Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   2   3   4   5   6   7   8   9   ...   30

 

qoyulur.  Məktəbəqədər  təhsilin  proqramında(  kurikulumunda)  uşaq  fəaliyyətinin 



təmin olunması  və bacarıqlarının  formalaşması, onun bir subyekt  kimi  inkişaf etməsi 

üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərdə tutulur. 

Bu  məqsədin  reallaşdırılması  üçün  aşağıdakı  vəzifələrin  həyata  keçirilməsi 

məqsədəmüvafiq hesab edilir . 

1.

 

Məktəbəqədər  dövrdə uşaqların inkişafının  tənzimlənməsi. 



2.

 

Uşaqların məktəb təliminə hazırlığının məzmununun tənzimlənməsi. 



3.

 

Məktəbəhazırlığın  təşkili  qaydalarını  təqdim  etməklə    keyfiyyətin  təmin 



olunması.  

4.

 



Məktəbəqədər  təhsil  sahəsində  çalişan  mütəxəssislərin  səriştəliliyinin 

artırılması. 

5.

 

Bütün  maraqlı  tərəflərin  (məktəbədər  təhsil  mütəxəssisləri,  ailələr, 



valideynlər  və  s.)  rollarının  müəyyənləşdirilməsilə  məktəbəqədər  təhsilin 

keyfiyyətinin təmin edilməsi. 

Məktəbəqədər  təhsilin  kurikulumu  hazırlanarkən  aşağıdakı  prinsiplər  əsas 

götürülmüşdür: 

 

uşaqyönümlülük; 



 

nəticəyönümlülük; 



 

inkişafyönümlülük; 



 

inteqrativlik; 



 

hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması; 



 

millilik və dünyəviliyin nəzərə alınması; 



 

uşaqların  məktəb təliminə hazırlanmasının zəruriliyi. 



Məktəbəqədər  təhsil  proqramı (kurikulumu)  şəxsiyyətyönümlü xarakter daşıyır.

 

Şəxsiyyətyönümlülük  proqramın  (kurikulumun) məqsəd və məzmunu ilə bağlı olub, 



cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşdırılmasının yerinə yetirilməsini təmin edir.

 



 

 Şəxsiyyətyönümlü  təhsil  proqramına  (kurikulumuna)  görə  uşaqlar  lazımsız 



informasiya  ilə  yüklənmir,    gələcək  həyat  fəaliyyətində  ona  lazım  olacaq  ən  zəruri 

ilkin həyati bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və 

vərdişlər aşılanır, qabiliyyətlərin  formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət 

kimi  formalaşmasının  bünövrəsi  qoyulur.  İnkişaf  sahələri  üzrə  bütün  nəticələr 

uşaqlara, onların inkişafının təmin olunmasına  yönəldilir. 

Məktəbəqədər  təhsil  proqramı  (kurikulumu)  hazırlanarkən  uşaq  fəaliyyətinin 

təmin olunması  və bacarıqlarının  formalaşması, onun bir subyekt  kimi  inkişaf etməsi 

üçün  müvafiq  təhsil  şəraitinin  yaradılması  nəzərə  alınmışdır.  Məzmunda  uşaqların 

səviyyələrini  əks  etdirən  standartların  verilməsi  və  bu  standartların  təhsilalanlara 

yönəldilməsi  uşaqyönümlülüyü  ifadə  edir.  Bu  keyfiyyət  uşaqlara  nəyi,  necə  və 

kiminlə  öyrənmək  və  oynamaq  istədikləri  haqqında  seçimlər  etməyə  imkan  yaradır. 

Bu  yanaşma  uşaqları  müəyyən  fəaliyyətlərə  təşəbbüs  etməyə,  böyüklərin köməyi  ilə 

öz    yollarını    müəyyənləşdirməyə    istiqamət  verir.  Öz  təcrübələrinə  və  onları  əhatə 

edən  ətraf  mühitlə  fəal  ünsiyyətə  əsaslanaraq  yeni  bilikləri  əldə  etməkdə  və  bütöv 

şəxsiyyət kimi inkişaf etməkdə uşaqlara şərait yaradır. 

Məktəbəqədər  təhsil  proqramı  (kurikulumu)  həm  də  nəticəyönümlüdür.  Onun 

məzmunu  nəticələr  formasında  ifadə  edilmişdir.  Nəzərdə  tutulmuş  bütün  bilik  və 

fəaliyyətlər  həmin  nəticələrdə  əhatə  olunmuşdur.  Nəticəyönümlülük  son  nəticəni 

görməyə, əldə olunacaq nailliyyətləri əvvəlcədən təsəvvür etməyə imkan verir. Bu isə 

uşaqların  inkişafını  müşahidə  etmək,  istiqamətləndirmək  üçün  qiymətləndirmə 

aparmaq baxımından əhəmiyyətlidir. 

Uşaqların  idrak  fəallığının  izlənilməsi,  inkişaf    səviyyələri  və  nailiyyətlərinin  

təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsi onun  

inkişafyönümlülüyünü meydana çıxarır. Uşaqlar müxtəlif yollar vasitəsilə ilə öyrənir 

və öyrəndiklərini də müxtəlif yollarla göstərirlər. Ona görə də kiçikyaşlı uşaqlar üçün 

səmərəli  təlim  prosesi  təşkil  olunmalıdır.  Səmərəli  təlim  odur  ki,  planlaşdırmada  və 



10 

 

təlim  zamanı  hər  bir  uşağın  inkişaf  səviyyəsi  və  maraq  dairəsi,  inkişaf  prinsipləri  



nəzərə  alınır,  uşaqların  yeni  məlumatlar  əldə  etməsi    və  hərtərəfli  inkişafı  təmin 

olunur.    

Məzmunun  inteqrativliyi  məktəbəqədər  yaşlı  uşaqların  bütün  inkişaf  sahələrinin 

əlaqəli  inkişafını  təmin  etmək  məqsədinə  xidmət  edir.

 

Standartların  fiziki,  sosial-



emosional,  idraki  və  estetik  bacarıqların  ifadə  olunmasına  yönəlməsi  isə  onun 

inteqrativliyidir

Məktəbəqədər  təhsil  proqramında(  kurikulumda)  məzmuna  uyğun  müvafiq 

təlim  strategiyaları  verilir.  Gözlənilən  nəticələrin  əldə  olunması  və    inteqrativliyin 

nəzərə alınmasında  təlim məqsədlərinin və mühitin yaralıdması vacib hasab edilir. Bu 

zaman    uşaqların  bir  şəxsiyyət  kimi  fəaliyyətə  cəlb  edilməsi,  onun  meyl  və 

maraqlarının  nəzərə  alınması,  uşaqlar  və  böyüklərlə  əməkdaşlığı,  yaradıcı  və 

təşəbbüskarlığı xüsusi olaraq nəzərə alınır. 

Orada  müəyyən  olunmuş  nəticələr  həyati  bacarıq  və  vərdişləri  ehtiva  etməklə 

uşaqların idrak, hissi və psixomotor bacarıqlarının inkişafına yönəldilir. Məktəbəqədər 

təhsil  proqramının  (kurikulumunun)    inteqrativ  məzmunda  hazırlanması  uşaq 

bağçalarında  uşaqların  zəruri  bilik,  bacarıq  və  vərdişlər  qazanmalarına  və  uşaq 

şəxsiyyətinin formalaşması üçün lazım olan praktik işlərin həyata keçirilməsinə imkan 

yaradır.    Məzmunun  inteqrativliyi  uşaqlar  üçün  bütün  inkişaf  sahələrində    (fiziki 

inkişaf,  sağlamlıq  və  təhlükəsizlik,  idrak,  sosial-emosional  və  estetik  inkişaf)  

öyrənmə  mühiti  yaradır.  Tərbiyəçilər  həm  də    uşaqların  maraqlarını  və  onların  

arzularını  nəzərə alaraq təlim mühiti yaradırlar. Tədqiqatlar  göstərir ki, inteqrativlik   

məktəbəqədər  yaşlı    uşaqların  inkişafında    ən  yaxşı  və  səmərəli  yanaşmadır

Bunun 



üçün  işin  müvafiq  qaydada  planlaşdırılması  əhəmiyyətli  hesab  edilir.Ona  görə  də                               

tərbiyəçilər fəaliyyətlərini müasir səviyyədə  qurmaq üçün plan  hazırlamaq bacarığına 

yiyələnməlidirlər.  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə