Azərbaycan respublikasi təHSİl naziRLİyi miNGƏÇEVİr döVLƏt universiteti “Fizika və Ekologiya



Yüklə 36,11 Kb.
səhifə1/3
tarix22.04.2022
ölçüsü36,11 Kb.
#85892
  1   2   3
bitki muhafizesi proqram


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYI

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

Fizika və Ekologiya “kafedrası

Bakalavr hazırlığı üçün

(kredit sistemi üzrə)

Bitki mühafizəsi və ekoloji problemləri” fənninin tədris

P R O Q R A M I

Mingəçevir -2017

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ
03.4 “ Fizika və ekologiya “kafedrası
Bakalavr hazırlığı üçün

(kredit sistemi üzrə)


Bitki mühafizəsi və ekoloji problemləri

fənninin
P R O Q R A M I


(03.4 050649 “EKOLOGIYA MÜHƏNDISLIYİ”)


Proqram “ Mexanika”

fakültəsinin Elmi Şürasında

14.09.2017 təsdiq edilmişdir.

(protokol N_1)

Tərtib edənlər: b.f.d Mustafayeva Vüsalə Sahib qızı

b.e.d.Əhmədova Sevda


Rəyçilər: baş.m Abdullayev Qərib Budaq oğlu

k.e.d. prof.Məmmədov Elşad Ərşad oğlu



Ön söz

Müasir dövrdə təhsil islahatı proqramının tələbi baxımından ali təhsil müəsisələrində ekologiya fənni üzrə qüvvədə olan proqramların mövcud tələblərə uyğun yenidən tərtib olunmasına ehtiyac yaranmışdırBu zaman müasir ekologiyanın tələbləri nəzərə alınmalı dünya təhsil sisteminə və təcrübəsinə inteqrasiya edilməlidir.Ekologiya fənni təbiət elmlərini özündə birləşdirdiy üçün inteqrativ fənn hesab edilir .

Yəni ekologiya fənni hər hansi hissələrinin və mövcud elmi informasiyanın bir ideya ətrafında vəhdətindən və qarşılıqlı əlaqə münasibətindən yaranmışdır. Təbii sərvətlərdən yüz illərdir bəri istifadə edilməsi və insanların iqtisai fəaliyyəti nəticəsində ətraf mühit dünya miqyasında dəyişməyə məruz qalmışdır.Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir.Eyni zamandə cəmiyyətdə sivilizasiyanın inkişafı da bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnməkdədir.Bildiyimiz kimi, ekoloji təhsilin iki istiqaməti fərqləndirilir: ətraf mühitin və insan mühafizəsinin ümumi ideyaları ruhunda tərbiyə və təbii və antropogen ekosistemlərin varlığının ümumi qanunauyğunluqları xüsusi peşəkar biliklərin əldə edilməsi.Hər iki istiqamət qarşılıqlı əlaqədədir, çünki onların arasında ekoloji qanuna uyğunluqların dərk edilməsi, -yanaşması prinsipləri durur.Bütün bunlar “Ekologiya “ elmi öyrənir və fənn proqramımızda bu gün öyrədilməsi vacib sayılan problemlərə geniş yer verilmişdir. Təqdim edilən fənn proqramı “ümumi ekologiya “fənninin tədris olunması nəzərdə tutulmuşdur.Proqramda ekologiya elminin əsas anlayışları, məqsədi,vəzifələri,tətbiq sahələri,təbii ehtiyyatların qorunması və səmərəli istifadəsi v.s öz əksini tapmışdır.Proqrama ekoloji faktorlar,populyasiyalar,biosenozlar,ekolojisistemlər,biosfer,landşaft əsasında biosferin təbiiekosistemlərinin təsnifatı atmosferin quruluşu,dinamikliyi vəçirklənməsi,atmosfer havasının qorunması,hidrosferin çirklənməsi və mühafizəsi, dünya okeanı və dənizlər,litosfer,torpağın çirklənməsi,mühafizəsi qorunması və səmərəli istifadəsi,torpaqların suvarılması,bitki örtüyü və onun mühafizəsi , azərbaycanda meşələrin qorunması vəbərpası, xüsusi mühafizə olunan ərazilər və mineral sərvətlər,qidalanmanın ekologiyası,xəstəliklərin ekologiyası, ekoloji hüquq,urboekologiya, ekoloji informatika, ekoloji təhsil kimi məsələlər daxil edilmişdir. “Ekologiya” fənninin proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi 05.08.2009-cu il tarixli 952N-li əmri ilə təsdiq olunmuş Ali Ixtisas təhsilinin Dövlət standartı, Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələbləri nəzərə alınmaqla, fənnin tədrisi ilə bağlı əldə edilmiş təcrübəyə, yeni buraxılmış ədəbiyyatvə dars vasitələrinə,ölkənin aparıcı universitetlərinin müvafiq kafedraları tərəfindən hazırlanmış fənn proramına uyğun olaraq 050649 “Ekologiya mühəndisliyi” ixtisası üzrə kredit sistemi ilə təhsil alan bakalavr təhsil pilləsi üçün hazırlanmışdır.


Yüklə 36,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə