Azərbaycan respublikasi təhsil nazirliyi sumqayit döVLƏt universiteti



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix14.01.2018
ölçüsü0,55 Mb.
#20798
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Avtandil Ağbaba 

23 


Hind, Çin v

ə İran mifologiyaları 

 

1.



 

Hind  mifologiyasının  mənbələri. Mifoloji sistem və 

onun tipl

əri. 


2.

 

Hind mifoloji sistemind



ə  allahlar panteonu.  Yaradılış 

prosesi 


3.

 

Hinduizmd



ə heyvan və su kultu 

4.

 



Çin  mifologiyasının  əsas xüsusiyyətləri. Çində  allahlar 

panteonu 

5.

 

Q



ədim Çində yaradılış mifləri 

6.

 



Çin mifoloji sistemind

ə əjdaha kultu və onun növləri 

7.

 

İran miflərinin toplandığı yazılı mənbələr 



8.

 

Fars mifolo



giyasında allahlar panteonu 

9.

 



Əfrasiyab (Alp ər Tunqa) obrazı fars mifologiyasında 

 

Q

ədim Hind mifologiyası şifahi və yazılı, eləcə də arxeoloji 

m

ənbələr əsasında öyrənilir. Hind mifologiyasının ən qiymətli və əs-



ki m

ənbələri “Mahabharata” və “Ramayana” hesab edilir. Bu əsərlər-

d

ən  əvvəl “Riqveda” və  digər “Vedlər”  mövcud  olmuşdur. 



“Athaqvaveda”  (şər  ruhlara  qarşı  qarğışlar  məcmuəsi) qədim hind 

mi

fologiyasının əsas mənbələrindən sayılır. 



Hindistanda  yaranmış  mifoloji  sistemin  müxtəlif tipləri 

mövcuddur. Vedizm, Hinduizm v

ə  Buddizm  hind  mifologiyasının 

ayrı-ayrı  komponentləridir. Hinduizm qədim vedlər dini olan brəh-

m

ənizmi əvəz etmişdir. Müxtəlif mənşəli mifoloji təsəvvürlər, obraz 



v

ə sujetlər Hinduizm dini sistemində birləşdirilmişdir. 

Buddizmin 

əsasını Siddharta Qautama qoymuşdur. O, Budda 

adlandırılmışdır.  Budda  işıqlı,  nurlanmış  anlamını  ifadə  edir. Dinin 

adı buradan əmələ gəlmişdir. Buddizmdə Siddharta nurlanmaya o za-

man çatır ki, o, müxtəlif çətinliklər keçsin. Buddizm mifoloji siste-

mind


ə Qautama Buddanın külü onun səkkiz şagirdi arasında bölüş-

rülmüş  və  hər  şagird  öz  kül  payının  üstündə  ehram  tikdirmişdir. 



Buddist ölk

ələrində Buddanın qəbri olan müxtəlif memarlıq üslubu-

na malik ehramların mövcud olması da bununla bağlıdır. 

İndra, Surya, Aqni, Soma, Varuna, Rudra və s. qədim hindlilə-

rin allahlar panteonunu t

əşkil edir. 1028 himndən ibarət olan “Riqve-

da” m

ətnlərində İndra həm müharibə, həm də fırtına allahı hesab olu-



nur. Gün

əş allahı Surya adlanır. Aqni od allahıdır. Aqni obrazı ibti-




Mifologiya 

24 


dai mistizml

ə bağlıdır, eyni zamanda Aqni insanlarla allahlar arasın-

da vasit

əçidir. İndradan sonra ikinci yeri Varuna tutur. O, güclü ha-

kim,  yaradıcı  allah  hesab  olunur.  Ümumiyyətlə, qədim  Hindistanın 

allahlar panteonunda yüzl

ərlə allah mövcuddur. 

Hind mifoloji sistemind

ə İndra kainatın yaradılmasında əsaslı 

rol oynayır. O, göyün və yerin oğlu kimi təsəvvür olunur. Guya İndra 

ana

sının  böyründən  doğulmuş,  qorxunc  bir  görkəm  almışdır.  Onun 



heyb

ətli görkəmindən qorxuya düşən göylə yer bir-birindən ayrılmış, 

əmələ gələn boşluqda (fəzada) İndra hökmranlıq etmişdir. İndra ib-

lisl


ərin başçısı Vritanı öldürdükdən sonra varlıq aləmi-Sat yaradılır. 

B

əzi mifik təsəvvürlərdə kainat əbədi tanrıların qurban kəsdik-



l

əri Puruşninin bədənindən yaranmışdır. Hind mifoloji düşüncəsində 

Br

əhmənin müxtəlif epitetləri  onun  yaradıcı funksiyası  ilə  bağlıdır. 



Br

əhmən dünyanın və insanların yaradıcısı kimi qələmə veilir. 

Hinduizm dini- mifoloji sistemind

ə müqəddəs heyvanlar kultu 

əsasən totemizmlə bağlıdır. Bu mifik düşüncədə müxtəlif heyvanlar 

hüm yer tutsa da, onların yalnız dördü zəmanəmizədək öz müqəd-



d

əsliyini  qoruyub  saxlamışdır:  inək, meymun, gürzə  və  Haruda 

adlanan quş. 

Hinduizm


ə daxil olan ən qədim kultlardan biri su kultu sayılır. 

Hindistanda bütün çaylar müq

əddəsdir. Öz mənbəyini Himalay da-

ğından götürən çay ən müqəddəs çay hesab olunur. Qanq, Camna, 

Kaveri v

ə başqa böyük çaylar əlində səhəng tutmuş qadın şəklində 

t

əsvir olunur. Daş və bitki kultları da Hinduizm mifoloji sistemində 



ge

niş yayılmışdır. 



Çin mifolog

iyası. Çinin ən qədim tarixi hadisələri müxtəlif 

əsatirlərdə öz əksini tapmışdır. Çinin digər sivilizasiyalardan nisbə-

t

ən təcrid  olunması  və  çinlilərin  sivilizasiyasının  uzunömürlülüyü, 



fasil

əsiz mövcudluğu Çin mifoloji düşüncəsinin özünəməxsus cəhət-

l

əridir. “Fal yazıları”, “Bambuk salnamələri”, “Çun-Syu” (“Bahar və 



pa

yız”),  “Şiszin”  (“Mahnılar  kitabı”),  “Şuszin”  (“Sənədlər  kitabı”) 

v

ə digər qədim mənbələr Çin mifologiyasını öyrənmək baxımından 



xüsusi 

əhəmiyyət daşıyır. 

Q

ədim Çin allahlar panteonunda “ali hakim”, “ali əcdad” Şan-



di (

ən qədim mətnlərdə Di) uzun müddət baş allah hesab olunmuş-

dur. Yan-di (alovun hakimi), Çi-

di (qırmızı hakim)-Günəş allahı, Cə-

nub hakimi kimi tanınmışdır. Si-Vanmu (Qərbin hakimi) qadın ilahə-

si olub ölm

əzlik dərmanına  sahib  olmuşdur.  Bəzi qədim mətnlərdə 



Avtandil Ağbaba 

25 


Si-Vanmu  ölül

ər səltənətinin ilahəsi, ölüm və  xəstəliklər  allahı 

funksiyasını icra edir. Çin allahlar panteonunda müharibə və sərvət 

allahı kimi tanınan Quan-di özünün real cizgiləri ilə fərqlənir. Bütün 

bunlardan 

əlavə, Çində  ümumi  panteonla  yanaşı  ayrı-ayrı  dinlərin 

allahlar panteonu da möcud olmuşdur. 

Çin mifoloji m

ətnlərində kainatın yaranması bütün ardıcıllığı 

v

ə xaosun nizamlanması ilə diqqəti cəlb edir. Çinlilərin mifik təfək-



kürl

ərində  təbiətin və  insanın  yaranması  haqqınd  iki  konsepsiya 

möv

cuddur:  1)  Cansız  və canlı  varlıqlar  xaosun iki  ilkin  elementə-



işıqlı başlanğıca (yan) və qaranlıq başlanğıca (in) bölünməsi nəticə-

sind


ə  yaranmışdır.  2)  Bütün  varlıqlar  transformasiya  nəticəsində 

əmələ gəlmişdir. İnlərin təsəvvürünə görə Şan-di təkcə baş allah de-

yil, h

əm də  axirət  dünyasını  idarə  edən qüvvələrin  başçısı,  inlərin 



əfsanəvi əcdadı və hamisidir. 

Çin mifoloji sistemind

ə  Pan-qu göyü və  yeri bir-birindən 

ayıran və bədənindən kainat yaradılan ilk əcdad kimi təsvir olunur. 

Daşqın haqqında miflərdə Fu-si və Nyuy-va insan cütü (bacı-qardaş) 

kimi zooantropomorfik obrazda ilkin 

əcdadlar sırasındadır. 

Çin  mifologiyasında  dörd  müqəddəs  canlının-əjdaha, pələng, 

simurğ (feniks) və tısbağanın xüsusi yeri vardır. Əjdaha baharın və 

Şərqin, pələng payızın və Qərbin, feniks yayın və Cənubun, tısbağa 

qışın və Şimalın simvolu sayılırdı. Çinlilərin mifik düşüncəsində Əj-

da

ha su stixiyasının hakimi kimi insanlara nəmişlik bəxş edirdi. Əj-



daha S

əma və Yerdən sonra üçüncü yeri tuturdu. Çin mifologiyasın-

da t

əbiətdə olan bütün xaos və qarışıqlığın səbəbi əjdaha hesab olu-



nurdu. Çind

ə əjdahanın dörd tipi mövcud olmuşdur: allahların məs-

k

ənini qoruyan Səma əjdahası, yağış və külək göndərən İlahi əjdaha, 



su

ların  istiqamətini  və  dərinliyini müəyyənləşdirən Yer əjdahası  və 

x

əzinələri mühafizə  edən əjdaha. Bunlardan əlavə, Çin mifologiya-



sında at kultu ilə bağlı təsəvvürlər də geniş yayılmışdır. 

Farsların  mifoloji  mətnləri  qədim abidələrdə-“Avesta”, 

“Şahnamə”, “Camasbnamə”,  “Manixey  əlyazmaları”, “Dinkert” 

(“İnam əməlləri”) və s. əsərlərdə toplanmışdır. Div, pəri, əjdaha və s. 

mifik varlıqlar, Cəmşid, Huşəng, Zöhhak, Nuzər və b. obrazlar yalnız 

fars  mifologiyasında  deyil,  həm də  digər  qonşu  xalqların  mifoloji 

düşüncəsində geniş yer tutur. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə