Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   22   23   24   25   26   27   28   29   30

85 

 

aparır. 



 

ESTETİK VƏ YARADICI İNKİŞAF-təsviri fəaliyyət 

 

 



Rəsmetmə  (mövzular,  bədii  əsərlər,  təsəvvürləri  əsasında  sujetlər 

yaratmaq), yapma (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sadə 

obrazlar  yaratmaq)  və  yapışdırma  (müxtəlif  kəsmə  üsullarından 

istifadə  edərək,  mövzular,  bədii  əsərlər,  təsəvvürləri  əsasında 

kompazisiyalar qurmaq) bacarıqları nümayiş etdirir. 

 

 



 

Təsvir  alətləri  və  vəsaitlərdən  (sadə  və  rəngli  karandaş,  flamaster, 

rəngli  təbaşir,  kömür,  rəngli  boya,  qayçı,  fırça,  yapışqan,  rəngli 

kağızlar, gil və plastilin, molbert, palitra) təyinatına görə istifadə edir. 

 

 

ESTETİK VƏ YARADICI İNKİŞAF -quraşdırma 



 

 

Verilmiş  nümunə  və sxemlər əsasında quraşdırma (fərdi  və kollektiv 



şəkildə müxtəlif  fiqurlar və kompozisiyalar düzəltmək), planlaşdırma 

bacarıqları nümayiş etdirir. 

 

 

ESTETİK VƏ YARADICI İNKİŞAF -musiqi 



 

 

Musiqini  dinləyərək  xarakterinə,  janrına,  melodiyasına,  ritminə,  səs 



tonuna,  müəyyən  hissəsinə  görə  fərqləndirir,  ifaçılıq  (solo  və  xorla 

oxumaq;  musiqili-ritmik  hərəkətləri  yerinə  yetirmək;  uşaq  musiqi 

alətlərində tək və ansamblda ifa etmək) bacarıqları nümayiş etdirir. 

 

 



Müstəqil    yaradıcılıq  (təsviri  fəaliyyət,  musiqi  və  konstruktiv 

fəaliyyət, rolların ifası) qabiliyyətləri nümayiş etdirir. 

 

 

FİZİKİ İNKİŞAF, SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK 



 

 

Əsas  hərəkətləri  (qaməti  düz  saxlamaqla  istiqaməti  və  tempi 



dəyişərək  yerimək  və  qaçmaq;  yerində,  uzununa  və  müxtəlif 

istiqamətlərə  hoppanmaq;  müxtəlif  əşyaların  üstü,  altı  və  arası  ilə 

sürünmək;  məhdudlaşmış sədd  üzərində  müvazinəti saxlamaqla  yeriş 

və  yürüş;  gimnastika  nərdivanına  istiqaməti  dəyişməklə  dırmanmaq; 

topu  yerə  vuraraq  irəliləmək;  kürəciyi  diyirlətmək;  qum  kisəciyini 

atmaq) yerinə yetirir. 

 

 

Müxtəlif məsafələrdə olan əşyaları sensor və emosional xüsusiyyətinə 



(forma,  rəng,  hərəkət,  ölçü,  səs,  dad  və  iyinə)  görə  ümumiləşdirir  və 

təsnif edir. 

 

 

Özünəxidmət vərdişləri (yatağını, xarici görünüşünü səliqəyə salmaq; 



təmizliyə riayət etmək) nümayiş etdirir.

 

 



 

Şəxsi  mədəni  gigiyena  qaydalarına  (saçının  səliqəsini,  bədəninin, 

paltarlarının,  dırnaqlarının,  dişlərinin  təmizliyini  gözləmək;  tez  və 

səliqəli  soyunub,  geyinmək;  paltarlarını  səliqə  ilə  yığmaq;  yatağını 

səliqəyə salmaq) əməl edir.

 

 



 


86 

 

Əşyalardan  (karandaşlar,  flamaster,  rəngli  təbaşir,  rəngli  boya, 



mozaika,  musiqi  oyuncaqları,  yapışqan,  pazlalar,  qayşı,  düymə), 

təbiət, tullantı və tikinti materiallarından təyinatına görə istifadə edir. 

 

 

Sadə  təhlükəsizlik  qaydalarına  (təhlükəli  heyvan,  bitki  və  əşyalar, 



dərman  və  kimyəvi  preparatlarla  müvafiq  qaydada  davranmaq;  yol 

hərəkəti qaydalarına riayət etmək; situasiyaya uyğun yanğınsöndürən, 

təcili  yardım  və  polisə  cağırışlar  etmək;  özünə  və  başqalarına  ilkin 

yardım  göstərmək;  təbiət  və  fövqəladə  hadisələr  zamanı  ehtiyat 

tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir. 

 

 



Fəaliyyət zamanı hərəki qabiliyyətlər

15

 nümayiş etdirir. 



 

 

Masa arxasında mədəni davranış qaydalarına (qamətini düz saxlamaq; 



yemək  dəstləri-qaşıq,  bıçaq  və  çəngəldən  istifadə  etmək;  səssiz  və 

səliqəli yemək) əməl edir. 

 

 

Sadə oyunların qaydalarını başa düşür və əməl edir 



 

 

 



SOSİAL-EMOSİONAL İNKİŞAF  

 

 



Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar, kollektivdə etik 

davranış) uyğunlaşdırır. 

 

 

Özünə nəzarəti nümayiş etdirir. 



 

 

Öyrənmənin çətinliklərini qəbul edir. 



 

 

Münaqişələrin  və problemərin həlli yollarını tapır. 



 

 

Öz hərəkətləri üçün məsuliyyətləri qəbul edir. 

 

 

Qrup fəaliyyətlərində diqqətli olur. 

 

 

Özünün və qrupun əmlakının qayğısına qalır. 

 

 

Səmərəli iş vərdişlərini müəyyən edir və təcrübədən keçirir. 

 

 

Digərləri ilə əməkdaşlıqda işləyir və oynayır. 

 

 

Lazım olanda müstəqil işləyir. 

 

 

Rupun gün rejiminə əməl edir. 

 

 

Təşəbbüs nümayiş etdirir. 

 

 

Gözləməyi nə növbəni qəbul edir. 

 

 

 

YANVAR  ÜÇÜN  QEYDLƏR:  Digərlərinə  qarşı  mehribandır  və  hörmət  edir.  Qrup 

otağında  başqalarına  kömək  etməyi  sevir  və  tərbiyəçinin  köməyi  ilə  kiçik  qrup 

fəaliyyətlərində  iştirak  edir.  Öz  işi  ilə  məşğul  olarkən  yoldaşlarının  gördüyü  işlər 

onun diqqətini yayındırır. Çünki o hər şeyi bilməyə can atır və yeni şeyləri asanlıqla 

öyrənir.  Biz  bu  yarım  ildə  onunla  daha  çox  məşğul  olmağı  və  onun  öz  gücündən 

konstruktiv və yaradıcı yollarla istifadə etməsinə kömək etməyi planlaşdırırıq. 

                                                             

 



87 

 

Tərbiyəçinin 



imzası:_____________________________________________________ 

 

 

Valideynin 

imzası:_______________________________________________________ 

 

 

MAY AYI ÜÇÜN QEYDLƏR: 

 

Tərbiyəçinin 

imzası:_____________________________________________________ 

 

 

Valideynin 

imzası:_______________________________________________________ 

 

 

 

 

 

 

 

 

 

 

 

 


88 

 

Tezaurus 



 

  

Məktəbəqədər  təhsil  proqramı  (kurikulumu)  -  məktəbəqədər  təhsilin  son 

məqsədlərini,  həmin  məqsədlərə  çatmaq  üçün  müəyyən    edilən  yol,  forma  və 

vasitələri, uşaq  inkişafının və təliminin izlənilməsini və dəyərləndirilməsini, inkişaf 

səviyyəsini müəyyənləşdirmək  mexanizmlərini özündə cəmləşdirən dövlət sənədidir. 



     Təlimin  məzmunu-  uşaq  şəxsiyyətinin  formalaşmasına  yönəlmiş  bacarıqlar 

şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.  

      Təlim  nəticəsi-  müəyyən  bir  mərhələdə  mənimsənilməsi  nəzərdə  tutulan  və 

əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 



       

İnkişaf  sahələri  -  uşaqların  inkişaf  sahələri  üzrə  ümumi  təlim  nəticələrinin 

reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.  

       Məzmun  standartı-  dövlətin  təhsil  alanların  bilik  və  bacarıq  səviyyəsinə 

qoyduöu dövlət tələbidir.   

        Təlim  strategiyası-  təhsil  prosesində  istifadə  olunan  forma,  metod,  üsul  və 

vasitələrin məcmusudur.  

        İnteqrasiya-  müəyyən  təhsil  sistemi  çərcivəsində  uşaqların  təfəkküründə 

dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və 

özünüinkişafa  istiqamətləndirmək  məqsədilə  təlimin  bütün  məzmun  komponentləri 

arasında  struktur  əlaqələri  qurmağı  və  onları  sistemləşdirməyi  tələb  edən  didaktik 

prinsipdir. Kurikulumda şaquli və üfüqi olmaqla onun iki növündən istifadə edilir.  

 

Resurslar-  Məzmun    standartlarının  reallaşdırılmasında  istifadə  olunan  təlim 

vasitələridir.  

Pedaqoji  innovasiya-  təhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə,  tərbiyəçi 

və  uşaqların  fəaliyyətlərində,  təlim-tərbiyənin  məzmununda,  forma,  üsul  və 

vasitələrində,  idarəetmədə,  məqsəd  və  nəticələrdə,  ümumiyyətlə,  pedaqoji  sistemdə 

baş verən yeniliklərdir. 



Uşaq nailiyyətləri – təlim zamanı uşaqların qazandıqları dəyərlərdir.  


89 

 

Dəyərlər- şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.  



Şəxsiyyətyönümlülük-  uşaqlara  bütöv  bir  şəxsiyyət  kimi  yanaşmağı  və  onlarda 

həyat  üçün  lazım  olan  ən  zəruri  dəyərlərin  formalaşdırılmasını    bir  vəzifə  kimi 

qarşıya qoyur. 

Differensiallaşdırma  -  uşaqların  fərdi  xüsusiyyətlərini,  maraq  və  tələbatlarını, 

fiziki  və  əqli  inkişaf  səviyyələrini,  psixofizioloji  xüsusiyyətlərini  nəzərə  almaqla, 

onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasıdır.   

Əməkdaşlıq- “Tərbiyəçi-uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin 

təmin olunmasıdır.  



Nəticəyönümlülük-  fəaliyyətin əvvəlcədən  müəyyən olunmuş  nəticələr əsasında 

qurulmasıdır. 



Portfolio-  uşağın  müəyyən  müddət  ərzində  yerinə  yetirdiyi  işlərin  (çəkdikləri 

rəsmlər,  fikirləşdikləri  hekayələr,  təsviri  fəaliyyət  məşğələlərinin  nəticələri  və  s.) 

toplandığı xüsusi qovluqdur.

 

Motivasiya-  məşğələnin  vacib  komponenti  olmaqla,  uşaqların  idrak  fəallığına 

təkan verən prosesdir. 

Qiymətləndirmə-  məktəbəqədər  yaşlı    uşaqların  inkişafı,  nailiyyətləri  və  xüsusi 

ehtiyacları  haqqında    məlumatın  toplaması    prosesidir.  Hər  hansı  uşağın  nailiyyət-

lərinin  qiymətləndirilməsi  həmin  uşağın  təlim  fəaliyyətini  təkmilləşdirmək  üçün 

nəzərdə tutulur. 



Dəyərləndirmə- Dəyərləndirmə  isə  toplanmış  məlumatların təhlili  və  nəticələrin 

çıxarılması  prosesidir.  Dəyərləndirmə  uşağın  əldə  etdiyi  irəliləyişi  müəyyən  etmək 

üçün qiymətləndirmə əsasında toplanmış məlumatlar barədə mühakimə yürütməkdən 

və həmin məlumatları şərh etməkdən ibarətdir.   



Fasilitasiya  –  qrupda  diskussiyanın  təşkili,  fəallaşdırılması,  səmərəli  yönəltmə 

prosesi,  fasilitator  isə-  uşaq  tərəfindən  biliklərin  əldə  edilməsi  prosesində  bələdçi 

rolunu yerinə yetirir.  

 



90 

 

İstifadə olunmuş ədəbiyyat 



Azərbaycan dilində 

1.

 

Azərbaycan  Respublikasının  ümumi  təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu) 

Kurikulum, 2008, № 3. 

2.

 

Azərbaycan  Respublikasında  məktəbəqədər  təhsilin  yeniləşdirilməsi  Proqramı. 

(2007-2010  -cu  illər)  Bakı  şəhəri,  12  aprel  2007-ci  il.  Azərbaycan  müəllimi 

qəzeti, 13 aprel 2007-ci il

.   

3.

 

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, 5 sentyabr 2009-cu il.  



4.

 

Əhmədov  A.,  Abbasov  Ə.  Məktəbəqədər  təhsilin  konseptual  problemləri. 

//Kurikulum, 2011, № 2, səh.8-15. 

5.

 

Fəal  təlim.  Təlimatçılar  və  müəllimlər  üçün  vəsait.Azərbaycan  Respublikası   

Təhsil Nazirliyi/ Təhsilin İnkişafı Mərkəzi, Bakı, 2003. 

 

6.



 

İnnovativ dərs modelləri. Müəllimlər üçün metodik vəsait. Bakı, Açıq Cəmiyyət 

İnstitutu – Yardım Fondu, 2002. 

7.

 

Kurikulum islahatı:tədqiqatlat, nəticələr.Bakı, TPİ, 2011. 



8.

 

Kərimov Y.Ş.Təlim metodları. Bakı, 2009. 



9.

 

“Məktəbəqədər  təhsilin  dövlət  standartı  və  proqramı”.  16  iyul  2010-cu  il. 

http://www.edu.gov.az/ 

10.

 

“Məktəbə  hazırlığın  təşkili  Qaydaları”nın  təsdiq  edilməsi    haqqında  Qərar.   

Azərbaycan Respublikası Nazırlər Kabineti, 8 yanvar 2010-cu  il. 

11.

 

Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. B., Mütərcim, 2010. 



12.

 

Pometun  E.  İnteraktiv    təlim.  (Müəllimlər  üçün  tədris  vəsaiti)  (Tərcümə  edəni 

K.Quliyeva) Bakı, 2010. 

13.

 

Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları.Bakı, 2008. 



14.

 

Veysova Z. Fəal (interaktiv) təlim: Müəllimlər üçün vəsait, UNİCEF, 2007. 



 

 

 


91 

 

İngilis dilində 



1.

 

Beginning to READ: Thinking and Learning About Print, Marilyn Jager Adams, 

Cambridge, MA: The MİT PRESS,1998. 

2.

 

Child Assessment Profile,Chicago Public Schools,1999.www.isbe.net 



3.

 

Children from Birth to Age 8, Copple, C., Bredekamp, S.,  NAEYC, Washington 

DC, 2002. 

4.

 

CURTAIN, H. [On-line] Foreign Language Learning: An Early Start. 



5.

 

http://www.penpages.psu.edu/penpages_reference/28507/285073032.HTML

 

6.

 

(July 2005). 



7.

 

Gail Gregory, Presenter.Make Your Day Conference Seattle, WA 2005 



8.

 

Creative  curriculum.  For  infants,  toddlers  and  twos.USA,  vashington,  2010.p.-

247  

9.

 

Creative  Curriculum  for  Preschool,  Diane  Trister  Dodge,  Teaching  Strategies,  

Washington DC, 2008. 

10.

 

State  of  Connecticut.  Department  of  Education,  165  Capitol  Avenue,  Hartford, 

Connecticut 06106, (860) 713-6530. 

11.

 

Early Learning Standards, Illinois State Board of Education, 2002. 



12.

 

Developmentally  Appropriate  Practice  in  Early  Childhood  Programs  Serving 

Early Learning Standards, Illinois State Board of Education, 2002. 

13.

 

Developmentally  Appropriate  Practice  in  Early  Childhood  Programs  Serving 

Children from Birth to Age 8, Copple, C., Bredekamp, S.,  NAEYC, Washington 

DC, 2002. 



14.

 

K.  Rudd  and  others,  Labor’s  Plan  for  Early  Childhood:  Election  2007  Policy 

Document, Australian Labor Party, Canberra, 2007. 

15.

 

K. Rudd, Press conference with Maxine McKew, Sydney Day Nursery, Sydney, 

17 April 2008. 

16.

 

http://www.vanderbilt.edu/csefel/resources/states/iowa_pbsqpps_crosswalk.doc. 




92 

 

17.



 

www.ReadySetK.org 



18.

 

rmchar@lsu.edu. 



19.

 

http://www.smartstartnc.org/conference/2009/Handouts09/528.ppt 



20.

 

http://www.eddept.wa.edu.au/  November  2003.  (modified)  Department  of 

Education and Training, Western Australia. 

21.

 

http://www.rand.org. 



22.

 

http://indigenous-early-intervention.com/ 



23.

 

http://ou.edu/socialwork/faculty/index.html 



24.

 

http://www.curriculumforexcellencescotland.gov.uk/buildingthecurriculum/Build

ingthecurriculum2/index.asp

 

25.



 

http://www.education.com/reference/article/Ref_Preparing_Your_Child/-dən 

Aprel 20, 2007 

26.

 

http://www.educastur.princast.es/cpr/oviedo/linguapro/en/rec_en.htm

 

(July 


2005).  LINGUA  [On-line]  Teacher  Training  and  the  Teaching  of  Foreign 

Languages in the Early Stages. 

 

Rus dilində 

1.

 

Диканьская  Н.Н.,  Герасименко  Е.В.  Оценочная  деятельность  как  основа 

управления  качеством  образования.  Стандарты  и  мониторинг  в 

образовании. М ., 2003, № 4, с. 22-26 



2.

 

Кузнетцова  А.Г.  Личностно  ориентированный  подход  к  современному 

уроку: учебное пособие. Хабаровск, 2004. 

3.

 

Kуррикулум  по  воспитанию  детей  раннего  и  дошкольного  возраста  (1-7 

лет) Респ. Молдова, Ин-т педагогических наук. – Ch.: S. n., 2007 (Combinatul 

Polig.). – 108 стp. 



4.

 

Осокина  П.И.  Физического  культура  в  детском  саду.  М.,  Просвещение, 

1973. 



93 

 

5.



 

Селевко, Г.К. Современные образовательные технологии. М., 2004 г. 



6.

 

Тимофеева, Н.В., Зотова Ю.В. Занятие в детском саду. Волгоград, 2009. 



 

Türk dilində 

1.

 

Okul  Öncesi  Eğitim  Proqramı  (36-72  aylık  çocuklar  için).  Öğretmen  Kılavuz 

Kitabı. Devlet Kitapları Müdürlüğü- Ankara 2006.  

2.

 

Okul  Öncesi  Eğitim  Proqramı  (36-72  aylık  çocuklar  için).  Devlet  Kitapları 

Müdürlüğü- Ankara 2006.  

3.

 

Okul Öncesi Eğitiminin İlke ve Yöntemleri. Ankara 2011.198 s. 



4.

 

İlköğretime Hazırlık ve İlköyretim Proqramları.Pegem Akademi, 2010.194 s. 



 

 

 



 

 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə