Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   2   3   4   5   6   7   8   9   ...   30

17 

 

1.4.1.  Sadə  təhlükəsizlik  qaydalarına  (kəsici,  deşici,  yandırıcı  əşyalar  və  elektrik 



cihazları  ilə,  təhlükəli  heyvanlar,  zəhərli  bitkilər,  tanış  olmayan  adamlarla  ehtiyatlı 

davranmaq) əməl edir. 



 

Böyük qrup (4-5 yaş) 

Uşaq: 

1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir. 

1.1.1. Gün rejimində  nəzərdə tutulan  hərəkətləri (gimnastika, oyun,  məşğələ,  gəzinti, 

yemək, növbətçilik, yuxu) yerinə yetirir. 

 1.1.2.  Orqanizmin  möhkəmləndirilməsi  prosedurlarından  normalara

3

  uyğun  istifadə 



edir. 

 1.1.3.  Özünəxidmət  vərdişləri

 

(paltarlarını  geyinib-soyunmaq,  səliqə  ilə  yerinə 



yığmaq, xırda məişət işlərini yerinə yetirmək) nümayiş etdirir. 

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir. 

1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (yeməyi az-az götürmək və yaxşı 

çeynəmək; səssiz yemək; qaşıqdan, salfetdən düzgün istifadə etmək) əməl edir. 

1.2.2.  Şəxsi  mədəni  gigiyena  qaydalarına  (xarici  görünüşünü  səliqəyə  salmaq; 

yeməkdən əvvəl və sonra, əllərini sabunla yumaq və qurulamaq; daraq, burun dəsmalı 

və  salfetdən  istifadə  etmək;  asqırıb,  öskürərkən  üzünü  çevirib,  ağzını  və  burnunu 

dəsmalla tutmaq) əməl edir. 

1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri  koordinasiya edir. 

1.3.1.  Əsas  hərəkətləri  (düzgün  hərəkət  texnikasını  gözləməklə  yeriş  və  qaçış; 

müxtəlif istiqamətlərə və məsafələrə  hoppanmaq; müxtəlif əşyaların üstü və arası ilə 

                                                             

3

Ayaqlara  su  tökülməsi  prosedurları  fərqli  temperaturlu  su ilə təşkil  edilir(  34-35



,  2-3 gündən  bir  1

 azaldılaraq    son 



temperatur  26-24

-dək  endirilməli).  İsti  suyun  temperaturunu  tədricən 



40



-yə  qədər  qaldırmalı,  soyuq    suyun 

temperaturunu  isə 

 18


-dək ağaşı salınmalıdır.Yerli su prosedurlarında havanın temperaturu 

20



-dən az olmamalıdır. 

Ümumi su prosedurlarında suyun ilkin temperaturu 34-35

, 2-3 gündən bir 1



 azaldılaraq, son temperatur 24-22

 -dək 


endirilməlidir. Hava vannası qəbul edərkən havanın temperaturu 23

-dən artıq olmamalıdır. 




18 

 

sürünmək; gimnastika nərdivanına dırmanmaq; müxtəlif hərəkətləri yerinə yetirərkən 



müvazinətini saxlamaq; topu, kürəciyi müxtəlif üsullarla atıb-tutmaq) yerinə yetirir. 

1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər

4

 nümayiş etdirir. 



1.3.3.  Əşyalardan  (karandaş,  fırça,  qayçı,  təbaşir,  rəngli  boya,  mozaika,  top, 

oyuncaqlar, plastilin, gil, quraşdırma materialları) istifadə edir. 

1.3.4.  Müxtəlif  məsafələrdə  olan  əşyaları  sensor  və  emosional  xüsusiyyətinə  (forma, 

rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə müqayisə edir və qruplaşdırır. 



1.4. Təhlükəsizlik qaydalarına əməl edir. 

1.4.1.  Sadə  təhlükəsizlik  qaydalarına  (kəsici,  deşici,  tez  sınan,  yandırıcı  əşyalar,  qaz, 

odun  sobaları  və  elektrik  cihazları  ilə  ehtiyatlı  davranmaq;  böyüklərin  nəzarəti 

olmadan  dərman  qəbul  etməmək;  yol  hərəkəti  qaydalarına  riayət  etmək;  özünü 

zədələnməkdən  və  yıxılmaqdan  qorumaq;  tanış  olmayan  adamlar  və  sahibsiz 

heyvanlarla,  dərman  və  kimyəvi  maddələrlə  ehtiyatla  davranmaq;  təbiət  hadisələri 

zamanı, fövqəladə hallarda situasiyaya uyğun hərəkət etmək) əməl edir. 

Məktəbəhazırlıq qrupu (5-6 yaş) 

Uşaq: 

1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir. 

1.1.1. Fəaliyyətini gün rejiminə uyğunlaşdırır. 

1.1.2.  Orqanizmin  möhkəmləndirilməsi  prosedurlarından  normalara

5

  uyğun  istifadə 



edir. 

1.1.3. Özünəxidmət vərdişləri (yatağını, xarici görünüşünü səliqəyə salmaq; təmizliyə 

riayət etmək) nümayiş etdirir. 

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir. 

                                                             

4

 Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik, yaradıcılıq, sürət, dözümlülük, çeviklik, cəldlik  



kimi keyfiyyətlər  inkişaf  edir. 

5

 Ümumi su prosedurlarında suyun ilkin temperaturu 34-35



, 2-3 gündən bir 1

 azaldılaraq, son temperatur 24-22



-dək 


endirilməlidir. Qış fəslində orta və böyük qruplarda bu proseduru 

26



 olan  su ilə davam  etdirmək olar.Hava vannası 

qəbul edərkən  havanın temperaturu 23

-dən  artıq olmamalıdır. 




19 

 

1.2.1.  Masa  arxasında  mədəni  davranış  qaydalarına  (qamətini  düz  saxlamaq;  yemək 



dəstləri-qaşıq, bıçaq və çəngəldən istifadə etmək; səssiz və səliqəli yemək) əməl edir. 

1.2.2. Şəxsi  mədəni  gigiyena qaydalarına (saçının səliqəsini, bədəninin, paltarlarının, 

dırnaqlarının,  dişlərinin  təmizliyini  gözləmək;  tez  və  səliqəli  soyunub,  geyinmək; 

paltarlarını səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq) əməl edir. 



1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri  koordinasiya edir. 

1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və tempi dəyişərək yerimək 

və qaçmaq; yerində, uzununa və müxtəlif istiqamətlərə hoppanmaq; müxtəlif əşyaların 

üstü, altı və arası  ilə sürünmək;  məhdudlaşmış sədd  üzərində  müvazinəti saxlamaqla 

yeriş  və  yürüş;  gimnastika  nərdivanına  istiqaməti  dəyişməklə  dırmanmaq;  topu  yerə 

vuraraq  irəliləmək;  kürəciyi  diyirlətmək;  qum  kisəciyini  atmaq,  topu  atıb-tutmaq) 

yerinə yetirir. 

1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər

6

 nümayiş etdirir. 



1.3.3. Əşyalardan (karandaşlar, flamaster, rəngli təbaşir, rəngli boya, mozaika, musiqi 

oyuncaqları,  yapışqan,  pazlalar,  qayşı,  düymə),  təbiət,  tullantı  və  tikinti 

materiallarından təyinatına görə istifadə edir. 

1.3.4.  Müxtəlif  məsafələrdə  olan  əşyaları  sensor  və  emosional  xüsusiyyətinə  (forma, 

rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə ümumiləşdirir və təsnif edir. 

1.4. Təhlükəsizlik qaydalarına əməl edir. 

1.4.1.  Sadə  təhlükəsizlik  qaydalarına  (təhlükəli  heyvan,  bitki  və  əşyalar,  dərman  və 

kimyəvi  preparatlarla  müvafiq  qaydada  davranmaq;  yol  hərəkəti  qaydalarına  riayət 

etmək;  situasiyaya  uyğun  yanğınsöndürən,  təcili  yardım  və  polisə  cağırışlar  etmək; 

özünə  və  başqalarına  ilkin  yardım  göstərmək;  təbiət  və  fövqəladə  hadisələr  zamanı 

ehtiyat tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir. 



 

                                                             

6

 Uşaq şəxsiyyətinin hərtərəfli inkişafı təmin olunur. Onlarda təmkin, israr, qətiyyət, cəsarət, təşkilatçılıq, təşəbbüskarlıq, 



müstəqillik, yaradıcılıq və fantaziya etmək kimi qabiliyyətlər inkişaf edir. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə