Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   2   3   4   5   6   7   8   9   ...   30

11 

 

Məktəbəqədər  təhsilin  səmərəliliyinin  yüksəldilməsi  uşaqların  tələb  və 



imkanlarını  nəzərə almaqla   məktəbə  hazırlıq  mərhələsində onların  inkişafı, tərbiyəsi 

və  təhsili  prosesini  təşkil  etməyə  xidmət  edir  ki,  bu  zaman  təlimdə  hər  bir  uşağın 



inkişafı  üçün  bərabər  imkanların  yaradılması  zərurəti  meydana  çıxır.  Keyfiyyətli 

təhsil  baxımından

 

bütün  uşaqlar  üçün  eyni  təlim  şəraiti  yaradılır  və  pedaqoji  proses 



onların  potensial  imkanlarını  nəzərə  almaqla  tənzimlənir.  Məktəbəqədər  təhsil 

proqramı  (kurikulumu)  sənədində  ümumi  təlim  nəticələrini  reallaşdırmaq  üçün 

uşaqların inkişafında bərabər imkanların yaradılması xüsusi prinsiplərdəndir. 

Millilik  və  dünyəvilik  -  milli  və  ümumbəşəri  dəyərlərin  qorunması  və  onların 

dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və 

inkişaf etdirilməsidir. 

Məktəbəqədər  təhsilin  kurikulumu  uşaqların  məktəb  təliminə  hazırlığı    xarakteri 

daşıyır.  Uşaqların  məktəb  təliminə  hazırlığı  onlarda  oxumaq  həvəsinin,  məktəbə 

müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların 

məktəbə  müvəffəqiyyətlə  adaptasiya  olunması  üçün  onlarda  sosial  keyfiyyətləri 

formalaşdırır. Məktəb təliminə hazırlığın əsas məqsədi uşaqların  tələb və imkanlarını 

nəzərə  almaqla  onların  inkişafı,  tərbiyəsi  və  təhsili  prosesini  təşkil  etməkdir.  

Məktəbəqədər  təhsil  proqramında  (kurikulumunda)  bu    mühüm  məsələlər  xüsusi 

olaraq nəzərə alınmışdır. 

 

 



 

 

 



 

 

 



 


12 

 

I.MƏKTƏBƏQƏDƏR TƏHSILIN MƏZMUNU 



1.1.Ümumi inkişaf və təlim nəticələri 

Məktəbəqədər təhsil pilləsinin sonunda uşaq: 

 



sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir; 

 



qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; 

 



böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasiya edir; 

 



təhlükəsizlik qaydalarına əməl edir; 

 



nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir; 

 



sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; 

 



əşya və hadisələr haqqında ilkin təsəvürlərə malikdir və anlayışları izah edir; 

 



 səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli sürür; 

 



sadə təqdimatlar edir; 

 



sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir;  

 



insanlara qarşı hörmət  və dözümlülük (tolerantlıq) nümayiş etdirir; 

 



özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qurur; 

 



sosial normaları dərk edir və davranışında ona riayət edir;  

 



sadə əmək bacarıqları nümayiş etdirir; 

 



sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir; 

 



özünüdərk bacarıqları nümayiş etdirir; 

 



mədəni-estetik təsəvvürlərə malikdir və yaradıcılıq bacarıqları nümayiş etdirir. 

1.2. İnkişaf sahələri  və ona aid təlim nəticələri. 

Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 

Məktəbəqədər  təhsil  müəssisələrində  uşaqların  fiziki  inkişafi,  sağlamlığının 

qorunması  və  təhlükəsizliyi  təmin  olunur.  Sаğlamlığın  möhkəmləndirilməsi, 

orqanizmin  müqavimət  qabiliyyətinin  yüksəldilməsinin  əhəmiyyəti  haqqında 

anlayışlar yaradılır. Fiziki inkişafa böyük, kiçik və hissi (sensor) motor hərəkətlərinin 

inkişafı  daxildir.  Uşağın  hərtərəfli  inkişafı  üçün  daha  səmərəli  vasitələrin  müəyyən 




13 

 

edilməsi,  gigiyenik  tələblərə  cavab  verən  şəraitin  yaradılması  (rasional  qidalanma, 



düzgün  təşkil  edilmiş  rejim,  fiziki  mədəniyyət  məşğələləri  və  s.),  bunların  qarşılıqlı 

əlaqədə olması, düzgün qamət, hərəkət texnikası, hərəkətli oyunların qaydaları, eləcə 

də,  hərəkət  vərdişləri  ilə  yanaşı,  uşaqlarda  fiziki  keyfiyyətlərin  inkişaf  etdirilməsi 

təmin olunur. 

Təhlükə  və  çətinliklərə  hazırlıq,  yol-hərəkəti  qaydaları,  ekstremal  vəziyyətlərdə 

və  təhlükəli  situasiyalarda  necə  hərəkət  etmək  haqqında  ilkin  təsəvvürlərin 

formalaşdırılmasına, məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq, təbii hadisələr və 

yanğın  zamanı  müraciət  qaydalarının  mənimsənilməsinə,  ekoloji  mədəniyyətin 

formalaşdırılmasına imkan yaranır.  

Ümumi inkişaf və təlim nəticələri 

Uşaq: 

 



sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir; 

 



qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; 

 



böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasiya edir; 

 



təhlükəsizlik qaydalarına əməl edir. 

İdrakın  inkişafı 

Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda öyrənməyə həvəs və maraq 

formalaşdırır.  Məktəbəqədər  yaşlı  uşağın  idrak  fəaliyyətində  sistemlilik,  ardıcıllıq, 

əlaqəlilik,  həyat  şəraitinə  uyğunluq,  mühüm  şərt  hesab  olunur.  Məktəbəqədər  yaş 

dövründə uşaq idrakın inkişafı baxımından, ilk növbədə, sadə danışıq dilinə və rabitəli 

nitqə  yiyələnir,  ətrafdakılarla  ünsiyyət  qurur,  öz  fikirlərini  təqdim  etməyi  öyrənir. 

Uşaqlar  təmasda  olduqları  əşyaların  adlarını,  əlamətlərini,  necə  hərəkət  etməsini 

düzgün  ifadə  edir,  bu  istiqamətdə  məntiqi  mühakimə  yürütmək,  düzgün,  sadə 

ümumiləşdirmələr  aparmaq,  əqli  nəticəyə  gəlmək  qabiliyyəti  nümayiş  etdirir.  İdrak 

üzrə  uşağın  yerinə  yetirdiyi  tapşırıqlar  onların  məntiqi  mühakimə  yürüdə  bilmək 

bacarıqlarını,  intuisiyasını,  məkan  və  zaman  haqqında  təsəvvürlərini  genişləndirir. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə