Azərbaycan respublikasi təhsil nazirliyi sumqayit döVLƏt universiteti



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix14.01.2018
ölçüsü0,55 Mb.
#20798
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   17

Avtandil Ağbaba 

11 


ma

oxşar meymunlar idi. Həmin vaxtdan babuinlərə və meymunlara 

me

şə xalqı, yaxud da lənətlənmiş uşaqlar deyirlər. 



  

Gün

əşlə Ay niyə küsüşdülər 

(Kosmoqonik mif) 

 

Bir vaxtlar Gün



əşlə Ay dost idilər. Onlar bir yerdə yaşayırdı-

lar, t


əsərrüfatları da ümumi idi. Günlərin bir günü Günəş alatorandan 

tar


laya yola düşdü və Aya nahar hazırlamağı tapşırdı. Ay əlini ağdan 

qa

raya vurmadı. Tarladan qayıdan Günəş yemək deyilən şey tapma-



dı, o, üzünü Aya tutdu: 

- Yem


ək bişirmək istəmirsən, bişirmə, heç olmasa get, su gətir. 

Ay dinm


ədi, amma yerindən də  tərpənmədi. Günəş  bardağı 

əlinə aldı, Aya ocaq qalamağı tapşırıb, su gətirməyə getdi. Tənbəl Ay 

ocaq qalamağa da girişmədi. 

Gün


əşin özü işə başlamalı oldu. O, ocağın üstə su qoydu, odu-

nu yandırdı və sıyıq bişirməyə başladı. Sıyıq bişəndə Günəş ocağın 

üstünd

əki suyu götürdü və Ayı yeməyə çağırdı. Ay elə bil bu çağırışı 



gözl

əyirmiş, qalxıb gəldi və girişdi sıyıq yeməyə. 

Gün

əş hirsləndi. Qeyzli-qeyzli güvəcdən yapışıb qışqırdı: 



- Ay iyl

ənmiş tənbəl, aşırmağa həmişə hazırsan, amma özünü 

işə vermək istəmirsən! 

Gün


əş sözünü deyib, güvəci Ayın başına elə vurdu ki, güvəc 

qırıq-qırıq  oldu,  sıyıq  isə  başdan  ayağa  onu  yandırdı.  O  vaxtdan 

Gün

əşlə Ay qanlı düşməndilər. 



Buna gör

ə  də  Günəş  səmaya  çıxanda  Ay  gözə  görünməkdən 

ç

əkinir. O, gecəni gözləyir və gecənin qaranlığında tək-tənha yolunu 



başa vurur. 

 

İlin ayları necə yarandı 

(Az

ərbaycan təqvim mifi) 



 

Lap q


ədim zamanlarda aylar yox imiş. Bir vaxt insanlar görür 

ki, ilin günl

ərini  qatışdırırlar.  Durub  ilin  günlərini aylara böldülər. 

H

ər aya otuz iki gün verdilər, boz aya on dörd gün qalır. Görürlər ki, 



boz ay inciyir, durub 

qalan ayların payından bir gün alıb verirlər boz 

aya. Onlar olur otuz bir gün, boz ay olur iyirmi beş gün. Görürlər ki, 



Mifologiya 

12 


boz ay yen

ə  razılaşmır.  Qayıdıb  aylardan  yenə  bir gün istəyirlər. 

Ayların yarısı deyir ki, daha otuz bir günümüz var, verə bilmərik. 

O b


iri yarısı isə boz aya bir, iki, üç gün verir. Boz ay olur otuz 

bir gün. Qalanlarının da bəzisi otuz bir gün, bəzisi otuz gün, bəzisi 

is

ə iyirmi doqquz, iyirmi səkkiz gün olur.  



Boz ay günl

ərin çoxunu o biri aylardan aldığı üçün qatışıqdır, 

bir cür deyildir. Çünki boz ay soyuq günl

əri qış aylarından alıb, isti 

günl

əri yaydan alıb, yağışlı günləri yaz ilə payızdan alıb. 



 

 

Sual v



ə tapşırıqlar 

 

1.



 

Mifologiya n

ədən bəhs edir? Mif və  mifologiya terminlərinin 

m

ənasını izah edin. 



2.

 

İctimai şüurun ilkin forması dedikdə nə başa düşülür? 



3.

 

Mifoloji sistem n



ədir? 

4.

 



Mifologiya hansı elmlərlə və hansı dinlərlə əlaqəlidir? 

5.

 



Mifologiyanın məqsəd və vəzifələrini izah edin. 

6.

 



Mifologiyanın  hansı  dinlərlə  əlaqəsi  ayrıca  bir  mərhələ  təşkil 

edir? 


7.

 

Mif özünü hansı düşüncə formasında qoruyub saxlayır? 



8.

 

Mifologiya elmi hansı sənət sahələri ilə əlaqəlidir və bu əlaqələr 



özünü nec

ə göstərir? 

9.

 

Mifoloji m



əkan nədir? 

10.


 

Mifoloji zaman dedikd

ə nə başa düşülür? 

11.


 

Mifoloji m

əkan, yoxsa mifoloji zaman konkretdir? 

12.


 

Mifoloji şüurun yaranmasının başlıca səbəbi nədir? 

13.

 

Mifoloji şüurda xaotik anlayış termininin mənasını izah edin. 



14.

 

Mifoloji şüurun tarixi şüura keçməsi nə ilə nəticələnmişdir? 



15.

 

Mifl



ə  folklorun  əlaqəsi nədədir və  hansı  folklor  janrlarının 

formalaşmasında miflərin mühüm rolu olmuşdur? 

16.

 

Mifl



ərin təsnifində hansı təsnifat daha geniş yayılmışdır? 

17.


 

Mifoloji m

əktəbin mifologiya və  folklorşünaslıq  elmlərinin 

inkişafında nə kimi rolu olmuşdur? 

18.

 

Mifoloji düşüncə sisteminin əsasını hansı miflər təşkil edir? 



19.

 

Kainatın  kosmik  modeli  neçə  ölçülüdür və  bu ölçülərin 



mahiyy

ətini necə səciyyələndirmək olar? 




Avtandil Ağbaba 

13 


20.

 

Kosmoqonik mifl



ərdə  dünyanın  və  insanın  əmələ  gəlməsi öz 

əksini necə tapmışdır? 

21.

 

Etnoqonik mifl



ər nədir? Etnoqonik mətnlərdə insan və ya onun 

cütünün yaranmasında hansı qüvvələr iştirak edir? 

22.

 

Mifoloji m



ətnlərdə  bacı  və  qardaşın evlənməsi sujeti nə  ilə 

bağlıdır? 

23.

 

Güclü yağış (daşqın) mifləri haqqında hansı fikirlər mövcuddur? 



24.

 

T



əqvim miflərini necə səciyyələndirmək olar? 

25.


 

Hansı motivlər bu miflərdə başlıca yer tutur? 

26.

 

T



əqvim miflərinin yaranma səbəblərini necə izah etmək olar? 

 

Ədəbiyyat 

 

1.

 



Az

ərbaycan  ədəbiyyatı  tarixi.  6  cilddə, I cild.  Bakı,  Elm, 

2004,s

əh.37-66. 



2.

 

Əfəndiyev P. Azərbaycan  şifahi  xalq  ədəbiyyatı.  Bakı, 



Maarif,1992. 

3.

 



N

əbiyev A.  Azərbaycan  xalq ədəbiyyatı. I hissə, Bakı, “Turan 

N

əşrlər Evi”, 2002. səh.113-216. 



4.

 

Şükürov A. Mifologiya. I kitab. Bakı, Elm, 1995. 



5.

 

V



əliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985. 

 

                                  



Mifoloji m

ətnlər 

 

1.



 

Dünya xalqlarının əfsanələri. Bakı, Gənclik, 1990. 

2.

 

Düny



a xalqlarının nağılları. Bakı, Gənclik, 1990. 

3.

 



Q

ədim Şərq ədəbiyyatı. (tərcümə edənlər: İ.Vəliyev, N.Səfərov, 

E.Ağaoğlu) Bakı, “Azərbaycan Ensiklopediyası” NDB, 1999. 

4.

 



Мифы народов мира. Энциклопедия в двух томах. Москва, 

Советская энциклопедия, 1987-1988. 

5.

 

Мифологический 



словарь. 

Москва, 


Советская 

энциклопедия, 1991. 

 

 

 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə