Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   49
Neft-kimyası

Qrup tərkibi və onun təyini 
Hazırda qaz-maye xromotoqrafiyasından istifadə etməklə dar benzin və 
hətta 
kerosin 
fraksiyalarını 
fərdi 
karbohidrogenlərə 
ayırmaq 
olar. 
Xromotoqrafik analiz nisbətən tez başa gəlsə də, mürəkkəb qarışığın 
xromotoqramlarının identifikasiyası və hesablanma əməliyyatı çox zəhmət 
tələb edir. Texniki məqsədlər üçün isə çox hallarda belə dəqiq analizə ehtiyac 
duyulmur, karbohidrogenlərin siniflər üzrə miqdarını (qrup tərkibini) bilmək 
kifayət edir. 
Neft emalı sənayesində neft fraksiyalarının tərkibinə daxilolan 
karbohidrogenlərin miqdarını təyin etmək üçün istifadə olunan üsulları dörd 
yerə bölmək olar; fiziki, kimyəvi, fiziki-kimyəvi və kombinə olunmuş. 
Kimyəvi üsul
– hər hansı sinif karbohidrogenlərin (aromatik və olefin sırası) 
uyğun reagentlə qarşılıqlı təsir reaksiyasına əsaslanır. Bu zaman götürülmüş 
nümunənin həcminin dəyişməsinə və ya alınan maddənin miqdarına əsasən 


hər hansı sinif karbohidrogenin ümumi miqdarı təyin edilir. Məsələn, 
olefinlərin sulfat turşusunda udulması. 
Fiziki-kimyəvi üsul
- hər hansı sinif karbohidrogenlərin həlledicilərlə 
ekstraksiyasına və ya adsorbentlər üzərində adsorbsiyasına əsaslanır. Məsələn, 
aromatik sıra birləşmələrinin anilin, dimetil-sulfoksid ilə ekstraksiyası və ya 
silikogel üzərində adsorbsiyası. 
Kombinə olunmuş üsul 
–qrup karbohidrogenlərin ayrılmasında iki üsuldan 
birgə istifadə olunmasına əsaslanır. Məsələn, fraksiyanın tərkibindən aromatik 
karbohidrogenlər fiziki və ya kimyəvi üsulla ayrılmamışdan əvvəl və sonra 
onun sabitləri (anilin nöqtəsi, sıxlığı və s) təyin edilir. Bu üsul neft təcrübəsində 
daha geniş yayılmişdır.
Fiziki üsul 
– neft və neft fraksiyalarının optik xassələrinin təyin 
olunmasına əsaslanır.
Yuxarıdan göstərilən uyğun üsullardan istifadə etməklə benzin 
fraksiyasının qrup tərkibi təyin olunur. Lakin yüksək temperaturlarda 
qaynayan fraksiyaların kimyəvi tərkibi benzin fraksiyasına nisbətən daha 
mürəkkəb olduğundan onların qrup tərkibi deyil, struktur-qrup tərkibi təyin 
edilir. Çünki orta və ağır neft fraksiyalarının tərkibi əsas etibarı ilə müxtəlif sinif 
karbohidrogen 
fraqmentlərindən 
təşkil 
olunmuş 
hibrid 
quruluşlu 
birləşmələrədən ibarətdir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə