I f
əsil. Ümumi müddəalar
Madd
ə 1. Əsas terminlər və anlayışlar
Bu Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:
ətraf mühit
– insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız
t
əbiətin məcmusu;
ekologiya
– ətraf mühitin tarazlığı və bu tarazlığın pozulmasına təsir edən təbii amillər
v
ə antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm;
t
əbii resurslar (ehtiyatlar)
– insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə
mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;
ətraf mühitin mühafizəsi
– ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin
k
əmiyyət və keyfiyyətcə dəyişmələrinə yol verilməməsi, qorunub saxlanması;
t
əbiətdən istifadə
– gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-
iqtisadi t
ələblərini ödəmək məqsədi ilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol
verilm
ədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;
ətraf mühitin monitorinqi
– təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə
yayılan zərərli qaz, maye ve bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən
n
əzarətin elmi əsaslarla həyata keçirilməsi;
ekoloji sistem
– qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən bitki
örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava
v
ə enerji mənbələrinin vəhdəti;
ətraf mühitin ekoloji tarazlığının normalaşdırılması
– insan yaşayışı üçün ətraf mühitin
yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji
sisteml
ərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyəti göstəricilərinin müəyyən
edilm
əsi;
ətraf mühitə zərərli təsir
– ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və
keyfiyy
ətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji,
z
ərərli, fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan
israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət ;
ətraf mühitin keyfiyyət göstəriciləri
– səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq
edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki
s
ənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının
ilkin göstəriciləri.
Dostları ilə paylaş: |