Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci


Ekoloji t əhlükəsizliyin texniki sistemləri



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix21.04.2022
ölçüsü0,91 Mb.
#85804
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
Ekoloji-ekspertiza-və-ekoloji-audit

Ekoloji t

əhlükəsizliyin texniki sistemləri.  

1. 

Atmosfer havasının qorunma sistemləri. 

Bütün  sənaye  müəssisələrində  atmosferin  qorunmasında  tədbirlərin  işlənilməsi 

zamanı aşağıdakıları təyin edirlər: 

 



Atmosferin çirklənmə mənbələri, sənaye tullantılarının tərkibi və miqdarı  

 



Tullantıların  səpələnmə  zonalarında  havanın  yerə  yaxın  qatlarında  çiklənmə 

s

əviyyəsi 



 

H



ər  bir  mənbənin  və  ümumiyyətlə  müəssisənin  atmosferə  tulladığı  zərərli 

madd


ələrin YVT (yol verilən tullantı) miqdarı  

 



H

ər  bir  mənbənin  sənaye  tullantılarının  azaldılması  üzrə  əsas  texniki  qərarlar, 

görüləcək tədbirlərin siyahısı və ərazidə yerüstü qat üçün sanitar normalar 

 



Tozyığıcı və qaz təmizləyici cihazların lazımı sayı, kapital qoyuluşu və atmosferin 

qorunması üçün əlavə xərclər 



2. S

u mühitinin qorunma sistemləri. 

Tullantı  sularının  təmizlənməsi-  müəyyən  maddələrin  parçalanması  və  ya 

t

əmizlənməsi məqsədilə normativ tələblərə cavab verməyən suların işlənilməsidir. Sənaye 



tullantı suları və maye tullantıların təmizlənməsi metodları 2 qrupa bölünür: 1. destruktiv və 

2. Regenerasion. 

  1.  Destruktiv  metodlar 

–  tullantı  suyunda  çirkləndirici  maddələri  oksidləşdirmə, 

reduksiya  v

ə  ya  digər  kimyəvi  və  fiziki-  kimyəvi  metodlarla  parçalayırlar.  Əmələ  gələn 

parçalanma  məhsulları  qaz  və  ya  çöküntü  şəklində  ayrılır  və  ya  məhlulda  qalır.  İşlənmiş 

maye  tullantılar  atılır  və basdırılır.  Destruktiv  işlənilmə  zamanı  müxtəlif  reagent  metodlar, 

termiki m

əhv etmə, biokimyəvi oksidləşmədən istifadə edirlər. 

2.  Regenerasion  metodlar.  Bu  metodlar  işlənmiş  maye  tullantıları  yenidən  texnoloji 

dövrə  qaytarmağa,  digər  sənaye  sahəsində  istifadə  etməyə  və  ya  onlardan  lazımi 

madd

ələri  ayırmağa  imkan  verir.  Obyekt  kimi  regenerasiya  prosesi  üçün  su  (çirklənmiş 



tullantı  suları),  kimyəvi  maddələr  (işlənilmiş  məhlullar,  çirklənmiş  sular),  yanacaq-sürtgü 

materialları (işlənmiş yağlar, çirklənmiş sular) və çoxkomponentli qarışıqlar ola bilər.  

Maye  s

ənaye  tullantılarının  təmizləmə  metodu,  tullantının  xassəsinə,  tərkibinə 

əsasən  seçilir.  Bu  məqsədlə  aşağıdakı  metodlardan  istifadə  edirlər:  mexaniki,  fiziki-

kimy


əvi, kimyəvi və termiki.  

Mexaniki  t

əmizləmə

  - 


tullantı  sularından  həll  olmayan  asılqan  hissəciklərin 

t

əmizlənməsində istifadə olunur. Bu zaman bu hissəciklər qravitasiya qüvvələrinin təsiri ilə 



çökür  (əgər  onların  sıxlığı  suyun  sıxlığından  çoxdursa  çökmə  və  ya  sıxlıq  azdırsa  suyun 

üzərinə  çıxır).  Sənaye  tullantı  sularının  mexaniki  metodla  təmizlənməsi  aşağıdakı  kimi 

aparılır:  süzmə,  durultma,  filtrdən  süzmə  və  bərk  hissəciklər  sentrafuqa  və  ya 

hidrosiklonlar vasit

əsilə ayrılır.  

Fiziki-kimy

əvi metodla

 t

əmizlənmə zamanı çirkləndiricilərin fiziki halını dəyişdirirlər ki, 




 

 

bu da onların tullantı suyundan ayrılmasını asanlaşdırır. Bu zaman koaqulyasiya, flotasiya, 



sorbsiya,  ekstraksiya,  ion  d

əyişmə,  dializ,  osmos,  distillyasiya,  kristallaşma,  maqnitlə 

işləmə, elektrokoaqulyasiya proseslərindən istifadə edirlər.  

Kimy

əvi  metodlar

  il


ə  təmizləmə-reagentlərdən  istifadə  etməklə,  çirkləndirici 

madd


ələrin  reaksiyaya  girməklə,  yeni  maddələrin  –  sudan  asanlıqla  ayrılan  maddələrin 

əmələ gəlməsinə əsaslanır.  



Bioloji  metodlar 

–  su  hövzələrinin  biokimyəvi  və  fizioloji  öz-özünə  təmizləmə 

qanunauy

ğunluqlarına  əsaslanır.  Bioloji  təmizləmə  avadanlıqlarının  bir  neçə  tipi  var: 

biofiltrl

ər, bioloji nohurlar və aerotanklar (çirkli suları aerasiya etmək üçün hovuz). 

Biofiltrl

ərdə  tullantı  suları,  üzəri  nazik  bakterial  qat  ilə  örtülmüş  iri  dənəvər  material 

qatından  keçirirlər,  bu  zaman  burada  üzvi  maddələrin  bioloji  oksidləşməsi  prosesi  baş 

verir. Bioloji nohurlarda t

əmizləmədə su hövzəsində bütün orqanizmlər iştrak edir. 

Termiki z

ərərsizləşdirmə 

– neft çirkləndiricilərinin təmizlənməsində istifadə olunur. Bu 

zaman onlar hidroemulsiyalar 

şəklində energetik tiyanlarda yandırılır. 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə