Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   2   3   4   5   6   7   8   9   ...   30

14 

 

Riyazi tapşırıqların həlli zamanı uşaqlarda induksiya və deduksiya, ümumiləşdirmə və 



konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə,  mücərrədləşdirmə və 

analogiya kimi mühakimə qabiliyyətləri inkişaf edir.



   

Ümumi  inkişaf və təlim nəticələri 

Uşaq: 

 



nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir; 

 



sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; 

 



əşya  və  hadisələr  haqqında  ilkin  təsəvürlərə  malik    olur  və  anlayışları  izah 

edir; 


 

 səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli sürür; 



 

sadə təqdimatlar edir. 



Mədəni estetik və yaradıcı inkişaf 

Məktəbəqədər  təhsil  ətraf  aləmin  gözəlliklərini  duymaq,  estetik  cəhətdən 

qavramaq  və  müvafiq  bədii  nümunələr  yaratmaq  üçün  ilkin  pillədir.  Bu  sahədə 

aparılan  işlər  estetik  tərbiyənin  vəzifələrinə  daxildir.  Məktəbəqədər  yaşlı  uşaqların 

estetik  inkişafı  onların  yaradıcılıq  qabiliyyətlərini  stimullaşdırır.  Estetik  tərbiyə 

məktəbəqədər  yaşlı  uşaqlarda  bədii  hisslərin  və  zövqün,  bədii  yaradıcılıq 

qabiliyyətlərinin,  ətraf  aləmdəki  obyektləri  müşahidə  və  müzakirə  etmək  bacarığının 

inkişafını  təmin  edir.  Təsviri  fəaliyyətdə  rənglər  və  formaların  yeni  birləşməsi, 

quraşdırma prosesində müxtəlif modellərin qurulması, yeni hekayə və nağılın, musiqi 

fəaliyyətində  sadə  melodiyanın  dinlənilməsi,  mahnı  və  uşaq  musiqi  alətlərində  ifa 

məktəbəqədər  yaşlı  uşaqların  estetik  inkişafına  kömək  edir.  Uşaqlarda  ətraf  aləmin 

gözəlliklərini  düzgün  qiymətləndirmək  bacarığı  və    ətraf  aləmə  müsbət  emisional 

münasibət formalaşmağa başlayır. 

Ümumi inkişaf və təlim nəticələri 

Uşaq: 

 



sadə bədii yaradıcılıq  bacarıqları nümayiş etdirir; 


15 

 



 

mədəni-estetik  təsəvvürlərə  malik  olur  və  yaradıcılıq  bacarıqları  nümayiş 

etdirir; 

 



sadə əmək bacarıqları nümayiş etdirir. 

 

Sosial-emosional inkişaf 

Məktəbəqədər  yaşlı  uşaqlarda    sosial  və  emosional  keyfiyyətlər  vəhdətdə  

inkişafı edir. Uşaq özünün emosional sahəsini məhz yaşadığı sosial mühitin normaları 

əsasında, buna uyğun olaraq tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda 

insanlara  qarşı  müsbət  münasibət,  xeyirxahlıq,  qayğıkeşlik,  qarşılıqlı  yardım, 

başqasının dərdinə şərik olmaq və s.  kimi mənəvi keyfiyyətlər yaranır 

Uşaqlar oyun, 



əmək  və  əməli  fəaliyyətə,  kollektivdə  davranma  qaydalarına  dair  ilkin  bacarıqlara 

yiyələnirlər.  Kommunikasiyanın  köməyilə  birgə  fəaliyyətin  müxtəlif  növlərində 

şəxsiyyətlərarası  əlaqələr,  qarşılıqlı  təsir  və  qarşılıqlı  anlaşma  təmin  olunur. 

Kommunikasiya  uşağın sosial şəxsiyyət kimi formalaşmasında əsas vasitəyə çevrilir.  



Ümumi inkişaf və təlim nəticələr 

Uşaq: 

 



sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir.  

 



insanlara qarşı hörmət  və dözümlülük (tolerantlıq) nümayiş etdirir; 

 



özündən kiçiklər, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qurur; 

 



sosial normaları dərk edir və davranışında ona riayət edir; 

 



özünüdərk bacarıqları nümayiş etdirir. 

 

1.3



. İnkişaf və təlim standartlari` 

1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 

Orta qrup (3-4 yaş) 

Uşaq: 

1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir. 


16 

 

1.1.1. Gün rejimi üzrə fəaliyyətlərə (gimnastika, oyun, məşğələ, gəzinti, yemək, yuxu) 



əməl edir.  

1.1.2.  Orqanizmin  möhkəmləndirilməsi  prosedurlarından  normalara

1

  uyğun  istifadə 



edir. 

1.1.3.  Sadə  özünəxidmət  vərdişləri  (soyunmaq,  geyinmək,  yemək,  yuyunmaq) 

nümayiş etdirir. 

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir. 

1.2.1.  Masa  arxasında  mədəni  davranış  qaydalarına  (yemək  dəstlərindən-qaşıqdan 

istifadə etmək; yeyərkən danışmamaq; yeməyi ağzı bağlı çeynəyib udmaq) əməl edir. 

 1.2.2.  Şəxsi  mədəni  gigiyena  qaydalarına  (sabundan  düzgün  istifadə  etmək;  əlini, 

üzünü,  qulağını  səliqəli  yumaq  və  qurulamaq;  daraq,  burun  dəsmalı  və  ya  salfetdən 

istifadə etmək) əməl edir. 



1.3. Böyük, kiçik və hissi (sensor) motor hərəkətlərini koordinasiya edir. 

1.3.1. Əsas hərəkətləri (yeriş və qaçış hərəkətlərini icra etmək; müxtəlif istiqamətlərə 

uzununa  və  maneələrin  üstündən  hoppanmaq;  dırmanma,  gimnastik  skamyanın  üstü 

ilə  yerimək  və  sürünmək;  hərəkətləri  yerinə  yetirərkən  müvazinətini  saxlamaq;  topu, 

kürəciyi bir-birinə tərəf diyirlətmək və atmaq və tutmaq) yerinə yetirir. 

1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər

2

 nümayiş etdirir. 



1.3.3.  Əşyanı  (karandaş,  flamaster,  plastilin,  fırça,  top  və  oyuncaqları)  barmaqları 

arasında  düzgün  saxlayaraq  şəkil  çəkmə,  yapışdırma,  quraşdırma,  atıb-tutma  kimi 

hərəkətləri sadə tərzdə yerinə yetirir. 

1.3.4.  Müxtəlif  fəaliyyət  növlərində  əşyaların  sensor  xüsusiyyətinə  (forma,  rəng, 

hərəkət, ölçü, səs, toxunma, dad və iyinə) görə istifadə edir. 

1.4. Təhlükəsizlik qaydalarına əməl edir. 

                                                             

1

 Yay vaxtı bütün yaş qrupları üçü n  ümumi duş qəbul etmə yeməkdən qabaq aparılır. Ayaqları üzərindən gah  isti, gah 



da nisbətən aşağı temperaturda su axıdılır. Ümumi su prosedurlarından bütün  bədənə su axıtmağa keçilir. Suyun ilkin 

temperaturu 34-35

, 2-3 gündən  bir 1



 azaldılaraq son temperatur 26-24

 -dək endirilməlidir. Hava  vannası qəbul 



edərkən havanın temperaturu 23

-dən artıq olmamalıdır. 



2

 Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik və yaradıcılıq kimi psixi-fiziki keyfiyyətlər inkişaf 

edir. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə