Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   68

 
22
şərəfinə abidədə: Tenride bolmış, il etmiş bilqe kağan (MçŞm. 
1; Tərcüməsi: Tanrıdan olmuş, dövlət yaratmış xaqan). İlk 
cümlənin bu informativ təyinatı orta əsrlər türk yazılı 
abidələrində – «Kitabi-Dədə Qorqud»un da dilində saxlanılır; 
ilk cümlədə  və ya mürəkkəb sintaktik bütövdə, bir qayda 
olaraq, yuxarı instansiya, yaxud əsas obraz haqqında məlumat 
olur. Bu baxımdan «Kitabi-Dədə Qorqud»un ayrı-ayrı 
boylarında ilk mürəkkəb sintaktik bütöv fərqli informativ 
funksionallıq nümayiş etdirə bilir. İnformativ məzmun: 
-əsas obrazı xarakterizə edir. Rəsul  əleyhissəlam zamanına 
yaqın Bayat boyından Qorqud ata diyərlər bir ər qopdı. Oğuzın 
ol kişi təmam bilicisiydi, -nə diyərsə, olurdı.  Ğaibdən dürlü 
xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi (5, s. 31). 
Məgər xanım, oğuzda Duxa Qoca oğlı Dəli Domrul deyərlərdi 
bir  ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. 
Keçənindən otuz üç aqça alurdı, keçmiyənindən dögə-dögə 
qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, 
«məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə 
savaşa, -deyirdi; mənim  ərligim, bəhadirligim cılasunligim, 
yigitligim Ruma, Şama gedə çavlana», -deyirdi (5, s. 79); 
-yuxarı instansiya haqqında məlumat verir. Bir gün Qam 
ğan oğlı xan Bayındır yerindən turmışdı.  Şami günligi yer 
yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə  aşanmışdı. Bin 
yerdə ipək xalicəsi döşənmişdi (5, s. 37). Qam ğan oğlı xan 
Bayındır yerindən turmışdı. Qara yerin üstinə  ağ ban evin 
dikdirmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək 
xalicəsi döşənmişdi. İç Oğuz, Taş Oğuz bəgləri Bayındır xanın 
söhbətinə  dərilmişdi. Baybörə  dəxi Bayındır xanın söhbətinə 
gəlmişdi. Bayındır xanın qarşısında oğlı Qarabudaq bay taya-
nub turmışdı. Sağ yanında Qazan oğlı Uruz turmış idi. Sol 
yanında Qazlıq qoca oğlı  bəg Yegnək turmışdı. Baybörənin 
bunları gördügində ah eylədi. Başından  əqli getdi. Dəstmalın 
əlinə aldı, bögürü–bögür ağladı (5, s. 52); 


 
23
-birbaşa əhvalatla başlayır. Məgər xanım, bir gün Oğuz otu-
rurkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedər-
kən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulub götürmiş, 
bəsləmiş. Oğuz yenə əyyamla gəlüb, yurdına qondı. Oğuz xa-
nın ilqıçısı gəlüb xəbər gətürdi. Aydır: «Xanım, sazdən bir as-
lan çıqar, at urar, apul–apul yürüyişi adam kibi. At basuban qan 
sümürər» (5, s. 98). Üç oq, Boz oq yığnaq olsa, Qazan evin 
yağmaladardı. Qazan gerü evin yağmalatdı.  Əmma Taş  oğuz 
bilə bulınmadı. Həmin İç oğuz yağmaladı (5, s. 125).  
«Kitabi – Dədə Qorqud» boylarında ilk mürəkkəb sintaktik 
bütövlərin fərqli məzmun tutumlarını  aşağıdakı  cədvəl də  əks 
etdirir: 
                                                                              cədvəl 1 
«Kitabi-Dədə 
Qorqud» boy-
ları 
Yuxarı 
instansiya 
haqqında 
məlumat 
Əsas obraz (baş 
qəhrəman) haq-
qında məlumat 
Birbaşa 
əhvalatın 
təsviri 
     Müqəddimə  

 
Birinci  
boy 
+    
İkinci 
boy 
 +  
Üçüncü 
 boy 
+    
Dördüncü 
boy 
 + 
 
Beşinci 
boy 
 + 
 
Altıncı 
boy 
 + 
 
Yeddinci  
boy 
+  
 
    Səkkizinci 
boy 
  



 
24
     Doqquzuncu 
boy 
+  
 
Onuncu  
boy 
 + 
 
On birinci 
boy 
  

    On ikinci  
    boy 
  

 
İlk cümlənin bu informativ müəyyənliyi qədim türk (runik) 
yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə  və 
sonrakı dövrə doğru iki xətt üzrə inkişaf edir: 
a) xüsusi semantik yük daşıyan ilk cümlənin bu 
funksionallığı daha mürəkkəb sintaktik vahidə (mürəkkəb 
sintaktik bütövə) ötürülür və onun bütün tərkib hissələri 
arasında bu və ya digər səviyyədə yayılır. Müqayisə üçün 
aşağıda verdiyimiz hər iki dövr yazılı abidələrinə aid 
nümunələrdə demək olar ki, eyni informativ məzmun – yuxarı 
instansiya ilə bağlı bilgi var. Və bu bilgi – informasiya bədii 
mətn ilə  bədii olmayan yazılı nümunədə başqa-başqa həcmə 
malik sintaktik vahidlərdə yerləşmişdir:  
 
Kültiqin şərəfinə 
abidə 
«Kitabi – Dədə Qorqud» 
 Tenri teq tenride bol-
mış türk bilqe ka-ğan 
bu ödke olurtım (KltC. 
1; Tərcüməsi: Tanrı ki-
mi göylərdə doğulmuş 
türk müdrik xaqanı bu 
taxta əyləşdim). 
Qam ğan oğlı xan Bayındır yerin-
dən turmışdı. Ağ ban evini qra ye-
rin üzərinə dikdirmişdi. Ala sayvan 
gög yüzinə  aşanmışdı. Bin yerdə 
ipək xalicəsi döşətmişdi.  İç Oğuz, 
Taş  Oğuz bəgləri yığnaq olmışdı 
(IX b., s. 104).  
 


 
25
b) ilk cümlə başlığa çevrilir və orta əsrlərdə başlıqların 
cümlə şəklində formalaşma ənənəsini doğurur. «Kitabi – Dədə 
Qorqud»da: 
İkinci boy – Salur Qazanın evi yağmalandığı boyı  bəyan 
edər (5, s. 42). 
Dördüncü boy – Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı 
boyı bəyan edər, xanım, hey! (5, s. 68). 
Səkkizinci boy – Basat Dəpəgözi öldürdigi boyı bəyan edər, 
xanım, hey! (5, s. 98). 
On birinci boy – Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı 
boyı bəyan edər (5, s. 116). 
On ikinci boy – İç oğuza Taş Oğuz asi olub Beyrək öldügi 
boyı bəyan edər (5, s. 123). 
M.Füzulinin «Leyli və Məcnun» poemasında: 
Bu Leylinin çırağla macərasıdır və ondan çareyi-dərdi-dil 
təmənnasıdır (3, s. 77). Bu Leylinin ibni Səlama giriftar 
olduğudur və yardan məhrum və müqəyyədi-əğyar olduğudur 
(3, s. 94). Bu Nofəlin Leyli həşəmilə rəzm etdiyidir və rəzmdə 
qalib olmayıb sülhə  əzm etdiyidir (3, s. 103). Bu Məcnunun 
zəncirə özün müqəyyəd etdiyidir və  bəhanə ilə Leyli tərəfinə 
getdiyidir (3, s. 110). Bu Zeyd vəfadarın Məcnuna xəbər 
gətirdiyidir və ibni Səlam ilə Leylinin peyvəndi müjdəsini 
yetirdiyidir (3, s. 128). Bu Məcnunun atası vəfatından xəbərdar 
olduğudur və  məzarinə yol bulduğudur (3, s. 153). Bu ibni 
Səlamın keyfiyyəti-vəfatıdır və Leylinin ol bəladən nəcatıdır 
(3, s. 171). 
Makromətndə xüsusi əhəmiyyət daşıyan ikinci güclü nöqtə 
sonluqda – finalda üzə  çıxır. Yəni birinci cümlə (sonrakı 
inkişafda mürəkkəb sintaktik bütöv) ilə yanaşı sonuncu cümlə 
(mürəkkəb sintaktik bütöv) də türk bədii mətninin məzmun 
strukturunda həlledici rol oynayır. Qədim türk (runik) yazılı 
abidələrində  mətnin sonuna yaxın ümumiləşdirici yekun 
hissədə müəllifin – abidəni yazan və ya daşa həkk etdirənin adı 
verilir. Oxşar hadisə «Kitabi – Dədə Qorqud» boylarında da 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə