Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə8/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

 
26
özünü göstərir; sonuncu mürəkkəb sintaktik bütöv Dədə 
Qorqudu «Kitabi–Dədə Qorqud» boylarının-«Oğuznamə»lərin 
tam hüquqlu müəllifi kimi təqdim edir.  
Kültiqin şərəfinə abidədə: Bunça bitiq bitiqme Kültiqin atısı 
Yolığ tiqin bitidim. Yiqirmi kün olurıp bu taşka bu tamka kop 
Yolığ tiqin bitidim (KltC-Ş; Tərcüməsi: Bunca yazı yazan 
Kültiqinin qohumu Yolığ tigin (şahzadə Yolığ) yazdım. İyirmi 
gün oturub bu daşa bu damğanı bütünlüklə Yolığ tigin yazdım). 
Bilgə kağan şərəfinə abidədə: …Bunça barkığ, bediziq uzığ 
[türk bilqe] kağan atısı Yolığ tiqin men ay artukı tört kün olurıp 
bitidim, bediztim (BxC-Q; Tərcüməsi: Bunca sərdabəni, naxışı, 
heykəli [türk müdrik] xaqanın qohumu mən-Yolığ tigin bir ay 
dörd gün oturub yazdım, naxış vurdum). 
Tonıkuk  şərəfinə abidədə: Türk kağan iline bitidim ben 
bilqe Tonıkuk (Ton. II daş,  Ş. 58; Tərcüməsi: Türk müdrik 
xaqan dövləti üçün yazdırdım mən – müdrik Tonıkuk). 
«Kitabi – Dədə Qorqud»da: Dədəm Qorqud gəlübən şadlıq 
çaldı. Bu Oğuznaməyi düzdi-qoşdı, «Bəkil oğlı  Əmranın 
olsun!» -dedi. Ğazilər başına nə  gəldügin söylədi. Yum 
verəyin, xanım! Yerli qara otağların yıqılmasun! Kölgəlicə 
qaba ağacın kəsilməsün! Allah verən ümidin üzülməsün! 
Günahınızı adı görklü Məhəmmədə bağışlasun, xanım, hey! (5, 
s. 109). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
27
 
 
§2. MƏTN VƏ MÜRƏKKƏB 
SİNTAKTİK BÜTÖV 
B
ədii mətnin təşkilində informasiya nə  qədər zəruri 
sayılırsa, onun ifadə forması bir o qədər  əhəmiyyətli hesab 
edilir. Bu ifadə formalarına bütün sintaktik vahidləri (söz bir-
ləşməsi, sadə cümlə, tabesiz mürəkkəb cümlə, tabeli mürəkkəb 
cümlə, qarışıq tipli mürəkkəb cümlə, mürəkkəb sintaktik 
bütöv) aid etmək mümkündür. Onların hər biri bədii mətnə (və 
ya informasiyanın ifadəsinə) quruluş detalı kimi xidmət 
göstərsə  də, quruluşca və digər xüsusiyyətlərinə görə biri 
digərindən fərqlənir. Bu baxımdan sintaktik mətni (mürəkkəb 
sintaktik bütövü) başqa sintaktik vahidlərdən ayıran  əlamətlər 
var: 
a)  başqa sintaktik vahidlərdən fərqli olaraq mürəkkəb 
sintaktik bütövə doğru inkişaf quruluşun mürəkkəbliyindən 
yox, informasiyanın həcmliyindən irəli gəlir (mürəkkəb cümlə 
bəzən sadə cümlə ilə müqayisədə quruluşun mürəkkəbliyindən 
başqa bir şey deyil);  
b) mürəkkəb sintaktik bütövün komponentlərini təşkil edən 
cümlələr tabeli, ya tabesiz mürəkkəb cümlələrin tərkib hissələri 
ilə müqayisədə nisbi müstəqildirlər;  
c) sintaktik mətn komponentlərini  əlaqələndirən formal 
vasitələrin rolu zəifdir və  bəzən onlar əlaqələnmədə  həlledici 
ünsür ola bilmir;  
d) mürəkkəb sintaktik bütövlər bədii mətnin daha böyük 
tərkib hissəsi – mikromətn hesab edilirlər.  
«Kitabi-Dədə Qorqud»un dilindəki mürəkkəb sintaktik bü-
tövlərdə açar söz iştirak edirsə  də, o, mətn komponentlərinin 
hamısını əlaqələndirməyə bilir, eləcə də, mətn boyu açar sözün 
iştirak etdiyi mürəkkəb sintaktik bütövlərə az-az təsadüf 
olunur. 


 
28
Məgər xanım, Bayındır xanın bir buğası vardı, bir dəxi 
buğrası vardı. Ol buğa qatı taşa buynız ursa un kibi ügidərdi. 
Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı. Bayındır 
xan Qalın oğuz bəglərilə tamaşaya baxardı, təfərrüc edərdi. 
Məgər sultanım, genə yazın buğayı saraydan çıxardırlar. Üç 
kişi sağ yanından, üç kişi sol yanından dəmür zəncirlə buğayı 
tutmışlardı. Gəlüb meydan ortasında qoyu verdilər. Məgər 
sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda 
aşuq oynarlardı. Buğayı qoyu verdilər, oğlancıqlara  «qaç» 
dedilər. Ol üç oğlan qaçdı, Dirsə xanın oğlancığı qaçmadı. Ağ 
meydanın ortasında baxdı–turdı. Buğa dəxi oğlana sürdi–gəldi. 
Dilədi ki, oğlanı həlak qılaydı. Oğlan yumrığilə buğanın alnına 
qıya tutıb çaldı. Buğa kötin – kötin getdi. Buğa oğlana sürdi, 
gerü gəldi. Oğlan yenə buğanın alnına yumruğilə qatı urdı. 
Oğlan bu qatla buğanın alnına yumrığını tayadı, sürdi, 
meydanın başına çıqardı. 
Buğayla oğlan bir həmlə  çəkişdilər.  İki talusının üstinə 
buğanın köpük turdı. Nə  oğlan yenər, nə buğa yenər. Oğlan 
fikr eylədi, aydır: «Bir tama dirək ururlar,  ol tama tayaq olur. 
Bən bunın alnına niyə tayaq olurbən-tuturbən» -dedi. Oğlan 
buğanın alnından yumruğın gedirdi, yolından savıldı. Buğa 
ayağ üstinə turamadı, düşdi; dəpəsinin üstinə  yıqıldı. Oğlan 
bıçağına əl urdı. Buğanın başını kəsdi  (I boy, s. 36). 
Verilmiş nümunədə buğa sözü açar funksiyasını daşıyaraq, 
başqa vasitələrlə yanaşı, mətn komponentlərinin  əlaqələn-
məsinə xidmət edir. 
Açar söz müxtəlif cümlələrdə – sintaktik bütövün tərkib 
hissələrində sinonimlərlə əvəz olunur. 
Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından Qorqud 
Ata diyərlər, bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, -nə 
diyərsə, olurdı.  Ğaibdən dürlü xəbər söylərdi. Həq-təala anın 
könlinə ilham edərdi (müqəddimə, s. 31). 
Birinci cümlədəki Qorqud ata diyərlər bir ər birləşməsi açar 
ifadə  vəzifəsini yerinə yetirir. Onu ikinci cümlədə ol kişi 


 
29
birləşməsi, dördüncü cümlədə üçüncü şəxsin təkinə aid əvəzlik 
əvəz edir. 
Açar söz ifadə olunmadan da öz funksiyasını qoruyub 
saxlaya bilir. Onun ilk cümlədə işlənməsi bəzən kifayət edir ki, 
növbəti cümlələrdə leksik vahid şəklində reallaşmadan nəzərdə 
tutulsun. Nümunəyə baxaq: 
Məgər xanım, Oğuzda Duxa Qoca oğlı  Dəli Domrul 
deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri 
yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçmiyənindən 
dögə-dögə  qırq aqça alurdı. Bunı neçün böylə edərdi? 
Anunçun ki, «məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa 
mənümlə savaşa, -deyirdi;  mənim  ərligim, bəhadirligim, 
cilasunligim, yigitligim Ruma, Şama gedə çavlana», -deyirdi 
(Y b., s. 79). 
Burada açar ifadə mətn komponentlərini bir-birinə bağlayan 
Duxa Qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər  birləşməsidir. 
Sonrakı cümlələrin hər birində  həmin açar ifadə (söz) 
işlənməsə belə, onların hər birini tekstual mərkəzdən idarə edir 
və yaxın informativ blokda birləşdirir. Odur ki, sonrakı 
cümlələrin hər birinin əvvəlində həmin açar söz (ifadə) formal 
olaraq təsəvvür oluna bilir:      
 
[Dəli Domrul] bir quru çayın üzərinə bir köpri 
yapdırmışdı. 
 
[Dəli Domrul] keçənindən otuz üç aqça alurdı, 
keçmiyənindən dögə-dögə qırq aqça alurdı. 
 
[Dəli Domrul bunı neçün böylə edərdi? və s. 
Ümumiyyətlə, açar sözün ilk cümlələrdən başqa növbəti 
sintaktik vahidlərdə ifadə olunmaması və bununla belə, həmin 
funksionallıqda qalması «Kitabi-Dədə Qorqud»un dilindəki 
mürəkkəb sintaktik bütövlər üçün xarakterik haldır. Belə 
nümunələrdə açar söz mənsubiyyət şəkilçiləri, əvəzliklər, daha 
çox üçüncü şəxsə aid xəbərlərlə  əvəz olunur. Açar sözün 
növbəti cümlələrdə  işirak etməməsi bəzən mətn kompo-
nentlərinin əlaqələnməsinə xidmət göstərir. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə