informasiya verilir. Kültiqin şərəfinə abidədə: Tenri teq tenride 
bolmış türk bilqe kağan bu ödke olurtım (KltC. 1; Tərcüməsi: 
Tanrı kimi göylərdə doğulmuş türk müdrik xaqanı bu taxta 
əyləşdim). Bilgə xaqan şərəfinə abidədə: Tenri teq tenri 
yaratmış türk bilqe kağan sabım (BxŞ. 1; Tərcüməsi: Tanrı tək 
tanrı yaratmış türk müdrik xaqanı sözüm [budur]). Moyun Çor 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə