Azərbaycan respublikasi təhsil nazirliyi sumqayit döVLƏt universiteti



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix14.01.2018
ölçüsü0,55 Mb.
#20798
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   17

Mifologiya 

14 


Şumer-Akkad mifologiyası.  

Misir v

ə Yəhudi mifologiyaları 

 

1.



 

Şumer-Akkad mədəniyyəti. Şumerlərin mənşəyi haqqın-

da. 

2.

 



Şumer-Akkad ədəbi nümunələrinin təsnifi. 

3.

 



Şumer-Akkad miflərində əsas tanrılar. 

4.

 



“Bilqamıs”  dastanı  qədim  Şumer-Akkad  ədəbiyyatının 

ən yaxşı nümunəsi kimi. 

5.

 

Misir mifologiyasında Allahlar panteonu. 



6.

 

Misir mifl



ərinin təsnifi. 

7.

 



Y

əhudi mifologiyasında Yəhva baş tanrı kimi. 

8.

 

Dünyanın yaranması haqqında mifoloji görüşlər. 



 

Şumer-Akkad mədəniyyəti dünyanın ən qədim yaşayış məs-

k

ənlərinin birində-Mesopotomiyada  (İkiçayarası)  yaranıb  formalaş-



mışdır. B.e. əvvəl IV minilliyin sonu II minilliyin əvvəli bəşər tari-

xind


ə  Şumer  dövrü  hesab  edilir.  Amerika  alimi  S.Kramerin  “Tarix 

Şumerdən  başlanır”  kitabı  Şumerlərin  kimliyi,  onların  mədəniyyəti 

v

ə s. haqqında geniş məlumat verir. Şumerlər haqqında elm aləmində 



müxt

əlif mübahisələr mövcud olsa da, onların yaratdıqları Ur, Uruk, 

Kiş şəhər-dövlətlər ən qədim sivilizasiyaların mərkəzi hesab olunur. 

Şumer-Akkad ədəbi nümunələri, əsasən dörd qrupa bölünür: 

1.

 

Kosmoqonik v



ə etioloji miflər 

2.

 



Allahlar v

ə mədəni qəhrəmanlar haqqında dastanlar 

3.

 

Lirik m



ətnlər 

4.

 



Didaktik, 

əxlaqi-tərbiyəvi əsərlər 

Şumer-Akkad miflərində  kainatın  yaranması,  onun  strukturu, 

allahların mənşəyi, insanlara gətirdikləri fəlakət və xoşbəxtliklər və 

s. haqqında bəhs olunur. 

Şumerlərin  mifoloji  düşüncəsində  Allahlara aid miflərin ya-

ran

masında  kahinlərin  xüsusi  rol  oynaması  mühüm  yer  tutur.  Anu, 



Enlil, Enki v

ə Ninhursaq bu mifologiyada əsas tanrılar hesab edilir. 

Şumerlərin mifoloji düşüncəsinə görə bütün allahlar ilkin okean ila-

h

əsi Nammudan yaranmışdır. Enlil (“küləklər allahı”) baş allah möv-



qeyind

ə çıxış edir. 



“Bilqamıs”  dastanı  (“dünyanın  hər  üzünü  görmüş,  hər  şeyi 

bil


ən adamın dastanı”) yalnız qədim Şumer-Akkad ədəbiyyatının de-


Avtandil Ağbaba 

15 


yil, eyni 

zamanda dünyanın ən zəngin və ən əski miflərindən biri he-

sab edilir. “B

ilqamıs”  haqqında  qədim  şumer,  hett,  akkad  və  hurri 

dill

ərində  bu günümüzə  çoxlu  əfsanə  və  nağıllar,  müxtəlif mətnlər 



g

əlib  çatmışdır.  Bu  dastan  Şumer  mətnlərində  beş  nəğmə  şəklində 

qu

rulmuşdur: 



1.

 

Bilqamıs və Aqa 



2.

 

Bilqamıs və Ölməzlər dağı 



3.

 

Bilqamıs və Səma buğası 



4.

 

Bilqamıs, Enkidü və yeraltı dünya 



5.

 

Bilqamıs yeraltı dünyada 



Akkad variantında dastanın mövzu və sujeti dörd hissəyə bölü-

nür: 


1.

 

Enkidü haqqında poema 



2.

 

Sidr meşəsində Humbaba ilə döyüş 



3.

 

İştarın hiyləgər və dağıdıcı fəaliyyəti 



4.

 

Bilqamısın ölümsüz həyat axtarması 



“Bilqamıs” dastanı təqribən b.e. əvvəl VI-II minilliklərdə for-

ma

laşaraq  gil  lövhələr üzərinə  köçürülmüşdür.  On iki gil lövhədən 



ibar

ət bu dastanın əsas qəhrəmanı Bilqamıs böyük şəhərlər saldırır, 

çoxlu q

əhrəmanlıqlar  göstərir. Dostu Enkidü ilə  birlikdə  qorxunc 



Hum

babanı  öldürdükdən sonra allahlar tərəfindən Enkidü ölümə 

m

əhkum edilir. Bilqamıs ölümə qalib gəlmək üçün əbədi həyat qa-



zan

mış  Utnapiştidən dənizin dibindəki ölümsüzlük çiçəyinin yerini 

öyr

ənir. O, çox çətinliklə bu çiçəyi əldə edir. Lakin çiçəyi öz xalqı 



üçün aparmaq ist

əyəndə  yolda  bir  ilan  onu  oğurlayır,  əbədi həyat 

Bilqamısa yox, ilana qismət olur.  

Bilqamış adı bir sıra dillərdə Bilqameş, Gilqamış və s. şəklin-

d

ə də verilir. Dastanın akkad variantını dilimizə İsmayıl Vəliyev tər-



cüm

ə edərək (1985; 1999) çap etdirmişdir. 



Misir mifologiyası dünyanın ən qədim mifologiyalarından biri 

hesab olunur. Misirlil

ərin mifoloji düşüncələri “Piramida mətnləri”, 

“Ölül


ər kitabı”, “Böyük himn”, “Amduat”, “Sərdabələr mətnləri” və 

s. kimi ilkin yazılı mənbələrdə öz əksini tapmışdır. Misir mifologiya-

sında allahlar panteonu çox zəngindir. Burada allahlar heyvan başlı 

insan  şəklində  təsəvvür edilir. Öküz-Apis, Minebis;  ilan, timsah-

Sebek; 

şahin-Qor və s. adlarla tanınan allahlar panteonu mövcuddur. 



Gün

əş  allahı  Atum-Ra  dünyanın,  digər  allahların,  insanların  və  s. 

var

lıqların yaradıcısı kimi təsəvvür olunur. 




Mifologiya 

16 


Misir mifl

ərini məzmununa görə bu cür qruplaşdırmaq olar: 

1.

 

Ozirisl



ə bağlı miflər 

2.

 



Ra il

ə əlaqədar miflər 

3.

 

Nil



ə həsr olunmuş miflər 

Ozirisl

ə  bağlı  müxtəlif mifik mətnlər mövcuddur. Ozirislə 

qar


daşı  Setin mübarizəsində  siyasi motiv əsas yer tutur. Digər bir 

mifd


ə Oziris bitkiçilik allahı kimi təsəvvür edilir. Qışda təbiət öldü-

yü, yazda dirildiyi üçün Oziris d

ə ölüb-dirilən allahdır. Üçüncü qisim 

mifl


ərdə Oziris ölənlərin ruhunu mühakimə edən cəhənnəm hakimi-

dir. “Pramida m

ətnləri”ndə Oziris “batmış allah” adlandırılır. O, yer 

allahı  Qebin  oğlu  kimi  təqdim olunur.  Aldadılaraq  sandığa  salınıb 

Nil çayına atılan Oziris sandığın içində Aralıq dənizinə çıxır. Onu ar-

va

dı  İzida tapıb xilas edir. Lakin ölülər  dünyasından  çıxan  Oziris 



yerd

ə qalmır, ölülərin ruhunun olduğu Qərb vilayətinin padşahı olur. 

Ozirisin intiqamını oğlu Qor əmisi (Ozirisin qardaşı) Setdən alır. 

Misirlil

ərin Allahlar panteonunda  günəş  allahı  Amon-Ra 

(Atum-


Ra) xüsusi yer tutur. Bir sıra miflərdə Ranın öz düşmənləri ilə 

mübariz


əsi təsvir olunur. Heliopol variantında Atum-Ra Xaosdan ya-

ra

nır, öz toxumunu udub hamilə qalır və beləliklə, hava allahı Şu, rü-



tub

ət allahı Tefnutu yaradır. Sonralar onlar da digər allahları yaradır-

lar. Heliopolun m

əşhur  “Böyük allahlar doqquzluğu” belə yaranır. 

Bu panteona daxıldir: Atum-Ra, Şu, Tefnut, Qeb, Nut, Oziris, İzida, 

Set v


ə Neftida. 

Misirlil


ərin  mifoloji  görüşlərində  Günəşin  “gözləri”-qızları 

haq


qında “Xator  Tefnutun Nubiyadan qayıtması” və “Günah işlədən 

adam


ların məhv edilməsi” adlı miflər geniş yayılmışdır. Qədim mi-

sirlil


ər günəşi Günəş allahının-Ranın gözü kimi başa düşürdülər. Bə-

z

ən günəş allahın sağ, ay isə sol gözü kimi təsəvvür olunurdu. 



“Xator  Tefnutun Nubiyadan qay

ıtması”  mifində  Ranın  qızı 

Tefnut ondan küs

ərək  çıxıb  gedir.  Ra  öz  qızı-günəşin  gözləri üçün 

da

rıxdığından onu geri qayıtmağa razı salır. Xator-Tefnutun Nubiya-



dan qayıdışı ilin fəsillərinin dəyişilməsi haqqında əski baxışları əks 

etdirir. 

“Günah işlədən adamların məhv edilməsi” mifində isə Ra-ya 

qar


şı  çıxan  adamların  məhvindən, sonra isə  onların  bağışlanmasın-

dan, xaosun nizama sal

ınmasından bəhs olunur. Bu mifdə günəş alla-

hı Ra-ya qarşı çıxanlarla firona qarşı üsyan edənlərin taleyinin eynili-

yi fikri, h

əmçinin qədim mifik təsəvvürlər əks olunur. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə