Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

26 

 

3.2.1.  Musiqini  dinləyərək    janrına,  melodiyasına,  ritminə,  səs  tonuna  görə 

fərqləndirir,  musiqi  alətlərini  (piano,  qarmon,  tütək,  dəf,  nağara,  tar,  kamança, 

metallafon)  tanıyır  və  fərqləndirir,  ifaçılıq  (mahnı  oxumaq;  sadə  rəqs  hərəkətləri  və 

uşaq musiqi alətlərində ifa etmək) bacarıqları nümayiş etdirir. 

3.2.2.  Müstəqil  təsviri,  musiqi  və  konstruktiv  fəaliyyət  göstərir,  bayram  və 

əyləncələrin  hazırlanması  və  keçirilməsində,  səhnəciklərin  göstərilməsində  iştirak 

edir. 


3.2.3. Müxtəlif janrda olan bədii əsərlərə (hekayələr, nağıllar, təmsillər) reaksiya verir, 

onların  məzmununa    münasibət  (özü  hekayəni  tamamlayır,  yeni  qəhrəmanları  təklif 

edir və s.) bildirir.  

3.3.  Sadə əmək bacarıqları nümayiş etdirir. 

3.3.1.  Fərdi  qaydada  əməyin  növləri  üzrə  (növbətçilik,  əl  əməyi,  özünəxidmət) 

müxtəlif əmək bacarıqları nümayiş etdirir. 

33.2. Kollektiv əməkdə iştirak edir, təşəbbüslər irəli sürür və tapşırıqları yerinə yetirir. 



Məktəbəhazirliq qrupu (5-6 yaş) 

Uşaq: 

3.1. Sadə  yaradıcılıq qabiliyyətləri nümayiş etdirir. 

3.1.1. Təsvir alətləri və vəsaitlərdən (sadə və rəngli karandaş, flamaster, rəngli təbaşir, 

kömür,  rəngli  boya,  qayçı,  fırça,  yapışqan,  rəngli  kağızlar,  gil  və  plastilin,  molbert, 

palitra) təyinatına görə istifadə edir. 

3.1.2.  Rəsmetmə  (mövzular,  bədii  əsərlər,  təsəvvürləri  əsasında  sujetlər  yaratmaq), 

yapma  (mövzular,  bədii  əsərlər,  təsəvvürləri  əsasında  sadə  obrazlar  yaratmaq)  və 

yapışdırma  (müxtəlif  kəsmə  üsullarından  istifadə  edərək,  mövzular,  bədii  əsərlər, 

təsəvvürləri əsasında kompazisiyalar qurmaq) bacarıqları nümayiş etdirir.  

3.1.3.  Verilmiş  nümunə  və  sxemlər  əsasında  quraşdırma  (fərdi  və  kollektiv  şəkildə 

müxtəlif  fiqurlar  və  kompozisiyalar  düzəltmək),  planlaşdırma  bacarıqları  nümayiş 

etdirir. 



27 

 

3.2.  Mədəni-estetik  təsəvvürlərə  malik



 

olur  və  yaradıcılıq  bacarıqları  nümayiş 

etdirir

3.2.1.  Musiqini  dinləyərək  xarakterinə,  janrına,  melodiyasına,  ritminə,  səs  tonuna, 

müəyyən  hissəsinə  görə  fərqləndirir,  ifaçılıq  (solo  və  xorla  oxumaq;  musiqili-ritmik 

hərəkətləri  yerinə  yetirmək;  uşaq  musiqi  alətlərində  tək  və  ansamblda  ifa  etmək) 

bacarıqları nümayiş etdirir. 

3.2.2. Müstəqil  yaradıcılıq (təsviri fəaliyyət, musiqi və konstruktiv fəaliyyət, rolların 

ifası) qabiliyyətləri nümayiş etdirir. 

3.3.  Sadə əmək bacarıqları nümayiş etdirir. 

3.3.1. Fərdi qaydada və kollektivdə əməyin növləri üzrə müxtəlif  bacarıqlar nümayiş 

etdirir. 

4. SOSIAL-EMOSIONAL INKIŞAF.   

 Orta qrup (3-4 yaş) 

  Uşaq: 

4.1. Sadə özünüdərk bacarıqları  nümayiş etdirir. 

4.1.1. Ehtiyacları haqqında fikirlərini ifadə edir. 

4.1.2. Problemin həllinə maraq  göstərir. 

4.2. Sosial həyatla bağlı  bacarıqlarını özünəməxsus tərzdə  nümayiş etdirir. 

4.2.1. Arzu, hiss və istəklərini sosial normalara uyğun tərzdə göstərməyə cəhd edir.   

4.2.2. Özünü qrupun üzvi kimi  göstərməyə cəhd edir.   

4.3. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur. 

4.3.1. Kiçiklər, yaşıdları və yaşlılarla ünsiyyət qurur. 

4.3.2. Sevimli insanları, xoşladığı məşğuliyyəti fərqləndirir. 

4.4 . Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir. 

4.4 .1. Ünsiyyətdə qoyulan sadə qayda və tapşırıqlara dözümlülük nümayiş etdirir. 



Böyük qrup (4-5 yaş)  

4. Sosial və emosional inkişaf


28 

 

Uşaq: 



4.1. Sadə özünüdərk bacarıqları  nümayiş etdirir. 

4.1.1. Arzu və istəkləri haqqında fikirlərini ifadə edir.   

4.1.2. Problemin həllində təşəbbüskarlıq göstərir. 

4.2. Sosial həyatla bağlı  bilik, bacarıq və vərdişlərini  özünəməxsus tərzdə  nümayiş 

etdirir. 

4.2.1. Hərəkətlərini sosial normalara uyğun olaraq sadə formada nümayiş etdirir.   

4.2.2. Qrupun üzvü kimi fəaliyyət göstərməyə təşəbbüs edir. 

4.3. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur. 

4.3.1. Ünsiyyət zamanı mövqeyini qoruyaraq əməkdaşlıq edir. 

4.3.2. Ünsiyyət zamanı öz rolunu yaşına müvafiq qaydada tənzimləyir. 

4.4. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir. 

4.4.1.  Ünsiyyət  prosesində  vəzifələrini  anlayır  və  müxtəlif  situasiyalarda  onu  nəzərə 

alır. 

Məktəbəhazirliq qrupu (5-6 yaş) 

Uşaq: 

4.1. Sadə özünüdərk bacarıqları  nümayiş etdirir. 

4.1.1.Arzu və istəklərini özünəməxsus tərzdə icra edir. 

4.1.2.  Məsələnin  həllini  axtararkən  özünəinam,  təşəbbüskarlıq  və  müstəqillik  nümayiş 

etdirir. 



4.2. Sosial həyatla bağlı  bacarıqlarını özünəməxsus tərzdə  nümayiş etdirir. 

4.2.1. Hərəkətlərini sosial normalara uyğun nümayiş etdirir.  

4.2.2. Qrupun üzvü kimi fəaliyyət göstərir. 

4.3. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur. 

4.1.1.  Ünsiyyətini  yaşadığı  mühitin  sosial  normalarına  (danışarkən  qışqırmamaq; 

təhqir etməmək; nəzakətlə müraciət etmək; başqalarını dinləmək) əsasən tənzimləyir. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə