Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 228,63 Kb.
tarix17.10.2017
ölçüsü228,63 Kb.
#5175

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU
Bakı Sənaye – Pedaqoji Texnikumu .

(tədris müəssisəsinin adı)



“Təsdiq edirəm”

Tədris işləri üzrə direktor

Muavini:_________ .

(imza,adı və soyadı)

“ ” 200 cu il.


200 / 200 - cu tədris ilinin 5 semestri üçün


MÖVZU -TƏQVİM PLANI
Fənnin adı: Fiziki tərbiyənin tarixi .

İxtisas: Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı .

________________________________Kurs 3 qr. .


Müəllim: Rzayeva T.A. .

(adı, soyadı)


F/t nin tarixi fənnə verilən ümumi saat.miqdarı: 34saat .

5 semest üşün ayrılan saat miqdarı: 34 saat .

SAATLARIN BÖLMƏSİ
Nəzəri məşğələ üşün 34 saat
Laboratoriya işi üçün - saat
Praktiki məşğələ üşün saat
Mövzu-təqvim planı 200 - cu ildə təsdiq olunmuş
proqram əsasında tərtib edilmişdir və “Fiziki tərbiyə və idman” .
_______________________________ fənn birləşməsinin iclasında müzakirə

(fənn birləşməsinin adı)


olunub bəyənilmişdir. Protokol № 200 - cu il.
Fənn Bİrləşməsinin sədri: ____________ Rzayeva T. A.

(imza, adı və soyadı)

Ədəbiyyat : H.H. Qurbanov. “Fiziki tərbiyənin həzəriyyəsi və metodikası” .
1. A.Əliyev,D.Quliyev ”Bədən tərbiyəsi və idman tapixi”
2. E.Adjalov “Razvitie f/k i sporta v Azer.-ne” .

3. N.Kulinko “İctoriya i orqanizasiya f/k” .
4. T. Abbasov. “İdman və mütəhərrik oyunları” .


sıra

№-si


Dərsin mövzusu

saat

tarix

dərsin

növü


əyani, texniki vəsaitlər

ev tapşırığı

1

İbtidai icma dövründə fiziki tərbiyənin meydana gəlməsi

2

IX

nəzəri

A.Əliyev, D.Quliyev

Səh.5

2

Müxtəlif ictimai quruluşlarda fiziki tərbiyənin inkişafı

2

IX

__”

B/t-si və idman tarixi”

Səh.11-31

3

Orta əsrlərdə Avropada fiziki tərbiyə

2

IX

__”

__”

Səh.34

4

Yeni tarixi dövrlərdə fiziki tərbiyə.

2

X

__”

__”

Səh.89

5

Sovet hakimiyyəti illərində Azərbaycanda f/t-nin inkişaf tarixi

2

X

__”

E.Acalov “F/t və idm.ink

Səh. 143

6

II Dünya müharibəsindən sonra fiziki tərbiyənin inkişafı

2

X

__”

B/t-si və idman tarixi

Səh.112


7

Olimpiya oyunları və onun meydana gəlməsi

2

X

__”

A.Əliyev, D.Quliyev

Səh.222

8

Spartakiada və onun meydana gəlməsi

2

XI

__”

B/t-si və idman tarixi”

Səh.147

9

Gimnastikanın meydana gəlməsi və inkişaf tarixi

2

XI

__”

L.Orlova “Gimnastika”

Səh.20

10

Atletikanın meydana gəlməsi və inkişaf tarixi

2

XI

__

F.Həsənov”F/t-nin nəzəriy

Səh.102

11

Idman oyunlarının meydana gəlməsi və inkişaf tarixi

2

XI

__”

yəsi və metodikası

Səh.115

12

Qitə yarışlarının meydana gəlməsi və inkişaf tarixi

2

XII

__”

E.Acalov,Ş.Əzizova,

Səh.34-73

13

Idman klubları və cəmiyyətlərinin meydana gəlməsi və tarixi

2

XII

__”

V.Əkbərov”B/t-si və idman tarixi”

Səh.132

14

Tədris müəssisələrində f/tərbiyənin tətbiqi tarixi

2

XII

__”

Əhmədzadə

Təhsil müəs.



Səh.75

15

Istehsalat müəssisələrində idmanın tətbiq edilməsi tarixi

2

XII

__”

Fiziki hazırlıq!

Səh.79

16

Azərbaycanda müstəqillik illərində f/t və idmanın inkişafı

2

I

__”

A.Əliyev, D.Quliyev

Səh163.

17

XX əsrdə b/t-si və beynəlxalq idman hərəkatı

2

I

__”

B/t-si və idman tarixi

Səh.222


Müəllim : Rzayeva T.A.


Mövzu-1: “İbtidai icma dövründə fiziki tərbiyə"
Ibtidai icma dövründə insan əməyi xüsusi hazırlıq tələb edirdi. Alimlərin arxeoloji tapıntıları və etnoqrafik tədqiqatlar sübut edir ki, hələ qədim dövlətlərin yaranmasından da qabaq b/t-sindən gənc nəslin tərbiyəsi üçün istifadə olunub. Insanlar yaşayış üçün vacib olan hərəki fəaliyyətin dəfələrlə təkrar olunmasının məqsədyönlülüyünə əmin olmuşlar.

Fiziki tərbiyə vasitələrindən müharibələr dövründə xüsusilə geniş istifadə olunurdu. Qaçış, atmalar, tullanmalar, üzgüçülük, güləş, ağırlıq qaldırma və s. nəinki mərasimlərdə, hətta bayramlarda da istifadə olunurdu.



Qədim Yunanıstanda fiziki tərbiyə.

Əsas şəhəri Sparta olan quldarlıq dövləti Lakonik b.e.ə. IX əsrdə yaradılıb. Şimaldan gələn spartalılar yerli əhalini ram edərək orada qədim Yunanıstanın qəddar f/t sistemli şəhərini yaratdılar. Xəstə və zəif doğulan körpələr gerontun (ağsaqqallar şurasının üzvü) tapşırığı ilə dərədən atılır, səhhətinə görə sağlam sayılan uşaqlar üçün isə torpaq sahəsi ayrılırdı.

Spartalı uşaqlar valideynlərinin yanında 7 yaşınadək tərbiyə olunurdular. Sonra isə onlar qəddarlığına görə tayı-bərabəri olmayan məktəblərə göndərilirdilər. 7-12 yaşlı uşaqlar qruplara bölünürdülər ki, burada da onlara doyunca yemək verilmir, bərk yerdə yatızdırılırdılar. Onlar ilin bütün fəsillərində ayaqyalın gəzirdilər.

Spartalılar hesab edirdilər ki, dövlətin əsas vəzifələrindən biri də qadınların fiziki hazırlığıdır. Gənc qızlar ərə gedənədək əsgərlərin yerinə yetirdikləri fiziki hərəkətləri icra edirdilər.

Yazıçı Plutarx özünün “Likurq” əsərində göstərirdi ki, qızlar bədənlərini möhkəmləndirmək üçün qaçmalı, disk atmalı, güləşməli və yarışlarda iştirak etməlidirlər. Ərə getdikdən sonra isə onlar yalnız ailə vəzifələrini yerinə yetirirdilər.

F/t-nin yaxşı təşkili nəticəsində Spartada güclü ordu yaradılmışdı.

Homer öz poemasında (“İliada”, “Odisseya”) göstərirdi ki, qədim mifoloji qəhrəmanların şərəfinə yarışlar keçirilirdi. Bu yarışlar qədim Yunanıstanın bir sıra şəhərlərində, o cümlədən Olimpdə də keçirilirdi.

Olimpiya – təsviri incəsənətin, müxtəlif yarış və ayinlərin mərkəzi idi. Olimp bütün yunanlar üçün müqəddəs şəhər sayılırdı, belə ki, burada müxtəlif abidələr, məbədlər yerləşir. Olimpiyalı Zevsin fil sümüyündən və qızıldan düzəldilmiş 12 m-lik abidəsi qarşısında yarış iştirakçıları və hakimlər yarışda bütün qaydalara ədalətlə riayət edəcəklərinə and içirdilər. Olimpiya yarışlarına 50 minə yaxın tamaşaçı gəlirdi. Tarixdə ilk oyunlar e.ə. 776-cı ildən hesab olunur, lakin Olimpiyada yarışlar daha əvvəllərə təsadüf edir.

Olimpiya oyunları hər 1417 gündən bir keçirilirdi və bu yarışlara qullar, yunan olmayanlar və qadınlar buraxılmırdılar. Qadınlar üçün hər ilin 1-ci payız ayında Zevsin arvadı Hereyə həsr olunmuş Heriadalar keçirilirdi ki, burada da spartalı və Olimpiya şəhərinə qonşu olan şəhərlərin qızları iştirak edirdilər. Oalib gələnlər palma budaqları ilə təltif olunurdular.

Ən geniş yayılmış idman növü stadion boyu qaçış idi. Olimpiya stadionu ən böyük stadion idi və onun sahəsi 192m 27sm-ə bərabər idi. Qalib bu adı 4 il öz üzərində saxlayırdı. 18-ci Olimpiadadan sonra (b.e.ə. 708-ci il) yarış proqramına güləş, atçılıq və s. idman növləri də daxil edildi.


Istifadə olunan ədəbiyyatlar:

1.A.Əliyev, V.Əkbərov “Fiziki tərbiyənin tarixi”.

2.E.Acalov, Ş.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”

3.N.F.Kulinko “İstoriya i orqanizasiya fiziçeskoy kylturı”.



Mövzu – 2 : “Müxtəlif ictimai quruluşlarda f/t-nin inkişafı”.

Fiziki tərbiyənin tarixi fənni bədən tərbiyəsi və idman haqqında elmin mühüm bir bölməsini təşkil edir. Bu fənnin vəzifəsi dünyada və ölkəmizdə b/t-si və idmanın yaranması və inkişafını izləmək, gənc nəslin fiziki tərbiyəsində təşkilatların rolunu müəyyən rtməkdən ibarətdir.

Hər dövrdə bədən tərbiyəsinin keçid formaları olmuşdur və idmanın bir çox müasir növləri öz mənbəyini tarixin uzaq keçmişindən almışdır. Güləş, boks, ağırlıq qaldırma, ox atma, qılınc oynatma, üzgüçülük və s buna misal ola bilər.

Fiziki tərbiyə fənninin özünəməxsus quruluşu vardır ki, elmi dövrləşmə də onun əsasında dayanır. Tarixin dövrləşdirilməsiməsi cəmiyyətin inkişafındakı sosial-iqtisadi formasiyalara uyğun olaraq aşağıdakı dövrlərə bölünə bilər:



Birinci dövr. Qədim dövrün bədən tərbiyəsi tarixi. Bu dövr tarixində ibtidai icma cəmiyyətinin və quldarlıq dövründəki fiziki tərbiyədən bəhs edilir.

Ikinci dövr. Orta əsrlərin bədən tərbiyəsi tarixi. Bu, feodalizm dövrünə məxsus b/t-nin təşəkkülündən, inkişafından və tənəzzülə uğramasından bəhs edir.

Üçüncü dövr. Yeni dövrün bədən tərbiyəsi tarixi. Bu, burjua-demokratik tipli b/t-nin əmələ gəlməsi və hakim mövqe tutmasından bəhs edir.

Dördüncü dövr. Ən yeni dövrün bədən tərbiyəsi və idman tarixi. Bu, 70 illik sovet fiziki tərbiyəsinin formalaşması, inkişaf etməkdə olan ölkələrdə f/t-nin yaranması, həmçinin inkişaf etmiş demokratik ölkələrdə idmanın inkişafından bəhs edir.

Fiziki tərbiyə sisreminin sinfi xarakter daşıması prosesini qədim Yunanıstanın timsalında aydın görmək olar. B.e.ə. IX-VIII əsrlərdə Yunanısranda ibtidai icma quruluşu dağıdıldı, quldarlıq münasibətləriyarandı. Hərbiçilərin fiziki hazırlığına xüsusi diqqət yetirildi. Spartada əqli inkişafın qayğısına qalınmır, yalnız fiziki tərbiyəyə üstünlük verilirdi.

Afinada isə f/t sistemi başqa xarakter daşıyırdı. Burada təkcə fiziki deyil, həm də əqli və estetik tərbiyə həlledici sayılırdı. B.e.ə. 146-cı ildə Yunanıstan öz müstəqilliyini itirdi və romanın təsiri altına düşdü. Qədim Romada f/t sistemi ordunu möhkəmləndirmək məqsədi güdürdü. Bu tərbiyə sistemi Romada b.e.ə. II əsrin sonunadək davam etdirildi.

B.e.ə. I əsrdə Roma quldarlıq imperiyasına çevrildi. Bu dövrdə f/t-nin xarakterik cəhətlərindən biri tamaşaların inkişaf etdirilməsi idi. Sirk oyunları, qladiator döyüşləri böyük miqyasda artmağa başladı.Lakin bütün bunlarla yanaşı atletika yarışları da keçirilirdi.

B.e. IV əsrində Romada xristian dini dövlət himayəsi altına keçdi və əyləncəli tamaşalara, xüsusən də qanlı qladiator döyüşlərinə qarşı mübarizə başlandı. Beləliklə də 404-cü ildə xristian dininə zidd olan belə tamaşalar büsbütün qadağan olundu.

Istifadə olunan ədəbiyyatlar:

1.A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.



Mövzu – 3 : “ Orta əsrlərdə Avropada fiziki tərbiyə”
Qərbi Avropada feodalizm V əsrdə meydana gəlmiş və XVII əsrin birinci yarısınadək davam etmişdir. Feodalizm dövründə fiziki tərbiyənin forma və metodları 2 yerə bölünür:

  1. istismsrçıların f/t-si;

  2. istismar olunanların f/t-si.

Cəngavərlərin təlim sistemi müqəddəs Roma imperiyasında Böyük Karlın (768-814) dövründə yaranmışdır. Böyük Karl ilk dəfə baxış turniri keçirirdi.

Feodal uşaqları üçün vahid dövlət məktəbi yox idi. Onlar yaş qrupu üzrə sarayda xidmət məktəbi keçirdilər. Oğlanlar 7 yaşında “paj” adı, 12-14 yaşında isə silahdar adı alırdılar. Onların təliminə aşağıdakılar daxil idi:



  • at çapmaq,

  • arbaletdən istifadə etmək, kamandan ox atmaq,

  • atla və atsız, silahla və silahsız üzmək,

  • qılınc oynatmaq,

  • it və ya quşdan istifadə edib ov etmək,

  • idman meydançasinda oyunlar keçirmək,

  • şer söyləmək və rəqs etməyi bacarmaq.

Orta əsrlərdə cəngavərlər arasında turnirlərin keçirilməsi halları artırdı. XII-XIII əsrlərdə isə atıcılıq oyunları geniş vüsət tapdı. Lakin kəndlilərə silah gəzdirmək qadağan olunduğuna görə bütün xalq əfsanələrində əl ağacından istifadə edən qəhrəman obrazları yarandı. Isveçdə - şivingen, türklərdə -pəhləvan, gürcülərdə - çidaoba, Azərbaycanda – güləş bu günə qədər gəlib çatıb.

Fiziki tərbiyənin inkişafında digər növlərlə yanaşı daha bir idman növü – öküzlə təkbətək döyüş də böyük rol oynayırdı. Bu döyüşlər əsasən İspaniya və Cənubi Fransada daha çox yayılmışdı.

XV əsrin II yarısında Qərbi Avropa məktəblərində fiziki tərbiyə xarakterli məşğələlər – qılıncqunatma, at çapma, rəqslər zadəganlar üçün tədris proqramına daxil idi. Şagirdlərə həftə ərzində boş gün verilir və bu gün gəzintələrə, oyunlara sərf olunurdu.

Müstəqillik şəraitində elit təbəqə istisna olmaqla, bütün tədris müəssisələrindən sağlam həyat tərzi keçirmək haqqında tərbiyə məsələləri arxa plana keçdi. Fiziki hərəkətlər və oyunlar məktəb nizamnamələrində qadağan olundu.

Belə bir ziddiyyətlər fonunda müəllimlər yaranmiş vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Onlar belə bir fikrə gəldilər ki, cinsindən, mənşəyindən və maddi vəziyyətindən asılı olmayaraq, hər bir gənci fiziki tərbiyənin köməyi ilə həyata hazırlamaq mümkündür.
Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.



Mövzu – 4 : “ Yeni tarixi dövrlərdə fiziki tərbiyə”.

Tarixdə Yeni Dövr 1871-ci il Paris Kommunasından başlanır. Buna müvafiq olaraq xarici ölkələrin bədən tərbiyəsi tarixi iki əsas dövrə bölünür:



  1. Yeni Tarixdəki 1-ci dövr – XVII əsrin ortalarından 1871-ci ilə qədər;

  2. Yeni Tarixdəki 2-ci dövr – 1871-ci ildən indiki dövrə qədər.

Birinci dövr bədən tərbiyəsi tarixində çox mühüm dövr idi. Sağlamlığın möhkəmləndirilməsi,, bacarıq və vərdişlərin inkişafı bədən tərbiyəsi sahəsində nəzəri fikrin inkişafına təkan verdi. Milli fiziki tərbiyə sistemlərinin meydana gəlməsi və müasir gimnastikanın yaranması da həmin dövrə təsadüf edir.

Ikinci dövr kapitalizm ziddiyyətlərinin kəskinləşdiyi dövrdür. Lakin bədən tərbiyəsinin inkişafı kapitalizmə lazım idi. Buna görə də çoölu sayda idman qurğuları tikilirdi. Bu dövrdə idman qəti şəkildə təşəkkül tapdı.

Okryabr inqilabından sonra sovet mədəniyyəti fiziki tərbiyə işinə birinci dərəcəli dövlət əhəmiyyəti verdi. Bu dövrdə zəhmətkeşlərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilirdi ki, bu da ƏMH kompleks normativlərinin yaranmasına gətirib çıxardı. Sovet f/t sisteminin əsasını təşkil edən ƏMH kompleksi daim təkmilləşdirilirdi.

1956-cı ildın SSRİ Xalqlarının Spartakiadaları keçirilməyə başladı.

Sovet bədən tərbiyəsi hərəkatının beynəlxalq əlaqələri II Dünya müharibələrindən sonra başladı. Ilk beynəlxalq yarışlar 1946-cı ildə yüngül atletika üzrə Avropa birinciliyi oldu. Lakin ən böyük nailiyyətləri Sovet idmançıları Olimpiya oyunlarında qazanıblar. Sovet idmançıları 1952-ci ildən yay, 1956-cı ildən isə qış Olimpiya Oyunlarında iştirak etmişlər.

Azərbaycanda inqilaba qədər ancaq “Zorxana”lar mövcud idi. Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra Bakıda gimnastika, üzgüçülük, yüngül atletika, ağir atletika, futbol inkişaf etməyə başladı. Bakıda 1911-ci ildə “Sokol” idman cəmiyyəti açıldı.

Yuxarı sinif şagirdləri hərbi-hazırlıq, gimnastika, oyunlar və sıra təlimləri keçməyə başladılar. 1923-cü ildə “Azərbaycanda b/t-nin inkişafı haqqında” Dekret ilk qanunlardan biri idi. 1923, 1924-cü illərdə Lənkəranda, qubada, Zaqatala və Gəncədə y/atletika bölmələri açılmağa başladı. Respublikada kadr problemini həll etmək üçün 1930-cu ildə Bakıda Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutu açıldı. 1929-cu ildən etibarən bədən tərbiyə məcburi fənn kimi ölkənin bütün təhsil müəssisələrində tədris olunmağa başladı.

1970-ci illərdən sonra artıq Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlardan öz sözlərini deməyə başladılar. Həndbolçulardan R.Şabanova, L.Şubina, L.Savkina, voleybolçu İ.Rıskal, avarçəkən V.Yakuşin, cüdoçu N. Hüseynov boksçulardan Ə. Məmmədov, R. Hüseynov, Ə. Ismayılov, atıcılardan İ. Haşımova, Z.Meftahəddinova, güləşçi N.Abdullaev şahmatçı T.Rəcəbov,samboçular Q. Hümbətov, Z.Hüseynova və b. yüksək nəticələr qazanmışlar.

1997-ci ildə “Bədən tərbiyəsi və idman haqqında” qanun qabul edildi. Bu qanun xalqın sağlamlığının möhkəmləndirilməsi, yüksək səviyyəli idmançıların hazırlanmasında bütün təşkilatların yerini, vəzifəsini müəyyən etmişdir.


Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.



Mövzu - 5: “Sovet hakimiyyəti illərində Azərbaycanda f/t-nin

inkişaf tarixi”.
1920-ci ilin mayında “Azərbaycan hökuməti zəhmətkeşlərinin hərbi sənəti icbari öyrənməsi haqqında” dekret qəbul edildi. Bu dekretə əsasən ümumi hərbi təlim idarəsi yaradıldı. Bədən tərbiyəsi hərəkatına rəhbərlik zəhmətkeşlərin ümumhərbi təlim orqanlarına tapşırıldı.

Həmin ildə Ümumhərbi təlim orqanları yanında Bədən Tərbiyəsi Şurası yaradıldı. Bu, Azərbaycanda bədən tərbiyəsi və idmanın daha da inkişaf etməsi üçün böyük əhəmiyyətə malik idi. Bu orqanlar kütləvi bayramlar, yarışlar və digər idman tədbirləri təşkil edirdi.

1920-ci ilin sentyabr ayında maarif və madaniyyət işçilərinin Ümumazərbaycan qurultayı keçirildi. Qurultayda ilk dəfə məktəbdə fiziki tərbiyənin vəziyyəti müzakirə edildi. Oktyabr ayında Sovet Azərbaycanında 1-ci dərs ili başlandı. Yuxarı siniflərin tədris proqramına gimnastika, oyunlar ilə yanaşı hərbi-idman hazırlığı da daxil edildi. Məktəblərdə bədən tərbiyəsi dərsləri üçün 2 saat ayrıldı. Bu dövrdə Azərbaycanda “Avtomotor”. “Vodnik”, “Reçnik”, “Dinamo” idman cəmiyyətləri yaradıldı.

1922-ci ilin axırına yaxın b/t-si və idman işlarinə Azərbaycan Həmkarlar İttifaqları xüsusi qayğı göstərməyə başladı. 1923-cü ilin aprelindən Azərbaycanda “Gənc işçi” qəzetinə əlavə “Qırmızı idmançı” çapdan çıxmağa başladı. Sonralar isə onun əvəzində “Spartak” adlı jurnal buraxıldı.

1927-ci ildə I Ümumittifaq Spartakiadası keçirildi. Bu yarışlarda Azərbaycan idmançıları 18 respublika, 8 Cənubi Qafqaz rekordu müəyyən etdi. Idmançılarımız ağırlıq qaldırma, atletika, üzgüçülük, güləş yarışlarında müvəffəqiyyətlə çıxış etdilər.

Respublikada kadr çatışmazlığını nızırı alaraq 1930-cu ildə Bakıda Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu, 1933-cü ildə isə texnikumu açıldı.

1934-cü ildə Bakıda Azərbaycanın I Uşaq Spartakiadası keçirildi. Burada respublikanın 15 rayonunun məktəbliləri iştirak etdilər.

1931-ci ildə “Əməyə və Vətənin müdafiəsinə hazıram” kompleksi həyata keçirilməyə başladı. Bədən tərbiyəçilərinin 40%-dən çoxu ƏMH nişançısı oldu.

Müharibədən əvvəl hərbi-texniki idman növləri inkişaf etməkdə idi. Beləliklə, Azərbaycan xalqı bütün sahələrdə olduğu kimi b/t-si və idman sahəsində də böyük nailiyyətlərə nail olmuşdu.


Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.


Mövzu – 6: “2-ci dünya müharibəsindən sonra fiziki

tərbiyənin inkişafı”.

II Dünya müharibəsindən sonrakı dövrdə Sovet bədən tərbiyəsi hərəkatı beynəlxalq idman arenasına çıxaraq özünə məxsus aparıcı yerlərdən birinə nail oldu. Sovet idmançıları Avropa, Dünya birinciliklərində, Olimpiya Oyunlarında iştirak etməyə başladılar.

Bu dövrdə Azərbaycan hökuməti “Hərbi idman və kütləvi müdafiə işlərinin gücləndirilməsi haqqında” qərar qəbul etdi. Eyni zamanda respublikada idman məşğələlərinin kütləviliyinin genişləndirilməsinə xüsusi diqqət verildi. Əhali arasında bədən tərbiyəsi və idman işlərinin yaxşılaşdırılması üçün yarışların təşkili genişləndirildi.

1948-ci ildə SSRİ birinciliyində idmançılarımızdan R.Məmmədbəyov, M.Babayev, İ.Dadaşov, X.Mədətov, Y.Konovalov və b. Dünyanın güclü tələbə idmançıları sırasında idilər.

1951-ci ildə indiki T.Bəhramov adına stadion istifadəyə verildi. Azərbaycanın rayonlarında – Quba, Lənkəran, Masallı, Salyan, Zaqatala, Yevlax və Dağlıq Qarabağda bədən tərbiyəsi və idman geniş inkişaf etməyə başlayıb.

1952-ci ildə Helsinkidə XV Olimpiya oyunlarında Azərbaycan idmançıları iştirak edərək bir gümüş medal qazanmışdılar.

1950-ci ildə idman kadrlarına tələbatı nəzərə alaraq APİ-nin nəzdində fiziki tərbiyə fakultəsi açıldı.

1946-1958-ci illər arasında Bədən tərbiyəsi institutunu 966 nəfər bitirmişdir. Bütün bu məzunlar respublikanın bir sıra rayonlarında bədən tərbiyəsi və idmanı təbliğ etmişlər.

1957-1958-ci illərdə Azərbaycan basketbolçuları, vaterpolçuları, voleybolçuları, boksçuları, güləşçiləri, ağır atletləri və futbolçuları respublikanı xaricdə təmsil edirdilər.

Hal-hazırda respublikanın idman təşkilatları Bakıda idmanın bir çox növləri üzrə beynəlxalq görüşlər keçirir. Bu da Azərbaycan idmançılarının təkmilləşməsinə şərait yaradır.

Bütün bunlarla yanaşı bəzi rayon və kəndlərimizdə kadr çatışmazlığı mövcuddur. Bəzi məktəblərin maddi-texniki bazası aşağı səviyyədədir. Dövlətimizin bu sahəyə ayırdığı diqqət bütün bunların tez bir zamanda aradan qaldırılacağına ümid verir.

Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.

3. E.Adjalov,V.Akberov,Ş.Azizova “ Sosialno-metodoloqiçeskie osnovı istorii

razvitiya fiz.kulturı i sporta”.



Mövzu – 7 “Olimpiya oyunları və onun meydana gəlməsi”.

Olimpiya oyunları zəmanəmizin və beynəlxalq idman aləminin ən yüksək zirvəsində durmuş müqəddəs bir ictimai təşkilatdır.

Olimpiya oyunları haqqında Yunan şairi Pendra demişdir : “Bəşəriyyətə işıg və istilik bəxş edən günəşin xeyirxahlığı əvəzsizdir. Insanlara bolluca sevinc bəxş edən Olimpiya oyunlarının da oyunlar arasında tayı bərabəri yoxdur.”

Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını dar mənada deyil, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır.

Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı.

Qədim Yunanıstanda 3 yer – stadion, teatr və məbəd müqəddəs yer sayılmışdır. Bu oyunlar zamanı fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya oyunları ona görə unudulmamışdır ki, hər 4 ildən bir ayrı-ayrı ölkələrdə keçirilərkən ona yeni rəng verilərkən o daha da genişlənir, və diqqəti cəlb edir. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.

Müasir Olimpiya oyunlarını bərpa edərkən fransız pedaqoqu baron Pyer de Kuberten olimpiya ideyalarını bütün qitələrin atletləri arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.

XIX əsrin axırlarında fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsini qərara almış və bu işi 1889-cu ildə P.Kubertenə tapşırırlar. O, keçirilən bütün oyunları dərindən öyrənir və “Olimpiya renessans” adlı mühazirə hazırlayır. 1894-cü ildə Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması layihəsi ilə çıxış edir. Bu təklifə bütün nümayəndələr səs verir. Qərara alınır ki, ilk müasir oyunlar 1896-cı ildə Afinada, növbəti oyunlar isə 1900-cü ildə Parisdə keçirilsin.

Beləliklə, I Olimpiya Xartiyası təsdiq olundu. BOK-un ilk prezidenti Kuberten təyin olunur.

Azərbaycan idmançıları 1952-ci il Helsinkidə (Finlandiya) keçirilən XV Olimpiya oyunlarından başlayaraq bu yarışlarda iştirak etmişlər.

Qış Olimpiya oyunları 1924-cü il Fransadan başlanır. Azərbaycan idmançıları 1998-ci il Yaponiyanın Naqano şəhərində keçirilən 18-ci Qış Olimpiya oyunlarında iştirak etməyə başlamışlar.


Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.

3. E.Adjalov,V.Akberov,Ş.Azizova “ Sosialno-metodoloqiçeskie osnovı istorii

razvitiya fiz.kulturı i sporta”.




Mövzu – 8 : “Spatakiada və onun meydana gəlməsi”.

1955-cı ildə Sovet dövləti tərəfindən “SSRİ xalqlarının I Spartakiadasınin təşkili və keçirilməsi” haqqında fərman imzalandı. Bu fərman bədən tərbiyəsi fəaliyyətində bir canlanma yaratdı. Hər yerdə bu Spartakiadaya hazırlıq gedirdi.

1956-cı ildən bu Spartakiadalar keçirilməyə başladı. Ilkin yarışlarda on minlərlə Sovet bədən tərbiyəçisi iştirak edirdi. Spartakiadalar idmançıların Olimpiya oyunlarında müvəffəqiyyət qazanmasına az kömək etmirdi.

Spartakiada 4 etapda keçirilirdi:

1-ci etapda zavod və fabriklərin, müəssisələrin, orta və Ali təhsil məktəblərinin b/t kollektivlərində spartakiadalar, bayram və yarışlar keçirilirdi.

2-ci etapda rayon, şəhər, vilayət və muxtar respublikaların Spartakiadaları keçirilirdi.

3-cü etapda müttəfiq respublikaların spartakiadaları keçirilirdi.

4-cü etap – SSRİ xalqları Spartakiadasının final yarışları idi ki, bu da Moskva şəhərində keçirilirdi.

I Spartakiadada 22 idman npvü üzrə keçirilən yarışlarda 9244 idmançı iştirak etmişdi. SSPİ –də Sovet xalqlarının idman spartakiadasının keçirilməsi ənənəvi xüsusiyyət daşımağa başladı.

Yay spartakiadaları ilə bərabər 1962-ci ildən başlayaraq qış idman növləri üzrə Sprtakiadalar da keçirildi.

Spartakiadanın qarşısında duran əsas vəzifələr aşağıdakılardan ibarət idi:


  1. yüksək dərəcəli ehtiyat kadrlarının hazırlanması;

  2. idman cəmiyyətlərində ixtisaslaşmanın daha da təkmilləşməsi;

  3. ayrı – ayrı idman növlərinin inkişafını planlaşdırmaq;

  4. gənclərin tərbiyəsində b/t-si və idmanın bir vasitə kimi təbliğ edilməsi.

SSRİ Xalqlarının Spartakiadalarının keçirilməsi Sovet dövründə bədən tərbiyəsi və idmanın kütləvi inkişafa təkan verən amillərdən biri idi.


Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.



Mövzu – 9 : “ Gimnastikanın meydana gəlməsi və inkişaf

tarixi”.
Gimnastika min illərdən bəri məlum olan sağlamlıq və fiziki tərbiyə vasitəsidir. Fiziki hərəkətlərin bu növü qədim Çində və Hindistanda meydana çıxmış, Yunanıstanda 5 əsr əvvəl inkişaf etməyə və yayılmağa başlamışdır. “Gimnastika” məfhumu qədim yunan sözü olan “Gimnos” sözündən əmələ gəlmişdir ki, bu da “çılpaq” deməkdir. Deməli, bu hərəkətlər xüsusi geyimlərdə icra edilməlidir. Gimnastika tükənməz qüvvə, gümrahlıq və sağlamlıq mənbəyidir. Elmin inkişafı gimnastika nəzəriyyəsi və metodikasının işlənib hazırlanmasına kömək etmişdir.

Gimnastika hərəkətləri ümumi bədən tərbiyəsi sistemində müxtəlif oyunlara, hərbi məşğələlərə uyğun tətbiq edilmişdir. Misirlilər və qədim Zaqafqaziya xalqları akrobatikadan geniş istifadə etmişlər.

XV əsrin 2-ci yarısında Venesiya həkimi Merkurialis 6 kitabdan ibarət “Gimnastika sənəti haqqında” əsərini yazmışdır. Burada o gimnastikanı 3 növə ayırmışdır: hərbi, müalicə, atletik.

XIX əsrin əvvəllərində milli gimnastika sistemləri yarandı və gimnastikanın inkişafında üç istiqamət təyin edildi:



Gigiyenik – sağlamlığın möhkəmləndirilməsi və fiziki qüvvənin inkişafı vasitəsi;

Atletik – mürəkkəb hərəkətləri və alətlərdə icra edilən hərəki imkanları inkişaf etdirən vasitə;

Tətbiqi – müharibə zamanı müxtəlif maneələri dəf etmək vasitəsi.

Milli gimnastika sistemi ilk olaraq Almniyada, bir qədər sonra isə İsveçdə yaranmağa başladı.

Azərbaycanda 1920-ci ildə ilk “Bədən tərbiyəsi cəmiyyəti” yarandı. Lakin o dövrdə gimnastika o qədər də inkişaf etməmişdi. İlk gimnastika çıxışları 1925 və 1926-cı illərdə bayram proqramlarına salındı. 1930-cu ildə Bakıda ilk dəfə gimnastika üzrə yariş keçirildi.

Hal-hazırda respublikamızda gimnastikanın inkişafına böyük diqqət ayrılmışdır. Gimnastika bir fənn kimi tədris ocaqlarında tədris olunur. Bundan əlavə respublikamızın birinci xanımı M.Əliyevanin səyi nəticəsində Bakıda bir sıra mötəbər gimnastika yarışları keçirilir.



Istifadə olunan ədəbiyyatlar:
1. F.Həsənov, İ.Namazov “F/t-nin nəzəriyyəsi və metodikası”.

2. B.Nərimanov, S.Əliyeva, E.Nərimanov “İdman gimnastikası”.

3. Ayna Uşaq Ensiklopediyası “İdman. Güc və gözəllik”.

Mövzu – 10 :“Atletikanın meydana gəlməsi və inkişaf tarixi”.

Atletika idmanın ən qədim və geniş yayılmış növü hesab edilir. Arxeoloji qaynaqlar göstörir ki, hələ qədim Misirdə və digər yerlərdə qaçış yarışları keçirilmişdir. Disk tullama ilə isə 3 min il bundan əvvəl məşğul olmuşlar.

Atletika yunanca “atlesis” – mübarizə deməkdir. Qədim yunanlar atletikanı şərti olaraq 2 hissəyə bölürdülər: ağır və yüngül. Ağır hərəkətlərə - güləşmə, yumruq davası; yüngül hərəkətlərə isə qaçış, tullanmalar, üzgüçülük, lövhə, nizə, yay – ox atmaq daxil idi. Atletikaya daxil olan yeriş, qaçış, tullanma, atma kimi hərəkət növləri məktəblilərin fiziki inkişafı üçün çox əhəmiyyətlidir. Yeriş zamanı qamətin inkişafı yaxşılaşır, orqanizmdə maddələr mübadiləsi normal gedir, tənəffüs sərbəst alınıb-verilir. Qaçış zamanı çoxlu əzələ qrupları iştirak edir, bütün orqanların fəaliyyəti artır.

Atletika məzmunca zəngin və müxtəlif fiziki hərəkətlərdən ibarətdir. Yüngül atletikaya daxil olan hərəkətlər 4 əsas hissəyə bölünür:



  1. yeriş;

  2. qaçış;

  3. tullanmalar;

  4. atmalar;

  5. çoxnövçülük.

Yeriş.- yeriş səciyyəsinə görə daha əhəmiyyətli hərəkətdir. Ilk baxışdan yeriş asan hərəkət kimi görünür, lakin bu belə deyildir. Yeriş zamanı əzələlərin demək olar ki, hamısı dinamiki işə cəlb olunur. Yerişin bir neçə növü vardır: adi yeriş, yürüş zamanı yeriş, sıravi yeriş, idman yerişi. Hazırda yarışlarda yalnız idman yerişindən istifadə edilir.

Qaçış : - bu, y/atletikada mərkəzi mövqe tutur. Qaçışın daha çox növü vardır. Digər növlərə nisbətən qaçış daha asan mənimsənilir. Təsadüfi deyildir ki, bütün yarışlarda qaçışın müxtəlif növlərinə və estafetlərə geniş yer verilir. Atletikanın bu növü VMH kompleksində də özünə mühüm yer tutmuşdur.

Tullanmalar :- 2 yerə bölünür: hündürlüyə və uzunluğa tullanmalar. Uzunluğa tullanma özü də yerindən və ya qaçaraq icra olunur. Tullanmalar gğzəl fiziki hərəkətlərdir. Bunlar bütün bədəni inkişaf etdirir, qıç və bədən əzələlərini möhkəmləndirir.

Atmalar - atletikanın bu növü idmançıdan böyük gərginlik tələb edir. Bütün əzələlərin işləməsi atmaların səciyyəvi xüsusiyyətidir. Atmalara aşağıdakılar daxildir:

Çoxnövçülük - bura qaçış, tullanma və atmalar daxildir.

Ağır atletikada idmançılar iki proqram üzrə çəxəş edirlər. Bu, tədricən və təkanla qaldırmaqdır. Yarışda birinci yerə çıxmaq üçün ştanqçı ağır


atletikanın 2 növünün ümumi hesabında daha çox çəki qaldırmalıdır. Ağır atletika Olimpiya oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ozaman hamı eyni çəkidə yarışırdı. Indi isə idmançılar on çəki dərəcəsi üzrə yarışırlar.


Istifadə olunan ədəbiyyatlar:



  1. Ayna Uşaq Ensiklopediyası “ İdman. Güc və gözəllik”.

  2. F.Həsənov, İ.Namazov “F/t nəzəriyyəsi və metodikası”.


Mövzu – 11 : “İdman oyunlarının meydana gəlməsi və inkişaf

tarixi”.

Idman oyunlarına müəyyən qaydada keçirilən, iştirak edəcək oyunçuların sayını, oyun müddətini, hesabını, meydança və sahə ölçülərini, yarışda lazım olacaq avadanlıq və ləvazimatın növünü müəyyən edən komandalı oyunlar aiddir. Məsələn; voleybol, basketbol, həndbol, futbol, hokkey, vaterpol və s.

Bədən tərbiyəsi sistemində idman oyunları ilə yanaşı məktəbəqədər və məktəb yaşlı uşaqların fiziki tərbiyəsində mütəhərrik oyunlardan da istifadə edilir. Istər mütəhərrik, istərsə də idman oyunları insanın əsas hərəkətlərinin – yeriş, qaçış, hoppanmaq üzərində qurulmuşdur.

Lakin mütəhərrik oyunlar idman oyunlarından çox fərqlənir. Mütəhərrik oyunlarda qaydalar daimi olmur, bu, oyuna rəhbərlik edənlər tərəfindən tez-tez dəyişilə bilər. Burada oyunların rəsmi müddəti, meydançanın ölçüləri yoxdur.

Idman oyunlarının isə müəyyən edilmiş ciddi qaydaları mövcuddur və oyun texnikası vardır ki, bu da xüsusi və uzunmüddətli məşq, oyun zamanı isə böyük gərginlik və qüvvə tələb edir. Oyun zamanı top uğrunda mübarizə aparıldığından rəqibə çatmaq və onu ötmək lazım gəldiyindən idmançıların qaçış sürəti də xeyli inkişaf edir.

Futbol- 1863-cü ildə Londonda yaradılmışdır. Qərara rlınmışdı ki, futbolu yalnız ayaqla oynasınlar. Qaydaların işlənməsinə bir neçə onillik sərf edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. 11 m-lik cərimə zərbəsi 1891-ci ildən oyun qaydalarına daxil edilmişdir. Heç bir idman oyununda futbolda olduğu qədər gözlənilməz nəticələr olmur. Azərbaycan futbolu tarixində İqor Ponomaryov yeganə idmançıdır ki, 1988-ci il Olimpiya Oyunlarında SSRİ komandasının tərkibində qızıl medala layiq görülüb.

Basketbol – səbət və top ingilis sözlərinin birləşməsindən yaranmışdır. Bu oyun 1891-ci ildə Amerikada yaranmışdır. Basketbolda yalnız təmiz vaxt nəzərə alınır, yəni əgər top meydançadan çıxarsa, vaxt dayandırılır. Komandanın tərkibi 12 oyunçudan – 5 meydança, 7 ehtiyat – ibarətdir.

Voleybol – 1895-ci ildə Amerikada meydana gəlmişdir. Voleybol 1964-cü ildən Olimpiya Oyunlarına daxil edilmişdir. Oyunda 2 komanda yarışır və hər komandada 6 oyunçu olur. Oyunun mahiyyəti ondan ibarətdir ki, hər bir komanda topu torun üstündən ataraq rəqib komandanın meydançasına vurmağa çalışır. Bizim voleybolçular 1957-ci ildə (kişilər) SSRİ Kubokunu qazanmışlar. İnna Rıskal Olimpiya oyunlarında 2 dəfə (1968;1972) qızıl, 2 dəfə gümüş (1964, 1976) medal qazanmışdır.

Həndbol (əl topu) - 1898-ci ildə Danimarkada meydana gəlmışdir. Bu oyunda 11 oyunçu iştirak edir. 1976-cı ildə qadın həndbolu Olimpiya Oyunlarına salındı. Burada qızıl medal qazanmış SSRİ yığma komandasının heyətində Azərbaycan həndbolçularından Rəfiqə Şabanova və Lyudmila Şubina da daxil idilər. Sonralar Larisa Savkina və Yelena Quseva da bu komandanın tərkibində çıxış etmişlər.

Hokkey - bu oyun şayba ilə buz üzərində oynanılır. XIX əsrin ortalarında ingilis əsgərləri hokkeyi Kanadada dəb səlmışlar. Topla hokkey oyunu isə XIX əsrin sonunda Rusiyada meydana çıxmışdır. Komandanın tərkibi 11 nəfərdir. Lakin bu hokkey şayba ilə hokkey kimi geniş yayılmamışdır. Otüstü hokkeyin ilk qaydaları isə İngiltərədə yaranıb. Ilk dəfə 1908-ci ildə Olimpiya Oyunlarına daxil edilib. Hokkeyi xüsusi əl taxtası ilə oynayırlar.
Istifadə olunan ədəbiyyatlar:



  1. Ayna Uşaq Ensiklopediyası “ İdman. Güc və gözəllik”.

  2. F.Həsənov, İ.Namazov “F/t nəzəriyyəsi və metodikası”.


Mövzu – 12: “ Qitə yarışlarının meydana gəlməsi və inkişaf

tarixi”.

Feodalizm dövründə Avropada müasir dövlətlər əmələ gəlmişdi. Asiya, Afrika və Latın Amerikasının bəzi xalqlarında feodalizmin müəyyən qalıqları qalmışdı. Bu dövrdə fiziki tərbiyənin forma və metodları 2 yerə bölünürdü:



  1. istismarçıların f/t-si;

  2. istismar olunanların f/t-si.

XI-XV əsrlərdə kəndlilərə məxsus spesifik fiziki tərbiyə oyunları meydana gəldi. Yazıçı Valter Skott özünün “Rob-Roy” tarixi romanında “kütləvi futbolu”, daha doğrusu meydanda topla oyunu dəqiq əks etdirmişdi.

Silahdan yaxşı istifadə etmək məqsədilə Hollandiya, Şimali İtaliya, İngiltərə, Fransa və Almaniyada, sonralar isə Krakov, Kiyev və Novqorodda qılıncoynatma və ox atma məktəbləri yaradıldı. Ispaniya və Cənubi Fransada heyvanla təkbətək döyüşlər çox yayılmışdı. Azərbaycanın idman oyun növü olan çovqan bütün Bizansa yayılmış, tacirlər və səlibçilər vasitəsilə Fransaya gətirilmişdi. Fransada bu oyun “şikan”, bəzi ölkələrdə isə “polo” adlandırılmışdı. Eyni yolla Hindistandan kriket və kroket oyunları gətirilərək Avropada özününküləşdirilmişdir. Patançali tərəfindən əsası qoyulan yoqa II əsrdə öz əhəmiyyətini itirərək yerini hərəkətlərə əsaslanan yeni cərəyanına verdi. Hind rəqslərini özündə əks etdirən yoqa təlimləri Çində - çuanfu, Yaponiyada – kempo, müasir idman dünyasında isə karate adını aldı. Hind təsiri altında Azərbaycan-fars oyunu olan və çomaqlardan istifadə olunaraq oynanılan top oyunu ingilislərdə otüstü hokkey, ərəblərdə çətrəng, sonra isə şətrəng oyunu tarixə şahmat kimi daxil oldular.

III əsrdə Çində müalicəvi fiziki tərbiyəyə xüsusi əhəmiyyət verilirdi. Məsələn Tan tayfası dövründə içi hava ilə doldurulmuş topla oynayırdılar ki, bu da ki-kyux adlanırdı. Eyni zamanda burada lələkli top oyunları, kanat dartma üzrə yarışlar geniş yayılmışdı.

Yaponiyada Samuray təbəqələrində fiziki tərbiyə sistemi xüsusi xarakter almışdı. “Sumo” güləşi burada çox məşhur idi. Yaponiyada eyni zamanda qılınc təlimi, ox atma, su idmanı geniş yayılmışdı. 1603-cü ildən imperatorun əmri ilə üzgüçülük əsas fənn kimi məktəb proqramlarına daxil edilmişdi.

Idman oyunlarının bütün növləri xalqın həyatı ilə bağlı olur. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanı o dövrün qəhrəmanlıqlarından bəhs edir. Bu dastanda Allah, Məhəmməd, Quran, ata, ana, qardaş, və hətta atın da müqəddəs olduğunu qeyd etmişlər.

Dastanın müxtəlif boylarında at çapmaq, ox oynatmaq, oxla üzük vurmaq, buğa ilə vuruşmaq barəsində ətraflı məlumat verilmışdir.

Dastanın 2-ci boyuna çobanın qəhrəmanlığından, sapandla daş atmasından, 3-cü biyunda Banuçiçək ilə Beyrəyin at çapmalarından, ox atmalarından, 4-cü boyunda at üstündə güləşmə barədə danışılır.

M.S.Ordubadi “Qılınc və qələm” adlı tarixi romanında “çovkən” oyunu haqqında məlumat verir. Azərbaycan xalqının mətin, iradəli, hazırcavab şairi Seyid İmadəddin Nəsimi “Çovkan”ı öz lirikasında tərənnüm etmişdir.



Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.

3. “Kitabi – Dədə Qorqud” dastanı.

Mövzu – 13 : “İdman klubları və cəmiyyətlərinin meydana

gəlməsi və tarixi”.

XX əsrin əvvəllərində kütləvi idman işləri genişlənir, təhsil müəssisələrində idman dərnəkləri yaradılırdı. Çətin həyat şəraitinə baxmayaraq xalq ağır zəhmətdən sonra boş vaxtlarında cəldlik, cəsarət, dözüm aşılayan fiziki təmrinlər yerinə yetirməyi xoşlayırdı.

Milli idman növlərinin inkişaf etməsində və onların klassik idman növlərinə yaxınlaşmasında atçılıq zavodlarının yaradılması böyük rol oynadı. Idman yarışları və idman bayramları tədricən yeni forma alır və təkmilləşirdi. Artıq Azərbaycanda tanınmış idmançılar meydana çıxdı. Məşhur pəhləvanlar Hüseynqulu Mürsəlqulu oğlu, Əbdül Əli Axundov, Sonu Abdulla və b. güləş yarışlarında dəfələrlə qalib gəlirdilər.

XIX əsrin 2-ci yarısında Rusiyada bir sıra idman cəmiyyətləri meydana gəldi və bunlar tədricən Azərbaycana keçirdi. XX əsrin əvvəllərində bir çox şəhər və qəsəbələrdə “Zorxanalar” açılırdı. Bu məşğələlərdə iştirak etmək üçün oraya yazılmaq və müntəzəm olaraq məşğələlərdə iştirak etmək lazım idi.

Artıq Azərbaycanda milli idman növləri ilə yanaşı klassik idman növlri də inkişaf edirdi. 1911-ci ildə Bakıda “Sokol”, 1913-cü ildə isə “Unita” idman cəmiyyətləri açıldı. Bu illərdə futbol yarəşları geniş vüsət aldı və 1914-cü ildə Bakı Futbol İttifaqı təsis olundu.

Azərbaycanda Sovet hakimiyyəti yarandıqdan sonra bir neçə idman cəmiyyəti – “Avtomotor”, “Vodnik”, “Reçnik”, “Dinamo” meydana gəldi. Respublikada basketbol 1923-cü ildən inkişaf etməyə başladı. 1925-ci ildə basketbol üzrə 52 kollektiv qeydə alınmışdı. Üzgüçülük, su polosu, suya tullanma idman növləri inkişaf etməyə başladı. Ağır atletika və güləş üzrə klublar yaranırdı ki, bunlardan biri də SSRİ-nin əməkdar idman ustası Rza Baxşəliyevin təsis etdiyi “Kustrud”” klubu idi. Sonralar bu idman növləri üzrə “Dinamo”, “Temp”, “Lokomotiv” kimi idman klubları da yarandı.

1921-ci ildən futbol liqası yenidən bərpa edildi. “Proqress”, “Tədris müəssisələrinin idman klubu” təsis edildi.

Böyük Vətən müharibəsi (1941-1945) illərində bu cəmiyyətlərin yetirmələi olan idmançılar – A.Talıbov, A.Tağıyev, S.Cavadov, M.Cəfərov, V.Bondarenko və b. vətənin müdafiəsi uğrunda döyüşlərdə həlak olaraq xalqın yaddaşına həmişəlik həkk olundular.

Müharibədən sonrakı illərdə “Dinamo”, “Burevestnik”, “Spartak” kimi idman cəmiyyətləri yaradıldı.

1951-ci ildə “Kolxozçu” , sonralar isə “İnşaatçı”, “Neftçi”,”İskra”, “Medik”, “Trudovıye rezervı”. “Spartak” və s. bu kimi idman cəmiyyətləri yaranaraq öz inkişaf yolunu keçdi.

90-cı illərdə Azərbaycanda 42 idman növü ilə məşğul olurdular. Artıq əhalinin bədən tərbiyəsi və idmana marağı xeyli artmışdı. Heydər Əliyev hakimiyyətə gəldiyi dövrlərdən başlayaraq ölkədə b/t-si və odmanın maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavab verən Olimpiya İdman Kompleksi və digər idman qurğuları inşa edildi bu proses bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.



Mövzu - 14 : “Tədris müəssisələrində fiziki tərbiyənin tətbiqi

tarixi”.

XIX əsrin 2-ci yarısında neft sənayesinin geniş inkişafı Bakının inkişafına kömək edirdi. Hökumət 1850-ci ildə ilk müsəlman məktəbi açdı. 1890-cı ildə təkcə Bakıda məktəblərin sayı artaraq 40-a çatmışdı. 1902-ci ildə Bakıda tibb məktəbi açıldı. 1913-cü ildə milyonçu – mesenat Z.Tağıyev müsəlman qızları üçün məktəb tikdirdi.

Azərbaycanda məktəb təhsilinin inkişafında Firudin bəy Kpçərli, Salman Məcid Qənizadə, S.S.Axundov, Səməd bəy Acalov və d.-nin böyük rolu olmuşdur.

1889-cu ildə Rusiya xalq maarifi nazirliyinin “Kişi təhsil müəssisələrində gimnastikanın tədrisinin proqramı və təlimatı”nın təsdiq edilməsinə baxmayaraq, Azərbaycanda bu iş kadrların yoxluğu üzündən ləngiyirdi. Kişi təhsil müəssisələrində gimnastika və oyunlar məcburi fənlər idi. Xalq təhsil sisteminə fiziki tərbiyənin daxil edilməsi milli bədən tərbiyəsinin təkmilləşməsinin mühüm məqamına çevrildi. Artıq fiziki təmrinlər və idman oyunları xalq təhsili müəssisələrində məcburi fənn idi.

Fiziki tərbiyə gimnaziya, peşə məktəbləri və məktəblərin tədris proqramlarına daxil edilirdi. Azərbaycan ziyalıları uşaqların fiziki tərbiyəsinin yaxşılaşdırılmasına israrla nail olurdular. Tədris müəssisələrində uşaqların bədən tərbiyəsinin təlim və tərbiyəsi ən vacib vəzifələrdən biri oldu.

Lakin Azərbaycan əhalisinin 90% -dən çoxu bisavad olduğu üçün təhsil məsələlərinin həyata keçirilməsi, o cümlədən, fiziki tərbiyənin yayılması ləng gedirdi. Çox vaxt xalq məktəblərində, orta ixtisas təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri tamamilə keçirilmirdi.

Təhsil problemləri Birinci Ümumrusiya qurultayında (1913-1914) ciddi şəkildə təhlil edilmişdi. Qurultay təhsil müəssisələrində idman oyunlarının, gimnastikanın, ekskursiyaların keçirilməsini vacib sayırdı. Avropa ölkələrində olduğu kimi məktəblərarası idman yarışlarının keçirilməsi tövsiyə edilmişdi.

Azərbaycan təhsil müəssisələrində fiziki tərbiyə dərslərinin keçirilməsi milli idman hərəkatının inkişafına müsbət təsir göstərərək klassik idman növlərinin yayılmasına zəmin yaradırdı.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsində də dəyişikliklərə səbəb oldu. Həmin ildə Respublika ümumtəhsil idarəsi nəzdində Bədən tərbiyəsi şurası yaradıldı. Bu şuranın təşəbbüsü ilə orta ümumtəhsil məktəblərində, uşaq evlərində və s. fiziki tərbiyə işi nizama salındı. Uşaqların və gənclərin hərtərəfli fiziki inkişafını təmin edən fiziki tərbiyə ümumi tərbiyə sisteminin üzvü hissəsinə çevrildi. Bu məsələlər 1920-ci ildə Ümumazərbaycan maarif və mədəniyyət işçilərinin qurultayında müzakirə olundu.

Yuxarı sinif şagirdləri hərbi-fiziki hazırlıq, gimnastika, oyunlar və sıra təlimi keçməyə başladılar. Tədris planlarına fiziki tərbiyə məşğələləri üçün 2 saat dərs salındı. 1927-1928-ci illərdə fiziki tərbiyə dərsləri bütün pedaqoji və tibb ali məktəblərinin tədris planına məcburi fənn kimi daxil edildi. Bir sıra universitet və institutlarda bədən tərbiyəsi və idman kafedraları açıldı.

Bu sahədə kadr problemini həll etmək üçün 1930-cu ildə Bakıda Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutu açıldı.

Bədən tərbiyəsi və idmana dövlət qayğısı respublikanın bütün keçid dövrlərində də hiss olunmuşdur. Dövlət quruluşlarının bir-birini əvəz etməsinə baxmayaraq bu sahə daim inkişaf etmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra 1994-cü ildə Gənclər İdman Nazirliyinin yaradılması idman hərəkatının inkişafına böyük təkan verdi. 27 dekabr 1997-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Bədən tərbiyəsi və idman haqqında” qanun qəbul edildi. 2009-cu ildən yeni qanun qüvvəyə mindi. Bu qanun Respublikada bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin əsaslarını, dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir.




Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.

3. “Bədən tərbiyəsi və idman haqqında” AR-nın Qanunu.

Mövzu – 15 : “İstehsalat müəssisələrində idmanın tətbiq

edilməsi tarixi.

Sosialist dövlətinin yaradılması və möhkəmləndirilməsi SSRİ vətəndaşlarının həyatında qeyri-adi ictimai fəallığa və mədəniyyətin yüksəlişinə səbəb oldu. 1936-cı ilin may ayında müəssisədə bədən tərbiyəsi hərəkatının inkişafı məqsədilə 64 könüllü idman cəmiyyətinin yaradılması haqqında qərar qəbul edildi. Bunun nəticəsində aşağı kollektivlərdə idman işləri yaxşılaşdı. Sahə müəssisələrinin kiçik kollektivləri özlərinin idman qüvvələrini bir yerdə təkmilləşdirə bildi.

Bununla belə 80-ci illərin ikinci yarısında bədən tərbiyəsi və idman işlərinin zəif tərəfləri üzə cıxmağa başladı. Kütləvi və böyük idmanın inkişafında, Sovet idmanında həvəskarlar və professionallar arasındakı ziddiyyətlər dərinləşdi. Ümumi siyasi yetərsizlik, iqtisadi böhran SSRİ –nin dağılmasına gətirib çıxardı.

Keçid dövründən sonra digər sahələrdə olduğu kimi bədən tərbiyəsi sahəsində də ciddi dəyişikliklər baş verdi. Sovet İttifaqında bədən tərbiyəsi hərəkatının istehsalat prinsipi üzrə yenidən qurulması bədən tərbiyəsinin istehsalatdan, təşkilatlardan təcrid olunmasına son qoydu. Artıq bədən tərbiyəsi kollektivləri ölkənin ictimai-siyasi və istehsalat həyatında daha çox iştirak etməyə başladılar.

Fiziki tərbiyə sisteminin proqram və normativ əsası olan VMH (ƏMH) kompleksinin tətbiqinə xüsusi diqqət yetirilirdi. Kompleksin müəssisələrdə, tədris müəssisələrində, əhalinin yaşayəş yerlərində həyata keçirilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi təkmilləşdirildi.

Azərbaycan xalqının fiziki tərbiyəsinin hərtərəfli tənzimlənməsi 1997-ci ildə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında” qanunla təmzimlənir. Qanunun 1-ci maddəsinə əsasən ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissələrindən biridir. Bu qanunun yerinə yetirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 30 avqust 2004-cü il tarixli 181 saylı sərəncamına əsasən “Bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramı” təsdiq edilmişdir. Dövlət proqramı bütün təşkilatların qarşısında konkret vəzifələr qoymuşdur.

Azərbaycanda bədən tərbiyəsi və idman yüksək tərəqqiyə nail olmaqla, xalqın həyatında möhkəm yer tutdu. Bədən tərbiyəsi və idman Azərbaycan dövlətinin iqtisadiyyat, istehsalat, elm və mədəniyyət sahələrində qazandığı nailiyyətlər əsasında inkişaf edir.

Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.

3. “Bədən tərbiyəsi və idman haqqında” AR-nın Qanunu.
Mövzu – 16 : “Azərbaycanda müstəqillik illərində fiziki

tərbiyə və idmanın inkişafı”.

XX əsrin 90-cı illərinin başlanğıcı SSRİ-nin dağılması ilə əlamətdar oldu. Azərbaycandakı xalq hərəkatı 18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət suverenliyinin elan edilməsinə nail ola bildi. Respublikada bədən tərbiyəsi və idmanın inkişafına Milli Olimpiya Komitəsinin yaradılması, beynəlxalq federasiyalara üzv qəbul olunma böyük təkan verdi.

1992-ci ilin 2 noyabrında Azərbaycan MOK-si Avropa Olimpiya Komitəsinin tərkibinə, 1993-cü ilin 24 sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin tərkibinə daxil oldu.

Respublikanın idman işində Olimpiya idman növlərinin xüsusi çəkisi daha çoxdur. Hər il bu növlər üzrə ənənəvi respublika, şəhər birinciliyi yarışları, beynəlxalq görüşlər keçirilir. Bu növlərin bir çoxu üzrə Azərbaycan idmançıları yarışlarda iştirak edirdilər.

90-cı illərin əvvəlləri Suveren Azərbaycan Respublikasının bədən tərbiyəsi hərəkatının yüksəliş dövrüdür. Respublikamız 1992-ci ildə MDB yığmasının tərkibində 5 idmançı ilə ilk dəfə Barselona Olimpiya Oyunlarında iştirak etdi.

Azərbaycan Olimpiya hərəkatında yeni dövr 1997-ci ildən başlayır. Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçilir.

1996-cı ildən başlayaraq Bakıda Ənvər Çoudri adına kubok uğrunda beynəlxalq boks yarışları keçirilir.

2002-ci ildən Bakı sərbəst güləş üzrə 45-ci Avropa çempionatının və gənclər arasında şahmat üzrə Avropa çempionatının mərkəzinə çevrilir.

Bundan başqa pespublikada cüdo və bədii gimnastika geniş inkişaf etməyə başladı. Nəticədə 2003-cü ildə Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları və cüdo üzrə Avropa (gənclər) çempionatı, 2007-ci ildə bədii gimnastika üzrə Avropa birinciliyi keçirildi. Azərbaycanda voleybol, hədbol, futbol, boks, güləş, ot üzərində xokey və s. üzrə Beynəlxalq turnirlərin keçirilməsi ənənə şəklini alır.

Azərbaycan Respublikası Dünya idman ictimai birliyinin mərkəzlərindən birinə çevrilmişdir. Yalnız 2003-cü ildə respublikada 11 beynəlxalq yarış, 3 Dünya birinciliyi və çempionatı, 2 Avropa çempionatı keçirilmışdir.

Bütün bunlar Azərbaycan MOK-nin və şəxsən onun prezidenti İlham Əliyevin yüksək beynəlxalq nüfuzunu təsdiq edir.


Istifadə olunan ədəbiyyatlar:
1. A.Əliyev, D.Quliyev “ Bədən tərbiyəsi və idman tarixi”.

2. E.Acalov, S.Əzizova, V.Əkbərov “Bədən tərbiyəsi və idman tarixi”.




Mövzu – 17 : “ XX əsrdə b/t-si və beynəlxalq idman hərəkatı”.
XX əsrin başlanğıcı bir çox ölkələrdə fiziki tərbiyə sahəsinin inkişafı ilə əlamətdardır. Məsələn, Yaponiyada kollec və universitetlərdə fiziki hərəkətlərin milli növlərindən istifadə olunurdu. Fransada məktəbəqədər və məktəb yaşlı uşaqların fiziki tərbiyəsi haqqında qanun qəbul edildi. Ingiltərədə gənclərin hərbi-idman hərəkatı geniş vüsət aldı. Bu hərəkat bir sıra ölkələrdə - Almaniya, Rusiya, Belçika, Hollandiya, Fransa, İtaliya, Yaponiya, Çin, ABŞ və s.-də geniş yayıldı.

Bu dövrdə əsas diqqət təhsil müəssisələrinin fiziki tərbiyə işinə yönəldildi. Avstriya müəllimləri fiziki tərbiyə vasitələrinə yüngül atletika, güləş, boks, üzgüçülük, qış idman növlərini, qılıncoynatma, turizm və s. açıq havada keçilməsi mümkün olan hərəkətləri daxil etdılər.

Amerika mütəxəssisləri məktəb fənninin adı ətrafında da coxlu mülahizələr yürütmüşlər. Nəhayət bu qərara gəlmişlər ki, “fiziki tərbiyə” termini tərbiyə prosesinin pedaqoji xarakterini tam əks etdirir.

30-cu illərdə ABŞ-da f/t- üzrə məktəb proqramı 3 şaxəyə ayrıldı:

1. bütün şagirdlər üçün məcburi f/t dərsləri;

2. məktəbdaxili fakultativ yarışlar – burada bütün arzu edənlər iştirak edə bilərlər;

3. fiziki qabiliyyətli uşaqlar üçün məktəblərarası yarışlar.

Aşağı siniflərdə əsas diqqət sərbəst oyunlara, rəqslərə yönəldilirdi.

Artıq dünya mətbuatında fiziki tərbiyə haqqında yazılar, məqalələr, hətta böyük əsərlər də yazılırdı.

Bədən tərbiyəsi və idman haqqında müasir elmin inkişafına beynəlxalq təşkilatlar da öz töhfələrini vermişlər. Belə ki, 1962-ci ildə ali məktəb fiziki təhsil Beynəlxalq assosiasiyası yaradıldı. Bu assosiasiya fiziki təhsil problemləri üzrə hər il beynəlxalq konfranslar, konqreslər, seminarlar, kurslar keçirir.

1961-ci ildə Beynəlxalq Olimpiya Akademiyası yaradıldı. Bu Akademiya 2 həftəlik yay sessiyası təşkil edir. Bu sesiyalar Yunanıstanın Olimp şəhərində keçirilir. Bütün milli olimpiya komitələri bu sesiyaya öz nümayəndələrini göndərə bilərlər. Bu sessiyaların proqramına mühazırəvə seminarlardan başqa oyun və əyləncələr də daxil edilir.

1973-cü ildə İsveçrənin Sürix şəhərində Fiziki Tərbiyə və İdman Tarixi Beynəlxalq Assosiasiyası yaradıldı. Bu təşkilatın məqsədi bədən tərbiyəsi və idman haqqında məlumat toplamaqdır.



Bütün bunlar bir daha sübut edir ki, f/t və idman insanın hərtərəfli inkişafında çox böyük rol oynayır. İnsanın bir sıra vərdişlər, keyfiyyətlər, bacarığı, fiziki tərbiyə və idmanla məğulluğu əmək fəaliyyətində də istifadə olunur. Bu bir daha fiziki tərbiyə və idmanın bütün dövrlərdə vacibliyini bir daha sübut edir.

Istifadə olunan ədəbiyyatlar:
1.E.Ajalov, V. Əkbərov, Ş.Əzizova “ Sosialno-metodoloqiçeskiye osnovı

istorii razvitiya fiziçeskoy kulturı i sporta”.
Yüklə 228,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə