Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci


  Meşələrin bərpası və meşə tinglikləri



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix21.04.2022
ölçüsü0,91 Mb.
#85804
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35
Ekoloji-ekspertiza-və-ekoloji-audit

2. 

Meşələrin bərpası və meşə tinglikləri. 

Meşə ərazilərinə aiddir: 

●  təbii və süni mənşəli meşə bitkiləri ilə örtülmüş meşə əraziləri 

●  meşə ilə örtülməmiş ərazilər-nə vaxtsa meşə  olub, hal-hazırda kəsilmiş, yanmış 

ərazilər və talalar; 

●  antropogen mənşəli seyrəkləşmiş ərazilər 

●  seyrək  meşə  bitkiləri  olan,  təbii  seyrəkləşmiş,  meşə  toxumluq  ərazilər  və  meşə 

tinglikl


ər 

3. Çirklənmiş və pozulmuş torpaqların rekultivasiyası. 


 

 

Torpaq o zaman çirklənmiş hesab olunur ki, onun tərkibində çirkləndirici maddələrin 



miqdarı təkrar çirklənmə mənbəyi olub, insan sağlamlığı üçün təhlükə yaratsın. Çox zaman 

çirklənmə  ağır  metal  birləşmələrinin,  neft  məhsullarının  karbohidrogenləri,  poliaromatik 

karbohidrogenl

ər  və  müxtəlif  üzvi  həlledicilərin  hesabına  çirklənir.  Torpağı  çirkləndirən 

sah

ələr bunlardır: yanacaq kompleksləri,  avtotəmir, zibilliklər, ağac emalı zavodları, metal 



emalı  sənayesi,  poliqonlar  və  s.  Totpağın  rekultivasiyası  adətən,  tikinti  planlaşdırılması 

zamanı tələb olunur. İri şəhərlərdə yaşayış, ofis rayonları, istirahət zonaları çox zaman elə 

ərazilərdə tikilir ki, əvvəllər həmin ərazilər sənaye-nəqliyyat zonaları olmuşlar. Ona görə də 

h

əmin  torpaqlar  analiz  olunmalı  və  onun  keyfiyyəti  bərpa  olunmalıdır.  Çirklənmiş 



torpaqların işlənilməsi üçün ekoloji razılıq olmalıdır. Bu razılıq ətraf mühitin qorunması üzrə 

dövlət regional orqan tərəfindən verilir. 

Torpaqların  rekultivasiyası  fiziki,  kimyəvi  və  bioloji  metodlarla  aparılır.  Üç  sxemdən 

istifad


ə olunur: 

A) Çirklənmiş torpağın işlənilməsi və ya digər yerə daşınması üçün qazılması  

Bu qrupda aşağıdakı metodlardan istifadə olunur: 

●  Zibilliyə daşınması. Əgər torpaq çox çirklənməyibsə, onda onu zibilliklərin üstünü 

örtmək üçün istifadə edirlər. 

●  Çürümə  və  kompoasta  çevirmə.  Kompasta  çevrilmə  prosesində  torpağın  zərərli 

madd

ələri  mikrobların  vasitəsilə  parçalanır.  Bu  proses  reaktorlarda  və  xüsusi  şəraitdə 



(oksigen, 

rütubət və lazımi maddələr iştirakı ilə) aparılır. 

●  Torpağın  yuyulması.  Bu  metod  zərərli  maddə  hissəciklərinin  su  vasitəsi  ilə 

ayrılmasına əsaslanır. Bu zaman hissəciklərin ölçüsü, onların xüsusi çəkisi nəzərə alınır. 

●  Termiki  desorbsiya  və  ya  emal  metodu.  Bu  zaman  zərərli  maddələr  qızdırma 

vasit


əsilə ayrılırlar. Onlar ya yandırılır, ya da aktiv kömür ilə işlənirlər. Bu metod uçucu və 

az uçucu üzvi birləşmələr üçün istifadə olunur. 

●  Bərkimə və stabilləşdirmə. Bu metodda zərərli maddələrin qatılığı azalmır. Onları 

dig


ər  birləşmələrə  çevirirlər  ki,  ətraf  mühitə  keçməsi  və  yayılması  baş  verməsin.  Zərərli 

madd


ələri  kimyəvi  və  ya  fiziki  üsul  ilə  birləşdirmək  olur.  Bərkimə-zərərli  maddələrin 

büzüşdürücü  maddələrin  (sement,  bitum,  əhəng,  polimerlər,  silikatlar)  köməyi  ilə 

sementl

əşdirilib,  bərkidilməsidir. Stabilləşdirmə- zərərli maddələrin az həll olan  az zərərli 

olan formaya keçirilməsidir. 

B) 


Torpağın həmin ərazidə normativ təmizliyə qədər işlənilməsi 

Bu qrupda aşağıdakı metodlardan istifadə olunur: 

●  Torpaqdakı  havanın  qovulması.  Bu  zaman  torpağa  sorucu  qurğular  yerləşdirilir 

v

ə uçucu və az uçucu üzvi birləşmələr vakuum vasitəsilə udulur. 



●  Torpağa  hava  verilmə.  Bu  zaman  torpağa  aşağı  təzyiqli  hava  və  oksigen  vuran 

borular  yerl

əşdirilir.  Bunun  nəticəsində  zərərli  maddələri  parçalayan  mikrobların  fəaliyyəti 

artır. 


●  Torpaq  sularına  hava  verilmə.  Bu  zaman  çirklənmiş  sular  sovrulur,  mineral  və 

lazımi maddələr əlavə olunur, yenidən torpağa qaytarılır. 

C) 

Ətraf mühitin tənqid olunması və yerində stabilləşdirilməsi. 



Bu  qrupa  z

ərərli  maddələrin  ətraf  mühitə  düşməsinin  qarşısını  alan  çoxsaylı 

izolyasiya  üsulları  aiddir.  İzolyasiya  materialları  kimi-sement,  gil,  betonit,  rezin  materiallar 

istifad


ə olunur. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə