Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   2   3   4   5   6   7   8   9   10   ...   30

20 

 

 2. İDRAKIN İNKİŞAFI 



Orta qrup (3-4 yaş) 

Uşaq: 

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. 

2.1.1. Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və reaksiya verir. 

2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir.  

2.1.3.  Sadə  nitq  etiketlərindən  (“bəli”,  “xeyir”,  “salam”,  “sağ  ol”,  “çox  sağ  ol”) 

istifadə edir. 

2.1.4.  Danışıq  səslərini  müxtəlif  dil  vahidlərində  (heca,  söz,  cümlə)  düzgün  tələffüz 

edir. 

2.1.5.Nitqində əlamət, keyfiyyət, hiss bildirən sözlərdən  istifadə edir. 



2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 

2.2.1. Üç dairəsində sayma, hesablama əməliyyatları yerinə yetirir. 

2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq) tanıyır. 

2.2.3. Əşyaları  müəyyən əlamətinə (forma, ölçü, rəng, kəmiyyət) görə fərqləndirir və 

müqaisə edir. 

2.2.4.  Əşyalar,  həndəsi  fiqurlar  və  rəqəmlərlə  sadə  əməliyyatlar  (toplama,  az-çox, 

uzun- qısa, böyük-kiçik, hündür-alçaq) yerinə yetirir. 

2.2.5.  Məkan  (irəli,  geri,  yuxarı,  aşağı,  alt,  üst)  və  zaman  (səhər,  günorta  və  axşam) 

anlayışlarını fərqləndirir. 

2.2.6. Əşyaların sayını müəyyən edə bilir və müvafiq rəqəm ilə əlaqələndirir. 

2.2.7.  Ətraf  mühitdə  gördüyü  obyektlər  haqqında  məlumat  toplamaq  məqsədilə 

hisslərindən(baxmaq, eşitmək, toxunmaq, iyləmək, dadmaq) istifadə edir.  



2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və anlayışları izah edir. 

2.3.1. Özü və ətrafdakılar haqqında təsəvvürlərini sualların köməyi ilə ifadə edir. 

2.3.2. Baş verən hadisələrə aid suallar verir. 



21 

 

2.3.3.  Canlı  (insan,  heyvan,  quş,  bitki)  və  cansız  (qum,  daş,  torpaq,  işıq)  obyektləri 



tanıyır və adlandırır. 

2.3.4. Problemin həllində sadə yolları tapır və onlardan istifadə edir. 

2.3.5.

 

Valideynlərini  və  yaxınlarını,  özünə  məxsus  əşyaları  (otaq,  çarpayı,  paltar, 



oyuncaq), yaşadığı yeri (kənd, qəsəbə, şəhər) adlandırır. 

2.3.6. Əşya və hadisələr haqqında sadə təqdimatlar edir. 

2.3.7.  Gündəlik    rast  gəldiyi  hadisələrdə  səbəb-nəticə  əlaqələrini  müəyyən  etmək  

üçün suallar verir və anladığını nümayiş etdirir.  



 

Böyük qrup (4-5 yaş) 

Uşaq: 

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. 

2.1.1. Dinləyib-anladığını verdiyi sual və cavablarla nümayiş etdirir. 

2.1.2. 3-4 cümlədən ibarət mətn qurur. 

2.1.3.  Sadə  nitq  etiketlərindən  (“bəli”,  “xeyir”,  “salam”,  “sağ  ol”,  “çox  sağ  ol”, 

“bağışla”, “nuş olsun”) istifadə edir. 

2.1.4.  Danışıq  səslərinin  müxtəlif  dil  vahidlərində  (heca,  söz,  cümlə,  mətn)  yerini 

təyin edir. 

2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir. 



2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 

2.2.1. Beş dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir. 

2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq və kvadrat) tanıyır və onu əhatə edən mühitdə 

tapır və göstərir. 

 2.2.3.  Əşyaları  əlamətinə  (forma,  ölçü,  kəmiyyət,  keyfiyyət,  həcm)  görə  qruplaşdırır 

və müqayisə edir. 

2.2.4.  Əşyalar,  həndəsi  fiqurla  və  rəqəmlərlə  əməliyyatlar  (toplama,  çıxma)  aparır, 

əşyaların sadə sxemlərini qurur. 




22 

 

2.2.5.  Məkana  (sağ,  sol,  qabaq,  arxa,  irəli,  geri,  yuxarı,  aşağı,  alt,  üst)  görə  özünün, 



əşyanın  yerini  müəyyənləşdirir  və  zamana  (dünən,  bu  gün,  sabah,  səhər,  günorta  və 

axşam) görə hərəkətlərin ardıcıllığını təyin edir. 

2.2.6.  Öz  təcrübəsi  nəticəsində  sadə  müşahidələr  edir,  maraq  göstərir  (suallar  verir), 

izahat verməyə, ümumləşdirmələr aparmağa çalışır.  

2.2.7. Problemin müxtəlif həlli yollarını göstərir və ondan istifadə edir. 

2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və anlayışları izah edir. 

2.3.1. Özü, başqaları və ətraf aləm haqqında fikirlərini ifadə edir. 

2.3.2. Baş verən hadisələrə münasibət bildirir, fərziyyələr irəli sürür. 

2.3.3. Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, 

işıq) əlamətinə görə fərqləndirir. 

2.3.4.  Canlı  aləmdə  baş  verən  proseslərə  dair  suallar  verir  və  sadə  ifadələr  ilə 

(böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir və s.) təsvir edir. 

2.3.5. Sadə təqdimatlar (Vətən, ailə, əşya və hadisələr haqqında) edir. 

2.3.6.  Oyun  və  tədqiqatlar  zamanı  müxtəlif  vəsaitlərdən  (maqnit,  böyüdücü  şüşə, 

xətkeş və s.)  istifadə edir.  

2.3.7.  Adını,  valideynlərinin  adını,  soyadını,  ünvanını,  ev  telefonunu,  milli 

mənsubiyyətini, dilini, dinini, cinsini sadalayır, özünə məxsus əşyaları qoruyur.

 

2.3.8.Gündəlik    rast  gəldiyi  hadisələrin  səbəbini  (səbəb-nəticə  münasibətlərini 



müəyyən edir) anlayır və izah (məs, itələmək, dartmaq, atmaq, üfürmək və s.) edir.  

 

Məktəbəhazirliq qrupu (5-6 yaş) 



Uşaq: 

2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. 

2.1.1. Dinləyib-anladığı fikirlərə münasibət bildirir. 

2.1.2. Bədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə