Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə68/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   68

 
238
nümunədə eyni miqdar sayının ardıcıl sıralanmaması obrazı 
səciyyələndirməyə xidmət edir və onun gücü haqqında olduqca 
real təsəvvür yaradır;  İlək qoca oğlı Alb Ərən qırx həmləyə 
otuz yeddi qala bəyini (qırx yox) məğlub edir. Başqa bir halda 
sayların asimmetrik yerləşməsinin səbəbi onların malik olduğu 
nominativ mənanın – konkret kəmiyyətin mətn üçün elə bir 
əhəmiyyət kəsb etməməsidir. …Salur Qazan yerindən 
turmuşdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə 
dikdirmişdi. Toqsan yerdə ala qalı ipək döşəmişdi. Səksən 
yerdə badyələr qurulmışdı. Altun ayaq sürahilər düzülmüşdü. 
Toquz qara gözlü, xub yüzlü, saçı ardına urulu, köksi qızıl düg-
məli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafər 
qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi ( s. 42). 
Buna görədir ki, nümunədəki kəmiyyət adları «doxsan – 
doxsan – səksən – doqquz» formasında sıralanır.  
 Saylar 
mürəkkəb sintaktik bütöv komponentlərini bir–
birinə bağlayır. Bunun üçün onların mürəkkəb sintaktik bütöv 
boyu paradiqmatik əlaqələnməsi kifayət edir. Belə ki, sintaktik 
mətnin ilk cümləsində miqdar sayı varsa və o hansı leksik və 
qrammatik mənaları bildirirsə, növbəti cümlələrdə  də  həmin 
situasiya təkrar olunur; kəmiyyət adları eyni vəzifəni yerinə 
yetirir. Yigirmi dört boyun oxşayan Dəli Tondaz yetdi. Anun 
ardınca bin qövm başları Dügər yetdi. Anun ardınca bin Bəgdiz 
başları Əmən yetdi. Anun ardınca toquz qoca başları Aruz yet-
di. Saydıqımca oğuz bəgləri dükənsə olmaz ( s. 77). Nümu-
nənin ilk cümləsində  işlənən «yigirmi dört» sayı sonra gələn 
cümlələrdəki bin və toquz sayları ilə paradiqmatik uzlaşır: 
 yigirmi 
dört boyun oxşayan 
 bin qövm başları 
 bin Bəgdiz başları 
 toquz qoca başları 
 Saylar 
informasiyanın struktur komponenti olmaqla, bə-
dii mətnə funksional məzmun elementi kimi xidmət göstər-
dikdə  də  bədii mətn detalına çevrilə bilir. Toquzını bir yerinə 


 
239
saydurayım ( s. 76). Verilmiş nümunədə say həm normal 
informasiya ötürücüsü, həm də bədii ifadə elementi kimi çıxış 
edir. Burada toquzını bir yerinə saydurmaq «doqquz adamı bir 
nəfəri məğlub edən sayaq asanlıqla məğlub etmək» deməkdir. 
Bəzən də olur ki, sayların məna yükü bədii mətnin informativ 
tutumu ilə bağlanmır (yaxud zəif bağlılıq özünü göstərir). Bu 
halda kəmiyyət adları ancaq üslubi məqsədlə  işlənirlər. 
Toqduğında toquz buğra öldürdigim, aslan oğul! ( s. 81). 
Toquz sayının cümlə vahidində  iştirakı  sırf üslubi səciyyə 
daşıyır. Çünki toquz sayı  əvvəlki toğ- feli ilə alliterativ 
səsləşmə yaratmaq üçün işlənir.         
 
 
 
 
 
 
 
 
 
 


 
240
NƏTİCƏ 
 
 
«Kitabi-Dədə Qorqud» mətnlərinin leksik-semantik 
strukturunun təhlili aşağıdakı  bəzi mühüm nəticələrə  gəlmək 
imkanı verir: 
 
1. Sema həm mətnin normativ strukturunu təşkil edən
həm də orada bədii məqam yaradan normal dil vahididir. 
Semanın hesabına leksik vahidlər arasında məna yaxınlığı 
yarana bilir, mənaca qarşılaşdırılır, bənzədilir, bir-biri ilə 
müqayisə olunurlar. Bədii tekstdə mütləq və nisbi semalar 
fərqləndirilir. Mütləq semalar qeyri-üslubi detal kimi həqiqi 
mənalı sözlərdə olur. Bu baxımdan istənilən mətni təşkil edən 
leksik vahidlər mütləq semalı sözlərdir. Nisbi semalar həqiqi 
mənalı sözlərin qarşılığı olub, onu məcazi  şəkildə ifadə edən 
sözlərdə, frazemlərdə özünü göstərir.  
 2. 
Mətn və sema qarşılıqlı  şəkildə biri digərini 
şərtləndirə bilir. Yəni bir tərəfdən mətn üçün sema zəruridir. 
Digər tərəfdən, sema üçün mətn  əsasdır. Hər bir sema lüğəvi 
vahidin ayrılmaz hissəsi kimi ancaq kontekstdə – mətnin 
içərisində  işləklik hüququ qazanır. Bədii mətn heç bir məna 
yaxınlığı olmayan sözləri asanlıqla yaxın mənalı leksik 
vahidlərə çevirir, əks mənası olmayan sözlər isə  mətnin bədii 
gücü hesabına antonimləşə bilirlər. Onlar başqa-başqa 
səviyyələri təmsil etməklə, müxtəlif paradiqmalar nümayiş 
etdirirlər. Mətn sintaksislə, sema leksikologiya ilə bağlıdır. 
Mətn daha böyük, sema nisbətən kiçik dil vahididir. 
 3. 
Müxtəlif leksik semalar arasında semantik uzlaşmalar 
iki formada təzahür edir: ənənəvi və tekstual uzlaşmalar. 
Ənənəvi uzlaşmaya görə cümlədaxili leksik vahidlər arasında 
normativ səviyyədə  məna  əlaqələri olur. Tekstual məna 
uzlaşmaları qeyri-normativ, ənənəvi olmayan məna 
əlaqələridir. Belə əlaqələr ancaq bədii mətnlərdə özünü göstərir 
və  əlaqələnmənin istiqamətinə görə  şaquli, yaxud üfüqi 
simmetriyalar 
əmələ 
gətirirlər. Üfüqi simmetriyalı 


 
241
əlaqələnməyə görə, bir cümlə daxilində  təkrar olunan iki və 
daha artıq yarımçıq sintaqma düşən sözlər arasında bu və ya 
digər  şəkildə semantik əlaqələnmə olur. Şaquli simmetriyalı 
əlaqələnmə daha çox şer-mətnlərdə müşahidə edilir. Şaquli 
simmetriyalı semantik əlaqələnmədə ilk misra-cümlənin hər 
şansı sözü ilə növbəti misra-cümlələrin eyni mövqedə dayanan 
leksik vahidləri arasında məna yaxınlaşmaları olur. Bu cür 
assosiasiyalar, bir qayda olaraq, mətnin bədii gücünü artırır, 
ona həm də quruluş detalı kimi xidmət göstərir. 
4. Normativ məna kontekstindən üslubi kənaraçıxmalar 
və digər fərdi müəllif müdaxilələri baş verirsə, belə məqamları 
leksik-tekstoloji situasiyalar, bədii mətndə üzə  çıxan üslubi 
mənanı tekstosema adlandırırıq. 
5. Sema ilə tekstosemanın hüdudlarını  mətn müəyyən 
edir. Mətndən kənarda tekstosema yoxdur. Tekstosema da 
mətnin səciyyəvi  əlamətlərindəndir. Sema bir leksik vahidə, 
tekstosema isə  mətnə aid keyfiyyətdir. Onlarla, hətta yüzlərlə 
semalar bir-biri ilə  zəncirvari  şəkildə  əlaqələnib, mətni 
müəyyən edə bilər. Ancaq tekstosemalar öz aralarında birləşib, 
hər hansı dil vahidini yarada bilmir və  kəmiyyətcə azlıqda 
qalırlar. Bir mürəkkəb sintaktik bütöv daxilində üç-dörd 
tekstosema ancaq olur. 
6. Mətn sinonimliyini bədii mətn formalaşdırır. Onun 
üslubi sinonimlikdən fərqi ondadır ki, o, yalnız funksional 
məzmun detalı  şəklində mətndə  iştirak etmir, həm də struktur 
forma elementi kimi onun tərkib hissəsini təşkil edir. Belə 
sinonimlərin nominativ mənası mətndə həlledici rol oynamır. 
7. Mətn semaya təsir edərək, onu neytrallaşdıra, hətta 
dəyişə bilir. Mətn–sema münasibətlərinin mühüm cəhəti də 
bundadır ki, belə  məna deformasiyaları  hər halda mətnin 
xeyrinə olur – tekstin bədii gücü artır, ekspressivlik, 
emosionallıq yüksəlir. Sema funksional məzmun elementi 
olduğu kimi, mətndə quruluş-forma detalı rolunu da oynaya 
bilir. «Kitabi-Dədə Qorqud»dakı  şer mətnlərdə yaxın mənalı 


 
242
sözlər müəyyən semantik yük daşımaqla bərabər, onun 
struktur-forma baxımından təşkilinə  də xidmət göstərir. Belə 
sözlər mürəkkəb sintaktik bütövün bütün misra–cümlələrinə 
simmetrik  şəkildə paylanaraq məzmun və forma baxımından 
assosiasiya yaradırlar. 
8. Mətn vahidi leksik–semantik söz qruplarının 
təşəkkülündə xüsusi rol oynayır. Yaxın və əks semalı sözlərin 
üslubi yük daşıması məhz mətndə mümkün olur. «Kitabi-Dədə 
Qorqud»un dilində iki sinonimin yanaşı  işlənməsi çox halda 
üslubi-semantik yük daşıyır. Belə hibridləşmə sözə  məxsus 
semanın güclü ifadə  tərzini yaradır, mənanı qüvvətləndirir. 
Məsələn: sağ–əsən varub gələsən. 
 9. Sinonim dubletlər «Kitabi-Dədə Qorqud»un dilində 
mürəkkəb cümlələrin başlanğıcı ilə sonunu əlaqələndirir. 
Burada sinonim-cütlüyün işlənməsi mətnin özünü və  tərkib 
hissələrini xüsusi formaya salır və spesifik sintaktik quruluş 
əmələ gətirir. Əgrək aydır: «Uşda uyur, gəlün varalım!» - dedi 
( s. 113). Mətn vahidlərində belə sinonim cütlüklər ikili vəzifə 
yerinə yetirir. «Aydır–dedi» cütlüyünün iştirakı  həm sintaktik 
vahidin – tabeli mürəkkəb cümlənin, bəzi hallarda isə  mətnin 
sintaqmatik hüdudlarını müəyyənləşdirir; onu başlayır və 
qapayır, həm də ədəbi–kommunikativ funksiyalılıq baxımından 
xüsusi vəzifə daşıyır. 
Sinonim tərəflər eyni cümlə vahidinin təkrar olunan 
yarımçıq sintaqmlarına düşdüyü halda güclü bədii effekt 
yaradır. Kəndü  əslim, kəndü köküm  sımağım yoq ( s. 118) 
Tekstuallıq mənşəcə sinonim olmayan sözləri mətndə sinonim 
vahidlərə çevirir. Bununla belə, mətndə hər cür leksik vahidlər 
sinonimləşə bilməz. Burada konkret semalar və semalararası 
münasibət mühüm rol oynayır. Mətn o sözləri sinonim 
vahidlərə çevirir ki, onlara məxsus semaları  hər hansı ortaq 
əlamət yaxınlaşdıra bilsin.  
Üslubi sinonimlik kimi mətn sinonimliyi də tekstin 
hüdudları daxilində yaranır. Ancaq birincidən fərqli olaraq, 


 
243
mətn sinonimlyini daha böyük sintaktik vahid olan mürəkkəb 
sintaktik bütöv əmələ gətirir. 
10. Bədii mətn daxilində antonimlər daha çox üslubi 
imkanlarının genişliyi ilə seçilir. Odur ki, antonim sözlər 
mətndə bəzən yanaşı işlənir və birlikdə hər hansı yeni anlayışın 
ifadəsinə xidmət edirlər. «Kitabi – Dədə Qorqud»un dilində ən 
çox işlənən antonim cütlüyü qara  və  ağ sifətləridir. Bu 
sifətlərin mətndə işlənmə tezliyi o qədər  intensivdir ki, onların 
iştirakı ilə tez-tez təkrarlana bilən sabit ifadələr əmələ gəlir: ağ 
yüz, ağ əl, ağ ət, ağ alın, Bayındır xanın ağ meydanı, qara yer, 
qara baş, qara polad uz qılıc və s. Bu isə sözlərin bəzən ifadə 
daxilində idiomlaşmasına, rəng mənasını itirməyinə  gətirib 
çıxarır. Məsələn: Qara başım qurban olsun, qurdum sana! 
11.«Kitabi–Dədə Qorqud»un dilində yeni leksik 
vahidlərin yaranmasını müxtəlif situasiyalar şərtləndirir.  
Sözdəki leksik mənanın konkretləşməsi hesabına yeni leksik 
vahid yaranır. Məsələn: qız söz «eşidilməmiş, deyilməmiş 
söz», «yeni söz». Bədii mətndə informasiyanın xarakteri yeni 
leksik vahidin yaranmasına səbəb olur. «Qambörənin oğlı 
Bamsı Beyrək boyı»nda qırmızı qaftanın qırx yigit tərəfindən 
bir–bir növbə ilə geyinilməsini sıravardı sözü nəzərdə tutur.. 
Mürəkkəb sözün və onun tərkib hissələrinin məna tutumu 
informasiyanın təbiətinə tamamilə uyğundur; sıravardı, yəni 
növbə bir yigiddə (sırada) qurtardı, sonra gələn yigidə (sıraya) 
vardı. Tekstuallıq bədii mətnə 
məxsus leksikonun 
formalaşmasına təsir göstərə bilir. Bu da öz növbəsində 
spesifik söz və ifadələrin işlənməsini zəruri edir. Məsələn: 
inağ, imrənci, umur, qırım, kəndözi, dəpdi, arqurı, şülən, mərə, 
qavat, tonatdı, alaldı, qaba ağac, uru, çaldı, apul–apul yürüyiş. 


 
244
Ədəbiyyat və mənbələr 
Azərbaycan dilində 
1. Azərbaycan ədəbiyyatı inciləri. Bakı, «Yazıçı», 1987 
2.Azərbaycan məhəbbət dastanları. Bakı: Elm, 1979 
3. Anar. Dünya bir pəncərədir. Bakı, 1986 
4. De Sössür Ferdinand. Ümumi dilçilik kursu. Bakı: 
BDU nəşri, 2003 
4
a
. Dəmirçizadə  Ə. «Kitabi-Dədə Qorqud» dastanlarının 
dili (Təkrar nəşr). Bakı: Elm, 1999, 
5.  Əliyev Y.V. «Kitabi – Dədə Qorqud»un dilində 
mürəkkəb cümlə. Bakı, 2004  
6.  Əliyev Y.V. Qədim türk (runik) yazılı abidələrindən 
orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının 
inkişafı. Bakı, 2004  
7. Əlyiev Y.V. «Kitabi-Dədə Qorqud» və bədii mətnin 
struktur-semantik təşkili. Bakı, 2005
 
 
8. Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti. Bakı: «Yazıçı» 
ədəbi nəşrlər evi, 1996 
9. Füzuli. Seçilmiş əsərləri. I cild, Bakı, 1958 
10. Qəhrəmanov C. Nəsimi «Divanı»nın leksikası. Bakı, 
1970 
11.
 
Qıpçaq  M. Söz aləminə səyahət. Bakı, 2002 
12. Kitabi–Dədə Qorqud (Tərtib, transkripsiya, SAdələş-
dirilmiş variant və müqəddimə F.Zeynalov və S. Əlizadənin-
dir). Bakı: Yazıçı, 1988 
13. Məhərrəmova R. «Kitabi – Dədə Qorqud»un söz xə-
zinəsi. Bakı, 2007, 
14. Oğuz xaqan dastanı. Türk dillərinin morfologiyasına 
dair araşdırmalar. Bakı, 1990  
15. Sarayi S. Gülistan tercüməesi. Ankara-1989 
16. Sümər F. Oğuzlar. Bakı, 1992 
17. Türk dillərinin tarixi morfologiyasına dair araşdırma-
lar. Bakı: Bakı Universiteti nəşriyyatı, 1990 
 


 
245
 
 
Türk dilində 
18. Divanü-lüğat-it-türk terjümesi: 4 jiltte, I j., Ankara: 
Türk Tarih Kurumu Basımevi, 1985 
19. Caferoğlu A. Türk dili tarihi, II. İstanbul – 1964 
 
Rus dilində 
20. Bartolğd V.V. Soçineniə v 5-ti tomax, V t., M., 1968 
21. Baskakov N. Vvedenie v izuçenie törkskix əzıkov. 
M., 1969  
22. Kovalevskiy A.P. Kniqa Axmeda ibn Fadlana o eqo 
puteşestvii na Volqu v 921–922 qq. Xarğkov, 1956 
23. Kormuşin P.V. Tekstoloqiçeskie issledovaniə po 
drevnetörkskim runiçeskim pamətnikam. –Törkoloqiçeskiy 
sbornik, 1977. M., 1981 
24. Herbak A. Oquz-name.  Muxabbat-name. İzd. Vost. 
lit. Moskva, 1959 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
246
 
TAPŞIRIQ
 
 
Tapşırıq 1.
  
Mətn sinonimliyini əmələ  gətirən leksik vahidləri müəyyn 
edin.. 
Qaytabanım güdəndə sarvanımmısan? 
Qaraquçım güdəndə ilqıçımmısan? 
Ağayılım güdəndə çobanımmısan?  
Qulağımda şırşıyan naibimmisən? 
Beşikdə qoyub getdigim qardaşcığımmısan?  
Yigit, degil, mana! 
Qara başım qurban olsun bu gün sana! 
 
Tapşırıq 2.
  
Bədii təzad yaradan antonimləri seçin 
Baya mırlardı, şimdi xırlamağa başladı. Əzrayilin gözini elə 
qorxutdum ki, gen qapuyı qodı, tar bacadan qaçdı. Bəzırganın 
ulusı tutıldı, kiçisi qaçaraq Oğuza gəldi.    
 
Tapşırıq 3.
 
«Kitabi–Dədə Qorqud»un dili üçün spesifik olan sözləri 
göstərin. 
İmrənci, inağ, altun, umur, qırım, kişi,  ər, kəndözi, kəndi, 
arqurı, dəpdi, qavat, mərə, şülən, tanrı, yum. 
  
 
 
 
 
 
 
 
 


 
247
MÜNDƏRİJAT 
 
 
         
 Ön söz …………………………………………………3 
 
I fəsil.  Struktur-semantik xüsusiyyətlər     
         Giriş……………………………………..………….5 
   §1. Mətn və informasiya………….…………….…....11 
   §2. Mətn və mürəkkəb sintaktik bütöv…….……..…27 
   §3. Bədii  mətn və funksional  məzmun detalları.......43 
   §4. Bədii mətn və  struktur forma elementləri…........58 
   §5. Bədii mətn:  nəsr  və şer………………………......81 
        Nəticə……..…….………………………………. ...93 
        Ədəbiyyat……………………………….................99 
        Tapşırıqlar…..……………………. 
………………100 
 
II fəsil.  Fonoloji xüsusiyyətlər 
      Giriş……………………………………………..104 
§1. Mətn və fonem …………………………………108   
§2. Mətn və heca ….………………………………..130 
§3. Mətn və vurğu ………………………………….140                
§4. Mətn və intonasiya ………………………..…...154 
§5. Mətn və ahəng qanunu ………………………..166 
     Nəticə…….………………………………………172 
          Ədəbiyyat………………..………………………179 
          Tapşırıqlar…….…………….…………………...180 
 
III fəsil.  Leksik-semantik xüsusiyyətlər 
      Giriş……………………………………………..182 
§1. Mətn və sema …………………………………..184 
§2. Mətn və leksik – semantik söz qrupları 
      1.Sinonimlər…………………………………….196 
      2. Antonimlər…………………………………...201 
§3. Mətn və leksem ………………………………...206 


 
248
§4. Mətn və əsas nitq hissələri 
      1. Sifət…………………………………………...226 
      2. Say…………………………………………….231 
      Nəticə…….………………………………….…..240      
                Ədəbiyyat və mənbələr …..…………………….244 
                Tapşırıqlar…….…………….…………………..246  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
249
 
 
 
 
 
 
Ядигар Вели оглы Алиев 
 
 
 
ОБЩАЯ ТЕКСТОЛОГИЯ 
(На основе лингвопоэтического анализа 
текстов «Китаби-Деде Горгуд») 
 
Учебное пособие 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
250
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YADİGAR ƏLİYEV 
 
 
 
 
                                
 
 
 
 
 
ÜMUMİ  MƏTNŞÜNASLIQ 
  
 
 
 
 
 
 
 


 
251
 
 
 
 
 
 
 
 
Əliyev Yadigar Vəli oğlu 1969-cu ildə anadan 
olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universite-
tinin filologiya fakültəsini fərqlənmə diplomu ilə 
bitirmiş, 1994-1996-cı illərdə BDU-nun  tür-
kologiya kafedrasının aspirantı, 2000-2004-cü 
illərdə  həmin kafedranın doktorantı olmuşdur. 
1999-cu ildə «Qədim türk (runik) yazılı abidə-
lərinin dili dialektfövqü (ədəbi) hadisə kimi» möv-
zusunda namizədlik dissertasiyası, 2007-ci ildə 
«Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi 
dilinə (türki) keçid» mövzusunda doktorluq dis-
sertasiyası müdafiə etmişdir. «Qədim türk (runik) 
yazılı abidələrinin dili» (2004), «Qədim türk 
(runik) yazılı abidələrindən orta  əsrlər türk yazılı 
abidələrinə keçid: ədəbi dil normalarının inkişafı» 
(2004), «Kitabi-Dədə Qorqud»un dilində 
mürəkkəb cümlə» (2004), «Orxon-Yenisey abidə-
ləri və orta əsrlər türk ədəbi dili – türki» (2005), 
«Kitabi-Dədə Qorqud» və  bədii mətnin struktur-
semantik təşkili» (2005), «Kitabi-Dədə Qorqud» 
və  bədii mətnin fonoloji strukturu» (2006), 
«Kontrastiv leksikologiyadan oçerk» (2006), 
«Kitabi-Dədə Qorqud» və  bədii mətnin leksik-
semantik strukturu» (2007) kitablarının müəllifidir.       
   


 
252
 
 
 
 
 
 
 
 
 
 
ﺐﺎﺗﻳﮐ 
ﻩدد
 
دوﻗروﻗ
 
 
 
   

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə